68
Peyvəndlərin başlanma vaxtını pozan zaman sondakıları sxemə müvafiq
olaraq Milli təqvim üzrə və preparatın tətbiqi qaydalarına görə aparırlar.
BCJ. 1 ayda - infiltrat, 3 ayda - pustula, 6 ayda - qartmaq, 1 yaşda - çapıq 1 sm-
dən kiçik olur. Daha yaxşı immunitetin alınması - çapığın ölçüsünün 5-7 mm
həddində olması hesab edilir.
Mantu reaksiyasının qiymətləndirilməsi (72 saatdan sonra):
Mənfi - iynə hiperemiyası 1-2 mm;
Şübhəli - hiperemiya 2-4 mm;
Müsbət papula - 5-16 mm uşaqlarda, 5-20 mm - böyüklərdə;
Hiperergik papula - uşaqlarda 17 mm-dən az, 21 mm-dən az - böyüklərdə.
Peyvəndə əks göstəriş olmayan daha çox rast gəlinən vəziyyətlər yalançı əks
göstərişlər kimi cədvəldə göstərilmişdir. Bu siyahıya daxil olan bir sıra vəziyyətlər
əks göstəriş deyil, sadəcə peyvəndin aparılması üçün optimal dövr seçilməsini və
növbəti medikamentoz korreksiya tələb edir.
Profilaktik peyvəndin aparılması üçün yanlış əksgöstərişlərin siyahısı
Cədvəl 6
Vəziyyət
Anamnezdə göstərişlər
Perinatal ensefalopatiya
Stabil nevrolgiya
Anemiya
Timus kölgəsinin böyüməsi
Allergiya, astma, ekzema
Anadangəlmə qüsurlar
Disbakterioz
Vaxtındanəvvəl doğulma
Sepsis
Hialin membranlar xəstəliyi
Yenidoğulanların hemolitik xəstəliyi
Ailədə peyvənd ediləndən sonra
ağırlaşmalar
Qohumlarda allergiya
69
Dəstək terapiyası
Yerli istifadə olunan steroidlər
Epilepsiya. Ailədə ani ölüm
Profilaktik peyvəndlərin aparılması üçün tibbi əksgöstərişlərin siyahısı*
Cədvəl 7
Peyvənd
Əksgöstərişlər
Bütün peyvəndlər Güclü reaksiya** və ya əvvəlki dozaya qarşı ağırlaşma
Bütün canlı
peyvəndlər
İmmun defisit vəziyyətlər (ilkin), immunosupressiya,
bədxassəli törəmələr, hamiləlik
BCJ - peyvəndi
Uşağın bədən kütləsi 2000 qr-dan az, kelloid çapıq - əvvəlki
dozadan sonra
Poliomielitə qarşı
peyvənd
Mütləq əksgöstərişlər yoxdur
AGDT
Sinir sisteminin proqressivləşən xəstəlikləri, anamnezdə afebril
qicolmalar (AGDT əvəzinə ADT yeridirlər)
ADT, ADT-M
Mütləq əksgöstərişlər yoxdur
JKB, JPV
Aminqlikozidlərə qarşı ağır reaksiyalar. Yumurta ağına qarşı
anafilaktik reaksiya
* Planlı peyvənd xəstəliyin kəskin əlamətlərinin və xroniki xəstəliklərin
kəskinləşməsinin sona çatmasına qədər ertələnir. Ağır olmayan KRVİ, kəskin
bağırsaq və digər xəstəliklər zamanı peyvəndlər bədən temperaturunun
normalaşmasından dərhal sonra aparılır.
70
** Kəskin (güclü) reaksiya bədən temperaturunun 40°C-dən çox qalxmasıdır.
Peyvəndin yeridilmə yerində - şişkinlik, 8 sm-dən çox diametrdə hiperemiya
sahəsi. Daim peyvənddən kənarlaşmaq səbəbi olan, fəaliyyətdə olan
əksgöstərişlərə müvafiq patoloji vəziyyətlər nadir rast gəlinir, onların cəmi tezliyi
1%-ə çatmır.
71
TƏNƏFFÜS ÜZVLƏRİ
XƏSTƏLİKLƏRİNİN DİFFERENSİAL DİAQNOSTİKASI
Klinik əlamətlər
göstəricilər
Bronchit
Bronchiolit
Pnevmoniya
1
Yaş
1-3 yaş
1 yaşa qədər
1-6 yaş
2
Hərarət >38°
Subfebril
1-2 gün
3 gündən artıq
3
Toksikoz
Yoxdur
Qısa müddətli ola
bilər
Fəsadlaşmış
formalarda həmişə
4
Bronx obstruktiv
sindrom
Nəzərə çarpır
Nəzərə çarpır
Yalnız atipik
formalarda
5
Təngnəfəslik
Ekspirator
Ekspirator
Qarışıq
6
Perkussiya
Quru səsi
Qutu səsi
xatırlayan
Küt səs yaxud
lokal qısalmış
7
Auskultasiya
Quru
xırıltıların
zənginliyi
Diffuz xırda
köpüklü yaş
xırıltılar quru
xırıltılarla birgə
Zəiflənmiş
tənəffüs
bronxotoniya
lokal və yaş krepit
xırıltılar
8
Qanın ümumi
analizi
Virus
infeksiyalı
xarakterli qan
İltihab yönümlü
dəyişikliklər
Leykositoz
>10x10
9
/l
EÇS yüksək >15
mm/s
9
Rentgenoqramma
Emphizema,
yüksək
havalılıq
Yüksək havalılıq
bronx damar
şəklinin
güclənməsi
fonunda
Lokal infiltrat,
morfoloji formaya
uyğun
72
Pnevmoniya zamanı ürək damar pozulmalarının patogenetik
A L Q O R İ T M İ
Qeyd:
Ağır
pnevmoniyalarda miokardın energetik-dinamik
çatmamazlığı, (Heqqlin sindromu) yaranır. Ürək əzələlərində
və damarlarda degerativ dəyişikliklər, kapilyarların keçidi
yüsksəlir.
Toksikoz və tənəffüs çatmamazlığı
Kiçik qan dövranı arteriolların spazmı
Pulmonar hipertenziya və ürəyin sağ bölməsinin artıq yüklənməsi
Miokardın yığılma zəifliyi
Periferik hemodinamikanın pozulması
Mikrosirkulyasiya pozulmaları
73
T E S T L Ə R
1.
Kəskin ev pnevmoniyalarının inkişafında ən çox rast gələn etioloji
faktor.
A) Pnevmokokk.
B) Stafilakokk.
C) Mikoplazma.
D) Xlamidia.
E) Göbələklər.
2.
Aşağıdakılardan hansı kəskin pnevmoniyanın işçi təsnifatında verilən
formalarına aid deyil.
A) Krupoz.
B) Ocaqlı.
C) Seqmentar.
D) Lobar.
E) İnterstisial.
3.
Kəskin pnevmoniya zamanı ağciyərlərin perkussiyasında perkutor səs
necə dəyişir?
A) Zədələnmiş seqment üzərində perkutor səs məhdud xarakterdə
qısalır.
B) Güclənir.
C) Qutu səsi eşidilir.
D) Dəyişmir.
E) Ağciyərin bütün sahələrində eyni dərəcədə qısalır.
4.
Uşaqlarda atipik pnevmoniyaların törədicilərinə aiddir.
A) Mikoplazma və xlamidiyalar.
B) Streptokokklar.
C) Göbələklər.
D) Stafilakokklar.
E) Klepsiella və proteylər.
5.
Aşağıdakılardan hansı mikoplazma pnevmoniyalarını pnevmokokk
pnevmoniyasından fərqləndirməyə əsas vermir?
A) Yüksək hərarət.
B) Prosesin payız aylarında rast gəlməsi.
C) Dərinin quru, qabıqlanmaya meylli olması.
D) Quru konyuktivit.
E) Rg-də qeyri- homogen kölgəlik.
74
6.
Pnevmoniyanın identifikasiyasında əsas rol oynayan müayinə üsulu.
A) Rentgenoqrafiya.
B) Bronxoqrafiya.
C) Sitsintiqrafiya.
D) Fluoroqrafiya.
E) Qanın ümumi analizi.
7.
Kəskin pnevmoniya zamanı funksional qan dövranı hansı müayinə
metodunun köməyi ilə qiymətləndirilir?
A) Sitsintiqrafiya.
B) Spiroqrafiya.
C) Fluometriya.
D) Rentgenoqrafiya.
E) Bronxoskopiya.
8.
Kəskin pnevmoniya zamanı istifadə edilən antibiotik preparatın
effekliyinə şübhə yaradır.
A) Yüksək hərarətin 48 saatdan sonra saxlanması.
B) Ümumi vəziyyət və iştahın yaxşılaşması.
C) Təngənəfəsliyin azalması.
D) Hərarətin 24-48 saatdan sonra enməsi.
E) Rentgenoliji müayinədə müsbət dinamika.
9.
Ev pnevmoniyaları zamanı ilk seçim antibiotik preparatlarına aiddir.
A) Penisillin qrupu.
B) Sefalosporin qrupu.
C) Makrolidlər.
D) Aminoqlukozidlər.
E) Sulfaniamidlər.
10.
Atipik pnevmoniyalar zamanı ilk seçim preparalarından hesab edilir.
A) Makrolidlər.
B) Sefalosporinlər.
C) Amoksasillin.
D) Aminoqlukozidlər.
E) Sulfaniamidlər.
11.
Aşağıdakılardan hansı xronik pnevmoniya üçün xarakter deyil?
A) Ağciyərlərin birtərəfli distrofiyası.
B) Bronxların deformasiyası.
C) Endobronxit.
D) Bronxoektaziya.
E) Falanqaların təbil çubuğu şəklində qalınlaşması.
75
12.
Pnevmoniya zamanı hansı rentgenoloji əlamət ağciyər vərəminə şübhə
haradır?
A) İltihab infiltrasiyasının yuxarı paylarda lokalizasiyası.
B) İltihab infiltrasiyasının aşağı paylarda lokalizasiyası.
C) Prosesin uzun müddət davam etməsi.
D) Prosesin birtərəfli olması.
E) Antibakterial müalicə fonunda müsbət Rg- ji dinamikanın olmaması.
13.
Uşaqlarda kəskin pnevmoniyanın davam etmə müddəti nə qədərdir?
A) 6 həftəyə qədər.
B) 2 həftə.
C) 2-4 ay.
D) 10 günə qədər.
E) 4 aydan yuxarı.
14.
Uşaqlarda aspirasion pnevmoniyanın başvermə səbəbi ola bilməz?
A) Qida borusunun qısa olması.
B) Traxeya-qida borusu fistulası.
C) İri damarların anomaliyası.
D) Yumşaq və sərt damağın bitişməməsi.
E) Diafraqma yırtığı.
15.
Aşağıdakılardan hansı aspirasion pnevmoniya üçün xarakter klinik
əlamət hesab edilmir?
A) Ağciyərlərdə müxtəlif kalibrli xırıltılar.
B) Qidalanma vaxtı çeçəmə.
C) Qida qəbulu vaxtı apnoye tutmaları.
D) Qida qəbulu ilə əlaqədar olan və horizontal vəziyyətdə güclənən
öskürək.
E) Qida qəbulundan sonra ağciyərlərdə dəyişən yayılmış xırıltılar.
16.
Kəskin pnevmoniya zamanı qanda hipoksiyanın əsas yaranma səbəbi
hesab edilmir.
A) Eritrositlərin sayının azalması.
B) Ventilyasiyanın pozulması.
C) Perfuziyanın pozulması.
D) Diffuziyanın membran komponentinin pozulması.
E) Funksional qan dövranının pozulması.
76
17.
Kəskin pnevmoniya zamanı ən gec bərpa olunan əlamət aşağıdakılardan
hansıdır?
A) Ağciyərlərdə funksional qan dövranı.
B) Klinik əlamətlərin itməsi.
C) Rentgenoloji dəyişikliklər.
D) Perkutor dəyişikliklər.
E) Auskultativ dəyişikliklər.
18.
Uşaqlarda pnevmoniyanın daha tez-tez baş verməsinin əsas səbəbi ola
bilməz?
A) Bədən çəkisinin böyüklərlə müqayisədə az olması.
B) Traxeya və iri bronxların qısa və mənfəzinin geniş olması.
C) Bronxiolların mənfəzinin dar olması və əzələ elementlərinin azlığı.
D) Mukosiliar mexanizmin çatışmazlığı.
E) Surfaktantın miqdarının azlığı.
19.
Aşağıdakı əlamətlərdən hansı kəskin pnevmoniyadan şübhələnməyə əsas
verir?
A) Hərarətin 3 gün ərzində 38˚C-dən yuxarı olması.
B) Hərarətin 38˚C-dən aşağı olması və 3 gündən az davam etməsi.
C) Təngənəfəsliyin olmaması.
D) Öskürəyin səthi, quru və ağrısız olması.
E) Perkutor səsin güclənməsi.
20.
Aşağıdakı əlamətləridən hansı kəskin sadə bronxiti inkar edir?
A) Ağciyərlər üzərində xırdaqabarcıqlı lokal xırıltılar.
B) Hərarətin 38˚C-dən aşağı olması və 3 gündən az davam etməsi.
C) Perkutor səsin lokal qısalması.
D) Tənəffüsdə köməkçi əzələlərin iştirakı.
E) Aydın nəzərə çarpan sianoz.
Qeyd :
bütün testlərdə düzgün cavab A variantıdır
77
Ə D Ə B İ Y Y A T
1.
Шабалов Н.П. Детские болезни // СПВ: Питер, 2010, 928 с.
2.
Qarayeva S.Z. Uşaq xəstəlikləri/ Dərs vəsaiti. Bakı, 2014, 183 s.
3.
Вялов С.С. // Нормы в педиатрии, Справочник, 6-е издание 11, Москва,
Мед пресс форм, 2014, 187 с.
4.
Руководство по клиническому исследованию ребенка. Под ред.
Мокаровой –Архангельск : Издательский центр С.Г.М.У., 2002-277.
5.
Veliev P. Pediatrics. Diseasa “Diseases Tebib” publishing house // Baku,
2002, p 259.
6.
Qasımova S.M., Quliyev N.C., Əliyeva Ü.Ə. Uşaq xəstəlikləri (nəzəri
biliklər və praktik vərdişlər). Dərslik. Bakı 2016, 660 s.
Dostları ilə paylaş: |