yağan bir qadını təsəvvürünüzə gətirin. Markiz de Ronkerol ona “cins
at” deyirdi. Çılğın zərifliyi qətiyyən onun gözəlliklərini pozmazdı:
dolubədənli idi, lakin onu həddən artıq köklükdə məzəmmət etmək
olmazdı.
Cins at, cins qadın
kimi təbirlər artıq “səma mələkləri”ni,
“Ossian sifətləri”ni*, dendizmin rədd etdiyi bütün köhnə eşq
mifolojisini əvəz edirdi. Lakin qrafinya de Resto Ras- tinyakın
nəzərində sevilən bir qadın kimi idi. Onun yelpazəsində qeyd olunan
kavalerlər siyahısında Rastinyak özünə iki rəqs ala bilmiş və birinci
kadrildə danışmaq imkanı qazanmışdı.
Rastinyak qadınlara xoş gələn bir ehtirasla, açıqcasına soruşdu:
-
Madam, sizi harada görmək olar?
-
Haradamı... - deyə o cavab verdi, - Bulon meşəsində də olar,
Bufonlarda* da olar,
öz evimdə də olar, hər yerdə olar.
Təşəbbüskar cənublu fürsəti fövtə verməyərək, bu cazibədar
qrafinya ilə yaxınlaşmağa tələsdi. Bir kontrdansla üç vals müddətində
bir gənc qadına bundan artıq yaxınlaşa bilməzdi. Ejen xanımını “adlı-
sanlı” xanım hesab edərək, özünü madam de Boseanın kuzeni
1
kimi
təqdim etdi, bundan sonra isə qrafinya onun evinə, sadəcə, gəlməyə
icazə verdi. Vidalaşarkən gülümsəməsindən Ejen belə bir nəticə
çıxartdı ki, ona mütləq vizit vermək lazımdır. Xoşbəxtlikdən, Ejen,
onun sadədilliyinə gülməyən bir şəxsə təsadüf etdi. Halbuki bu
dövrün əyyaşları arasında sadədillik ən böyük günah sayılardı.
Molenkur, Ronkerol, Maksim de Tray, de Marse, de Ajuda-Pinto,
Vandenes kimi dövrün məşhur əyyaşları ledi Brendon, hersoginya de
Lanje, qrafinya Kerqaruet, madam de Serizi və madam de Lanti,
hersoginya de Karilyano, qrafinya Ferro, markiza d’Eqlemon, madam
Firmiani, markiza de Listomer, markiza d’Espar, hersoginya de
Mofrinyez və Qranlye bacılan kimi ən ehtişamlı qadınların məclisində
dolaşar və öz çılğın modabazlıq- ları ilə göz qamaşdırardılar.
Beləliklə, təcrübəsiz tələbə, xoşbəxtlikdən, hersoginya de Lanjenin
məşuqu markiz de Monrivoya təsadüf etdi. Markiz general olsa da,
uşaq kimi sadəlövh idi. O, qrafinya de Restonun Elder küçəsində
yaşadığını Rastinyaka xəbər verdi.
Gənc olmaq, bir qadın həsrəti ilə yaşamaq, kübar həyatını
arzulamaq, qarşısında iki evin qapılannın açıldığını görmək, Sen-
Jermen məhəlləsində möhkəm addımlarla vikontessa de Boseanın
1
Kuzen
- əmioğlu və ya dayıoğlu
45
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
evinə daxil olmaq və Şose d’Anten* məhəlləsində qrafinya de Res-
tonun qarşısında diz çökmək, Paris salonlarının anfiladasını nəzərdən
keçirmək və qadın qəlbində himayə və yardım tapmaq üçün özünü
kifayət qədər gözəl saymaq, misilsiz bir sıçrayışla bərk çəkilmiş
kəndir üzərinə sıçramaq üçün özündə kifayət qədər şöhrət ehtirası
duymaq, heç vaxt yıxılmayan bir akrobat cəsarəti ilə bu kəndirin
üzərində yerimək və cazibədar bir qadın simasında ən sınanmış bir
çiyinlik ağacı tapmaq nə gözəldir! Torf sobası, yoxsulluq və “Qanun
məcəlləsi” ilə yanaşı doğan bu fikirlərin və gözləri qarşısında
əzəmətlə yüksələn bu qadının təsiri altında, bu dalğın fikirlər
arasında, kim Ejen kimi öz gələcəyini yoxlamamış, gələcəyini
müvəffəqiyyətə bağlamamışdır?! Coşub-daşan fikirlər gələcək
sevinclər üçün o qədər şirin vədlər verirdi ki, Ejen artıq özünü
qrafinya de Resto ilə yalqız təsəvvür edirdi. Lakin bu halda Həzrəti
Yusifin dərdli ahına bənzəyən bir inilti gecənin sükutunu pozdu. İnilti
gəncin qəlbində can verən bir insanın xırıltısı kimi səsləndi. Ejen
yavaşca qapını açdı, dəhlizə çıxanda Qorio atanın qapısı altından
gələn işığı gördü. Ejen qonşusunun halı pozulmuş olduğunu zənn
edərək, gözünü qapının açar dəliyinə dayayıb, otağın içərisinə nəzər
saldı. Qoca işləyirdi, lakin tələbənin gördüyü şey o qədər şübhəli idi
ki, o, özünü vermişel fabrikantı kimi qələmə verən bu şəxsin gecə
fırıldaqlarını yaxşıca aydınlaşdırmaqla cəmiyyətə xidmət göstərmək
istədi. Göründüyü kimi, Qorio ata hələ qabaqcadan stolu yıxıb,
ayaqlarını yuxarı çevirmişdi; stolun ara taxtasına şorba kasasına
bənzəyən bir şey və gümüş bir qab bağlayıb, bu zəngin nəqşlərlə
bəzənmiş şeylərin ətrafına kəndirə bənzər nə isə dolayaraq, onları elə
bir qüvvətlə sıxırdı ki, hamısı əzik-əzik olurdu. Anlaşıldığına görə, o,
bu şeyləri gümüş külçəsinə çevirmək fikrində idi.
Rastinyak qızıllanmış gümüş qabları kəndirin köməyi ilə xəmir
kimi əzən qocanın damarları görünən əllərinə baxdıqca: “Aha!
Kişinin gücünü görürsən! - deyə düşünürdü. Ejen belini düzəldərək,
öz-özündən soruşdu: - Bəlkə, bu, özünü zəlil, əbləh göstərən və öz
peşəsi ilə sakit məşğul olmaq üçün dilənçi kimi yaşayan bir oğru,
yaxud oğurluq mal alıb-satan bir tacirdir?”
Tələbə yenə gözünü açar dəliyinə dayadı. Qorio ata kəndiri açdı,
bir ovuc gümüş götürüb, yorğanla örtülmüş stolun üstünə
46
downloaded from KitabYurdu.org