FİRON VƏ XORAL
1
Medison bağında Sopi öz skamyasında oturub qurdalanırdı.
Əgər vəhşi qazlar gecələr səmanın yüksəkliklərinə qalxırlarsa,
pişik xəzindən mantusu olmayan qadınlar ərlərinə qarşı daha
nəvazişli olurlarsa, Sopi isə parkda öz skamyasında qurda-
lanmağa başlayırsa, bu o deməkdir ki, artıq qış burnumuzun
ucundadır.
Sopinin dizinin üstünə san yarpaq düşdü. Bu, Şaxta babanın
vizit kartı idi; bu qoca Medison bağının daimi sakinlərinə qarşı
xeyirxah idi və onları yaxın vaxtlarda öz gələcəyindən vicdanla
xəbərdar edirdi. Dördyol ayrıcında o, kartını şimal küləyinə,
“Açıq səma altında” mehmanxanasının qapıçısına təqdim edirdi
ki, kirayənişinlər hazırlaşa bilsinlər.
Sopi başa düşürdü ki, yaxınlaşan soyuqdan qorunmaq üçün
vəsait və yollar axtarmaq məqsədi ilə şəxsi komitə yaratmağın
vaxtı çatıb. Elə ona görə də skamyasında oturub qurdalanırdı.
Sopinin qış planlan məxsusi şöhrətpərəstlikdən xəbər ver-
mirdi. O, nə cənub səması, nə də Neapolitan körfəzində dayan-
maqla Aralıq dənizi boyunca yaxta səyahəti arzulayırdı. Adada
üç aylıq həbs - onun qəlbi bu həsrətlə alışıb-yanırdı. Üç ay
etibarlı sığınacaq və yemək təminatı, Borey və fironlann təcavü-
zündən uzaq gözəl kompaniya, həqiqətən, Sopinin ən böyük
arzusu idi.
Artıq bir neçə il idi ki, Adadakı qonaqpərvər həbsxana onun
üçün qış mənzilini əvəz edirdi. Necə ki şəhərin xoşbəxt vətən-
daşları Floridaya və yaxud Riverə bilet alırdılar, Sopi də eləcə
Adanı ziyarət etmək üçün bir dəfə o qədər çətin olmayan hazır-
lıq işləri görürdü. Artıq həmin vaxt yetişmişdi.
Keçən gecə bazar günü çıxan üç qəzetin birini pencəyinin
altında sərdi, biri ilə ayaqlarını bürüdü, üçüncüsünü dizlərinə
1
Xoral - katoliklərdə və protestantlarda xor şəklində oxunan dua
23
downloaded from KitabYurdu.org
O.HENRİ
bağladı - ancaq soyuqdan qoruna bilmədi: o, fəvvarənin yanındakı
skamyasının üstündə çox narahat bir gecə keçirdi. Ona görə də Ada
onun gözünə arzulanan və vaxtı çatmış sığınacaq kimi görünürdü.
Sopi şəhərdə hökm sürən səfalətlə bağlı mərhəmət adına göstərilən
qayğılara nifrət edirdi. Onun fikrincə, qanun filantropiyadan bir qədər
mərhəmətlidir. Şəhərdə saysız-hesabsız ictimai və xüsusi
xeyriyyəçilik müəssisələri var idi ki, kiçidk bir xahişlə onlardan
daldalanacaq və ərzaq ala bilərdi. Amma Sopinin qürurlu ruhuna
xeyriyyəçilikdən əldə olunan bəxşişlər ağır gəlirdi. Filantroplann
əlindən qəbul etdiyin hər cür yaxşılığa görə pul ödəməsən də,
alçalmaqla mütləq əvəzini qaytarmalısan. Sezann Brutu olduğu kimi,
burada da hər mərhəmət çarpayısı məcburi vanna ilə, hər bir loğma
çörək isə ruhuna icazəsiz soxulanlar ilə müşayiət olunurdu. Belə
olduğu halda həbsxananın kirayənişini olmaq daha yaxşı deyilmi?
Orada, əlbəttə, hər şey qəbul olunmuş ciddi qaydalara əsaslanır,
amma heç kim centlmenin şəxsi işlərinə bumunu soxmur.
Beləliklə, qış mövsümünü Adada keçirmək qəranna gələn Sopi
planını təcili olaraq həyata keçirmək məqsədi ilə işə başladı.
Həbsxanaya getməyin çoxlu asan yolları var idi. Ən münasib yol isə
restorandan keçirdi. Yaxşı restoranlann birində gözəl nahar sifariş
verirsən, doyunca yeyirsən, sonra isə borcunu ödəyə bilmədiyini
bəyan edirsən. Heç bir dava-dalaşa yol vermədən səni polisə təhvil
verirlər. Üzüyola hakim xeyirxah işi sona çatdınr.
Sopi qalxdı, parkdan çıxaraq Brodveylə Beşinci küçəni
qovuşduran asfaltlanmış dənizlə addımlamağa başladı. Gur işıqlan
olan kafenin yanında dayandı. Üzüm meyvəsinin, ipəkqurdunun və
protoplazmanın verə biləcəyi yaxşı nə varsa, axşamlar burada
cəmləşir.
Sopi jiletinin aşağı düyməsindən tutmuş yuxarıya qədər özünə
arxayın idi. Üzünü təmiz qırxmış, münasib pencək geyinmişdi, qara
rəngli gözəl qalstuku isə ona Şükranlıq günündə
1
1
Şükranlıq günü - rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın
axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir.
24
downloaded from KitabYurdu.org
FİRON VƏ XORAL
bir missioner qadın bağışlamışdı. Əgər diqqət çəkmədən özünü masaya
yetirə bilsə, deməli, müvəffəqiyyət təmin olunmuşdur. Bədəninin masadan
yuxarı görünən hissəsi ofisiantda heç bir şübhə doğurmayacaq. Sopi
düşündü ki, əvvəlcə qızardılmış ördək əti və bir şüşə şabli sifariş versin.
Sonra isə pendir, bir fincan qara qəhvə və siqar. Birdollarlıq siqar yerinə
düşər. Hesab yüksək olmaz və kafe rəhbərliyi qisas məqsədi ilə sərt
tədbirlərə əl atmaz. O isə bu cür nahardan sonra ləzzətlə öz qış sığınacağına
səyahətə başlaya bilər.
Lakin Sopi restoranın kandarına ayaq basan kimi baş ofisiantın iti
gözləri dərhal onun sürtülmüş şalvarını və əyilmiş çəkmələrini gördü.
Qüvvətli, çevik əllər cəld onu çevirdi və sakitcə küçəyə ötürdü. Bununla da
ördəyin canını onun üçün hazırlanmış kədərli taledən qurtardı.
Sopi Brodveydən geri qayıtdı. Belə görünürdü ki, onun Adaya gedən
yolu qızılgüllərlə bəzədilməyəcək. Nə etməli? Cənnətə daxil olmaq üçün
başqa üsullar axtarmaq lazımdır.
Altına küçənin axırında mallarla gözəl bəzənmiş vitrinlərin gur işıqlan
yoldan ötənlərin nəzərini cəlb edirdi. Sopi yerdən bir daş götürüb şüşəyə
tulladı. Tindən çıxan adamlar ora-bura qaçışdılar. İrəlidə isə polis
yüyürürdü.
Sopi əllərini cibinə salıb dayandı və panltılı mis düymələrin qarşısında
gülümsəməyə başladı.
-
Bunu kim edib? - polis tələsik xəbər aldı.
-
Sizə elə gəlmir ki, bu işdə mənim barmağım var? - Sopi xəfif
istehzayla, lakin öz böyük uğuruna sevinən adam təki mehribancasına
soruşdu.
Polis Sopini heç fərziyyə kimi də qəbul etmək istəmədi. Mağazaların
vitrinlərini daşla qıran adamlar qanun keşikçiləri ilə danışığa girmirlər.
Onlar o dəqiqə dabanlanna tüpürüb qaçırlar. Polis məhəllənin axırında
tramvaya çatmaq üçün qaçan adamı gördü və dəyənəyini qaldırıb onun
arxasınca yüyürdü. Sopi qəlbində ikrah hissi ilə yoluna davam etdi. İkinci
uğursuzluq...
Küçənin qarşı tərəfində xüsusi tələbləri olmayan bir restoran yerləşirdi.
O, böyük iştahası və az pulu olanlar üçün nəzərdə tutulmuşdu. Qab-qacağı
və havası ağır, süfrəsi və şorbalan dadsız
25
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |