50
BİRİNCİ KİTAB
(təpəsi) və qaltaq (ağ), yəni alnı ağ (bunun ütülmüş, qırxılmış məna
sını da verirlər).1
Siqnaq, siqnəcaq - eyni Az. sözləri olan sıqnağ, sıqnacaq
sözləridir. “Sığnaq” sözü klassik Az. dilində də olmuşdur. M.P.Va-
qif deyir: - Ermənilər bunlara (Qarabağa, Şamaxıya, Dəvəçiyə və s.
M. H.) çox sonralar gəlmişlər. Bunlar Çingiz və Teymurləngin zül
mündən qaçıb bu dağlara sığınmışlar. Görmürsənmi, erməni
yaşayan yerlərə “siqnaq” deyirlər.2
Qəyqu, qəyqulu - dərd, dərdli (qəm, kədər və s.) klassik Az.
sözüdür. (D,T,S, 402, həmin mənada”qayqu”). Tat dilində eynilə
qalmışdır. Məs.: qəyğu məsan (Q., M., X.), qəyqu məni (Məd.) -
qəmlənmə, dərd çəkmə, Həmid qəyqulu kimi bu (Q., M., X., Məd.)
- Həmid kədərli kimi nəzərə çarpırdı (kədərli idi).
Ciziq - Az. dilinin cızıq (xətt, nişan) sözündəndir. Az. dilinin
“çi” sənət bildirən şəkilçisi tat dilində bu sözə qoşulduqda “ciziqçi”
(cızıq - tıma, yaxud tırna-tıma, dirədöymə oynayan) sözünü yaradır.3 *
1
2
Qulçumaq - Az. olan qol və çomaq sözlərindən olub, Az. sö
züdür. “Qolu çomaqlı’’ - hərbəli-zorbalı: özbaşına zəifləri əzən və s.
mənalarından fərqli olaraq tat dilində varlı, sərvətli (Az. dilində qol-
çomaq) mənasında işlənir.
Qızılala - eyni formalı Az. sözü olub balıq adıdır, rus dilində
bu balığa “forel” deyilir.
1 D.S.Setarov. Göstərilən əsəri. Səh. 93
2 Y.V.Çəmənzəminli. “Qan içində” romanı. Bakı, 1996, səh.95
3 Bu qayda üzrə də bu Az. şəkilçisi vasitəsilə tat dilində “mingəçi” - mingə -
orta, ara tat sözü ilə çi Az. şəkilçisindən araçılıq, ortalıq eləyən şəxs, kinarçi -
eyni qayda üzrə kənar və çi tərkiblərindən kənarda, qıraqda olan adam və s. kimi
sözlər yaranır. Az. dilinə yad olan belə sözlərin yaranması göstərir ki, tat dili Az.
dilindən bıı formanı qəbul edərək Az. dilinə məxsus olmayan söz tərkiblərində
Az. dilinə qaytarır; yəni ortaçı, kənarçı şəklində. Məs.: “Bu altı kar qızı
tutuşdurub gördük ki, heç şübhəsiz bunları bir nəfər, özü də həmin işin içərisində
olan yazıb; çünki, kənarçı (kursiv mənimdir. M.H.) bu məsələləri bilməzdi”.
“Kirpi” jurn. N 5/329/, mart 1966, səh.5
AZƏRBAYCAN TATLARININ DİLİ
51
Yətəq - Az. sözüdür. Az dilində yataq, tat dilində ancaq “qo
yun yatağı” mənasında işlənir və Az. dilində olduğu kimi çox məna
lı söz deyil (yorğan-döşək mənasında işlənmir).
Asma - Az. dilindəki “asmaq” felindən olub, tat dilində isim
mənasını daşıyır. Məsələn, be ərsi asmaküşt bürcündand (Q.,M.) -
toy üçün bozbaş bişiriblər. Az. dilində olan asmaq (məs.: qazan as
maq, plov asmaq və s.) feli köçərilik dövründə yaranmış sözdür. Bir
yerdən başqa yerə köçən, həmişə hərəkətdə olan tayfa və ya qrup
adamlar qazanın altına dayaq verib göydən asardılar, “qazan asmaq”
tərkibi də buradandır (yəni xörək bişirmək).1
Azərbaycan dilindən tat dilinə çoxlu miqdarda yer, dağ, bulaq,
çay (toponimik, aykonimik, hidronik), heyvan, quş, həşərat, bitki və
s. adlan da keçmişdir. Sayı asanlıqla artınla biləcək aşağıdakı bir
neçə nümunə buna sübutdur. Sarıqaya, Ağdərə, Qurdkeçməz, Qara-
bulaq (yer adlan), Qarakürə, Qızılbaş, Alabaş, Ağbaş, Qıırdbasan,
Qorxmaz (heyvan adlan), Qaraquş, Qızılquş, Qızıl İlan, Uzunburun,
Qırxayaq, Suiti (quş və həşərat adları), Qazayağı, İtburnu, İstiot, acı
tərə, Dəvədabanı (bitki adlan) və s.
Azərbaycan dilinin və bu dil vasitəsilə başqa türk dillərinin tat
dilinə leksik təsirinə dair çoxlu misallar gətirmək olar. Tat dili
leksik nümunələri göstərir ki, tarix boyu mövcud olmuş tat-türk (o
cümlədən Azərbaycan dilli qrupu) etnoslannın müştərək iqtisadi,
siyasi, ictimai birgəlik əlaqələri nəticəsində tat dilinə daxil olmuş
Azərbaycan dili (və ümumiyyətlə, türk dilləri) alınmaları “özünün
kü” olmayan dildə də özünə möhkəm yer edərək sabitləşir, gəldiyi
“ögey” dildə doğmalaşır və dəyişkənliyə az məruz qalır. Tat dilinə
keçmiş aşağıdakı Azərbaycan-türk alınmalanna bir nəzər sübut edir
ki, əsas, ana dilin intensiv ədəbi inkişafı nəticəsində bu sözlərin ço
xu həmin dildən çıxsa da sonradan özünə münbit toıpaq kimi məs
kən etdiyi ikinci, hətta qohum olmayan dildən bu sözlər çıxmır, hə
min dilin öz doğma sözləri ilə birlikdə qıanitləşərək bu dildə özünə
doğmalıq hüququ qazanır.
1 R.Rza da bu fikirdədir. Bax; onun: Talant, bilik, zəhmət. “Azərbaycan” jum. N
12, 1977. səh. 179
52
BİRİNCİ KİTAB
Tat dilində, hətta Azərbaycan dilindən çıxmış çoxlu Azərbay
can (ümumiyyətlə, türk mənşəli) sözlər də vardır. Aşağıda yeri gəl
dikcə bunların bir neçə nümunəsini verəcəyik.
Bəzək - bəzək-düzək, yaraşıq. Az. sözüdür. Qədim türk dillə
rində həmin mənada fars sözü olan “arastə” işləndiyi halda (bax:
«Древнетюркский» словарь. Л., 1969,
səh. 66; bundan sonra
DTS) tat dilində bu sözə təsadüf olunmur, onun əvəzində Az. sözü
olan “bəzək” işlənir.
Ataşluq - odluq, yandırmaq üçün olan. Bu sözün birinci his
səsi “ataş” qədim türk dillərində (bundan sonra qəd. t.d.) f.d olduğu
kimi “atəş” deyil, eynilə belə işlənmişdir. (DTS, səh. 66).
Göründüyü kimi, t.d. bu eynilə belədir. Sözün ikinci hissəsi olan
“luq” isə Az. dili şəkilçisidir (lıq, - lik, - luq, - lük). T.d eynilə bu
gün də işlənən həmin söz q.t.d. “ataşluq” (“yandırılan” mənasında)
işlənilmişdir (DTS, səh. 66). Göründüyü kimi, həmin söz Az.
dilindən çıxdığı halda t.dilində indi də öz klassik türk dili
formasında qalmışdır.
dan, - dən - AZ. d.(toyuq dəni, buğda və s.); maraqlıdır ki, T.
d. toyuq dəni mənasında “ çinə” də deyilir və bu qədim İran sözüdür.
İran dillərində isə bu söz “dən” mənasında deyil, “divar” mənasında
işlənmişdir.1 Bəlkə də ölkə adı olan “Çin” sözü də şərq dillərində
həmin “çine” (divar) sözündən əmələ gəlmişdir (öz qədim divanna,
səddinə görə). Bu sözü biz indi də Az. və T. dilində işlənən çinədən
(Az.d), çinədan(t.d) (toyuğun çinədəni mənasında) görə bilərik. Bu
sözü etimoloji cəhətdən iki cür izah etmək olar: 1. Çinə sözünü
(qədim “çine” sözündən) divar mənasında2 qəbul etsək - “dən
divarı”, “dən yeri”(burada “qab”, “yer” mənasını yaradan F. və Az.
d. “dan” - nəməkdan - duz qabı, güldan - külqabı və s. şəkilçisi ilə
qarışdırılmamalı) kimi izah edə bilərik; 2. “çinə” sözünü T.d “dən”
1 BUrhan - e’ qate. Çine sözünə bax.
2 İngilis İranştlnası B.Ləmbton da “çinədən” sözündən bəhs edərkən fars dilinin
meyvə dialektində işlənən çinə (çine) söztinü “divar”, “dən” sözünü isə Az. d
işlənən “dən”, “buğda” mənasında qəbul etmişdir. Bax: Ləmbton B.A. Три
Персиан диалектес. Лондон, 1938, səh. 39.
AZƏRBAYCAN TATLARININ DİLİ
53
mənasında qəbul etsək, sözün ikinci komponenti olan “dən”, “dan”
Az. və F. dillərində olan yuxanda qeyd etdiyimiz sözdüzəldici
“dan” (yerlik bildirən) şəkilçisidir və “dən qabı”, “dən yeri” kimi
izah olunur. Bizim misalımızda sözün, görünür, ikinci mənası daha
doğrudur.
Oçi - ovçu, Az. sözüdür, T.d. o (Az.d. ov) + Az.d sənət bil
dirən “çi” şəkilçisindədir. Maraqlıdır ki, Az.d. olduğu kimi bu sözdə
sənət bildirən “çi” şəkilçisinə daha bir sənəd bildirən “luq” şəkilçisi
qoşulduğu kimi (ovçuluq), tat dilində də Az.d. sənət bildirən “çi”
şəkilçisinə t.d. “gəri” sənət bildirən şəkilçisi qoşularaq “oçigəri”
ovçuluq sözünü yaradır (müq. et. t.d. dəmirçigəri - dəmirçilik, əsçi-
gəri - atçılıq, hüzümçigəri - odunçuluq, kümürçügəri - kömürçülük
və s.).
Pis - pis (pis adam və s. mənasında). Fars dilində həmin mə
nada olan “bəd” sözünə və ondan “i” şəkilçisi ilə yaranan “bədi” -
pislik sözünə tat dilində təsadüf etməmişik. T.d həmin İran mənşəli
şəkilçili Az. sözünə qoşularaq (pisi - pislik) yeni söz yaradır.
Buğaz - 1. boğaz (məc. mənada birindən hamilə, boğaz ol
maq, asılı olmaq mənasında); 2. boğaz olmaq, balaya qalmaq (ancaq
heyvan haqqında); 3. bədən üzvü. Hər üç mənada Az. sözüdür.
Səs - səs (seçki kompaniyasında). Az. sözüdür. Buradan T.d.
səs dərən - səs vermək, səs dərəgar - seçici, səs astaran - səsdən
məhrum etmək və s. kimi mürəkkəb birləşmələr yaranır.
Siğurta - Az. d. sığorta (özünü, əmlakım və s. sığortalamaq).
Daşbaş - Az. sözüdür: daşbaş, rüşvət mənasında. Bu Az. sö
zünə (hər iki komponenti - “daş” və “baş” Az. dilindən alınmadır)
Az. d. sənət, peşə bildirən “çi” şəkilçisi qoşulduqda tat dilində yeni
söz yaranır: daşbaşçi. Bu söz Az. d. yoxdur, “rüşvətxor”, “rüşvət
alan” mənasındadır.
Dəmqə - damğa (heyvanı, insanı damğalamaq, bədənin bir
hissəsinə dağlanmış dəmir parçası basmaqla nişanlamaq). Tat di
lində bu sözün “möhür” mənası da vardır. Dəmqə kalxuzmu - kol
xozumuzun möhürü və s., türk sözüdür. Az. d. keçmişdir. “Tamğa”
Dostları ilə paylaş: |