14
Paralel olaraq insanlar arasında H5N1 qrip virusunun sirkulyasiyası fiksə
olundu: 18 hal qeydə alınmışdı, onlardan 6-sı ölümlə nəticələndi.
1997-ci ildə belə patogen formada peyda olan virus 2003-cü ilə qədər üzə
çıxmadı.
2003-cü ildən indiyə qədər H5N1 virusu ilə törənən quş qripinin bir sıra
ölkələrdə: Çin, Koreya, Vyetnam, Yaponiya, İndoneziya, Kamboca və s.-də
növbəti sıçrayışaları qeydə alındı. Qeyd olunan sıçrayışların coğrafiyası yeni
epidemik qrip virusunun Cənub-Şərqi Asiya ölkələrində və Okeaniyada yaranması
haqda nəzəriyyəni bir daha təsdiq etdi. Çünki burada əhalinin sıxlığı və heyvan
populyasiyasının bolluğu köçəri vəhşi quşların uçuş yolları ilə uzlaşır.
Sıçrayışlar zamanı Asiyada 3 ay ərzində 120 mln. ev quşu tələf oldu.
Bununla yanaşı, vəhşi quşlar arasında A/H5N1/ qrip virusunun patogen
xüsusiyyətlərinin üzə çıxması faktı müəyyən edildi. Qeyd olunan virusun
miqrasiya edən vəhşi quşlar arasında sirkulyasiyası virusun ətraf mühitdə, xüsusən
ev quşları arasında, su quşlarını yoluxdurmaqla suda və suətrafı komplekslərdə
yayılması faktoru xüsusi maraq doğurmuşdu və H5N1 ştammlarının sirkulyasiyası
ilə əlaqədar virusoloji tədqiqatlar kifayət qədər geniş miqyasda miqrasiya edən
vəhşi quşların ölümünü üzə çıxartdı. Bu virusu böyük məsafələrə yayan köçəri
vəhşi quşların, o cümlədən su quşlarının epidemik əhəmiyyətini qeyd etmək
lazımdır.
Onları A qripi virusunun bütün subtipləri üçün təbii rezervuar kimi
qiymətləndirmək olar.
15
Beləliklə, bu tapıntılar, yəni H5N1 virusunun nəinki ev quşlarından, həm də
vəhşi su və suətrafı komplekslərin quşlarından izolyasiya edilməsi virusların
təbiətdə dövranı kimi məlum faktı təsdiq edir.
Hadisələrin sonrakı inkişafında bir sıra Avropa ölkələrində: Almaniya,
Belçika, Fransa, Böyük Britaniya, eləcə də ABŞ-da H5N1 quş qripi virusunun
vəhşi və ev quşları arasında törətdiyi xəstəliklər qeydə alındı və izolyasiya edildi.
Ancaq bu ölkələrdə insanların yoluxması halları qeydə alınmamışdır.
ÜST-ün məlumatlarına görə, A/H5N1/ virusunun insanlar arasında törətdiyi
təsdiq edilmiş xəstəlik halları 2002-ci il üçün 318-dir, onlardan 192-si (60%)
ölümlə nəticələnmişdir.
Ekologiyanın və insaların xəstəliklərinin dəyişilməsi haqda bir yerdə
yığılmış məlumatlar, eləcə də törədicinin özünün dəyişilməsi H5N1 ştammının
pandemik virus kimi formalaşmasının mümkünlüyünü güman etməyə əsas verir.
2006-cı ildə Azərbaycan ərazisində də A/H5N1/ quş qripi virusları ilə
insanların yoluxmasının 8 klinik halı qeydə alınmışdı. Bunlardan 5-i letal nəticə
verdi.
Ancaq, infeksiyanın insandan insana keçməsi halı qeydə alınmamışdır.
Epidemioloji tədqiqatlar yoluxmuş və ölmüş insanların bu regionda ölü vəhşi qu
quşları ilə kontaktını üzə çıxartdı.
Bu fakt quş qripinin insan populyasiyasına gətirilməsi və növ spesifikliyi
baryerinin tək bir halda aradan götürülməsinin nümunəsidir.
16
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində, xüsusən
H5N1 virusu ilə xəstələnmə halları qeydə alınan Salyan ərazisində vəhşi quşların
uçuş yolları vardır.
Azərbaycan özünün iqlim-coğrafi parametrlərinə görə unikal regiondur. Belə
ki, bu parametrlər Cənub –Şərqi Asiyanın təbii iqlim parametrləri ilə eynidir.
Qızılağac qoruğu əhalisinin sıx yaşadığı məntəqələrdə çoxlu sayda heyvandarlıq
təsərrüfatları olan Abşeron yarımadası, vəhşi köçəri quşların, o cümlədən su
quşlarının qışlaq yerləri olan bir sıra adalar, müxtəlif populyasiyaların qarşılıqlı
əlaqəsi, insan və heyvan qripi viruslarının ekoloji əlaqələri üçün optimal şərait
yaradır.
İnsanların yüksək pandemik potensiyaya malik H5N1 ştammı ilə
yoluxmasının təsdiqi xüsusi əhəmiyyət kəsb edir və pandemiyanın mümkün
inkişafı nöqteyi-nəzərindən həyəcan siqnalıdır.
1.2. A qripi virusunun təbii dəyişkənliyi və onu aydınlaşdıran
nəzəriyyələr.
Müasir virusoloji metodların köməyilə qrip virusunda daim antigen
dəyişkənliklərinin baş verməsi faktı müəyyən edilmişdir. Bunun da son nəticəsi
epidemiya və ya pandemiyanın etioloji səbəbi olan virusun yeni növünün əmələ
gəlməsidir.
17
Dərin antigen dəyişkənliyinin mexanizmi aydınlaşdırılmamışdır, bu da
hazırda
epidemiya
və
pandemiyaların
yaranmasını,
onların
rasional
diaqnostikasını, xüsusən qripə qarşı effektiv vaksinoprofilaktikanı çətinləşdirir.
Antigen strukturundakı dəyişkənlik nəticəsində yaranan virus qrip
epidemiyasının böyük dalğalarını doğurur. Bu baxımdan onun əmələ gəlməsi
mexanizminin aydınlaşdırılması vacibdir.
Dreyfin mexanizminin ümumi qəbul edilmiş açıqlaması seleksiya üçün
münbit şərait yaradan respirator traktın səthi infeksiyası və immunoloji “pressin”
təsiridir.(Burnet F.M, 1955; Fasekas de st., 1973; Hannoun C., 1973).
Yeni pandemik ştammların əmələ gəlməsinə səbəb olan virusun səthindəki
antigenlərin qəfil dəyişməsi- “shift”-in təbiəti haqda vahid nöqteyi-nəzər yoxdur.
“Shift”-in mexanizmini aydınlaşdıran 2 əsas nəzəriyyə vardır:
1.
Pandemik ştammlar-özündən əvvəlki virusun mutasiyasının və ya onların
insan orqanizmində persistent formada qalmasının nəticəsidir.
2. Bu virusların mənbəyi heyvan qripi viruslarının rezervuarıdır.
Birinci hipotezə görə, belə güman edirlər ki, insan viruslarının dəyişilməsi-
immunoloji “pressin” təsiri altında özünəməxsus təkamüldür(Smorodinsev А.А. və
b.; 1978; Belyakov V.L. və b., 1983; Karpuxin Q.İ. və b. 1983).
Digər qrup müəlliflər virusların dəyişkənliyinə ardıcıl mutasiya kimi
baxırlar. Bu mutasiyalar RNT-nin kodunu əvvəl dreyf-variasiyalara qədər, sonra
isə şift-variasiyalara dəyişir(Davenport F., 1977).
İkinci hipotez iki fərziyyədən ibarətdir:
1.
Heyvan və quş virusunun insana birbaşa keçməsinin mümkünlüyü.
Dostları ilə paylaş: |