Nasos
1
Nasos bərk və kolloid maddələrdən ibarət olan
maye və sıxılmış qazları xarici enerji (poten-
sial və ya kinetik) tətbiq etməklə hərəkətə
(sorma və ya itələmə) gətirmək üçün tətbiq
olunan qurğudur. Nasosun əsas parametri olan
vahid zamanda vurulabilən mayenin həcmi Q
ilə müəyyən olunur. Bir çox nasoslar üçün
həmçinin yaradılan təzyiq (p) və ya ona uyğun
yaradılan hidravlik potensial (H), istifadə
olunan güc (N) və f.i.ə. (η) vacib texniki
göstəricilər sırasına aid edilir. Onu da qeyd
etmək lazımdır ki, sıxılmış qazların nəqli üçün
tətbiq olunan nasoslar ayrı qrup daxilində
təsnifatlaşaraq →ventilyaor və →kompressor
kimi adlanırlar.
İş prinsinə və konstruksiyasına görə fərq-
lənən aşağıdakı nasoslar daha geniş yayılmış-
dırlar:
→ Eksentrik sonsuzvintli,
→Porşenli,
→Mərkəzdənqaçma,
→
Vintli,
→
İmpeller,
Şırnaqlı,
→ Membranlı,
→Peristaltik (şlang).
Bundan əlavə nasoslar nəql edilən mayenin
növündən asılı olaraq da fərqlənirlər (məsələn:
kimyəvi maye).
Nasoslara xalq təsərrüfatının bir çox sahə-
lərində rast gəlinir. Onlar mayelərin nəqli və
enerji ötürməklə bərabər maşınların idarə olun-
masında istifadə olunan →hidravlik ötürmə-
lərdə də tətbiq tapırlar.
(alm. die Pumpe, ingl. Pump)
Nazimçarx maşın hissəsi olub, kinetik enerjini
toplamağa və sonra istifadə etməyə imkan
verir. Nazimçarx çox vaxt fırlanma sürəti
periodik dəyişən maşınlarda güc dəyişməsini
kompensasiya etmək üçün tətbiq olunur.
Hibrid
mühərriklərində
də
həm
enerji
toplayıcısı, həm də rekuperasiya əyləci kimi
tətbiq tapır. Məsələn, buxar və porşenli
maşınların dirsəkli valı gücü yalnız bir
taktda ötürə bilir. Digər taktlarda fırlanma
hərəkətini tamamlamaq üçün onların əlavə
enerjiyə ehtiyacları yaranır (havanı sıxmaq
üçün). Bu enerji, iş tsikli daxilində nazim-
çarxda toplanır və sonra istifadə olunur.
Şəkil 1. Üzərində nazimçarx olan buxar maşını
(alm. das Schwungrad, ingl. Flywheel)
NC dəzgahı koordinat oxları rəqəmli proqram-
daşıyıcılarla hərəkətə gətiriləbilən dəzgahdır.
Prosesin rəqəmli proqramla idarə olunması
üçün vacib amillərdən biri oxlar boyunca
dəzgahın hissələrinin hərəkətini izləyən, onla-
rın istənilən anda vəziyyətini ölçüb idarə sis-
teminin yaddaşına verilmiş qiymətlərlə mü-
qayisəyə imkan verən →yol ölçmə sisteminin
olmasıdır. Ölçmə, dəzgah koordinat sistemində
yerinə yetirilir. NC dəzgahlarda →dəzgah isti-
nad nöqtəsi və →
dəzgah sıfır nöqtələri möv-
cuddur. Dəzgahın sıfır nöqtəsi konstruk-
siyaetmə prosesində müəyyən edilir və dəz-
gahın yaşama müddəti boyunca dəyişməz qa-
lır. İstinad koordinat sistemi isə dəzgah hazır-
landığı zaman oxlar boyunca →sonluq sensor-
ları ilə müəyyən olunur. Onu istənilən anda
sürüşdürmək mümkündür.
Bundan əlavə koordinat oxları boyunca
quraşdırılmış NC sistemdə tənzimedici ele-
mentlər və →servomühərriklər, →vint-qayka
ötürməsi və ya →xətti mühərrikdən ibarət olan
→veriş ötürmə sistemi, həmçinin dinamik hə-
rəkətə imkan verən yüksək sərtliyə və də-
qiqliyə malik →yönəldicilər daxildirlər. Dəz-
gahlarda NC koordinat oxlarının sayı onun
təyinatından asılıdır. Məsələn, yonma dəzgah-
larda 2 ox tələb olunduğu halda, alət itiləmə
dəzgahda bunların sayı 8-i keçir.
NC dəzgahlarında texnoloji tapşırığı yerinə
yetirmək üçün lazım olan həndəsi və texnoloji
parametrləri rəqəmli proqramdaşıyıcılarına
NC dəzgahı
2
köçürmək məqsədilə xüsusi proqramlaşdırma
(→dəzgahın proqramlaşdırılması) üsullarından
istifadə edilir. Bunun üçün son illər avto-
matlaşdırılmış
proqramlaşdırıcı
sistemlər
(→CAM) işlənib istehsalda tətbiq olunmuşdur.
Hal-hazırda NC dəzgahlar onların malik
olduqları yüksək dəqiqlik, çeviklik, keyfiyyətə
nəzarət sistemləri sayəsində bütün sahələrdə
adi dəzgahları sıxışdırmaqdadırlar.
(alm. die NC Werkzeugmaschine, ingl. NC machine
tools)
NC pardaqlama rəqəmli proqramla idarə
olunan dəzgahlarda aparılan pardaqlama pro-
sesidir. Pardaqlama prosesinin ayrı-ayrı mərhə-
lələri bu dəzgahlarda əl ilə yox, rəqəmli
çevricilərin köməyi ilə yerinə yetirilir. NC
idarə olunan (NC-numerical control) dəzgahlar
adi dəzgahlarda mövcud olan düyümlərə əlavə
olaraq idarə, ölçmə və idarəolunabilən mexat-
ronik sistemlərə malik olur.
Rəqəmli idarə olunan pardaqlama dəzgahı
sərbəst proqramlaşdırıla bilir və xüsusilə kiçik
və orta seriyalı istehsalın avtomatlaşdırıl-
masına imkan verir. Qısa müddətdə başqa tex-
noloji tapşırığa proqramlaşdırıla bilməsi on-
ların çevikliyini artırır.
İdarə sistemi tərəfindən oxunaraq icra olunan
NC-proqramlar həndəsi və texnoloji infor-
masiyaları daşıyır. Həndəsi informasiyalar
pəstah və hazır hissənin ölçülərinə əsaslanır.
Texnoloji informasiyalar dəzgahda veriş,
dövrlər sayı, soyuducu-yağlayıcı maye, düz-
ləndirmə və s. üçün çevrici siqnalları müəyyən
edir. Bu informasiyalar dəzgahın idarəetmə
sistemi üzrə yaddaşa daxil edilir və hətta
elektrik cərəyanı kəsildikdə yaddaşda uzun
müddət qalır.
Pardaqlama dəzgahında tətbiq olunan NC
idarə sistemi proseslə bağlı olan xüsusiyyət-
lərinə görə, ondan öncə yaranmış və yayılmış
→
torna və
→
frezləmədə tətbiq olunan idarə
sistemlərindən fərqlənirlər. Bir tərəfdən incə
emal növünə aid edilən pardaqlama idarə
olunan parametrlərin icra və təkrar olunmasına
yüksək tələbat qoyur. Digər tərəfdən par-
daqlama prosesinin halı emalda vaxtdan asılı
olaraq dəyişir.
Pardaqlamada tətbiq olunan NC-idarə sistemi
emal konseptinə və tətbiq sahəsinə görə iki
qrupa bölünür:
Dəzgahda emal proqramı bir başa işçi
tərəfindən əl ilə daxil edilir. Hissənin emalı
üçün lazım olan gedişlər bir başa dəzgahda
proqramlaşdırılır. Bu idarə sistemi kiçik və
orta seriyalı istehsalda tətbiq olunur.
Dörd və daha çox koordinatlı hazır
pardaqlama tsiklindən ibarət proqramlara
malik CNC-idarə sistemi. Bu sistemlər
mürəkkəb emal sxemlərini yerinə yetirən
emalda 11 əlavə koordinat boyunca idarə-
olunmaya imkan yaradır. Dəzgahın idarə
olunması üçün parametrlər həm əl ilə, həm
də prosesin hazırlığı ərəfəsində standart-
laşdırılmış kodlar əsasında xüsusi CAM-sis-
teminin köməyi ilə daxil edilir. Daxil olun-
muş proqram dəyişdirilə və düzəldilə bilir.
Bu idarəetmə sistemləri çeviklik tələb olunan
fərdi və orta seriyalı istehsalda geniş tətbiq
olunurlar.
(alm. das NC-Schleifen, ingl. NC-Grinding)
NC-proqram →dəzgahlarda hissənin emalı
üçün lazım olan verilənlərin və əmrlərin
düzgün ardıcıllıqla təsvir olunmuş idarə proq-
ramıdır.
Proqramda informasiyalar standartlaşdırılmış
əmrlərdən istifadə edilməklə sətr şəklində
verilir. Emal olunan hissənin ölçüsündən asılı
olan bir NC proqram minlərlə sətrdən ibarətdir.
NC proqram həmişə işçi orqanları işə salmaqla
başlayır. Burada T03-avtomatik alətdəyişmə,
S-şpindelin dövrlər sayı, F-veriş, M03, M05-
şpindeli işəsalma/söndürmə, M07/M09-soyu-
ducu- yağlayıcı maye sistemini aktivləşdirmə-
/söndürmə və A,B,C-dönmə koortdinatlarını
daxil etmə kimi funksiyalardan istifadə edilir.
Alətin lazımi trayektoriya boyunca hərəkətini
təmin emtək üçün müxtəlif yol funksiyaları
vardır:
G00-boş
gediş,
G01-düz
xətli,
G02/G03-çevrə interpolyasiyası, G17/G18-
/G19
dəzgah
koordinat
sistemində
işçi
müstəvilərin vəziyyəti, G40-G44 alət korrek-
siyası, G53÷G59 sıfır nöqtəsinin sürüşdü-
rülməsi, G80÷G89 işçi tsikllər, G70,G71 ölçü
vahidləri.