288
mışdır. Bu imkanlardan nəinki dövlətlər və hüquqi şəxslər öz iş fəaliyyətlərində
istifadə edir, adi insanlar da sosial şəbəkələr və internetin irəli sürdüyü digər
imkanlardan istifadə edərək əlaqə saxlayır, müxtəlif xarakterli informasiya
mübadiləsi aparırlar. Başqa sözlə, dünyamız həqiqətən də “kiçik bir kəndə”
çevrilməkdədir. Bu prosesdə heç şübhəsiz Elmi-Texniki Tərəqqinin irəli sürdüyü
imkanlar mühüm rol oynayır və gələcəkdə də Elmi-Texniki Tərəqqinin imkanla-
rı artdıqca, qloballaşma prosesi daha da dərinləşəcəkdir.
1945-ci ildə atom bombasının partladılmasından sonra Albert Eynşteyn de-
mişdi ki, dünya XX əsrin sonlarında əhəmiyyəti heç də az olmayacaq informasi-
ya partlayışı ilə üzləşəcək. 50 il bundan əvvəl 30 səhifəlik mətni 5 min kilometr
məsafəyə göndərmək üçün ən azı 3 gün və 30 dollar xərc lazım idi. 20 il bundan
əvvəl həmin həcmdə məlumatı faksla göndərmək üçün bir neçə saat və 50 dollar
vəsait lazım idi. Bu gün İnternetin köməyi ilə həmin həcmdə məlumatı ötürmək
üçün bir neçə saniyə və 3 sent lazımdır. Beləliklə, informasiyanın ötürülmə
sürəti 300 min dəfə artmış, bunun üçün lazım olan xərclər isə min dəfə azalmış-
dır. Təsadüfi deyil ki, bu gün dünyanın ən zəngin insanı qızıl və neft sahibi deyil,
məhz informasiya texnologiyalarını inkişaf etdirmiş Bill Qeytsdir.
Qloballaşma prosesi nəticəsində dünya vahid məkana çevrilir və bu məkanda
informasiya, məhsul və xidmətlər, kapital, ideyalar və onların daşıyıcıları hərəkət
edir. Qloballaşma vahid beynəlxalq iqtisadi, hüquqi, mədəni və informasiya
məkanın formalaşması prosesini nəzərdə tutur.
Qloballaşma barədə bir çox peşə sahiblərinin, müxtəlif təmayüllü (sağ, sol,
mərkəzçi, liberal, mühafizəkar, dini) siyasətçilərin, beynəlxalq münasibətlər üzrə
mütəxəssislərin, politoloqların, kulturoloqların, jurnalistlərin və b. müzakirələrini
dinləyərkən bir məsələni heç zaman unutmaq lazım deyil ki, müasir qloballaşma
hər şeydən əvvəl bir iqtisadi proses və fenomendir. Məhz buna görə heç şübhəsiz
istənilən iqtisadi proses kimi qloballaşma da ilk növbədə insanların maddi ri-
fah və sosial vəziyyətlərinə toxunur. Qloballaşma prosesinin tərəfdarları və
əleyhdarları öz arqumentlərini bu prosesin dünyanın ayrı-ayrı bölgələrində in-
sanların maddi vəziyyətlərinə müsbət və mənfi təsirləri üzərində qururlar. Iqtisa-
di qloballaşma özündə beynəlxalq inteqrasiyanın müxtəlif formalarını birləşdirir.
Bura beynəlxalq ticarət, transmilli birbaşa investisiyalar, qısamüddətli dövriyyə
kapitalının beynəlxalq dövriyyəsi, texnologiyaların yayılması və beynəlxalq
miqrasiya aiddir. Heç şübhəsiz qloballaşma prosesi XXI əsrin üzümüzə gələn
onilliklərində dünya iqtisadiyyatının və siyasətinin əsas müəyyənedici amili ol-
ması ilə yanaşı, beynəlxalq siyasi və iqtisadi münasibətlərinin yeni sisteminin
formalaşmasında əsas təkanverici qüvvə olacaqdır.
Antiqlobalistlər hesab edir ki, qloballaşma prosesi transmilli şirkətlərin və
inkişaf etmiş Qərbin fəaliyyətinin nəticəsidir. Onlar belə hesab edirlər ki, bu
proses özü-özlüyündə antidemokratik, elitar, bir çox hallarda dağıdıcı xarak-
289
ter daşımaqla ayrı-ayrı ölkələri və insanlığı davamlı inkişafdan məhrum edir.
Beynəlxalq təşkilatların və institutların funksiyalarını artırmaqla qloballaş-
ma milli dövlətləri zəiflədir və xalqların suveren hüquqlarını məhdudlaşdırır.
Onlar əmindirlər ki, müasir dünyamızdakı qlobal istiləşmə, ətraf mühitin
çirklənməsi, ənənəvi dəyərlərin dağılması, nəzarət edilməz miqrasiya prosesləri,
iş yerlərinin bağlanması və s. məhz bu prosesin doğurduğu nəticələrdir. Qlobal-
laşmanın əleyhdarları hesab edirlər ki, beynəlxalq ticarətin liberallaşdırılması
inkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin bazarlarına daxil olmaq-
da məhdudiyyətləri saxlamaqla ticarət baryerlərini aradan qaldırır. Buna görə
də, bu proses dünyanın ayrı-ayrı regionları arasında qeyri-bərabərliyi artırmaqla
onların arasında “assimetrik asılılığın” yaranmasına gətirib çıxarır. Yeni Şimal,
yəni sənaye baxımdan inkişaf etmiş dünya “qloballaşma” prosesinin əsas “me-
neceri” rolunda, dünyanın digər bölgələri bu prosesin əsasən subyektləri rolunda
çıxış edirlər.
Anti-qlobalistlərə görə qloballaşma insan inkişafına yardım edə bilər, amma
bu proses problemləri kökündən həll edə bilməz. Bundan əlavə, bu proses daha
geniş miqyasda yeni problemlər də yaratmaqdadır. BMT-nin məlumatına görə,
dünyanın 54 ölkəsi bu gün 1990-cı il ilə müqayisədə daha kasıbdır. 21 ölkədə
daha çox insan aclıqdan əziyyət çəkməkdədir. 14 ölkədə 5 yaşına qədər daha
çox uşaq ölməkdədir. 34 ölkədə orta yaş həddi aşağı düşmüşdür. Həmçinin 80-ci
illərdən başlayaraq 21 ölkədə insan inkişafı indeksi aşağı düşməyə başlamışdır.
Təkcə 2003-cü ildə bütün dünyada 42 milyon insan HİV/QİÇS xəstəliyinə yo-
290
luxmuş, 2 milyon insan vərəm xəstəliyi üzündən vəfat etmişdir.
“Qərb antiqlobalistləri” milli qanunvericiliklə tənzimlənməyən və
vətəndaşlar tərəfindən nəzarət edilməyən transmilli şirkətlərin və beynəlxalq
maliyyə institutlarının hakimiyyətinə qarşı çıxırlar. Onlar hesab edirlər ki, qlo-
ballaşma bu ölkələrin xalqlarının maraqlarına deyil, transmilli şirkətlərin və
beynəlxalq maliyyə qurumlarının maraqlarına qulluq edir. Dövlətin yurisdiksi-
yasından yuxarıda olan beynəlxalq institutlar demokratik yollarla qəbul edilmiş
qanunların aliliyi prinsipini pozur. Ən maraqlısı isə, onlar hesab edirlər ki, qlobal-
laşma əmək miqrasiyasının miqyasını artırır və sənaye istehsalını inkişaf etmiş
ölkələrdən inkişaf etməkdə olan ölkələrə köçürür, bu isə öz növbəsində işsizliyə
gətirib çıxarır. Digər antiqlobalistlərdən fərqli olaraq, Qərb antiqlobalistləri daha
yaxşı təşkilatlanmış, şəbəkələnmiş və ideoloji baxımdan mövqelərini daha aydın
təqdim edirlər.
Digər növ antiqlobalistlər “milliyətçi” antiqlobalistlərdir -- onlar əsasən in-
kişaf etməkdə olan ölkələrdə geniş fəaliyyət göstərirlər. Bu cərəyanın platforma-
sının əsasında beynəlxalq maliyyə institutlarının “hökmünə və hakimiyyətinə”
qarşı durmaq durur. Onların fikrincə, qloballaşma Qərbin Bretton-Vuds institut-
larından və transmilli şirkətlərdən ibarət “hakim dünya elitasının” təşviq etdiyi
bir prosesdir. İnkişaf etməkdə olan ölkələr hesab edirlər ki, onlar bu prosesdə
əlverişsiz mövqedədirlər, belə ki, onlar öz daxili bazarlarını qoruya bilmirlər,
çünki əsasən dövlət tərəfindən subsidiyalaşdırılmayan kənd təsərrüfatı malları
və xammal ixrac edirlər.
“Sosialist antiqlobalizmi” öz əsasını paternalist cəmiyyətlərdən və on
illərlə sol partiyaların hakim olduğu, hazırda isə keçid dövrü iqtisadiyyatlar
olan ölkələrdən götürür. Onlar radikal liberallaşma konsepsiyasına, Beynəlxalq
Ticarət Təşkilatı, Dünya Bankı və digər maliyyə institutları tərəfindən yeridilən
“bazar fundamentalizminə” qarşı çıxırlar. Onlar hesab edirlər ki, ABŞ və digər
inkişaf etmiş Qərb ölkələrinin hakim olduğu bu qurumlar inkişaf etməkdə olan
ölkələrin xalqların maraqlarını heç zaman nəzərə almayacaqlar. Son iqtisadi
böhrandan sonra isə onlar daha əminliklə iddia etməyə başladılar ki, iqtisadiy-
yatda özü-özünü nizamlayan “görünməz əl” anlayışı səhv yanaşmadır.
“Ekoloji antiqlobalizm” antiqlobalist cərəyanların içində ən məşhuru və ge-
niş yayılmışlardan biri olaraq qloballaşmanın ətraf mühitə və biosferaya dağı-
dıcı və mənfi təsirini irəli sürür. Bu cərəyanın tərəfdarları hesab edir ki, qlobal
istiləşmənin faciəvi nəticələrinin qarşısını almaq üçün planetə intensiv iqtisa-
di inkişaf baxımından yanaşma dəyişməlidir. Yırtıcı halda gəlirlərin artırılması
yarışına girən transmilli şirkətlər bu gün planetin bizə təqdim etdiyi resursları
mənimsəyərək davamlı inkişaf və gələcək nəsillər haqqında düşünmürlər.
Ən radikal formalı antiqlobalistlər isə “sivilizasiya antiqlobalistləri”dir --
onlar əsasən özlərində dini, radikal və ekstremist təşkilatları birləşdirirlər. Bu