Lerik Rayonu İcra Hakimiyyətinin
Başçısı
cənab
Rövşən Bağırova
İnformasiya sorğusu
Tarix: 07 mart 2014
Hörmətli
Rövşən
müəllim!
Aşağıdakı suallarımızın cavablandırılmasını Sizdən xahiş edirik!
1) Satınalan təşkilat Lerik rayon İcra Hakimiyyəti olan «Abadlıq, təmir-tikinti işlərinin satın
alınması» ilə bağlı (109856,25 manat) tender 2012-ci ilin hansı tarixində (ay, gün) keçirilib?
2) Həmin tenderdə neçə şirkət iştirak edib, onlar hansı şirkətlərdir?
3) Həmin tenderdə iştirak edən şirkətlər tender təkliflərində bu işi hansı qiymətə icra edə
biləcəklərini göstəriblər?
4) Satınalan təşkilat Lerik rayon İcra Hakimiyyəti olan «Abadlıq, təmir-tikinti işlərinin satın
alınması» ilə bağlı tenderin qalibi hansı şirkət olub?
5) Həmin işlər tam başa çatdırılıbmı və görülən işlər hansı səviyyədə yerinə yetirilib?
Məlumat üçün bildirim ki, bu məsələ ilə bağlı 17 fevral 2014-cü ildə Satınalmalar üzrə Dövlət
Agentliyinə informasiya sorğusu göndərmişik. İnformasiya sorğusuna Satınalmalar üzrə Dövlət
Agentliyinin Aparat rəhbəri Ələkbər Quliyevin imzası ilə verilən 28 fevral 2014-cü il tarixli 82
saylı cavabda yuxarıda göstərdiymiz sualların cavabını Lerik rayon İcra Hakimiyyətindən
almağımız tövsiyyə edilib. Bu səbəbdən yuxarıda göstərdiyimiz suallarımıza cavab verilməsini
xahiş edirik..
Məlumat üçün bildirmək istərdim ki, «İnformasiya əldə etmək haqqında» qanunun 2.1-ci
maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır.
«İnformasiya əldə etmək haqqında» qanunun 10.1-ci maddəsində informasiya sahibinin öz
informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya
əldə etmək hüququnu təmin etməsi nəzərdə tutulur.
«İnformasiya əldə etmək haqqında» qanunun 21.3.-cü maddəsinə əsasən, informasiya
sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası
qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib
edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu
öz əksini tapmalıdır.
«İnformasiya əldə etmək haqqında» qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən
qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
«İnformasiya əldə etmək haqqında» qanunun 49.1-ci maddəsinə əsasən sorğuçu sorğunun
icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya
Müvəkkilə şikayət etmək hüququna malikdir.
Əvvəlcədən təşəkkürümü bildirirəm!