T Ü R K O L O G I Y A
FOLKLOR. ƏDƏBİYYAT. MƏD ƏNİYYƏT
İSLAM SADIQ
GÖY VƏ TANRI, GÖYTÜRK VƏ GÖY TAN RI
TERM İNLƏRİ HAQQINDA
(şumer və tü rk epik m ətnləri əsasında)
X ü l a s ə. Türk dillərində Göy və tanrı sözləri sinonimdir, yəni epik
mətnlərdə bir yerdə Göy əvəzinə tanrı, əksinə, başqa yerdə tanrı əvəzinə
Göy sözü işlədilir. Şumer dilində An ‘tanrı’ və an ‘göy’ sözləri
omonimdir. Bu sözlərdə və anlayışlarda Göy tanrı və göytürk terminlə-
rinin etimologiyasını açmaq üçün açar verilmişdir. Bu terminlərin
semantik açımı üçün şumer və türk epik mətnlərində zəngin material
mövcuddur.
Bu məqalədə həmin material əsasında Göy tanrı və göytürk terminləri
araşdırılmış, sübut edilmişdir ki, hər iki söz birləşməsindəki göy epiteti
‘göy’ (‘səma’) mənası bildirir, onda rəng anlamı görmək olmaz. Bu epitet
göylə əlaqəni, Göy, səma mənşəliliyi simvollaşdırır, həmin terminlərin rus
dilinə mavi tanrı ‘ro^yöoH öor’ və mavi türk ‘ro^yöwe to p k h ’ kimi
tərcüməsi tamamilə yanlışdır.
A çar sözlər: Göy tanrı, göytürk, şumer, epik mətn, səma (göy)
Şumerlər tanrıya dingir deyirdilər. Dingir / tingir / tenqri / tanrı
eyni sözdür. Bunu inkar etmək mümkün deyil. C. Heyət tanrı sözünün
ən azı 2500 il yaşı olduğunu və başqırd ləhcəsindən başqa bütün türk
dillərində işləndiyini yazır [1. S. 58]. Lakin şumer dilindəki dingir
sözü bu tarixin ən azı 5000 il olduğunu təsdiqləyir. Şumerlər Göyü
bütövlükdə tanrı kimi təsəvvür edirdilər. Tanrı Anın adının ‘göy’,
‘səma’ mənası da [2. S. 77; 3. S. 437] bu fikri təsdiqləyir. Adın işarəsi
olan ^ ideoqramı da həm An, həm göy, səma, həm də ulduz kimi
oxunur. Şumerəqədərki panteonda da belə olmuşdur. Tanrı Abın adı
‘göy’, ‘səma’ mənası bildirmişdir ki, bu söz hazırda türk dilində abı
rəng çaları kimi yaşamaqdadır.
Türklər də Göyü bütövlükdə tanrı kimi təsəvvür edirdilər [4. S.
61]. M. Kaşğari islamı qəbul etməyən türkləri Göyə tənqri dediklərinə
görə hətta ‘yerə batası kafırlər’ deyərək lənətləmişdir [5. III. S. 361].
«Türklər Göyə də tenqri deyirdilər, Göyü yaradan uca bir gücə də» [6.
S. 11]. Qədim türk dünyagörüşünə görə, dünyanı əvvəlcə Göy idarə
etmişdir. Bu düşüncə türklərdən digər xalqlara keçmişdir [7. S. 65].
Buradakı Göy məhz tanrı deməkdir. Bütün türklər Göyə tanrı kimi
baxır və ona sitayiş edirdilər. Biz bunu xəzərlərin dini inamlarında da
görürük [8. S. 287]. Bu inam xəzərlərin ərəblərə qarşı mübarizəsindən
bəhs edən qumuq folklor örnəklərində indi də yaşamaqdadır [9. S.
102]. Orxon-Yenisey yazılarında bu fikrə çox tez-tez rast gəlinir.
Kültiqin abidəsində türklər arasında geniş yayılmış Humay tanrı kimi
Göylə eyniləşdirilmişdir. Kültiqin abidəsinin mətnində belə bir cümlə
diqqəti çəkir: «Göy və insan həmahəng olduqlarından, bütün kainat
böyük bir küll halındadır» [10. S. 88]. Yenə həmin mətndən başqa bir
cümləyə baxaq: «Tenqri təq tenqridə bolmuş türk Bilgə Kağan bu ödkə
olurtım». Cümlənin açımı belədir: «Tanrı tək göylərdə doğulmuş türk
müdrik xaqanı bu vaxt (taxta) oturdum» [11. S. 15, 22]. Birinci
misalda (Kültiqin abidəsinin bir üzü çin dilində yazılmışdır. Bu cümlə
həmin mətndəndir) tanrı əvəzinə Göy, ikinci misalda isə Göy əvəzinə
tanrı sözü işlədilmişdir ki, bu da türklərin tanrını Göy, Göyü tanrı kimi
təsəvvür etdiklərinə yaxşı bir nümunədir. B. Çobanzadə də Orxon
kitabələrindəki Göy sözünün əsl mənalarının göy ‘səma’ və tanrı
‘allah’ olduğunu ayrıca vurğulamışdır [12. S. 109]. Qədim türk dilində
tanrı və Göy sözləri sinonim olmuşdur [13. S. 154]. V. V. Bartold
yazırdı ki, Orxon yazılarında tanrı sözü maddi anlamda ‘Göy’, Göy isə
‘tanrı’ deməkdir [14. S. 26]. Tunqus-mancur dillərində indi də dünyanı
və bütün varlığı idarə və himayə edən güc anlamındakı Abka sözü
lüğətlərdə ‘Göy’ və ‘tanrı’ kimi tərcümə olunur [15. S. 8]. Abka
sözünün kökündə şumerəqədərki panteonda Göyün baş tanrısı olmuş
Abın adı olduğu kimi saxlanmışdır. Bundan başqa, mancur dilindəki
tenger, buryat dilindəki tengeri, monqol dilindəki tenqri sözləri eyni
zamanda ‘göy’, ‘səma’ deməkdir [16. S. 37]. Rus alimlərinin əsərlərin-
də qədim türklərin göy deyəndə tanrını, tanrı deyəndə Göyü başa
düşdükləri dönə-dönə vurğulanmışdır [17. S. 126; 18. S. 213; 19. S.
211; 20. S. 37]. Terxin yazılarında da Göy sözü tanrı sözü ilə ifadə
edilmişdir. Həmin yazıda Bilgə Kağan da, onun anası Elbilgə xatun da
Göydə doğulmuş epiteti ilə təqdim edilirlər: «Tenqridə bolmuş el etmiş
bilgə kağan el bilgə xatun» [21. S.90]. Bir çox türklər Göyə qurban
vermişlər ki, bu da tanrıya qurban kimi başa düşülməlidir [22]. LPPo-
tapov beltir və kaçin türklərindən Göyə edilən dualar yazya almışdır [23. S.266]. Belə
dualar digər türklər, o cümlədən azərbaycanlılar arasında da çoxdur. Göyə üz
çevirmək [Göyə üz tutmaq] deyimini S. Altaylı doğru olaraq ‘tanrıya
yalvarmaq’ kimi mənalandırmışdır [24. S. 25].
Türklərin düşüncəsində Göy - tanrı, tanrı - Göy anlayışlarının
semantik eyniliyi bu iki sözün sinonimləşməsinə səbəb olmuşdur. Bu
məsələlərin təsvirində monqol mifologiyası da türk mifologiyasından
heç nə ilə fərqlənmir [25. S. 47].
«Dədə Qorqud» eposunda da tanrı sözünün əvəzinə Yer və Göy
sözlərinin işləndiyinə dair gözəl bir nümunə var. «Dəli Domrul»
boyunda Dəli Domrulun arvadı ərinə deyir:
Ərş tanıq olsun, kürş tanıq olsun!
Yer tanıq olsun, göy tanıq olsun!
Qadir tanrı tanıq olsun! [26. S. 93]
Bu şeirdə Ərş, Kürş, Yer və Göy sözlərinin dördü də tanrı sözünün
sinonimi yerində işlənmişdir. Bunu üçüncü misrada tanrı sözünün
işlənməsi də aydın göstərir. Türk düşüncəsində cansız varlıqlar tanıq
‘şahid’ tutula bilməz.
Biz Göy və tanrı, Yer və tanrı eyniliyini şumer mətnlərində də
görürük. Həmin mətnlərdə çox zaman tanrı əvəzinə Göy, Göy əvəzinə
tanrı sözü işlədilir. Əslində yuxarıda deyildiyi kimi, onların ikisi də
eyni söz olub, eyni ideoqramla da işarə olunur. Deməli, tanrı və Göy
sözləri şumer dilində omonim olmuşdur - ^n. Bir şumer şeirindən
götürülmüş aşağıdakı parçada tanrı əvəzinə Göy və Yer sözləri
işlənmişdir:
Göy əmr verdi, yer doğdu,
Numun bitkisini doğdu.
Yer doğdu, göy əmr verdi,
Numun bitkisini doğdu [27. S. 65; 28. S. 56].
Məzmundan aydın görünür ki, əmr edən də (Göy), doğan da (Yer)
tanrıdır.
Bir mətndə bacısı İnanna Günəş tanrısı Utuya deyir:
Kutsal ləyən içində yaxalandım,
Arı kap içində sabunlandım.
Göyün şahlıq paltarını geyindim,
Gözlərimi kömürlə boyadım [29. S. 185-186].
Bu mətndəki Göy sözünün də tanrı yerində işləndiyinə heç bir
şübhə yoxdur. Göyün şahlıq paltarı ifadəsi ‘tanrının şahlıq paltan’ kimi
başa düşülməlidir. Ümumiyyətlə, şumer və türk dillərində Göyün buğası ‘anın
buğası’, Göyün qapısı ‘tanrının qapısı’, Göy üzü mübarəkdir ‘tanrı üzü
mübarəkdir’, Göyün verdiyi pay ‘tanrının verdiyi pay’, Göydən gələn
səda ‘tanrıdan gələn səda’, Göydən gələn qada-bala ‘tanrıdan gələn
qada-bala’ kimi paralel işlənən onlarla ifadələr var ki, bunlar da hər iki
xalqın tanrı və Göy haqqında düşüncələrinin eyni olduğunu göstərir.
N. Y. Biçurin və L. Qumilyov çin qaynaqlarına söykənərək
yazırdılar ki, V yüzilliyin sonunda İrtış çevrəsində yaşayan teleslərin
ağsaqqalı Afuçjilo ‘Göyün böyük oğlu’ titulu ilə şərəfləndirilmişdir
[30. S. 195; 31. S. 24]. Buradakı Göy sözünü tanrının sinonimi kimi
başa düşmək lazımdır.
Bu araşdırmaların işığında indiyə qədər türk tarixində və folklor-
şünaslığında qaranlıq qalmış Göy tanrı və göytürk adlarının açılması
xeyli asanlaşmışdır. Göy tanrının ‘qoluboy boq’, göytürkün ‘qoluboy
türk’ kimi tərcüməsi ilk gündən elmdə elə bir dolaşıqlıq yaratmışdır ki,
onu hələ də açmaq mümkün olmur. Bu yanlış tərcümə isə rus
alimlərinə məxsusdur. Rus alimlərinin böyük əksəriyyəti bu adları
rus dilində ‘qoluboye nebo / qoluboy boq’ və ‘qolubıye turki’ [32. S. 289]
kimi verirlər ki, bunlar heç bir məna kəsb etmir. M. P. Melioranski və A.
Bernştam həmin sözün mavi mənasıyla yanaşı, səma mənasını da
göstərmişlər [33. S. 84].
Göy tanrı və göytürk adlarının ‘qoluboy boq’ və ‘qolubıye turki’
kimi kobud və yanlış tərcüməsi, təəssüflər olsun ki, elmdə etiraz
doğurmamışdır. Ən acınacaqlısı odur ki, bu adların mənşəyini,
etimologiyasını daha düzgün bilməli və açmalı olan Azərbaycan
alimləri
rus
həmkarlarının
tərcümələrilə
dinməz-söyləməz
razılaşmışlar. Hətta bəzən onların əsərlərində də həmin adların
‘qoluboy boq / qoluboye nebo’ və ‘qolubıye turki’ kimi tərcümə
edildiyini görürük. Türk alimi Ə. B. Ərcilasun isə göytürk Bəngü
daşlarından danışarkən doğru olaraq göy sözünün ‘səmavi’ anlamda
başa düşüldüyünü yazmışdır [34. S. 40]. İ. Abbaslı F. Ünlü Hizarçıya
istinad edərək yazır: «“Göytürk” anlamındakı “göy” mavi mənasını
daşıyır. Bütövlükdə “göytürk” etnonimi “ilahi türk”, “səmavi türk”
çalarlarını ifadə edir» [35. S. 36]. F. Bayat da doğru olaraq yazır ki, «etnik-mədəni
sistemdə göytürk, göy börü, göy keçi əslində bu varlıqların ilahi mənşəyini bildiıir» [36.
S. 70]. Sözsüz ki, onların ilahi mənşəyini bildirən həmin adlara qoşulmuş göy epitetidir.
Öncə dediyimiz kimi, şumerəqədərki panteonda böyük tanrının adı Ab, Şumerdə An
olmuşdur. Ab və An sözlərinin hər ikisinin mənası şumer və türk dillərində ‘göy’, ‘səma’
deməkdir. Növbəti mərhələdə Ab və An tanrı adlarını yenə onlarla eyni mənalı Göy sözü
əvəz etmişdir. Göy tanrı deyimində Göy xüsusi isim olub tanrının adıdır. Göy tanrı və
göytürk adlarındakı Göy sözü qətiyyən rəng bildirmir və onu rəng anlamında başa
düşmək yanlışdır. Elə buradan çıxış edərək deyə bilərik ki, ilk din də Göy tanrıçılıq
olmuşdur. Bu din Ağçağan adı ilə hazırda xakaslar arasında yaşamaqdadır. Xakas
dilində A ğ sözü məhz ‘Göy’ deməkdir. Onlar Göybörüyə Ağbörü
deyirlər. Ona görə də bilmək lazımdır ki, Ağçağan dini məhz Göy
tanrıçılığın eynidir [37. S. 42-43].
Göytürk etnonimdir. Rus alimi Y. V. Çesnov xalq adlarının necə
yaranmasından danışarkən rusların soroçinlər adlandırdıqları tayfanın
qıpçaq türkləri olduğunu və onun adındakı sarı sözünün rəng bildirmə-
diyini yazmışdır. Onun yazdığına görə, soroçinlər etnonimindəki sarı
köçərilər arasında dünyanın bir hissəsini - cəhəti bildirmişdir [38. S.
135]. Göytürk etnonimi də məhz birbaşa onların göylə, səma ilə bağlı
olduqlarını bildirir. Yuxarıda deyilənlərin hamısı bu fikri söyləməyə
tam əsas verir. Yazılı və şifahi mətnlərdən aydın görünür ki, türklər
özlərini tanrının övladı hesab edirdilər, onlar əcdadlarının göydən
gəldiklərinə inanırdılar. Onlar öz xaqanlarının tanrı övladı olduqlarına
şübhə etmir, bunu ‘tanrıdan doğulmuş’ yaxud ‘tanrının doğduğu’
şəkillərində ifadə edirdilər. Hunlar belə hesab edirdilər ki, onların ulu
əcdadı Metenin oğlu tanrının oğludur [39. S. 168]. Bu isə birbaşa
Metenin özünün tanrı olduğuna işarədir. Mətnlərdə türklərin Humayı
özlərinə ana saydıqlarını aydın görürük [11. S. 81]. Bilgə xaqanın
tanrıdan doğulduğu bir neçə mətndə öz əksini tapmışdır [11. S. 92,
134, 145; 10. S. 72, 77]. Ə. Rəcəbov və Y. Məmmədov «qədim türk
qəbilələrinin hamısında xaqanın bu təyinlə müşayiət olunduğunu»
göstərirlər
[11.
S.
134].
Göytürklər
xaqanlarının
tanrıdan
doğulduqlarını söylədikləri kimi, xaqanlarını da özlərinin əcdadları
sayırdılar: «Əcdadımız Bumın [mətndə Yamı] xaqan dörd tərəfi
sıxışdırmış...» [11. S. 54]. «İnsan oğulları üstünə atalarım Bumın
Kağan, İstəmi Kağan hökmdar olmuş» [40. S. 42]. Tanrı ^ xaqan ^ ^
insan formulundan aydın görünür ki, göytürklər tanrının törəmələri
olmuşlar. S. Q. Klyaştornı qədim türk abidələrindəki mifoloji
süjetlərdən danışarkən onları üç bölmə üzrə altı qrupda cəmləşdirmiş,
onlardan birini «dövlətin tanrı tərəfindən yaradılması və xaqanın tanrı
mənşəliliyi haqqında miflər» adlandırmışdır. Onun seçdiyi mətnlərə
görə, göytürk dövlətini tanrı yaratmış, özü xaqan qoymuş, xaqanlar da
mənşəcə tanrıya bağlı olmuşlar. Hətta xaqanlar tanrıya, onların
arvadları isə Humaya oxşadılır [41. S. 131-133]. Türklər tanrını Göy,
Göyü tanrı bilirdilər. Türk düşüncəsində tanrı və Göy sözləri sinorrimdir.
«Ağoğlan» adlı Azərbaycan nağılında öldürülüb basdırılmış qız dirilir və adını
dəyişib Ağoğlan qoyur [42. S. 381]. Çünki qızın dirilməsi birbaşa tanrıyla - Göylə
bağkdır. Ona görə, Ağoğlan adını tanrı oğlu - Göy oğlu kimi başa düşmək lazumdır. «Ağ
atlı oğlan» nağılında da ağ rəng Göyün rəmzidir. Ağ at da, Ağ quş da, Ağ paltar da
göy, səma mənşəlidir [43. S. 125]. Qədim türk dilində Ağ sözü ‘uca’, ‘yüksək’
anlamlarında işlənmişdir. «Koroğhj» eposundakı Ağ qaya da uca, yüksək, başı buludlara
dəyən qayadır. Nərbalanın Ağ atı da Göydən gəlmişdir. Onun Ağ quşu və
aslanı isə elə Qazan xanın A ğ sazın aslanı və A ğ sunqur quşudur.
Nağılın məzmunu da bunları deməyə imkan verir.
İnanna sevgi-məhəbbət və uşaq doğumu tanrısıdır. Həm də əcdaddır.
Onun türk miflərindəki adı Humaydır. Hər ikisinin funksiyası eynidir. A. M.
Saqalayev və E. M. Kryukov yazırdılar ki, Humay ildırımsaçan Göy
tanrısıdır, uşaqları himayə edir, insanlar onu əcdad sayırlar. İnsanlara
bilikləri, incəsənəti və dini o öyrətmişdir [44. S. 117]. Şumer
miflərində isə bütün bilikləri və incəsənəti insanlara Enkinin öyrətdiyi
deyilir.
Şumer və türk teoqonik düşüncəsində tanrı və Göyün eyniləşdiril-
diyini bilirik. Göyün ucalıq rəmzi olduğu da bəllidir. Ucalıq isə tanrıya
xasdır. Başqa sözlə desək, ucalıq deyəndə Göy, Göy deyəndə tanrı
yada düşür.
M əqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Göy tanrı və
göytürk terminləri indiyə qədər yanlış olaraq ‘mavi tanrı’ və ‘mavi
türk’ kimi izah edilmişdir. Məqalədə ilk dəfə olaraq çoxsaylı qaynaqlar
əsasında Göy tanrı və göytürk terminlərindəki Göy epitetinin qətiyyən
rəng bildirmədiyi, ‘səma, göy’ mənasında işləndiyi sübut edilmişdir.
Hər iki termində Göy epiteti səma ilə, göylə bağlılığı, tanrının və
türkün səma mənşəli olduğunu ifadə edir. Bununla da elmdə dərin kök
salmış çox ciddi bir yanlışlığa son qoyulmuşdur. Bu məqalənin təkcə
Göy tanrı və göytürkün deyil, bütövlükdə tanrıçılığın və türkün
tarixinin, mifologiyasının, etnoqrafiyasının, mənşəyinin öyrənilmə-
sində böyük elmi əhəmiyyəti var. Bu məsələlərlə bağlı tədqiqatlarda
məqalədən istifadə oluna bilər.
Ə D Ə B İ Y Y A T
1. Heyət Cavad. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı,
1993.
2. EamHÖUH P. K. 100 Be^HKHx öoroB. M., 2003.
3. flaöbiHUH H. A., HeMupoecKUü A. A. Eo^ecTBa BegymHx
SHBH^H3atSHH ^peBHero B^H^Hero BocTOKa, HpaHa h Hhahh // Hct.
flpeB. BocTOKa. M., 2003.
4. Kopo^nw X. CmnHCTHHecKHe
0
C
06
eHH
0
CTH «KHHrn Moero
gega KopKyTa» // Cob. TyupKonornya. 1975. N° 2.
5. Kaşğari Mahmud. Divanü lüğat-it-türk / Tərcümə edən və nəşrə
hazırlayan Ramiz Əskər. Bakı: Ozan, 2006. C. 1-4.
6. Ögel Bahaeddin. Türk Mitolojisi. İstanbul, 2001. C. 2.
7. HenoMHyamuü H. H. Ctp^hhhkh Bce^eHHOH. M., 2000.
8. rom ue H. B. Xa3apcKaäa Ky^Typa // Hapogw BocTOKa. 1925.
N° 8-9.
9. A öw uee A. M. TäypK0-M0Hr0ncKaHa oömhoct b k^mhkckom
^o^K^ope h HeK0T0pwe 3aKOHOMepHOCTH Heäo npoöaB.neHHHa // Cob.
THypKonorHHa. 1987. N° 3.
10. Rəcəbov Ə, Məmmədov Y Orxon-Yenisey abidələri. Bakı, 1993.
11.Əski türk yazılı abidələrinin müntəxəbatı. Bakı, 1992.
12.Çobanzadə Bəkir, d-r. Türk-tatar lisaniyyatına mədxəl. Bakı,
2006.
13.
A6pcM3on C M K p m b i u ux emHtxemnMWCMe u uamapmo-KyjmypHbie
C6ua3u 0pyu3e, 1990.
14. EapmoudB. B. Cowrnmm.M.:Haym, 1968. T 5.
15. CpaeHumembM cjoeap mywya-MawmypcKux iaBbmoe. tt, 1975. T 1.
16. Tcmmcuyc B. H. K emuvojozuu ajmaucKux mepMuuoe poöcmea // Oneprn
cpaBHumemoü mkcuko
j
ozuu ajmaucKux uaBbmoe. R : Haym Mmmp. omd-Hue,
1972.
17. ^epöaK A M Hemceucme pyHmecwe Hctömcu: K ucmopuu omKpbmuua
u usytemua//TuypKon. c6.1970. M.: HayKC 1971.
18. Cme6jıeec H. B. K peKoHcmpyKcuu dpeeHemuypKcKou pejju^uoGHo-jwupo
MernecKou cucmeMbi// JuypKojj. c6.1972. M.: HayKC 1973.
19. XoMoHoeM n. npuvectHuua// A6au recep-Xy6yH VjdH-Vöe, 1961.
20. Manoe C. E najvtuammm öpeeHemuypKcKou nucueHHocmu: TeKcmbi u
uccuedoeaHuua M.; K, 1951.
21. KjuammopHbM C. r TepxuHcKaua Hadnuc //Coe muypmjo^uua 1980. Ne 3.
22. Mauwecmee C. ff. WepmeonpuHoweme He6y y 6anmupoe // Myoeu
dHmponon. u emwzp. AHCCCP. nz,1916. T. 3.
23.nom anoe fl. n . YMaH - Ö0:*:ecTB0 gpeBHHx THypKOB b CBeTe
eTHorpa^nnecKHx gaHHbix // TMypmn. cö. 1972. M.: HayKa, 1973.
24.Azerbaycan Türkçesi Deyimler Sözlüyü / Hazırlayan S. Altaylı.
Ankara, 2005.
25.
Kyduuapoe A B. Cmuj «mauHou ucmopuu»: mmjjucumHocm, eapuacuua
penpe3eHmamueHocn noöxeam //Mongolia. M.: HayKa 1986.
26.Kitabi-Dədə Qorqud / Tərtib edəni H. Araslı. Bakı, 1977.
27.M uazzez
İlmiye Çığ. Sumerlilerde Tufan. Tufanda Türkler.
İstanbul: Kaynak Yayınları, 2009.
28.Yene
onun. Uyğarlığın Kökeni. Sumerliler-1. İstanbul: Kaynak
Yayınları, 2009.
29.Yene onun. Ortadoğu Uyğarlıq Mirası-2. İstanbul: Kaynak
Yayınları, 2009.
30.EunypuH H. H. CoöpaHHe CBegeHHH o Hapogax, oÖHTaBmnx b
CpegHeH Ä3hh b gpeBHHe BpeMeHa. M.; H., 1950. T. 1.
31. Qumilyov Lev. Qədim türklər. Bakı: Gənclik, 1993.
32TyMunüoe U. H. Tucüanenemue eoxpyz Kacnuüa. EaKy, 1991.
33.EepnmmaM A. H. Cocuanno-eKonoMUHecKUü cmpoü opxono-
üeHUceücKUX müypoK VI-VIII eeme. M.; U., 1946.
34.Ercilasun A. Bican. Türk Edebiyatının Ortaq Devri // Türkiye
Dışındakı Türk Edebiyat Antolojisi. Ankara, 1993. C. 1.
35.Abbaslı İsrafil. Folklorşünaslıq axtarışları. Bakı, 2009. C. 1.
36.Bayat Füzuli. Türk dini-mifoloji sistemində tanrı // Azərbaycan
şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı: Səda, 2005. Kitab 17.
37.Deliömeroğlu Yakup. Hakasların Geleneksel Kültürlerine Dair
Bir İnceleme // Milli Folklor. Ankara, 1997. Sayı: 33.
38.
HecHoe H. B. Ha3eaHue Hapoda. OmKyda
o h o
?
/ / Coe. emHO^p.
1973.
N
q
6.
39.Seyidov M. Azərbaycan xalqının soykökünü düşünürkən. Bakı,
1989.
40.Türkiye Dışındakı Türk Edebiyatları Antolojisi: Azerbaycan
Türk Edebiyatı. Ankara: Kültür Bakanlığı, 1993. C. 1.
41.
KnüammopHbrü C r. MMpomo^uuecKue cüymembi e ĞpeeHemüypKCKUX na-
MüamHUKax// TüypKaı. Co. 1977. M.: Hayrn, 1981.
42. Ağoğlan // Azərbaycan folkloru külliyyatı. Bakı: Səda, 2006. C. 2.
43. Ağ atlı oğlan // Azərbaycan folkloru külliyyatı. Bakı: Səda, 2006. C. 1.
44. Caeaıaüee A. M., Kpüyrne E M., nomaHUH L H. Omm ocMbiccıeHuüa
nuuHOcmu. HoeocuöupcK Hayrn. CUo. omdnie, 1991.
HCXÄM C A ^E ir
O TEPMHHAX G Ö Y H TAN RI, GÖYTÜRK
H GÖY TAN RI
P e 3 ro
m
e
B TropKCKHx A3biKax onoBa Göy ‘Heöo’ u tanrı ‘öor’ ^B^aroTca
CHHOHHMaMH. B ^nHHeCKHX TeKCTaX B OgHOM MeCTe c^obo Göy
Hcno^b3yeTca BMecTO tanrı, a b gpyroM tanrı 3aMeraeT ghobo Göy. B
myMepcKOM A3biKe An ‘Heöo’ h an ‘öor’ - omohhmh. ^ t h onoBa
cogep^aT pa3ragKy npoHCxo^geHHfl TepMHHOB Göy tanrı ‘HeöecHbiH
öor’ h göytürk ‘HeöecHbiH TropK’. BoraTHH MaTepna^ myMepcKHx h
TropKCKHX ^nHHeCKHX TeKCTOB n03B0^^eT paCKpblTb HX 3HaneHHe.
B gaHHOH CTaTbe Ha 0CH0Be ynoMAHyrbix hctohhhkob g0Ka3aH0,
hto ^nHTeT göy b oöohx c^OBOConeTaHHax oöo3HanaeT caMO Heöo, a
He ero ^BeT. nepeBog TepMHHOB Göy tanrı u göytürk Ha pyccKHH «3wk
KaK ‘ro^y6oH 6or’ h ‘rany6bie tw pkh’ mh CHHTaeM HeBepHbiM.
K^roneBwe c^OBa: möecHbiü öo^, möecHbiü mmpK, myMep,
^nunecKUü meKcm, m öo
ISLAM SADIQ
ABOUT THE TERMINS GOY AND TANRI,
GOY TURK AND GOY TAN RI
S u m m a r y
The words Goy ‘Sky’ and Tanry ‘God’ are synonyms in Turkic
languages, that is in some places instead of Goy ‘Sky’ is used Tanry
‘God’, but in other places instead of Tanry ‘God’ is used Goy ‘Sky’ in
epic texts. In Sumerian language the words An ‘God’ and An ‘Sky’ are
omonyms. In these words and expressions in order to find out
etymology of words Goy Tanry ‘Heaven Sky’ and Goy Turk ‘Heaven
Turk’ were given keys. There are a lot of rich materials in Sumerian
and Turkic epic texts to open semantic meaning of these terms.
In this article on the basis of this material terms Goy Tanry
‘Heaven Sky’ and Goy Turk ‘Heaven Turk’ were studied and proved
that epithet Goy means Goy ‘Sky’ in both word combinations, there we
must not sea colour meaning.
The epithet Goy ‘Sky’
is symbolizing connection with Sky,
Heaven, sky originality, translation of these terms as M avy Tanry
‘Blue God’ and M avy Turk ‘Blue Turk’ into Russian language is
completely wrong.
Key words: Heaven God, Heaven Turk, shumer, epic text, sky
Ünvan: Az-1001. Bakı-1, Kiçik Qala küç., 31.
AMEA Folklor İnstitutu - aparıcı elmi işçi,
fil. ü. f. d.
e-mail: islam- sadiqli@rambler.ru
Çapa təqdim edən
Çapa tövsiyə edən
M əqalənin redaksiyaya
daxil olma tarixi
Təkrar işlənməyə
göndərilmə tarixi
Tofiq Hacıyev -
«Türkologiya» jurnalı
redaksiya heyətinin üzvü
AMEA Nəsimi adına
Dilçilik İnstitutunun elmi şurası
(10.VII.2013, protokol N° 11)
21.IX.2012
19.XII.2012
Çapa göndərilmə tarixi
26.VII.2013
Dostları ilə paylaş: |