Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
35
Fidan Əbdürrəhimli
✵
İnsan hüquqları kontekstində
işgəncəyə məruz qalmamaq hüququ
Annotasiya
Məqalədə işgəncənin hüquq doktrinasında, eləcə də milli və beynəlxalq hüquqi
sənədlərdə verilmiş anlayışları, mütləq insan hüququ olan işgəncəyə məruz
qalmamaq hüququnun müxtəlif regional, beynəlxalq və milli hüquqi aktlarda
təsviri qeyd olunmuşdur. Bundan başqa, hansı hərəkət və halların işgəncə hesab
olunması, qəddar rəftarın anlayışı barədə məlumat verilmişdir. Həmçinin,
işgəncə hallarının qarşısının alınması üçün mövcud beynəlxalq və milli müdafiə
mexanizmlərinin fəaliyyət prinsiplərinə toxunulmuş, sonda AİHM-də işgəncə və
qəddar rəftarla bağlı verilmiş şikayətlər və çıxarılmış qərarlardan nümunələr
gətirilmişdir.
Summary
The article is dedicated to the definition of torture, the reflection of the
prohibition of torture as fundamental human rights in national and
international legal documents. Beside to that, there is given the definition of the
degrading treatment and criteria for actions and conditions constituting the
torture. The international and national human rights protection mechanisms
with regard to prevention of torture, and petitions addressed to and decisions
made by ECHR on torture and cruel treatment is included to the content of the
article.
nsan hüquqları fenomeninə müxtəlif hüquq nəzəriyyələrində fərqli
anlayışlar verilmişdir. Təbii insan hüquqları nəzəriyyəsinə görə hüquq
ilahi iradənin ifadəsidir və insanlara Allah tərəfindən, məhz, sadəcə insan
olduqları üçün verilmişdir. Bu hüquqlara azadlıq, mülkiyyət, yaşamaq,
bərabərlik və s. aiddir. Təbii hüquq nəzəriyyəsinin məşhur nümayəndələrindən
olan Con Lokka görə, təbii hüquqlar insanlarla birgə doğulduqlarından onlardan
ayrılmazdır, heç kəs, heç vaxt, heç yerdə bu hüquqları poza bilməz. Həmçinin,
Lokk insanın təbii hüquqlarını yaşamaq, azadlıq və mülkiyyət hüquqları olaraq
üç yerə ayırmışdır.
1
Təbii insan hüquqlarının əsas müddəaları insan hüquqları-
nın mütərəqqi mənbələrindən sayılan ABŞ 1776-cı il “İstiqlaliyyət
Bəyannaməsi”ndə, Fransa Burjua İnqilabının dövrünə görə möhtəşəm nəticəsi
olan “İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə”də öz əksini tapmışdır.
İstiqlaliyyət Bəyannaməsində deyilir: Biz bu həqiqətləri aşkar bilirik ki, insanlar
bərabər yaradılıblar və onlara Tanrı tərəfindən müəyyən ayrılmaz hüquqlar
verilmişdir və bunların sırasına yaşamaq, azadlıq, xoşbəxtliyə can atma hüququ
da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə
olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin
hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzində isə həmin
prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək
✵
Bakı Dövlət Universiteti Hüquq fakültəsi, IV kurs, 1406-cı qrup tələbəsi
1
Əmir Əliyev. İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi, s. 58 (Bakı 2009)
İ
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
36
təminat verən yeni quruluş yaratmağa haqqı vardır.
2
XIX əsrin sonu və XX əsrin əvvəllərində yaranan pozitiv hüquq
nəzəriyyəsinə görə isə, hüquq tamamilə dövlətin iradəsi və əmr və
göstərişlərindən ibarətdir. Buna görə də insanlar heç bir təbii hüquqa malik
deyillər. İnsan yalnız qanunla müəyyən olunan və qanunvericilik aktlarında öz
əksini tapan hüquqlara malikdir – insan hüquqları qanundan kənar ola bilməz.
Buradan belə nəticəyə gəlinir ki, insan hüquqları onların qabiliyyəti, mənşəyi,
şəxsiyyəti ilə bağlı deyil, yalnız dövlətin qanunları ilə əlaqədardır. İnsan
hüquqlarının içərisində mütləq hüquqlar, yəni dövlətin heç bir halda geri çəkilə
bilməyəcəyi hüquqlar fərqləndirilir. Mütləq hüquqlara dörd hüquq aid edilir: 1)
yaşamaq hüququ, 2) işgəncələrə məruz qalmamaq hüququ, 3) köləlikdə və asılı
vəziyyətdə saxlanılmamaq hüququ və nəhayət, 4) qanunsuz cəzaya məruz
qalmamaq hüququ. Bu hüquqların təmin edilməsindən dövlət heç bir halda, yəni
fövqəladə vəziyyət, hərbi vəziyyət, dövlətdaxili qeyri-sabitlik, müharibə şəraiti
və təhlükəsi və s. hallarda boyun qaçıra bilməz. Bu məqalədə yuxarıda göstərilən
mütləq hüquqlardan ikincisi, yəni işgəncələrə və digər qəddar, qeyri-insani və ya
insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmamaq hüququ haqqında
beynəlxalq hüquqda və milli qanunverici-liyimizdəki normalara, Avropa İnsan
Hüquqları Məhkəməsinin bir neçə qərarına nəzər salınacaq.
Ümumiyyətlə, dilimizdə istifadə olunan “işgəncə” sözü əsli etibarilə
farscada olan “şikəncə” sözündən olub, Azərbaycan türkcəsinə “işgəncə”
formasında keçmişdir. İşgəncə əziyyət etmək, əzab vermək, iztirab vermək kimi
mənalar daşıyır. İşgəncə ərəbcədə “əzab” qavramını ifadə edir. İşgəncənin tarixi
kifayət qədər qədimdir. Cəmiyyətin inkişafı mürəkkəb xarakter aldıqca,
işgəncənin də formaları “təkmilləşdirilmişdir” və normal insan ağlına
gəlməyəcək qədər dəhşətli növləri tətbiq olunmuşdur. İşgəncə dindirmənin
üsulu kimi yeni yaranmış fenomen deyil. İlk yazılı qanunlardan bəri
subyektlərdən məlumatların alınması üçün istifadə olunmuşdur. İşgəncələr
keçmişdə müxtəlif vaxtlarda Avropada həyata keçirilmişdir.
3
Kilsə qanunlarının
işgəncə tətbiqini nəzərdə tutan normaları, inkvizisiya məhkəmələri,
tükürpərdiciliyinə görə öndə gedən Çin işgəncələri, 1936-38-ci illərdə Sovet
Sosialist Respublikalar İttifaqının “qara siyahısına” düşən şəxslərə etdikləri və
nasist alman faşizmi və Qarabağ müharibəsində ermənilərin həmvətənlərimizə
qaşı törətdikləri qeyri-insani davranışlar və vəhşiliklər yaddaşımızdadır.
İşgəncə insan hüquqlarının ciddi zorakı pozuntusudur və beynəlxalq
hüquqla qəti şəkildə qadağan olunur. İşgəncənin qadağan olunması çox sayda
beynəlxalq sənədlərdə və humanitar sazişlərdə öz əksini tapmışdır. O, həmçinin,
beynəlxalq ümumi hüququn prinsipi kimi də çıxış edir və “jus cogens” olaraq
dövlətlərin işgəncəni qadağan edən sənədləri ratifikasiya edib-etməməsindən
asılı olmayaraq üzərinə öhdəlik qoyur. İşgəncə BMT-nin insan hüquqlarının
standartlarının formalaşdırılmasının inkişaf prosesində ilk əlaqəli işlərindən
biri olmuşdur. 1948-ci il 10 dekabr tarixli ÜİHB-in 5-ci maddəsində göstərilir:
Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan
rəftara və cəzaya məruz qalmamalıdır. Eyni məzmunlu digər bir norma 1950-ci
2
V. V. Lazarev. Ümumi hüquq və dövlət nəzəriyyəsi. Tərcümə, s. 47 (Bakı, 2007)
3
Interrogation and Torture University of Washington, Seattle, CSEP 590 TU University of
California, Berkeley, PP 190/290-009 By Barbra Ramos (UCB GSPP), Christopher DuPuis (UW
PMP), Dennis Galvin (UW PMP), Eiman Zolfaghari (UW PMP), Sean David Cardeno (UCB GSPP),
s. 4 (December 7, 2005)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
37
il Əsas İnsan hüquqları və azadlıqlarının müdafiəsinə dair Avropa
Konvensiyasında da əksini tapmışdır. Adı çəkilən aktın 3-cü maddəsində qeyd
olunur: Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya
məruz qalmamalıdır. 1966-cı il Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın
7-ci maddəsində işgəncənin qadağan olunmasına dair norma aşağıdakı formada
öz əksini tapmışdır: Heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun
ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir
şəxs özünün sərbəst razılığı olmadan tibbi və ya elmi təcrübələrə məruz
qalmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında şərəf və ləyaqətin
müdafiəsi hüququ başlığı altında 46-cı maddənin 3-cü bəndinə görə heç kəsə
işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan, rəftara və ya
cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində
tibbi, elmi və ya başqa təcrübələr aparıla bilməz. İşgəncəni qadağan edən və sırf
onunla bağlı məsələləri nizama salan, daha geniş məzmunlu bir akt “İşgəncə və
digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəza
növləri əleyhinə” 1984-cü il BMT Konvensiyasıdır. İşgəncənin qarşısınınn
alınmasına və cəzalandırılmasına dair 1985-ci il tarixli Amerika Konvensiyası,
İşgəncənin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın
qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyası da xüsusi müqavilələr
olmaqla sırf işgəncəyə dair məsələləri tənzimləyirlər. İşgəncələrin aradan
qaldırılması və onların cəzalandırılması haqqında Amerika Konvensiyasının 2-ci
maddəsində hər hansı şəxsə cinayət istintaqı məqsədilə qorxu vasitəsi, həmin
şəxsin cəzalandırılması vasitəsi, preventiv tədbir, sanksiya və ya hər hansı başqa
məqsədlə fiziki və ya psixi ağrı, yaxud əzab vermək vasitəsi kimi tətbiq olunan
hər hansı qəsdən törədilən əməl işgəncə kimi qiymətləndirilir. 1981-ci il Afrika
Xartiyasının 5-ci maddəsi də işgəncəni qadağan edir. İşgəncələrin qadağan
olunması baxımından İnsan hüquqlarının Ümumislam Bəyannaməsi də mühüm
rol oynayır. Bəyannamədə göstərilir ki, heç kəsə mənəvi iztirab, yaxud cismani
işgəncə verilə bilməz, onun özünə, yaxud qohumlarının və yaxın adamlarına
zərər vuran rəftar edilə bilməz, heç kəs cinayət törətməyini etiraf etməyə, yaxud
onun mənafeyinə zərər vuran hərəkətlərə razılıq verməyə məcbur edilə bilməz.
4
İşgəncələri və digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan
davranışların qadağan olunmasını özündə ehtiva edən beynəlxalq sənədləri
ratifikasiya edib-etməməsindən asılı olmayaraq bütün dünya dövlətləri həmin
hərəkətləri öz qanunvericilik sistemləri ilə qadağan etməlidirlər. Həmin
Konvensiyanı ratifikasiya etməmək dövlətləri beynəlxalq sferada öhdəliklərdən
və məsuliyyətdən azad etmir.
Bütün adı çəkilən sənədlərdə işgəncəyə verilən anlayış məzmun
baxımından və mahiyyətcə fərqlənmirlər. Bununla belə, ədəbiyyatlarda ümumi
olaraq işgəncənin əlamətləri kimi aşağıdakı halları göstərilmişdir:
-
kəskin ağrı və əzabla müşayiət olunması;
-
qəsdlə edilməsi;
-
hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf
əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud
törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə
cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və
ya məcbur etmək üçün edilsin;
4
Əmir Əliyev. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. s. 268 (Bakı 2009)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
38
-
və səlahiyyətli və ya rəsmi şəxslərin razılığı və ya göz yumması ilə
həyata keçirilsin.
Kəskin ağrı və əzabla müşayiət olunması dedikdə, elə vasitələrdən
(alətlərdən, ifadələrdən, hərəkətlərdən və s.) istifadə olunması başa düşülür ki,
həmin vasitələrlə işgəncə verilən şəxsin fiziki və psixi sağlamlığına ciddi
xəsarətlər yetirilir, həmçinin həmin hərəkətlər şəxsin bədənində və şüurunda
qalıcı “yaralar” qoyur. Qəsdlə edilməsi onu ifadə edir ki, burada təqsirin məhz
ehtiyatsızlıq yox, qəsd forması ilə həmin hərəkətlər törədilir və ya hərəkətsizliyi
işgəncə yaradan hallar baş verir. Yəni işgəncə həyata keçirən şəxs, etdiyi
hərəkətin mahiyyətini, ondan doğacaq halları görür, şüurlu şəkildə dərk edir və
əksər hallarda bunu arzulayır. Nəyə görə əksər hallarda? Çünki bəzən işgəncəni
“əmr qulları” istəmə-dən də əmrə tabe olaraq həyata keçirmək məcburiyyətində
olurlar. İşgəncə, ümumiyyətlə, bir anda baş verib bitmir, adətən, daha “təsirli”
olması üçün müəy-yən müddət davam etdirilir. Buna görə də işgəncənin
ehtiyatsızlıqdan edilməsi məntiqdən kənar qalır və qəsdlə törədilməsi onun əsas
əlamətlərindən sayılır.
Hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf
əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud
törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq
üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün
edilməsi, aydındır ki, onun məqsədini ifadə edir. Məhz, məlumat almaq
məqsədilə şəxslərə işgəncə verilə bilir. Səlahiyyətli və ya rəsmi şəxslərin razılığı
və ya göz yumması ilə həyata keçirilməsi dedikdə isə, bəzən işgəncənin birbaşa
həmin səlahiyyətli şəxslərin özünün “aktiv” iştirakı ilə, bəzən isə sadəcə onların
razılığı həyata keçirilməsi başa düşülür.
İşgəncə və digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan
rəftar və ya cəza növləri əleyhinə BMT Konvensiyasının 1-ci maddəsində
işgəncəyə anlayış verilmişdir. Belə ki, bu Konvensiyanın məqsədləri üçün
«işgəncə» dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat,
yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud
törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq
üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün,
yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin
vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud
onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud
mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür.
Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz
tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu
anlayışa daxil deyil.
Türk hüquq ədəbiyyatında göstərilir ki, məhz Konvensiyada verilən
anlayışın məzmununa görə işgəncə fiziki və mənəvi olmaqla iki yerə bölünür.
Fiziki işgəncə dedikdə, insanın bədəninə bilavasitə tətbiq olunan işgəncə başa
düşülür. Məsələn, mütəmadi olaraq döymək, dağlamaq, yandırmaq, zəncirə
vurmaq, elektrik vermək, soyuq suya salmaq, suda boğulmağa şərait yaratmaq,
uzunmüddətli təcrid edilmək, gərgin əmək, cinsi istismar və təcavüz və s. fiziki
işgəncə hərəkətləridir. Bununla bərabər beynəlxalq hüquqla işgəncə hesab
olunan hərəkətlərin konkret siyahısı verilməmişdir. Lakin işgəncə hər bir halda
qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan hərəkət hesab olunmuşdur.
Yuxarıda sadalananlarla bərabər parlaq işığa məruz qalmaq, davamlı yüksək
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
39
səslərə məruz qalmaq, yuxusuz, ac və susuz saxlanılmaq kimi hərəkətlər də
işgəncə hesab olunur. Mənəvi işgəncə dedikdə isə, fiziki olmayan, lakin insana
təsir edən, psixi vəziyyətin pozulmasına səbəb olan hərəkətlər başa düşülür.
Məsələn, şəxsə, ailə üzvlərinə və ya sevdiklərinə söymək, söydürmək, ləyaqətini
alçaltmaq, şəxsə inandığını dandırmaq və s. Ölüm cəzasına məhkum olunmuş
şəxslərin cəzanın icrasını gözləmələri də bəzi müəlliflər tərəfindən işgəncə kimi
dəyərləndirilir.
İşgəncə özlüyündə dar və geniş mənada başa düşülür. Dar mənada
işgəncə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsini almağa və onu
dindirməyə səlahiyyətli şəxslərin, şübhəli və ya təqsirləndirilən şəxsə təqsirini
etiraf etmək, cinayəti təsdiq edən sübutları ələ keçirmək, dindirmə zamanı
şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsindəki ziddiyyətlərin aradan
qaldırılmasını təmin etmək, cinayətin digər iştirakçılarını ələ vermək və ya
törədilməsi mümkün digər cinayətlər haqqında məlumat almaq üçün onda fiziki
və ya psixi zərər, ya da təhlükə meydana gətirən və ya insan ləyaqəti ilə
uzlaşmayan hər cür maddi və mənəvi edilən kobud rəftar başa düşülür. Geniş
mənada işgəncə dedikdə isə, cinayət mühakiməsindən əlavə inzibati və intizam
mühakimələrində təqsirləndirilən şəxslə yanaşı, şahid, ekspert və müdafiə
tərəfinin digər iştirakçılarını da əhatəsinə alan qavram başa düşülür.
5
Qeyri-insani
rəftar
anlayışı
altında
konkret
şəraitdə
bəraət
qazandırılmayan qəsdən güclü fıziki və ya mənəvi əzab yetirilməsi kimi rəftar
başa düşülür. İşgəncəyə dair resurslarda qeyd olunur ki, işgəncənin qadağan
olunması çoxçeşidli rəftar və cəzaları əhatə edir. Lakin heç də bütün pis rəftarları
və ya cəzaları, qadağan edilən hərəkətlərdən biri kimi tövsif etmək olmaz. Pis
rəftar minimum ağırlıq dərəcəsinə malik olmalıdır. Bu minimumun
qiymətləndirilməsi istər-istəməz nisbi xarakter daşıyır. Belə ki, bu işin bütün
hallarından, məsələn, rəftarın müddətindən, onun fiziki və ruhi nəticələrindən
və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır.
Rəftarın ləyaqəti alçaldan rəftar və ya cəza kimi tövsif edilməsi üçün sözügedən
rəftar konkret ağırlıq dərəcəsi həddinə çatmalıdır. Rəftar o halda ləyaqəti
alçaldan rəftar kimi sayıla bilər ki, o: “qurbanları başqaları qarşısında kobud
surətdə alçaldır və ya onların fiziki və ya mənəvi müqavimətini qıra bilən qorxu,
əzab və acizlik hisslərinin yaranmasına səbəb olur”.
İşgəncə faktları ibtidai istintaq hərəkətlərindən dindirmə hallarında
tətbiq olunma ehtimalı daha yüksəkdir. Şəxsdən ifadə verməsini, təqsiri
üstələnməsini və etiraf etməsini tələb etmək üçün qeyri-qanuni olsa da bu
yollara baş vurulur. Hətta İsrail yeganə demokratik dövlətdir ki, məhkumdan
məlumat almaq üçün “yüngül fiziki təzyiqin” yolverilən olduğunu qəbul
etmişdir.
6
Lakin qanunən şəxsin azad surətdə iradəsini ifadə etməyən, yəni
könüllü olmayan, təzyiqlə, işgəncə ilə ifadə verməsindən, təqsirini etiraf
etməsindən məhkəmədə sübut kimi istifadə oluna bilməz. Lakin buna nə
dərəcədə əməl olunur, o səlahiyyətli şəxslərin vicdan məsələsidir.
5
Hasan Doğancı. İşkencenin tarihi, yasaklanma süreci, uluslararası insan hakları metinlerindeki
ve iç hukukumuzdaki yeri: http://www.caginpolisi.com.tr/eski_sitemiz/27/49-50-51-52-
53.htm
6
Interrogation and Torture, s. 590 (University of Washington, Seattle, CSEP). Barbra Ramos,
Christopher DuPuis, Dennis Galvin, Eiman Zolfaghari, Sean David Cardeno. TU, s. 190/290-299
(University of California, Berkeley, 2005)
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
40
Konvensiyanın 2-ci maddəsi hər bir iştirakçı dövlətə öz yurisdiksiyasında
olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli
qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görməsi
öhdəliyini qoymuşdur. Həmçinin, eyni maddədə göstərilir ki, necə olursa-olsun,
heç bir müstəsna hal – müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-
sabitlik, yaxud hər hansı digər fövqəladə şərait – işgəncəyə haqq qazandıra
bilməz. Bu isə mütləq insan hüquqlarının başlıca təminat formasıdır. Maddənin
3-cü bəndində isə vəzifə etibarilə yüksək rəisin, yaxud dövlət hakimiyyəti
orqanının əmrinin işgəncə verilməsinə haqq qazandırmadığı qeyd olunmuşdur.
Bu zaman qeyri-qanuni əmrin yerinə yetirilməsinə görə məsuliyyət yarana bilər.
3-cü maddədə iştirakçı dövlətlərin üzərinə heç bir şəxsi ona işgəncə
veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olduğu halda başqa bir dövlətə
sürgün etməmək, qaytarmamaq və ya ekstradisiya etməmək kimi öhdəliklər
qoyur. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olub-olmadığını
müəyyən etmək üçün işlə əlaqədar bütün halları, o cümlədən müvafiq hallarda
həmin dövlətdə insan hüquqlarının davamlı olaraq kobudcasına, biabırçı və
kütləvi surətdə pozulması praktikasının mövcudluğunu nəzərə alırlar. Bu zaman
bir dövlət ərazisində insan hüquqlarını mütəmadi pozuntuları yaşanan, işgəncə
faktları həyata keçirilən başqa dövlət barəsində İşgəncələr əleyhinə Komitəyə bu
faktların araşdırılmasının vacibliyi barədə məlumat verə bilər.
Konvensiyanın 13-cü maddəsində qeyd olunur ki, hər bir iştirakçı dövlət
yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrə məruz qaldığını iddia edən
hər bir şəxsin bu dövlətin səlahiyyətli hakimiyyət orqanlarına şikayət verməsi və
onlar tərəfindən belə şikayətlərə təcili və obyektiv baxılması hüququnu təmin
edir. Şikayət və şahid ifadələrinə görə iddiaçı və şahidlərin pis davranış, yaxud
hədə-qorxudan müdafiəsini təmin etmək üçün tədbirlər görülür. Burada qeyd
etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasında İnsan hüquqları üzrə
Müvəkkil insan hüquqları pozuntusu barədə qanuni tələblərə uyğun şikayət
ərizəsi aldıqda, həmin ərizədə qeyd olunmuş faktların araşdırılması məqsədilə,
AR-ın İnsan hüquqları üzrə Müvəkkili haqqında Qanunun 12-ci maddəsinin
12.2.1-ci hissəsində göstərildiyi kimi, maneəsiz və əvvəlcədən xəbərdarlıq
etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə,
cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama
yerlərinə daxil olmaq, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında,
müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək
söhbət etmək kimi hüququ vardır. Ombudsmana belə bir hüququn verilməsi
istintaq təcridxanasında, müvəqqəti saxlama yerlərində və cəzaçəkmə
müəssisələrində işgəncə törədilməsinin aradan qaldırılmasına da müsbət təsir
göstərir. Belə bir hüquq Ombudsmanla yanaşı, vətəndaş cəmiyyətinin əsas
ünsürlərindən olan bəzi qeyri-hökumət təşkilatlarına da verilmişdir. QHT-lərin
isə beynəlxalq sferada yeri hər kəsə məlumdur. Onlar yerləşdikləri dövlətin
ərazisində insan hüquqlarının vəziyyəti barədə dövlətlə bərabər məruzələr
hazırlayaraq səlahiyyətli beynəlxalq qurumlara təqdim edirlər. Bəzən isə,
dövlətin göstərmədiyi nüansları öz məruzələrində əks edərək obyektivliyi təmin
edirlər. Belə hüquq tanınan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də,
cəzaçəkmə müəssisələrinin rəislərinə məlumat verməklə cəzaçəkmə
müəssisələrinə baş çəkə bilər, məhkumlarla görüşə bilərlər, sosial sorğuların
aparılmasına onları cəlb edə bilərlər. Cəzaçəkmə müəssisəsinə baş çəkmək
hüququ, həmçinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinə da
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
41
məxsusdur. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin və digər
şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız
Ədliyyə Nazirliyi və bəzi hallarda Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş
hallarda və qaydada həyata keçirilə bilər. Bütün bunlar cəzaçəkmə
müəssisələrində məhkum olunmuş şəxslərə qarşı işgəncə faktlarının tətbiq
edilməsində müəyyən mənada preventiv xarakter daşıyır. Qanunvericiliyin belə
müddəaları dövlətdaxili hüququmuzun beynəlxalq hüquq normaları ilə
harmonizasiyasında mühüm rol oynayır.
Belə ki, cəzaların icrasına Cəzaların İcrası Məcəlləsinə müvafiq olaraq bir
sıra nəzarət formaları mövcuddur, Ədliyyə Nazirliyinin, Müdafiə Nazirliyinin,
məhkəmənin, ictimai təşkilatların və prokurorluğun nəzarəti mövcuddur. Həmin
Məcəllənin 20-ci maddəsində qeyd edilir ki, ictimai təşkilatlar məhkumların
islah edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların
fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər. Azərbaycan Respublikasının Cəza-
ların İcrası Məcəlləsinin məhkumların əsas hüquqları adlanan 10-cu maddəsinin
3-cü bəndində göstərilir ki, cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti
məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya
insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara
məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər. İşgəncələr
əleyhinə Konvensiyanın digər bir diqqətə-layiq maddəsi 14-cü maddədir.
Maddədə qeyd olunur ki, hər bir iştirakçı dövlət işgəncə qurbanının əvəz
almasını və hüquqi sanksiya ilə möhkəmləndirilən ədalətli və adekvat
kompensasiyanı, o cümlədən mümkün qədər daha tam reabilitasiya vasitələri
əldə etməsini öz hüquq sistemində təmin edir. İşgəncə qurbanı işgəncə
nəticəsində ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara
verilir. Konvensiyanın 17-24-cü maddələrində İşgəncələr əleyhinə Komitənin
yaradılması əsasları və işləmə prinsipi öz əksini tapmışdır. Məlum aktda o da
göstərilir ki, Konvensiya bütün dünya dövlətlərinin qoşulması üçün açıqdır.
Beynəlxalq humanitar hüquqda işgəncələrin qadağan olunması öz
ifadəsini 1949-cu il 4 Cenevrə Konvensiyasında və ona əlavə edilən 1977-ci il
Protokolunda tapmışdır. Silahlı konflikt kontekstində törədilən işgəncələr
müharibə cinayətləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin işgəncə başlığı altında təsbit edilən 113-cü maddəsində tutulmuş
və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki və ya psixi iztirablar
vermə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu
norma qanunvericiliyimizə AR Milli Məclisinin haqqında danışılan Konvensiyanı
31 may 1996-cı ildə ratifikasiya etməsilə daxil olmuşdur. Lakin bu normaya görə
məsuliyyət işgəncə faktı bir şəxsə yox, mülki əhalinin iki və daha artıq
nümayəndəsinə qarşı törədildikdə yaranır. Əgər işgəncə sülh və ya müharibə
zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların
həyata keçirilməsi halları olmadıqda baş verirsə, bu zaman AR CM-in 133-cü
maddəsi ilə, yəni əzabvermə ilə tövsif olunur. AR CM-in 133-cü maddəsində
göstərilir ki, bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə
səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü
fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İndi isə, Avropa İnsan hüquqları Məhkəməsində işgəncə və digər qəddar
davranışlarla bağlı baxılan işlərə və qəbul olunan bir neçə qərara nəzər salaq.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
42
Belə işlərdən biri Korobovun Ukraynaya qarşı (39598/03 no.) işidir. Ərizəçi
Korobov S.ə verdiyi borcunun qaytarılması üçün 2000-ci il 18 aprel tarixində
onunla görüşməyə qərarlaşdırır. Lakin 11 aprel 2000-ci il tarixinə Korobov
haqqında cinayət işi açılır və şəxs 18 aprel tarixində saat günorta 15:00-16:00
arası polis əməkdaşları tərəfində tutularaq müvafiq orqana gətirilir. Lakin şəxsin
tutulması vaxtı tərtib olunan protokolda saat 21:00 göstərilir. Korobov AİHM-
nə verdiyi ərizəsində göstərir ki, o 18 aprel tarixində saat 15:00-21:00 arasında
polis əməkdaşı tərəfindən döyülmüş, ona əzab və elektrik şoku verilmiş, eyni hal
26 aprel tarixində də təkrarlanmışdır. 2000-ci ilin may ayının əvvəlində tibbi
müayinədən keçərkən şəxsin kürəyində, sinəsində və aşağı ətraflarında qançır
izləri aşkarlanmışdır. 2002-ci ildə Korobov hədə-qorxu ilə pul tələb etməyə görə
3 illik həbs cəzasına məhkum olunmuşdur. Bu müddətin iki ilini sınaq müddəti
təşkil edirdi. İttiham apelyasiya məhkəməsində qüvvədə saxlanıldıqdan sonra,
Ali Məhkəmə Korobovun kassasiya şikayətini ləğv etmişdir. Belə ki, zərərçəkmiş
və onun vəkilinin xəbəri olmadan məhkəmə iclası keçirilmişdir. Çoxsaylı müraci-
ətlərinə baxmayaraq prokuror qəddar davranışla bağlı cinayət işi açmaqdan
imtina etmişdir. Yalnız 2005-ci ildə istintaq başlanır və şahidlərin
dindirilməsindən sonra 2008-ci ildə mümkün sübutlar tədqiq olunmadan
məhkəmə cinayət işi üzrə icraata xitam verən yekun qərarı qüvvədə saxlamışdır.
AİHM-nə verdiyi şikayətdə Korobov Avropa İnsan Hüquqları Konvensiyasının 3-
cü “işgəncəyə məruz qalmamaq hüququ”, 6-cı “ədalətli məhkəmə araşdırması”
və 41-ci “əvəzin ədalətli ödənilməsi” maddələrinə istinad etmişdir. AİHM
Korobovun polis əməkdaşı tərəfindən işgəncəyə məruz qaldığını, ədalətli
məhkəmə araşdırması qaydasının pozulmasını təsdiqləyərək, Ukrayna dövlətinə
zərərçəkmişə 21000 avro məbləğində təzminat ödəməsi barədə yekun qərar
çıxarmışdır. Digər bir iş Yavuz Çəliyin Türkiyəyə qarşı (34461/07 no.) işidir.
Ərizəçi 1968-ci il təvəllüdlü Türkiyə vətəndaşı İstanbulda yaşayan Y. Çəlik AİHB-
nin 3-cü maddəsinin pozulması ilə əlaqədar verdiyi şikayətdə təsdiq etmişdir ki,
2006-cı ilin oktyabrında polis əməkdaşını təhqir etmə və ona hücum etmə ilə
təqsirləndirilərək gətirildiyi yerli polis məntəqəsinin həyətində polis əməkdaşı
tərəfindən sifətinə yumruq zərbəsi endirilmiş və boğazından tutularaq nəfəs
almasına maneçilik törədilmişdir. Həmçinin, vurğulamışdır ki, onun iddiasının
araşdırılması adekvat aparılmamışdır. AİHM yekun qərarında Türkiyə
hökumətinə zərərçəkmişə 11700 avro (mənəvi zərərə görə) təzminat
ödənilməsi öhdəliyi qoymuşdur.
Rupa Rumıniyaya qarşı işində (no. 2. (37971/02)) isə Avropa
Konvensiyasının 3, 6 və 13-cü maddələrinə istinadən verdiyi şikayətdə
göstərmişdir ki, 2000-ci ildə küçədə gedərkən polisə şəxsiyyət vəsiqəsini təqdim
etməkdən boyu qaçırdıqdan sonra polis əməkdaşını vurmuş və onun nəqliyyat
vasitəsinə zərər yetirmişdir. Cinayət işi üzrə icraat ərizəçinin əleyhinə
qurulmuşdur. Belə ki, Rupa iddia edir ki, sorğu zamanı o mütəmadi olaraq
döyülmüşdür və hadisənin araşdırılması effektiv həyata keçirilməmişdir.
Həmçinin o, şikayətində effektiv müdafiə üsulundan məhrum edildiyini
göstərmişdir. Əlavə olaraq, Avropa konvensiyasının 6-cı maddəsinə istinad
edərək göstərmişdir ki, dövlət ittihamçısı onun özünün sərbəst olaraq vəkil
seçməsinə izn verməmiş və dövlət hesabına vəkil təyin edilmişdir, həmin vəkil
isə ona adekvat köməklik göstərməmişdir. AİHM yekun aktında zərərçəkmişə
5200 avro mənəvi zərərə görə və 5000 avro da vəkilə ödənilmiş xərclərin
kompensasiya edilməsi qərarına gəlmişdir.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
[buraxılış №1, 2015]
43
Avropa İnsan Hüquqları Məhkəməsində maraq doğuran qəddar və insan
ləyaqətini alçaldan cəza və rəftara dair işlərdən biri də Dudreviçlərin
Xorvatiyaya qarşı işidir (52442/09). Ərizəçilər: Daniel Dudreviç, anası Katiça
Dudreviç və atası Duro Dudreviç ərizələrində göstərmişlər ki, 16 iyun 2009-cu il
tarixində axşam saat 21:30 radələrində bir restoranda Daniel ilə bir qrup şəxs
arasında mübahisə baş vermişdir. Restoranın həyətində baş verən mübahisədə
şəxslərdən biri Danielin qardaşını Roma mənşəli olmasına görə təhqir etmişdir.
Polisin gəlməsi ilə dava da sonlanmışdır. Polislər davada iştirak edən bir neçə
şəxsi, Danieli və qardaşını polis məntətqəsinə aparmışlar. Bir saat sonra
valideynləri polis məntəqəsinə gəldikdə, polis işçisi Katiçanı kobud formada
maşından düşürmüş, qollarını buraraq sinəsinə zərbə vurmuş və belindən
tutmuşdur. Həmin gün Katiça və Daniel xəstəxanada qarın, sinə, baş və burun
nahiyələrindəki kontuziyaya görə müayinə olunmuşlar. 9 iyul 2009-cu ildə polis
Danielin qardaşı da daxil olmaqla davada iştirak edən bir neçə şəxsi ictimai
qaydanı pozmalarına görə ittiham etmiş və onları cərimələmişdir. Daniel də
davada iştirak etdiyi üçün təqsirləndirilmiş və ona töhmət verilmişdir.
Katiça Dudreviç ictimai qaydanı pozmağa və polisi təhqir etməyə görə
təqib olunmuşdur. Eyni zamanda o, ona hücum edən iki nəfər polis işçisindən
şikayət etmişdir, lakin sübut yetərsizliyindən işə xitam verilmiş, həmçinin
məhkəmə də şikayət lazımi formada tərtib edilmədiyi üçün işə baxmaqdan
imtina etmişdir. 2008-ci ilin dekabrından başlayaraq Danielin valideynləri bir
neçə səlahiyyətli orqana şikayətlə müraciət etmişlər ki, onların oğulları
məktəbdə mütəmadi olaraq Roma əsilli olduğu üçün təhqir olunur və döyülür.
Məktəbin səlahiyyətli şəxsləri məsələ ilə bağlı iki məruzə hazırlamış və
bildirmişlər ki, Daniel həmişə müəllim və tələbələrlə mübahisə yaşayan bir
şagirddir və məktəb nümayəndələri onunla problemlərini həll etməsi üçün
söhbət etmişlər, həmçinin, oğullarının davranışı barədə Danielin valideynlərinə
də məlumat vermişlər. Məhkəməyə verilən şikayətlərin əsasını da Danielin
döyülməsi və təhqir olunması barədə səlahiyyətli orqanlara müraciət
olunmasına baxmayaraq problemin həll edilməməsi çıxış etmişdir. Şikayətdə
Konvensiyanın 3, 8 və 41-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə
müəyyən etmişdir ki, Xorvatiya Daniel və Kaçita Dudreviçlərə 6000 avro mənəvi
zərərə və 1000 avro məhkəmə xərclərinə görə kompensasiya ödəməlidir.
Sonda qeyd etmək zəruridir ki, insan ali varlıq olduğu üçün onun
işgəncəyə məruz qalması nə hüquqi cəhətdən, nə də mənəvi baxımdan qəbul
ediləndir. Bu gün də dünyanın bir neçə dövlətində və hətta “demokratiyanın
beşiyi” adlandırılan ABŞ-nın xeyli ştatında ölüm cəzasının qalması və bunun,
fikrimcə, həddən artıq əzab verən növlərinin tətbiq olunmasını (məsələn,
elektrik masası) insanın mənşəyinə mütənasib deyil. Doğrudur, ola bilər ki, o
cəzaya layiq görülən şəxslər o masada əyləşməmişdən əvvəl kimlərəsə fiziki və
ya mənəvi çox dəhşətli işgəncələr vermişlər. Elə qatı cinayətkarlar ola bilər ki,
cəmiyyətdən bir dəfəlik təcrid olunması qanunən ədalətlidir, qanuna görə sosial
ədalət bərpa edilmiş olur, yenə də ölüm cəzasının qaldığı dövlətlərdə yalnız
güllələnmə formasının tətbiqinin tərəfdarıyam. Hərçənd elə cinayətlər törədilir
ki, güllələmə ilə cinayətin qurbanı olmuş şəxslərin yaxınları mənəvi rahatlıq
tapmırlar, yüngül qalır cinayətin yanında. Bununla belə xeyli sayda dövlətlərdə
istintaq səhvi nəticəsində haqsız ölüm cəzasına məhkum olunmuş şəxslər
məlumdur. Lakin, hər bir halda ölüm cəzasını ləğv etmiş dövlətlərin bu addımını
müsbət dəyərləndirmək lazımdır.
Dostları ilə paylaş: |