1387
Teymurun Toxtamış xanın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etməsi
1387-1392
Ayrı-ayrı feodal quruplarının Təbriz şəhəri uğrunda mübarizə aparması
XIV əsrin 80-ci illəri
Toxtamış xanın və Əmir Teymurun hücumları, feodal çəkişmələri və ara müharibələrinin Azərbaycanda
iqtisadi böhrana səbəb olması
1392
Toxtamış xanın Azərbaycana üçüncü yürüşü. Toxtamış xanın Azərbaycana üçüncü yürüşü zamanı Azərbaycan
yenə də dağıntılara məruz qaldı
1392-1397
Əmir Teymurun Azərbaycana ikinci “beşillik” yürüşü. İkinci “beşillik” yürüş zamanı Teymur Gürcüstanı zəbt
etdi və Şəki hakimi Seyid Əlini itaətə gətirdi, Şirvanşah I İbrahim Teymurla ittifaq bağladı. Yürüş nəticəsində,
yenə də Əlincə qalası istisna olmaqla bütün Azərbaycan tutuldu
1395
Əmir Teymurun Toxtamış xanı məğlub etməsi
1399
Əmir Teymurun Azərbaycana üçüncü yürüşü. Üçüncü yürüş zamanı Qarabağ feodal hakimləri və Şəki hakimi
Seyid Əhməd Şirvanşah I İbrahimin himayədarlığı ilə Teymurla ittifaq bağladı, Əlincə qalası daxili çəkişmələr
nəticəsində Teymura tabe oldu, bütün Azərbaycan Teymurun tam hakimiyyəti altına düşdü
1399
Teymurun sifarişi ilə Əbdüləziz ibn Şərafəddin tərəfindən hazırda Sank-Peterburq şəhərində saxlanılan tiyanın
düzəldilməsi
1400
Əlincə qalasının daxili çəkişmələr nəticəsində Teymura tabe olması
XIII-XIV əsrlər
Fəzullah Rəşidəddin, Gəncəli Kirakos və Nizaməddin Şaminin tarix elminə, Z.Qəzvini, H.Qəzvini və
Əbdürrəşid Bakuvinin coğrafiya elminə, Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvaninin dilçilik sahəsinə aid
qiymətli əsərlər yazması
XIII-XIV əsrlər
Sultaniyyədə Olcayut Xudabəndə türbəsi (1305-1313), Bərdə türbəsi (1322), Qarabağlar türbəsi – Beştağ və
Naçıvanda Gülüstan türbəsinin inşa olunması
XIV əsr
Təbrizdə Rəbi Rəşid mədrəsəsinin açılması
ŞİRVANŞAHLAR DÖVLƏTİ VƏ ŞƏKİ HAKİMLİYİ
1203-1225
Şirvanşah Güstasbsın hakimiyyəti. Güstasbsın hakimiyyəti illərində Şirvan monqolların birinci yürüşünə məruz
qaldı. Bu zaman monqol dəstələri Şirvana soxularaq xeyli qətl və qarətlər törətdilər
1225-1243
Şirvanşah III Fəribürzün hakimiyyəti. III Fəribürzün dövründə Şirvanşahlar dövləti Xarəzmşah Cəlaləddinin və
monqolların II yürüşünə məruz qaldı. Cəlaləddin Azərbaycana yürüş edən zaman III Fəribürz Cəlaləddin ilə
müqavilə bağladı. Müqavilənin şərtlərinə əsasən III Fəribürz Cəlaləddinə müəyyən miqdarda xərac verərək
ondan asılı vəziyyətə düşdü və Şirvanşahlar daxili müstəqilliyini saxladı
1243-1260
Şirvanşah II Axistanın hakimiyyəti. II Axistanın dövründə Şirvanşahlar dövləti Hülakülərin hakimiyyətini
qəbul etməli oldu və tədricən öz müstəqilliyini itirdi
XIII-XIV əsrlərin qovşağı Şəki hakimliyinin tarixçi Fəzlülah Rəşidəddinin oğlu Cəlal tərəfindən idarə olunması
XIV əsrin 30-cu illəri
Şəki hakimliyinin daxili müstəqilliyini bərpa etməsi və Oyrat sülaləsinin hakimiyyətə gəlməsi
1345-1372
Şirvanşah Kavusun hakimiyyəti. Kavusun dövründə Şirvanşahlar dövləti Çobanilərin və Cəlairilərin ağalığını
tanıdı
1347-1348
Şirvanşahların Çobanilərin hakimiyyəti altına düşməsi
1364
Şirvanda Cəlairilərə qarşı üsyan baş verməsi
1367
Şirvanşah Kavusun iki dəfə Təbrizə yürüş edərək Azərbaycanı azad etməyə cəhd göstərməsi
1367
Şirvanşahlar dövlətinin Cəlairilərin vassal aslılığına düşməsi
1372-1382
Şirvanşah Hüşəngin hakimiyyəti
1382
Hüşəngin öldürülməsi nəticəsində Şirvanda Kəsranilər sülaləsinin hakimiyyətinin başa çatması və Dərbəndlilər
sülaləsinin hakimiyyətə gəlməsi
1382-1538
Şirvanşahlar dövlətində Dərbəndlilər sülaləsinin hakimiyyəti dövrü
1382-1417
Şirvanşah I İbrahimin hakimiyyəti
1386
Şirvanşah I İbrahimin Əmir Teymurun vassal asılılığını qəbul etməsi
1387-1392
Şəki hakimi Seyid Əlinin Teymura itaətdən boyun qaçırması
1392-1395
Teymurun Şəki hakimi Seyid Əlini cəzalandırmaq məqsədilə Şəkiyə hücum etməsi
1395
Miranşahın Seyid Əlini itaətə gətirmək üçün Şəkiyə hücum etməsi
XIII-XIV əsrlər
Abşeron ərazisində Nardaran, Ramana, Mərdəkanda dairəvi və dördkünc qalalarının inşa olunması
XIV əsrin sonları
Şəki hakimlərinin müstəqillik uğrunda mübarizəsinin güclənməsi
AZƏRBAYCAN XV ƏSRDƏ
QARAQOYUNLU DÖVLƏTİ
XIV əsrin 70-ci illəri
Qaraqoyunluların Şərqi Anadoluda (Ərzincanda və Sivasda) möhkəmlənərək, Ağqoyunlulara, Cəlairilərə və
Teymurilərə qarşı mübarizə aparması
XIV əsrin 80-ci illəri
Cəlairilərlə mübarizədə qaraqoyunlu tayfa birləşməsinin bir qədər zəifləməsi
1380-1389
Qara Məhəmmədin hakimiyyəti. Qaraqoyunlu tayfa ittifaqının yaranması
1382
Qara Məhəmmədin birinci dəfə Təbrizə hücum edərək Cəlairi Şeyx Əlini məğlub etməsi
1384
Qara Məhəmmədin Mardin hökmdarı Məcdəddin İsanın üzərinə yürüş etməsi
1385
Qara Məhəmmədin Mosul və Mardin hakimi Misir xocanı Qahirəyə göndərərək Sultan Berqoqdan Suriyaya
köçməyə razılıq alması
1387
Çapaqçur döyüşü. Qara Məhəmmədin Teymur üzərində qələbə qazanması
1388
Qara Məhəmmədin ikinci dəfə Təbrizə hücum edərək Cəlairi əmirlərinin müqavimətini qırması
1389
Qara Məhəmmədin Qaraqoyunlu əmiri Qara Pirhəsənlə doyüşdə öldürülməsi
1389-1421
Qara Yusifin hakimiyyəti.
Qara Yusif hakimiyyəti dövründə mərkəzləşmiş dövlət yaratmaq üçün qüvvətli
süvari ordu yaratdı, Azərbaycanın cənubunu özü, dövlətin qalan vilayətlərini isə oğlanlar idarə etdi, əyanları
mərkəzi hakimiyyətlə hesablaşmağa məcbur etdi, feodal ara müharibələrini bir qədər zəiflətdi, feodalların asılı
kəndlilər üzərindəki ağalığını təmin etmək üçün əlverişli şərait yaratdı, təsərrüfatda müəyyən canlanma
yarandı. Lakin, Qara Yusif güclü mərkəzi aparat yarada bilmədi. Odur ki, Qaraqoyunlu dövləti
mərkəzləşdirilmiş dövlətə çevrilmədi
1392
Qara Yusifin Qara Pirhəsən bəylə döyüşdə qalib gələrək onu öldürməsi
1392
Teymurilərin Van şəhərini tutaraq qarət etməsi
1394
Bağdad döyüşü. Teymurun qoşunlarının qaraqoyunlu və cəlairilərin birləşmiş qüvvələrini məğlubiyyətə
uğratması
1395
Daxili ziddiyyətlər nəticəsində qaraqoyunlu tayfa ittifaqının dağılması. Qara Yusifin Teymur əlehinə ittifaq
yaratmaq məqsədi ilə Cəlairi Sultan Əhmədlə Misirə getməsi
1405
Əmir Teymurun Səmərqənddə vəfat etməsi. Qara Yusif və Sultan Əhmədin həbsdən çıxaraq Teymurilərlə
mübarizəni davam etdirməsi
1405
Kür sahilində döyüş. Şirvanşah I İbrahimin Gürcü çarı, Şəki, Ərdəbil hakimləri və Qaramanlı tayfası ilə ittifaqa
girərək Teymurun nəvəsi Öməri məğlub etməsi
1406-1410
Azərbaycan ərazisinin Teymurilərin, Cəlarilərin və Qaraqoyunluların mübarizə meydanına çevrilməsi
1406
Təbrizdə Teymurilərə qarşı üsyan baş verməsi və Təbriz üsyançılarının kömək üçün Şirvanşah I İbrahimə
müraciət etməsi
1406
Şirvanşah I İbrahimin Təbrizə daxil olaraq qısa müddətə Azərbaycanı öz hakimiyyəti altında birləşdirməsi
1406
I Şənbi Qazan döyüşü. Döyüş nəticəsində Qaraqoyunlu qüvvələri Teymuri Əbubəkri məğlub etdi. Bu qələbə
Qara Yusifin şöhrətini xeyli artırdı və onu sonrakı qələbələrə apardı
1408 21 aprel
Sərdurud döyüşü. Döyüş nəticəsində qaraqoyunlular qalib gəldi, Teymurilərin qüvvələri darmadağın edildi və
Miranşah öldürüldü, Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu, Azərbaycanın cənub torpaqları
Qaraqoyunluların hakimiyyəti altına keçdi
1410 30 avqust
II Şənbi-Qazan döyüşü. Döyüş nəticəsində Cəlairi qoşunu darmadağın edildi, Sultan Əhməd öldürüldü,
Cəlairilər dövlətinin varlığına və Azərbaycandakı hakimiyyətinə son qoyuldu, Bağdad qaraqoyunlulardan asılı
vəziyyətə düşdü, Qaraqoyunlu dövləti yarandı
1410-1468
Qaraqoyunlu dövlətinin mövcud olması
1411
Qara Yusifin oğlu Pirbudağı sultan elan etməsi
1412
Kür çayı sahilində döyüş. Döyüş nəticəsində Qarabağ, Muğan və Naxçıvanın silahlı dəstələrinin köməyi ilə
Qara Yusif qalib gəldi, Şirvanşah I İbrahim, Seyid Əhməd və II Konstantin döyüşdə məğlub olaraq əsir
düşdülər
1418; 1420
Teymuri Şahruxun iki dəfə Azərbaycana yürüş etməsi
1421-1429; 1431-1436
Qaraqoyunlu Qara İsgəndərin hakimiyyəti.
Qara İsgəndər Qaraqoyunlu taxtına çıxdıqdan sonra dağınıq
qaraqoyunlu qüvvələrini yenidən birləşdirdi, Kürün cənubunu idarə edən Azərbaycan feodallarını özünə tabe
etdi, Şirvanşahlar dövlətinə və Şəki hakimliyinin müstəqilliyinə son qoymaq üçün Şirvana yürüş etdi,
teymurilərlə mübarizə apardı
1421
Alaşkerd döyüşü. Sultan Şahruxun Qara Yusifin oğlanları İsgəndər və İsfəndiyarı məğlub etməsi
1427
Qara İsgəndərin Şirvana hücum etməsi
1427
Teymuri Şahruxun üçüncü dəfə Azərbaycana yürüş etməsi
1427
Salmas döyüşü. Sultan Şahruxun yenidən İsgəndər başda olmaqla qaraqoyunlu qüvvələrini məğlubiyyətə
uğratması
1429-1431
Qaraqoyunlu Əbu Səidin hakimiyyəti