21
kommersiya sistemlərinin inkişafı üçün vəsaitlərə malik olan
iri rəqiblərlə müqayisədə geridə qala bilər. Buna görə də yeni
texnologiyaların biznesə tətbiqini təbliğ etmək və təhsilalma
imkanını yaratmaq lazımdır (məsələn, ABŞ, Yaponiya, Sin-
qapur, Cənubi Koreya və digər ölkələrdə olduğu kimi).
22
V.
ELEKTRON KOMMERS YANIN KOMPLEKS
ŞƏ
K LDƏ REALLAŞDIRILMASININ ƏSAS
MƏRHƏLƏLƏR
Elektron kommersiya konsepsiyasının kompleks şəkildə
reallaşdırılmasına çoxdan cəhd edilir. Onlar demək olar ki,
EHM-lərin yarandığı 1950-1960-cı illərdən sonra başlamışdır.
Elektron kommersiyanın ilk tətbiq sahələrindən biri nəqliyyat
üçün proqamlardan – biletlərin sifarişindən, həmçinin reyslərin
hazırlanması zamanı müxtəlif xidmətlər arasında məlumat
mübadiləsinin aparılmasından ibarət idi.
1968-ci ildə ABŞ-da xüsusi komitə - TDCC (Transpor-
tation Data Coordination Committee) təşkil olunmuşdu ki, bu-
nun da əsas vəzifəsi müxtəlif nəqliyyat sistemləri – aviasiya,
dəmiryolu və avtomobil nəqliyyatları üçün mövcud olan müx-
təlif sənaye standartlarını razılaşdırmaqdan və onları bir-birinə
uyğunlaşdırmaqdan ibarət idi. Komissiyanın işinin nəticələri
təşkilatlar arasında məlumatlarla elektron mübadilə standar-
tının – EDI (Elektronic Data Interchange) əsasını təşkil etdi.
Standart ANSI X.12 (host-based) adını aldı.
EDI üç istiqamətin: biznesin, məlumatların işlənilməsi və
mübadiləsi istiqamətlərini özündə birləşdirir. EDI biznes tərəf-
daşlarının (istehsalcıların, riteylerlərin, brokerlərin, topdan satı-
cıların, daşıyıcıların, gömrüyün və s.) qarşılıqlı əlaqəsinin ef-
fektiv vasitələrindən olmaqla kommersiya məlumatlarının bir
kompyuter sistemindən digər kompyuter sisteminə ötürülməsi
yolu ilə həyata keçirilir.
EDI əsas üstünlükləri aşağıdakılardan ibarətdir:
Qənaətcillik
– işlənilmə üçün nəzərdə tutulan kağızların
həcminin əhəmiyyətli dərəcədə azalması işçi heyətinə və in-
zibati-idarəetməyə çəkilən xərclərin aşağı salınmasına səbəb
olur. EDI «dəqiq vaxtında» (just in time) strategiyasının vacib
tərkib hissələrindən biridir.
23
Operativlik
– kommersiya məlumatlarının böyük həcm-
ləri qısa müddət ərzində bir hesablama sistemindən digərinə
ötürülə bilər. Bu məlumatların işlənilməsinin nəticələri müş-
tərilərin tələblərini dərhal ödəməyə imkan verir.
Dəqiqlik
– EDI istifadə olunması informasiyanın kom-
pyuter sisteminə əl ilə daxil edilməsi zamanı labüd olan səhv-
lərin olmasını istisna edir.
1970-ci illərdə Böyük Britaniya və sveçdə məlumat mü-
badiləsi üçün standart qərarların axtarılmasına başlanılmışdı.
Bu axtarışların əsas istiqaməti – ticarət prosesləri idi. Bu zaman
beynəlxalq ticarət üçün Tradecoms standartlar dəsti meydana
çıxdı. Məhz onu Avropa qtisadi Komissiyası UNECE (United
Nations Economic Commission for Europe) beynəlxalq
standartlar sistemi - GTDI (General-purpose Trade Data Inter-
change Standards) kimi qəbul edir. Beləliklə, iki standartın –
Avropa və Amerika standartlarının birgə fəaliyyət göstərməsi
vəziyyəti yarandı ki, bu da ticarət biznesini qane edə bilməzdi.
Okeanın iki tərəfi arasında ticarət əlaqələrinin fəallaşması EDI
və GTDI standartlarının birləşdirilməsini tələb edirdi.
Keçən əsrin 80-ci illərində BMT-nin Avropa qtisadi Ko-
missiyasının köməkçi orqanı olan beynəlxalq ticarət prosedura-
larının sadələşdirilməsi üzrə şçi qrupu özünün «Xarici ticarət
məlumatlarının digər metodlarla, kağız sənədlərindən savayı,
mübadiləsi; xarici ticarət məlumatları ilə mübadilə proto-
kolları» proqramına yenidən baxılması haqqında qərar verdi və
oraya «BMT-nin Standart EDIFACT məlumat vermənin
işlənilməsi» proqram elementini əlavə etdi. 1996-cı ilin sen-
tyabrında şçi qrupunun 42-ci sessiyasında 25 №-li tövsiyə
qəbul olundu və EDIFACT (Electronic Data nterchange for
Administration, Commerce and Transports) beynəlxalq stan-
dartının tətbiqi başlanıldı. Nəqliyyat sahəsi üçün X.400
elektron poçt standartı tətbiq olunur. Lakin ABŞ-da X.12 əsas
standart kimi qalmaqdadır. 1997-ci ildə EDIFACT və X.12
standartlarının birləşdirilməsi üzrə son cəhdlər göstərildi, lakin
24
real nəticə əldə olunmadı, çünki məlumatların elektron müba-
diləsi üçün yeni, daha perspektiv istiqamət – Internet vasitəsilə
məlumat mübadiləsi imkanı yarandı.
nternetin 1990-cı illərdə Web-texnologiyaların yaran-
ması ilə bağlı olan coşqun inkişafı EDI qızğın pərəstişkarlarını
elektron kommersiyanın sonrakı inkişafı haqqında planlarını
dəyişməyə vadar etdi. Biznesin yeni tipi – nternet vasitəsilə
pərakəndə ticarət yarandı. Belə ki, internet informasiya ötürül-
məsinin ən ucuz məkanı (cədvəl 1) olduğu üçün (əlavə olun-
muş xüsusi şəbəkə VAN (Value-added Networks) vasitəsilə
elektron poçt sistemi ilə müqayisədə) nternetin elektron poçt
standartları
olan
SMTP/S–MIME
bazasında
EDIINT
(EDIFACT over Internet) standartı yaradıldı.
Cədvəl 1
Bank tranzaksiyalarının dəyəri, ABŞ dolları ilə
1997-ci ildə daha bir standart – OBI (Open Buying on
the Internet) yarandı. OBI standartının əsas ideyası – açıq sis-
temlərə istiqamətlənmədir. OBI EDIINT standartına əsaslanır,
lakin alış-satış-mal göndərişi üzrə tam dövriliyə cəlb olunmuş
təşkilatlar arasında bütün qarşılıqlı əlaqələr formalarının
standartlaşdırılmasının daha böyük dairəsini əhatə edir.
ndiyədək elektron kommersiya sahəsində həyata ke-
çirilən layihələrin əhəmiyyətli hissəsi EDI standartı altında
işlənib hazırlanırdı. EDI-sisteminin müsbət cəhətlərindən biri
də dəqiq və anlaşılan standartların olmasıdır. Hazırda EDI sis-
temlərində on ikiyə yaxın standartlardan geniş istifadə olunur,
lakin ən çox yayılanları: UN/EDIFACT və ANSI ASC X.12.
Standard Bank tranzaksiyası
1.08
Korporativ bank sisteminin ayrılmış kanalları ilə həyata
keçirilən Standart Bank tranzaksiyası
0.54
Kommutasiya olunan (müştəri-bank) kanalları ilə həyata
keçirilən Standart Bank tranzaksiyası
0.26
nternet şəbəkəsinin açıq kanalları ilə həyata keçirilən
Standard Bank tranzaksiyası
0.13
Dostları ilə paylaş: |