M illi t ə h l ü k ə s i z l i k v ə h ə r b i e l m l ə r , 2 0 1 6 - c ı il, cild 2, № 2
______________________________ Hərbi-nəzəri elmlər
_______________
UOT 378.6; 159.923.2; 378.6
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA HƏRBİ TƏHSİL SİSTEMİ
dosent, general-leytenant Heydər Piriyev
Azərbaycarı Respublikası Silahlı Qiıvvələrinin Hərbi Akademiyası
Xülıısə. Məqalədə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin Azərbaycanın milli
hərbi təhsil sisteminin yaradılması, müstəqillik illərində hərbi təhsil müəssisələrinin fəaliyyətinin tək-
milləşdirilməsi və milli zabit kadrları hazırlığı sahəsiııdəki rolu tədqiq edilmişdir.
Açar sözlər: Ümummilli lider, hərbi təhsil sistemi, milli zabit kadrları, Silahlı Qüvvələr, ali hər-
bi məktəb.
Giriş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilatlandırılması və möhkəmləndirilməsi sahə-
sində Azərbaycan xalqımn Ümummilli lideri Heydər Əliyevin tarixi fəaliyyətinin mühüm isitiqamətlə-
rindən biri də Azərbaycanın hərbi təhsil sisteminin formalaşdırılması idi. Çünki silahlı qüvvələrin ya-
radılması və inkişafı üçün zəruri olan zabit heyətinin yetişdirilməsinin əsas bazası milli hərbi təhsil sis-
temidir. Bu baxımdan milli hərbi təhsil sistemi dövlətin hərbi qüdrətinin artırılması sahəsində strateji
əhəmiyyətli sahəsidir.
Milli-hərbi kadr hazırlığı
Hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi zamanı Heydər Əliyev bu məsələyə xü-
susi diqqət yetirirdi və milli hərbi kadrlarm hazırlanmasının mənəvi-ideoloji konsepsiyasmı da hazırla-
mışdı. Heydər Əliyevə görə milli zabit kadrların hazırlığı sadəcə olaraq milli zabitlərin sayının artırıl-
ması deyildi. Fəal mövqeyi, milli düşüncəsi ilə Ümummilli lider Heydər Əliyev bu məsələyə baxışda
tam am ib yeni bir təfəkkür formalaşdırdı, bu prosesə Azərbaycanın gələcəyi və müstəqilliyi üçün əhə-
miyyət kəsb edəcək mühüm bir məzmun veıdi. Onun hesab etdiyi kimi, milli zabit kadrları Azərbay-
cançılıq məfkurəsinin və Azərbaycan xalqınm milli qəhrəmanlıq ənənələrinin daşıyıcısı, Azərbaycanın
müstəqilliyinin dayağı, azərbaycançılığın təmsilçisi olmalı idi. Sovet ideologiyası ehkamlarının kifayət
qədər sərt olmasına, yerlərdə milli təfəkkürün oyanışına эп ciddi təzyiqlər göstərilməsinə baxmayaraq,
Heydər Əliyev milli zabit kadrların hazırlığına məhz bu mövqedən yanaşırdı və öz mövqeyini açıq şə-
kildə səsləndirməkdən və əsaslandırmaqdan da çəkinmirdi.
Heydər Əliyev Azərbaycan xalqının öz müstəqilliyinə qovuşacağını görürdü və müstəqil Azər-
baycan üçün milli-strateji əhəmiyyət kəsb edəcək məsələlərin, о cümlədən də milli zabit kadrların ba-
zasının yaradılmasına hələ sovet dövründə çalışırdı. Umummilli lider Heydər Əliyev çıxışlarımn birin-
də deyirdi: "22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil respublika ola-
caqdır. Lakin mən о vaxt Azərbaycanın müstəqilliyi fıkri ilə yaşayırdım" [1].
Azərbaycamn müstəqil olacağına inanan Ümummilli lider bütün fəaliyyətini bu inam üzərində
qurmuşdu. Azərbaycanda milli hərbi təhsil sisteminin yaradılmasına başlanması və milli zabit kadrla
rm hazırlığına prioritet istiqamət verilməsi onun Azərbaycanm milli maraqlarına olan bağlılığından
irəli gəlirdi.
Məlumdur ki, Azərbaycanda milli hərbi təhsil sistemi hələ Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə formalaşdırılmışdı. Azərbaycan xalqımn böyük sərkərdələri, Heydər Əliyevin öz çıxışlarında dö-
пэ-dönə istinad etdiyi Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski bu sistemin qurulması, təşkilat-
landırılması və möhkəmləndirilməsində xüsusi fəaliyyət göstərmişdilər. Adları çəkilən generalları
Azərbaycanın milli zabit kadrlarının hazırlanmasında, hətta Sovet hakimiyyəti illərində yaxından işti-
rak edirdilər. Zəngin hərbi təcrübəyə və biliyə malik olduqları üçün Əliağa Şıxlinski 1924-cü ilin son-
-
5
-
M i lli t ə h l ü k ə s i z l i k v ə h ə r b i e l m l ə r , 2 0 1 6 - c ı il, c ild 2, № 2
______________________________ Hərbi-nəzəri elm lər________________________________
larmda komandir heyəti üçün Azərbaycan birbşm iş hərbi məktəbinin rəis müavini təyin edildi. Səməd
bəy Mehmandarov isə 1924-1928-ci illərdə Azərbaycanm komanda məktəbinin və Zaqafqaziya piyada
məktəbinin baş müəllimi təyin edilmişdi. Bu generalların dərs dediyi hərbi məktəblərdə 6 nəfər azər-
baycanlı general, 10 nəfərə yaxın diviziya komandiri, 10-dan çox alay komandiri, 4 nəfər Sovet Ittifaqı
Qəhrəmanı, о cümlədən də Həzi Aslanov yetişmişdi [2].
Amma milli təfəkkürlü zabit kadrlarınm yetişdirilməsini öz ideoloji platformasına uyğun hesab
etməyən keçmiş mərkəz XX əsrin 30-cu illərində Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi
təhsil sisteminə son qoydu və bu prosesi bütünlüklə mərkəzin nəzarəti altına aldı.
Böyük Vətən müharibəsi illərində bütün respublikalarda olduğu kimi Azərbaycanda da milli di-
viziyalar təşkil edildi və bu diviziyaların yaradılması ilə əlaqədar milli zabit kadrlarının hazırlığı zəru-
rəti də ortaya çıxdı. Bu kadrlar sovet hərbi məktəblərində hazırlanırdı və milli hərbi kadrlara olan ehti-
yacı ödəmək üçün İttifaqm bir çox hərbi məktəblərində milli kadrlar, о cümlədən də azərbaycanlılar
üçün kvotalar ayrılmışdı. Həmin milli diviziyalarm bəziləri 1956-cı ilə qədər mövcud oldu. Nə qədər
ki, milli diviziyalar mövcud idi hərbi məktəblərdə milli zabit kadrlarına kvota ayrılması da diqqət mər-
kəzində idi. Amnıa 1956-cı ildən sonra bu məsələyə diqqət də xeyli zəiflədi. Mövcud olan faktlara gö-
гэ, Heydər Əliyevin Sovet Azərbaycanmm rəhbəri seçilməsi ərəfəsində, konkret olaraq 1967-ci ildə
ölkə hərbi məktəblərinə cəmi 136 azərbaycanlı gənc sənəd vermişdi ki, onlarm çox az hissəsi məktəb-
lərə daxil ola bilmişdi. Həmin il Bakı Ali Umumqoşun Komandirləri Məktəbinə 21 azərbaycanlı, Xə-
zər Ali Hərbi Dənizçilik Məktəbinə isə cəmi 2 azərbaycanlı daxil ola bilmişdi [3].
İttifaq mərkəzi Sovet Ordusunda milli zabit kadrların, xüsusilə rəhbər strukturlarda olmasına о
qədər də rəğbətlə yanaşmırdı. Azərbaycanın о zamankı rəhbərliyi də İttifaq rəhbərliyinin bu xəttinə
qarşı çıxmağa və milli iradə nümayiş etdirməyə maraqlı deyildi. Bunun nəticəsi idi ki, bir tərəfdən
azərbaycanlı milli zabit kadrlar hazırlanmasmda irəliləyiş yox idi, digər tərəfdən, Azərbaycandan olan
çağırışçı ehtiyatı daha çox hərbi ixtisaslar verməyən hərbi hissələrə yerbşdirilirdi. Heydər Əliyev isə
respublika rəhbərliyinə seçildiyi ilk günlərdən bu vəziyyətlə razılaşmadı və fərqli bir milli siyasət izb -
məyə başladı. Yaranmış vəziyyəti Heydər Əliyevin özü b e b şərh edirdi: "D övbt təhlükəsizliyi orqan-
larında işləyəndə bütün Azərbaycanda, habeb SSRİ-də olan hərbi hissələrlə çox yaxşı tamş idim. On-
larla əlaqəm var idi, onlarla görüşürdüm. Ancaq hər dəfə məni narahat edən о idi ki, azərbaycanhlar-
dan zabit vəzifəsində adam yoxdur... Ü m um iyyətb, SSRİ ali hərbi məktəblərinə, əsasən, ruslar, ukray-
nalılar, beloruslar qəbul oluna b ib rd ib r. Qalan m illətbrin gəncbrinin hərbi m əktəbbrə qəbul edilmə-
sini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm,
yaxşı, biz Ittifaqın bərabərhüquqlu müttəfıq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün
ordudan təcrid olunuruq? Deməli, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbay-
canlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən. Ona görə də mən 1969-cu ildə Azərbayca-
na rəhbər seçiləndən sonra, 1971-ci ildə bununla məşğul oldum" [4].
Heydər Əliyev bu çıxışında 1971-ci ili xatırladanda, əslində, Cəmşid Naxçıvanski adma hərbi-in-
ternat məktəbin yaradıldığı ili nəzərdə tuturdu. Milli hərbi kadrlar hazırlığı məsələləri ilə o, Azərbay-
cana rəhbər seçildiyi ilk aylardan məşğul olmağa başladı. Çünki 1971-ci ilin aprelində milli hərbi kadr
lar hazırlığına və respublikada hərbi çağırış məsələlərinə həsr edilmiş respublika Kommunist partiyası
Mərkəzi Komitəsinin büro iclasında çıxış edərkən Heydər Əliyev bildirirdi ki, son bir il yarımda artıq
üçüncü dəfədir ki, bu məsələ büroda müzakirə olunur. Bu büro iclasında Heydər Əliyevin о dövr üçün
son dərəcə böyük cəsarət tələb edən bir çıxış etdi. Bu çıxışı milli hərbi zabit kadrlarının yetişdirilməsi
ib bağlı konsepsiyası kimi də dəyərləndirmək olar. Heydər Əliyev çıxışında b e b dedi: "İ1 yarım ərzin-
də biz üçüncü dəfədir ki, MK bürosunda orduya çağırış və hərbi məktəblərin komplektləşdirilməsi ilə
bağlı məsələ müzakirə edirik. Bu, təsadüfi deyil. Çünki bu məsələ siyasi əhəmiyyəti olan çox mühüm
məsələdir. Həm ona görə ki, biz bu sahədə işlərin əsaslı şəkildə yaxşılaşdırılmasına nail olmamışıq və
bu məsələ ib bağlı partiyanın tələbbrinin yerinə yetirilməsini təmin etməmişik.
Bizdə orduya çağırışm aparılması pis gedir. Nöqsanlar haqqında əvvəllər danışmışıq. Bizdə hərbi
məktəblərin komplektləşdirilməsi isə xüsusib pis gedir. Mən bir daha qeyd edirəm ki, bu məsələ bizim
respublikamız üçün son dərəcə siyasi əhəmiyyət kəsb edən fövqəladə mühüm bir məsələdir. Açıq de-
M i lli t o lıli ik o s i /I ik v ə h ə r b i e l m l ə r , 2 0 1 6 - c ı il, c i ld 2, № 2
______________________________ H ərbi-nəzəri elmlər________________________________
məliyəm ki, keçmişdə bizim hərbi ənənəmiz yox idi. Sovet hakimiyyəti qurulana qədər azərbaycanlı-
lar, bir qayda olaraq, orduda xidmət etmirdibr. 50 və ya 100 il b e b davam etmişdir. Bütün tarixboyu
isə azərbaycanlılar üçün orduda xidmətin tarixi ənənəsi yaradılmışdı. Bu, əlbəttə ki, hansısa səviyyədə
isə bizim insanların hərbi təlim məsələlərinə öz təsirini göstərir. Bununla bərabər, nəzərə alınmalı və
elə fəaliyyət göstərilməlidir ki, tarixdə yol veribn о böyük boşluq aradan qaldırılsın, biz bu m əsəbdə
tarixi ənənələri və böyük keçmişi olan digər xalqlarla bir səviyyəyə qalxa bibk.
Biz öz böyük məktəbimizi nə vaxt yaradacağıq? Nə vaxt bizim respublikamız, bizim yerli millə-
timiz olan azərbaycanlılar Silahlı Qüvvələrdə öz yerini tutacaq və bizim ölkəmizin müdafıəsinə, onun
hərbi qüdrətinin möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir?
Yoldaş Quliyev (respublikanm hərbi komissarı general-mayor Murtuz Quliyev nəzərdə tutulur -
H.P.) məruzə etdi ki, seçilmiş 800 nəfərdən 170-i azərbaycanlıdır. Bu da uğurdur. Çünki keçən il onlar
cəmi 57 nəfər idibr. Əgər biz 1100-1200 nəfər seçəcəyiksə (söhbət SSRİ ali hərbi m əktəbbrinə daxil
olmaq üçün Azərbaycandan namizədlərin seçilməsindən gedir - H.P.) və respublikada əhalinin 74 fai-
zini azərbaycanlılar təşkil edirsə, onda ən azı bu 74 faizi təmin edin. Əgər bütün 100 faiz verilərsə, on-
da biz bu sahədə keçmişdə yol verdiyimiz boşluğu aradan qaldıra bibrik. Əgər bu gün malik olduğu-
muz rəqəmlər qalacaqsa, onda biz öz •vəzifələrimizi yerinə yetirə bilməyəcəyik. Bu baxımdan qarşı-
mızda çox böyük vəzifə dayanır və biz milli hərbi kadrlara malik olmasaq bunu gəbcək nəsilbr bizə
bağışlamaz" [5].
Ümummilli lider Heydər Əliyev həmin vaxtlardan bu m əsəbyə tam am ib yeni tə b b b r irəli
sürüldü, müvafıq təşkilatlar qarşısında çox ciddi vəzifələr qoyuldu. Bu vəzifənin həyata keçirilməsi isə
çox böyük təşkilatçılıq işbrini nəzərdə tuturdu.
Milli zabit kadrların saymın artırılması üçün gəncbrdə bu peşəyə həvəs yaratmaq lazım idi. Ona
görə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında təbliğat işbrinin genişbndirilmə-
si, kənd rayonlarmda rus dilinin tədrisinin yaxşılaşdırılması və s. digər işb r diqqət mərkəzinə gətirildi.
1971-ci ildə milli hərbi kadrlarm hazırlığı sahəsində ciddi nəticəbrin əldə edilməsi üçün Heydər
Əliyev daha qətiyyətli bir təşəbbüslə çıxış etdi. Bu təşəbbüsə əsasən həmin il Zığ qəsəbəsində yerbşən
2 nömrəli səkkizillik intemat məktəbin bazasında Cəmşid Naxçıvanski adma hərbi təmayüllü xüsusi
intemat məktəbin əsası qoyuldu [6]. Təşkil olunduğu illərdə bu məktəbdə təhsil VIII, IX və X sinif-
lərdə nəzərdə tutulmuşdu və gələcəkdə zabit olmaq istəyən şagirdbr burada təhsil ala b ib rd ib r.
Bu məktəbin təsis edilməsinə görə Heydər Əliyevin İttifaq mərkəzindən böyük təzyiqbrə məruz
qalması artıq məlum faktdır [7].
Heydər Əliyevin qətiyyəti nəticəsində bu xüsusi intemat məktəb bağlanmadı, əksinə onun fəaliy-
yətinin yaxşılaşdırılması üçün lazımi qərarlar qəbul edildi. Məsələn, 1976-cı il aprelin 20-də Azərbay-
can Kommunist Partiyası Mərkəzi Komitəsi və N azirbr Sovetinin "C.Naxçıvanski adına respublika or-
ta internat məktəbin fəaliyyətinin yaxşılaşdırılması tədbirbri haqqmda", 1978-ci il iyunun 30-da Azər-
baycan SSR N azirb r Sovetinin "C.Naxçıvanski adma respublika Xüsusi internat məktəbinin iş şəraiti-
nin yaxşılaşdırılması tədbirbri haqqmda", 1981-ci il iyun ayının 18-də Azərbaycan KP MK və Res
publika N azirbr Sovetinin "C.Naxçıvanski adma respublika Xüsusi intemat məktəbinin maddi-texniki
bazasimn genişbndirilm əsi tədbirbri haqqmda" qərarları qəbul edildi [8].
Məktəbin fəaliyyətinin təşkilinə respublika rəhbərliyi tərəfmdən göstərilən qayğınm nəticəsi kimi
ildən-ib onun məzunları sırasmdan kursant adı alanlarm sayı da çoxalmağa başladı. Məsələn, 1971-ci
ildə C.Naxçıvanski adına Xüsusi internat məktəbinin 21 ınəzunu, 1975-ci ildə 24 məzunu, 1976-cı ildə
46 məzunu, 1977-ci ildə 68 məzunu, 1980-ci ildə 105 məzunu, 1981-ci ildə 107 məzunu, 1982-ci ildə
103 məzunu, 1983-cü ildə 133 məzunu ölkənin ali hərbi məktəblərinə daxil oldular [9]. 1986-cı ildə isə
məktəbin artıq 200-dən çox məzunu İttifaqm m üxtəlif hərbi məktəblərinə daxil ola bilm işdibr [10].
Məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində yalmz C.Naxçıvanski adına Xüsusi məktə-
bin məzunlarından deyil, digər ümumtəhsil m əktəbbrinin məzunları arasından ölkənin ali hərbi təhsil
müəssisəsinə göndəribnbrin sayı artır. İldən-ib İttifaq ali hərbi təhsil müəssisələrinə respublikadan
göndəribnbr arasında da azərbaycanlı gənclərin də saymda artım əldə edildi. 1972-1976-cı ilbrdə
Azərbaycandan ölkə ali hərbi məktəblərinə göndərilənlərin statistikası aşağıdakı kimi idi [11].
-
7
-
M i lli t ə h l ü k ə s i z l i k v ə h ə r b i e l m l ə r , 2 0 1 6 - c ı il, cild 2, № 2
H ərbi-nəzəri elmlər
Cədvəl.
iı
Hərbi məktəb ərə göndərilib
Daxi olub
cəmi
azərbaycanlı
cəmi
azərbaycanlı
1972-ci il
1616
711
353
81
1973-cü il
1700
730
408
98
1974-cü il
1514
550
360
112
1975-ci il
1210
675
310
121
1976-cı il
1128
435
334
130
1977-ci il
1040
405
-
390
152
Cədvəldən göründüyü kimi, 1973-cü ildən 1977-ci ilə kimi Azərbaycandan ölkə ali hərbi mək-
təbbrinə göndərilənlərin ümumi sayında ildən-ilə müəyyən azalma baş versa də, həmin illər daxil olan
azərbaycanlıların sayında artım olmuşdur.
Sonrakı illərdə də azərbaycanlılar arasından İttifaqın ali hərbi məktəblərinə daxil olan azərbay-
canlıların sayı artdı. Məsələn, Heydər Əliyevin Moskvada yüksək vəzifəyə irəli çəkildiyi il, yəni 1982-
ci ildə respublikadan 1086 nəfər İttifaqın m üxtəlif ali hərbi m əktəbbrinə daxil oldu. Onlardan 619 nə-
fəri azərbaycanlı idi. Sonrakı 1983-cü ildə isə Azərbaycandan İttifaq ali hərbi məktəblərinə daxil olan
1206 nəfərin 812-si azərbaycanlı idi [12].
Heydər Əliyevin respublika rəhbəri seçildiyi ilk illərlə müqayisədə onun Moskvaya yiiksək vəzi-
fəyə irəli çəkildiyi ildə İttifaq ali hərbi m əktəbbrinə daxil olan azərbaycanlıların sayı 20 dəfəyə yaxın
artmışdı. Başqa sözb,1972-ci ildə cəmi 46 azərbaycanlı ali hərbi məktəblərə daxil olmuşdusa, 1983-cü
ildə onların sayı 812 nəfərə çatmışdı.
Bakıda yerləşən ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı gənclərin sayının artırılması üçün
də Heydər Əliyev çox ciddi təşkilatçılıq işləri apardı. O, həmin məktəblərin fəaliyyəti ilə və ora azər-
baycanlı gənclərin daxil olması səviyyəsi i b maraqlandı və sonralar məktəblərin fəaliyyətinin Azər-
baycanm milli maraqlarına uyğunlaşdırılması sahəsində görübn işbri sonralar b e b xatırlayırdı: "Mən
1970-ci ildə bu məktəblərin işi i b tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul
etdiyi halda, Umumi Hərbi K om andirbr Məktəbində cəmisi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi
Dəniz Qonanması Məktəbində isə 1-2 nəfər azərbaycanh oxuyur. Hərbi məktəblər Azərbaycanda,
Bakıda yerbşirdi, amma orada oxuyanların tam əksəriyyəti azərbaycanlı deyildi. Bu, bir tərəfdən о
vaxt aparılan siyasət - sovet hakimiyyətinin siyasəti idi. Onlar о vaxt orduda yüksək vəzifələrdə başqa
millətlərdən və xüsusən, Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də
Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər
gördük. Biz Naxçıvanski adına hərbi məktəb yaratmaqla yanaşı, Azərbaycanda yerbşən iki ali hərbi
məktəbə - baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet Ittifaqı Müdafıə Nazirliyinə tabe id ib r - hər
il azərbaycanlıların qəbul edilməsinə nail olduq" [13].
Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbinin fəaliyyətində milli maraqların daha yaxşı
təmsil olunması üçün Heydər Əliyev bu məktəbin rəisliyinə də azərbaycanh zabitin təyin edilməsinə
nail oldu və onun qarşısında məktəbə daxil olanların 50 faizinin azərbaycanlıların olması vəzifəsini
qoydu. Respublika rəhbərinin təkidi bu istiqamətdə də ciddi nəticələr əldə edildi və ora daxil olanların
tərkibində azərbaycanlıların sayı xeyli artırıldı. Respublika rəhbərinin təkidi ib 1981-1983-cü ilbrdə
Bakı Ali Umumqoşun K om andirbri Məktəbində azərbaycanlı gənclər üçün ayrılan kvotanı 225 nəfərə,
Xəzər Ali Hərbi Dənizçilik Məktəbində isə 125 nəfərə çatdırmaq mümkün oldu. Bu kvotaların sayının
yüksəldilməsi, heç şübhəsiz, azərbaycanlı gənclərin həmin məktəblərə daxil olmasını xeyli asanlaşdı-
rırdı [14].
Heydər Əliyev Moskvaya yüksək vəzifəyə irəli çəkildikdən sonra azərbaycanlı gənclərin zabit
kimi yetişməsinin qarşısında yenidən ciddi maneələr ortaya çıxdı. Məsələn, 1983-cü ildə Azərbay-
candan bütünlükdə 1206 nəfər ölkə hərbi məktəblərinə daxil olmuşdusa, 1985-ci ildə ölkə ali hərbi
məktəblərində Azərbaycan üçün kvota 397 nəfərə qədər azaldıldı. Bakı Ali Ümumqoşun Komandirbri
Məktəbində isə Azərbaycan üçün nəzərdə tutulan kvota 225 nəfərdən 33 nəfərə endirildi [15]. Bunun
M i lli t ə h l ü k ə s i z l i k v ə h ə r b i e l m l ə r , 2 0 1 6 - c ı il, c ild 2, № 2
_____________________________ H ərbi-nəzəri elmlər
_________________________
nəticəsi idi ki, sonrakı ilbrdə ölkənin ali hərbi məktəblərinə daxil olan azərbaycanlı gənclərin sayında
da azalma özünü göstərməyə başladı.
Bununla b eb , məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində hələ sovet hakimiyyəti
ilbrində müstəqil Azərbaycanın Silahlı Qüvvəbrinin kadr bazasını təşkil edə biləcək milli kadrların
hazırlanması əldə edildi.
Azərbaycan xalqı öz müstəqilliyini Ьэфа edəndən sonra milli zabit kadrların hazırlanması üçün
daha yaxşı imkanlar açıldı. Azərbaycan Respublikası Silahlı Q üvvəbrinin qurucusu Heydər Əliyev bu
sahəyə diqqəti daha da artırdı və Azərbaycanda mükəmməl hərbi təhsil sistemini təşkilatlandırdı. Bu
nun nəticəsi idi ki, öz həyatını zabit peşəsinə həsr edən gənclərin də bu m əktəbbrə axım başladı.
Heydər Əliyev zabit peşəsini seçən gəncləri b e b qiymətbndirirdi: "Vətəni qorumaq peşəsi bu peşəb-
rin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gəncbrdən yük-
səkdə durur, bütün gəncbrdən qiymətlidir. Çünki müstəqil dövbtim iz, müstəqil Azərbaycan yaşamalı-
dır, inkişaf etməlidir. Onun çox güclü ordusu bu gün də, gələcəkdə də olmalıdır. Olmalıdır ki, torpaq-
larımız bundan sonra heç bir tərəfdən işgal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoru-
na bilsin. Olmalıdır ki, dünyada məşhur olan və dünya tarixində böyük yer tutmuş sərkərdəbr kimi,
müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun. Biz bunu gözbyirik. Tam inanıram ki,
Azərbaycan gəncləri içərisindən yaxın gəbcəkdə b e b sərkərdələr çıxacaqdır. Onlar nəinki Azərbay-
canda, bütün dünyada tanınan sərkərdəbr olacaqdır" [16].
Yeni dövrün vəzifəbrinin daha dolğun icrası və milli zabit kadr hazırlığı prosesinin təkm ilbşdi-
rilməsi üçün 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü orta məktəbin adı dəyişdirilərək
C.Naxçıvanski adına hərbi lisey adlandırıldı. Heydər Əliyevin 1998-ci il mart ayının 13-də imzaladığı
sərəncamla C.Naxçıvanski hərbi liseyin Naxçivan fılialınm əsası qoyuldu [17] və 1999-cu il oktyabr
ayının 13-də həmin fılialın açılışında şəxsən iştirak etdi və gələcəyini zabit kimi görmək istəyən gənc-
b rə səmimi uğurlar arzuladı.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli hərbi təhsil sisteminin fonnalaşdırılması
sahəsində də daha ciddi addımlar atıldı. Respublikada hərbi təyyarəçi kadrlara olan ehtiyacın aradan
qaldırılması üçün 1995-ci ildə Azərbaycanda Uçuş Hazırlığı Təlim Mərkəzi yaradıldı və bu mərkəzdə
3 illik proqram əsasmda təyyarəçi kadrların hazırlanmasına başlandı. 1997-ci il oktyabr ayının 15-də
bu təlim mərkəzində təhsil alan heyətin ilk buraxıhşı oldu və Heydər Əliyev bu buraxılışda iştirak et-
m əkb gənc hərbi təyyarəçilər qarşısında çıxış da etdi [18].
Hərbi təyyarəçi kadrların hazırlığına xüsusi əhəmiyyət verildiyi üçün idi ki, 1998-ci ildə Uçuş
Hazırlığı Təlim Mərkəzi "Bakı Ali Hərbi Təyyarəçilik Məktəbi" adlandırıldı. Bu məktəbə daxil olanlar
2 istiqamət və 4 ixtisas üzrə təhsil alırdılar. 2001-ci ildə isə bu məktəb Azərbaycan Respublikasmın
Prezidenti Heydər Əliyevin fərmam ib Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. E b
həmin ildə eyni fərmanla Bakı Ali B irbşm iş Komandanlıq Məktəbi Azərbaycan Ali Hərbi Məktəbi,
Bakı Ali Hərbi Dənizçilik Məktəbi isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırıldı. Adları
çəkilən bu məktəblərdə 1997-ci ildən etibarən zabit kadrlarının hazırlığı müasir standartlara cavab ve-
rən yeni proqram üzərinə qoyuldu və 2001-ci ildə bu məktəblərin ilk buraxılışı oldu. Həmin buraxılış-
da da Heydər Əliyev iştirak edərək m üdavim br qarşısında çıxış etdi: "Siz xoşbəxt adamlarsımz, xoş-
bəxt gəncbrsiniz. Ona görə ki, bu məktəbdə dörd il təhsil almısımz, hərbi peşəni mənimsəmisiniz və
şüurlu olaraq özünüzü bu şərəfli işə, hərbi peşəyə həsr etmək niyyəti ilə yaşayırsımz və Azərbaycan or-
dusunda şərəflə xidmət etməyə hazırsımz. Sizin qarşımzda çox böyük vəzifələr durur. Siz bu ilb r ər-
zində aldığmız təhsili, qazandığınız təcıoibəni gərək Azərbaycanm xidmət edəcəyiniz hərbi hissələrin-
də səmərəli istifadə edəsiniz. Birincisi, siz gərək öz xidmətinizlə sübut edəsiniz ki, dörd il müddətində
aldığımz təhsil həqiqətən, Azərbaycan ordusunun peşəkarlığım, səviyyəsini qaldırmağa xidmət edə-
cəkdir. İkincisi, gərək hər bir hərbi hissədə əsgərbr üçün nümunə olasınız. Çünki siz müstəqil Azər-
baycanın milli ordusunun, milli hərbi məktəbinin məzunlarısınız. Bu, çox şərəfli addır. Bu şərəfli adı
siz axıra qədər şərəflə daşımalısmız"[19].
M i lli t ə h l ü k ə s i z l i k və h o r b i e l m l ə r , 2 0 1 6 - c ı il. cild 2, № 2
_________________________________
H ə rb i-n əzəri
e l m l ə r
___________________________________
Heydər Əliyev Azərbaycanın ali hərbi məktəblərinin 2002-ci ilin yayında olan buraxılışında da
iştirak etdi və Silahlı Qüvvələrin sıralarına qoşulan gənc zabitlər qarşısında səmimi bir çıxış etdi, onla-
ra öz tövsiyələrini və tapşırıqlarını verdi [20].
Azərbaycanda milli hərbi kadrların hazırlanması sahəsində həyata keçiribn mühüm tədbirlərdən
biri də Azərbaycan Respublikası Silahlı Qüvvəbrinin Hərbi Akademiyasının yaradılması haqqında qə-
rar oldu. Bu məsələ ilə bağlı Prezident fərmanı 1999-cu ildə imzalanmışdır. Bununla da ali hərbi təh-
silli komandir və qərargah zabitbrinin hazırlanması, onların ixtisasının artırılması sahəsində mövcud
olan boşluğu da aradan qaldırmaq mümkün oldu.
Təsdiq olunmuş Əsasnamə i b Hərbi Akademiyaya aşağıdakı vəzifələr həvalə olunmuşdur:
- Silahlı Qüvvələrin ehtiyacı baxımından hərbi elm b r üzrə yüksək nəzəri biliklərə
və
praktik
vərdişlərə yiyələnmiş komandir və qərargah zabitbrinin hazırlanması;
- Azərbaycan Respublikasının müdafıəsinin möhkəmləndirilməsi, hərbi kadrların hazırlanması-
nın təkmilləşdirilməsi məsələlərinin həllinə yönəldilmiş fundamental elmi tədqiqat işbrini təşkil etmək
və həyata keçirmək;
- elmi, elmi-pedoqoji kadrların hazırlanması, komandir
və
müəllim heyətindən olan zabitlərin ix-
tisasının artırılması;
- hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəldilmiş hərbi-elmi tədqiqatlar apar-
maq və təklifbr vermək;
- dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərə respublikanın müdafiəsi ib əlaqədar hərbi-
strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təşkil etmək.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tədqiqat-
lar və dövbt müdafıəsini idarəetmə akademik kursu, Hərbi diplomatiya kursu və Adyunktura fəaliyyət
göstərir. Silahlı Qüvvələr və Azərbaycanın digər güc strukturları üçün elmi kadrların hazırlanmasında
Adyunkturanm fəaliyyəti xüsusib qeyd edilməlidir. Bu sahənin fəaliyyətinin düzgün və səmərəli qu-
rulması üçün Adyunkturanm işinə yetərli sayda alim b r və elmi işçib r cəlb edilm işbr və onların səybri
ib elmi tədqiqatlar aparılmaqla bərabər, həm də elmi kadrların hazırlanmasına da başlanmışdır. Hazır-
da 20 zabit fəlsəfə doktoru, 7 nəfər isə elm br doktoru proqramı üzrə təhsil almaqla hərb elminin müx-
təlif sahələri üzrə araşdırmalarla məşğuldurlar [22].
Nəticə
B eb lik b , Azərbaycan xalqınm Ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri və uzaqgö-
rənliyi nəticəsində bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlifsəviyyəli zabit kadr-
ları ib təmin edilməsi üçün bütöv bir hərbi təhsil sistemi yaradılmışdır. Bu təhsil sistemi uzun ilb r bo-
yu Azərbaycanın müstəqilliyinin möhkəmbndirilməsi üçün səmərəli fəaliyyətini davam etdirəcəkdir.
Ədəbiyyat
1. Heydər Əliyevin Respublika Ali Sovetində gənclərin nümayəndəbri ib görüşdə çıxışı.
http://files.preslib.az/projects/toplu/v2/B_3.pdf
2.Абасов А. Генерал Мехмандаров - Баку, 1977, с.71, 77; Ибрагимов
С.
Генерал Али Ага
Шихлинский - Баку, 1975, с. 87-89.
3.
Süleymanov
М.
Azərbaycanm hərb tarixi. Sovet dövrü.
II
cild - Tehran, 2011, 712 s.
4. Heydər Əliyev: Mən C.Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma
çatmışam, ona görə də özümü çox xoşbəxt hesab edirəm/ "Azərbaycan" qəzeti, 22 aprel, 2003-cü il.
5. Siyasi Sənədbr Arxivi. Fondl, siy. 58, iş 77, v. 53-55
6. Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim/
"Azərbaycan" qəzeti, 22 aprel 2003-cü il.
7. Qasımlı
M.
Heydər Əliyev. İstiqlala gedən yol (1969-1987-ci ilbr) - Bakı, 2006, s.146. (elek-
tron variant).
-
1 0
-
M i l l i t ə h l ü k ə s i z l i k v ə h ə r b i e l m l ə r , 2 0 1 6 - c ı il, c i l d 2, № 2
____________________________ Hərbi-nəzəri
clnılər___________ ______________________
8. Süleym anov M. A zərbaycanm hərb tarixi. Sovet dövrü.II cild - Tehran, 2011, s.717-718.
9. Ramiz Duyğun. M ənim unudulm az m əktəbim - Bakı, 2002, s.74.
10. Cəm şid Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyinə həsr olunm uş təntənəli mərasim.
"Azərbaycan" qəzeti, 22 aprel 2003-cü il.
11. Süleym anov M. A zərbaycanm hərb tarixi. Sovet dövrü. II cild - Tehran, 2011, s.720.
12. Siyasi Sənədlər Arxivi. Fond 1, siy.72, iş 370, v.2
13. H eydər Əliyev: M ən C.Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma
çatmışam, ona görə də özümü çox xoşbəxt hesab edirəm / "Azərbaycan" qəzeti, 22 aprel, 2003-cü il.
14. Süleym anov M. A zərbaycanm hərb tarixi. Sovet dövrü. II cild - Tehran, 2011, s.722
15. Yenə orada
16 .Cəmşid N axçıvanski adına hərbi liseyin Naxçivan fılialınm açılışında nitq. 13 oktyabr 1999-
cu il. http://files.preslib.az/projects/toplu/v2/B _9.pdf
17. Cəm şid N axçıvanski adına hərbi litseyin 30 illik yubileyinə həs olunm uş təntənəli m ərasim /
"Azərbaycan" qəzeti, 22 aprel 2003-cü il.
18. A zərbaycan Respublikası Hərbi Təyyarəçilər M əktəbinin ilk buraxılışına həsr olunm uş təntə-
nəli mərasimdə çıxışı. 15 oktyabr 1997-ci il.
http://files.preslib.az/projects/toplu/v2/B _7.pdf
19. A zərbaycan Ali Hərbi M əktəbinin birinci buraxılışına həsr olunm uş m ərasim də nitq.
25 avqust 2001. http://files.preslib.az/projects/toplu/v2/B _7.pdf
20. Azərbaycan Ali Hərbi M əktəbi və Ali Hərbi Təyyarəçilik M əktəbi m əzunlarm ın buraxılışına
həsr olunmuş m ərasim də A zərbaycan Respublikası Prezidenti, Ali Baş Kom andan H eydər Ə liyevin
nitqi. 27 iyul 2002-ci il. http://files.preslib.az/projects/toplu/v2/B _12.pdf
21. M üdafıə naziri general-polkovnik Zakir Həsənov: "Silahlı Q ü v vəbrim iz qarşıya qoyulan bü-
tün tapşırıqları uğurla yerinə yetirm əyə qadirdir".
http://w w w .m od.gov.az/idex2.php?content=new s/2015/24_06_m n_m usahibe
Аннотация
Гейдар Алиев и система военного образования
Г.К. Пириев
В статье дается анализ исторических заслуг общ енационального лидера А зербайдж анско
го народа Гейдара Алиева в создании системы национального военного образования в целом, в
усовершенствовании функционирования высш их военных училищ и в подготовке националь
ных военных кадров годы независимости.
Ключевые слова: национальный лидер, система военного образования, национальные
офицерские кадры, вооруженные силы, высш ие военные училищ а.
Summary
Haydar Aliyev and military education system
H.K. Piriev
The article investigates the historical role o f A zerbaijan's national leader Mr. H aydar Aliyev in
creating o f the m ilitary educational system, in restructuring o f the m ilitary educational institution o f
country during independence years and in im plem enting o f the goals for preparation o f national
officers.
Keywords:
national leader, m ilitary educational sistem, national officers, army forces, military
schools.
-
11
-
Dostları ilə paylaş: |