HƏYATIN GERÇƏK MƏNŞƏYİ
24
tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər
kimi “zəifləri aradan çıxaran” faktorlarla deyil,
heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə
tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin
güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil,
çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər.
8
Bitkilər belə Darvinin irəli sürdüyü “rəqabət
yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə
çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı
müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə
“bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki
bitki sıxlığı artdıqda çoxalmanı azaltdıqlarını
sübut etdi.
9
Digər tərəfdən qarışqalar, bal arıları
kimi canlı icmalarında rast gəlinən fədakarlıq
nümunələri darvinist həyat uğrunda mübarizə
anlayışının tam əksini göstərirdi.
Son illərdəki bəzi tədqiqatlar fədakarlıq
davranışının hətta bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır.
Beyinə və ya sinir sisteminə malik olmayan, ona görə düşünmə qabiliyyətinə
malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları
xilas etmək üçün intihar edirlər.
10
Bu nümunələr təbii seçmənın əsas fərziyyəsi olan “həyat uğrunda mütləq
mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur,
amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik
nümunələri də var.
Müşahidə və təcrübələr
Təbii seçmə ilə təkamül nəzəriyyəsi yuxarıda bildirdiyimiz nəzəri
əsassızlıqla bərabər əslində konkret elmi kəşflər qarşısında çıxılmaz vəziyyətə
düşmüşdür. Bir nəzəriyyənin elmilik dəyəri müşahidə və təcrübələr
qarşısındakı uğuru və ya uğursuzluğu ilə ölçülür. Təbii seçmə ilə təkamül
nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə məğlub olmuşdur.
Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə dair
tək bir tapıntı belə üzə çıxmamışdır. Məşhur təkamülçü olan ingilis Təbiət
Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə qəbul edir:
Kimsə təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Kimsə
belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin
ən çox müzakirə edilən mövzusu da budur.
11
Fransanın ən məşhur zooloqlarından olan 35 cildlik “ Traité de zoologie”
Darvin həyat uğrunda
mübarizə muddəasını
inkişaf etdirərkən Tomas
Maltusdan təsirlənmişdi.
Lakin müşahidə və
təcrübələr Maltusu haqsız
çıxardı.
Darvinizmin mexanizmləri
25
ensiklopediyasının redaktoru və Fransa Elmlər Akademiyasının (Académie
des Sciences) keçmiş rəhbəri Pier Pol Qrasse isə “Canlı orqanizmlərin
təkamülü” ( Evolution of living organisms) adlı kitabının “Təkamül və təbii
seçmə” bölməsini belə bitirmişdir:
C.Haksli və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə
hazırladığı nəzəriyyəsi demoqrafik həqiqətlərin, genotiplərin regional
dalğalanması və coğrafi səpələnmələrin müşahidəsindən başqa şey
deyil. Nəzərdən keçirilən növlərin əksəriyyəti on min illər ərzində heç
dəyişmədən qalmışdır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar
genlərin əvvəlcədən dəyişməsilə bərabər nəzərdən keçirildikdə təkamülə
dəlil göstərilə bilməz və bunun ən gözəl dəlili milyonlarla il ərzində heç
bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.
12
Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların “təbii seçmənın müşahidə
edilmiş nümunəsi” kimi göstərdikləri bir neçə nadir hadisəyə baxdıqda isə
əslində onların təkamül nəzəriyyəsinə dəlil olmadığını asanlıqla görərik.
Sənaye inqilabı kəpənəklərinin
gerçək hekayəsi
Təkamülçü mənbələrə nəzər saldıqda İngiltərədəki sənaye inqilabı dövrü
kəpənəklərinin təbii seçmə ilə təkamül keçirmə tezisinə nümunə göstərildiyini
görmək olar. Dərsliklərdə, jurnallarda, hətta akademik mənbələrdə bu mövzu
təkamülün ən aydın və müşahidə edilmiş nümunəsi kimi təqdim edilir.
Lakin əslində bu nümunənin təkamüllə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, bu
nümunəni qısa şəkildə təsvir edək: deyilənə görə, İngiltərədə sənaye inqilabı
dövrünün başladığı illərdə Mançester ərazisindəki ağacların qabıqları açıq
rəngli idi. Ona görə bu ağacların üstünə qonan tünd rəngli güvə kəpənəklərini
quşlar tez görür və yaşama ehtimalları azalırdı. Lakin əlli il sonra sənaye
tullantıları nəticəsində ağacların üstündəki açıq rəngli yosunların ölməsi ilə
qabıqları tündləşir və buna görə, bu dəfə də açıq rəngli güvələri quşlar daha çox
yeməyə başlayır. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rənglilər isə
nəzərə çarpmadığına görə çoxalır.
Bu hadisə təbii seçmə ilə təkamül nəzəriyyəsinin böyük dəlili hesab edilir,
açıq rəngli kəpənəklərin zaman ərzində tünd rəngli kəpənəklərə çevrilib
təkamül keçirməsi şəklində səhv dəyərləndirilir.
Lakin bu nümunənin doğru olması fərz edilsə belə, təkamül nəzəriyyəsinə
dəlil deyil. Çünki baş verən təbii seçmə daha əvvəl təbiətdə mövcud olmayan
yeni növ meydana gətirməmişdir. Sənaye inqilabından əvvəl də kəpənək
populyasiyası daxilində qara fərdlər var idi. Lakin mövcud olan kəpənək
növlərinin sayı dəyişmişdir. Kəpənəklər “növ dəyişikliyi” istiqamətində yeni
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
26
orqan və ya xüsusiyyət qazanmamışdılar.
14
Lakin bir kəpənəyin başqa canlı
növünə, məsələn, bir quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız-
hesabsız dəyişiklik, əlavə və əksiltmələr edilməli, başqa sözlə, kəpənəyin geninə
quşun fiziki xüsusiyyətlərinə aid məlumatları ehtiva edən tamamilə ayrı genetik
proqram yüklənməlidir.
Sənaye kəpənəkləri ilə bağlı təkamülçü hekayəyə verilən ümumi cavab
belədir. Ancaq mövzunun daha da maraqlı tərəfi var: hekayənin sadəcə şərhi
deyil, özü də səhvdir. Molekulyar bioloq Conatan Uelzin 2000-ci ildə nəşr edilən
“Təkamül bütləri” (İcons of evolution) adlı kitabında açıqladığı kimi, demək
olar ki, hər təkamül tərəfdarı biologiya kitabında verilən və bu səbəbdən “bütə”
çevrilmiş sənaye inqilabı kəpənəkləri hekayəsi həqiqətləri əks etdirmir. Uelz
hekayənin “təcrübi dəlili” kimi məlum olan Bernard Ketlvelin elmi fəaliyyətinin
əslində elmi qalmaqal olduğunu izah edir. Bu qalmaqalın bəzi təməl ünsürlərini
belə sıralamaq olar:
•
Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox araşdırma
sözügedən kəpənəklərin sadəcə bir növünün ağacın gövdəsinə qonduğunu,
digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı.
1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda
qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 il tədqiqat aparan
Siril Klark, Rouri Haulet, Maykl Macerus, Toni Libert, Pol Breykfild kimi bir
çox elm adamı “Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından
fərqli davranmağa məcbur edildiklərini, təcrübə nəticələrinin buna görə
elmi cəhətdən qəbul edilməyəcəyini” bildirdilər.
14
•
Ketlvelin təcrübəsini təhlil edən tədqiqatçılar daha da təəccüblü
nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş ərazilərində açıq rəngli
Yuxarıda sənaye
inqilabından əvvəlki, altda
isə sonrasındakı ağaclar
və kəpənəklər görsənir.
Ağacların rəngi tündləşdiyi
üçün açıq rəngli kəpənəklər
quşlar tərəfindən daha
asan ovlanmış və sayları
azalmışdır. Ancaq bu,
təkamül deyildir, çünki yeni
növ əmələ gəlməmiş, sadəcə
var olan növlərin sayı
azalmışdı.
Dostları ilə paylaş: |