4
9.Switch------------------------------------------------------------------------------------------58
9.1. Full-Duplex işləmə-------------------------------------------------------------------------60
9.2. 5-4-3 qaydası-------------------------------------------------------------------------------61
9.2.1. Switch ilə 5-4-3 həddinin aşılması-------------------------------------------63
10. Şəbəkə düzəltməyə başlayaq------------------------------------------------------------63
10.1. UTP kabellə başla------------------------------------------------------------------------63
10.1.1. Düz kabel------------------------------------------------------------------------64
10.1.2. Çarpaz kabel---------------------------------------------------------------------65
10.1.3. Hub-ların bir-birinə bağlanması-----------------------------------------------65
10.1.4. Kabel bağlantı standartları-----------------------------------------------------66
10.1.5. Gigabit Ethernet üçün kabel yarat--------------------------------------------67
10.1.6. Jak-ı kabelə taxma--------------------------------------------------------------68
10.2. Şəbəkə qurmaq üçün hazırlıq-----------------------------------------------------------72
10.2.1. Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı-------------------72
10.2.3. İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma----------------74
10.2.4. İP nəyə görə lazımdır?------------------------------------------------------79
10.2.5. İP təyin etmək----------------------------------------------------------------81
10.3. Fayllarınızı şəbəkə vasitəsi ilə bölüşün-----------------------------------------------82
10.3.1. XP əməliyyat sistemində File Sharing (Dosye bölüşdürülməsi)-------82
10.3.2. Vista əməliyyat sistemində File Sharing (Dosye bölüşdürülməsi)----84
10.4. İki və daha çox kompüteri hub və ya switch vasitəsi ilə birləşdirmək----------88
10.5. Şəbəkə problemlərinin həlli üçün lazımlı məlumatlar (XP və Vista)--------------89
10.5.1. PİNG---------------------------------------------------------------------------89
10.5.2. Hostname---------------------------------------------------------------------90
10.5.3. NET----------------------------------------------------------------------------90
10.6. Dial up modem vasitəsi ilə internetə qoşulma və interneti bölüşmə--------------91
11. Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə----------------------------103
11.1. ADSL modemi statik ip-yə görə quraşdırma-------------------------------103
11.2. DHCP-server vasitəsi ilə bölüşdürmə----------------------------------------105
Saytlar------------------------------------------------------------------------------------------108
6
1. Kompüter şəbəkələrinin keçmişi və bu günü
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə
harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar.
Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya
mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin
bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi
rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz
qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefin
kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun
klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər.
Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının
üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilk
şəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.
60-cı illərdə kompüter deyiləndə ağıla böyük mainframe(meynfreym)-lər gəlirdi. Əlbəttə ki
mainframe-lər indiki kompüterlərlə müqayisə oluna bilməzlər. Onların nə monitoru, nə də
klaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.
Mainframe-lər iş dünyasında istifadə edilən ilk kompüterlərdəndirlər. Çox az sayda istehsal
olunmuş bu aparatlar böyük bir sığorta şirkəti tərəfindən istifadə edilmişdir və sonra 1984-cü ildə
muzeyə verilmişdir. 1950-ci ildə bu kompüterlərin 40 dənəsi çox çətin riyazi hesablamalarda
istifadə olunmuşdur. Aralarında Sidney Opera binasının da olduğu bir çox bina və körpünün
düzəldilməsində bu kompüterlər faydalı olmuşdur. 1955-ci ildə, kompüterlərin istehsalçısı Ferranti
şirkəti, kompüterlərdən birini elm adamları və riyaziyyatçılara təqdim etdi. Beləcə illər tələb edən
hesablamalar bu firmaya gətirilirdi və hesablamalar kompüterdə aparıldıqdan sonra nəticə yiyəsinə
təslim edilirdi. Başlanğıcda klaviatura və monitoru olmayan bu cihazlar bir və ya daha çox
operator tərəfindən proqramlaşdırılır, işləməsi təmin edilirdi. Sonra ekran və klaviaturalardan
istifadə olunmağa başlanıldı. Bir mainframe-ə birdən çox klaviatura və monitor birləşdirmək
olurdu. Eyni anda birdən çox adam bu cihaza proqram yaza bilərdi. Diqqət etdinizsə proqram
yazmaqdan bəhs etdim. O vaxtlar hazır proqramları alıb istifadə etmək yox idi, bir proqrama
ehtiyacın var idisə onu oturub yazırdın. Haqqında bəhs etdiyimiz sistemlərə "şəbəkə" deyə
bilmərik, çünki bu klaviaturalarla və monitorlarla sadəcə informasiya daxil edilir və çıxarılırdı.
Bəlkə ağılsız terminal termini eşitmişiniz. Üzərilərində CPU(Si Pİ Yu)-su olmayan bu cihazlar
Dumb(damb) terminal-ağılsız terminal adlandırılırdı. Vaxt keçdikcə mainframe-lər inkişaf etdirildi
və hard disklərdən istifadə olunmağa başlanıldı. Çox keçmədən mainframe-lər arasında məlumatın