1
F.M.DOSTOYEVSKİ
ALÇALDILMIŞ VƏ TƏHQİR EDİLMİŞ İNSANLAR
downloaded from KitabYurdu.org
2
BİRİNCİ HİSSƏ
I FƏSİL
Keçən il, martın iyirmi ikisində, axşamçağı başıma çox
qəribə bir əhvalat gəldi. Bütün günü şəhəri gəzib özümə otaq
axtardım. Yaşadığım otaq çox rütubətli idi, özüm də çox pis
öskürməyə başlamışdım. Hələ lap payız girəndən, başqa bir
mənzilə köçmək istəyirdim, ancaq bunu uzada-uzada gətirib
yaza çıxartdım. Bütün günü əməlli-başlı bir otaq tapa
bilmədim. Əvvəl budur ki, mənə ailə içində deyil, ayrıca bir
otaq lazım idi, ikincisi də istəyirdim ki, bu otaq bircə dənə
də olsa, mütləq böyük olsun, həm də, məlum şeydir ki,
mümkün qədər ucuz olsun. Hiss etmişdim ki, darısqal
otaqda hətta düşünmək üçün də darısqallıq olur. Yazacağım
povestləri düşünərkən, otaqda var-gəl etməkdən həmişə
xoşum gəlirdi. Yeri gəlmişkən, bunu da deyim ki, mən
downloaded from KitabYurdu.org
3
həmişə yazmaq istədiyim əsərləri, doğrudan da, yazmağı
deyil, onları necə yazacağımı düşünməyi və bu barədə
xəyala dalmağı daha artıq xoşlayırdım, bu da, əlbəttə,
tənbəllikdən deyildi. Bəs nədən idi?..
Hələ lap səhər açılandan özümü pis hiss edirdim, gün
batanda halım daha da xarablaşdı, elə bil ki, mənə titrətmə
gəlirdi. Bir də ki, bütün günü ayaq üstə olduğumdan,
yorulmuşdum. İkindi vaxtı Voznesenski küçəsindən
keçirdim. Mən açıq şaxtalı havada Peterburqun mart
günəşini, xüsusilə, qürubunu çox sevirəm. Bütün küçə
birdən parlaq işığa bürünərək parıldayır. Bütün evlər elə bil
ki, birdən-birə işığa qərq olub. Evlərin boz, sarı, yaşıl-
bulanıq rəngləri bir anlığa öz tutqunluğunu itirir, elə bil ki,
adamın qəlbi işıqlanır, elə bil ki, diksinirsən, ya da kim isə
dirsəyi ilə səni itələyir. Adamda yeni görüş, yeni fikirlər
əmələ gəlir... Qəribədir, bircə elə günəşin işığı insanın
qəlbində nələr edə bilərmiş!
Budur, günəşin işığı söndü, şaxta şiddətlənməyə,
adamın burnunu göynətməyə, hava get-gedə qaralmağa
başladı, mağazalarda, dükanlarda qaz lampaları yandı. Mən
downloaded from KitabYurdu.org
4
Millerin qənnadı dükanına çatanda birdən dayandım,
küçənin o biri tərəfinə baxmağa başladım: elə bil ki, bu saat
mənim başıma fövqəladə bir hadisə gələcəyini hiss
etmişdim. Elə bu anda küçənin o tayında bir qoca gördüm:
onun yanında it vardı. Çox yaxşı yadımdadır ki, bu zaman
mənim qəlbim çox pis bir duyğudan sıxıldı və mən özüm də
bunun necə bir duyğu olduğunu təyin edə bilmədim.
Mən mistik deyiləm, mən adamın bir şeyi qabaqcadan
hiss etməsinə, fala bəlkə də heç inanmıram, bununla belə,
mənim başıma bir neçə əhvalat gəlmişdir ki, bunu izah
etmək mümkün deyil, belə əhvalatlar bəlkə də hamının
başına gəlmişdir. Misal üçün, elə bu qocanı götürək: niyə
mən ona rast gələndə o saat hiss etdim ki, elə o axşam
mənim başıma qəribə bir əhvalat gələcəkdir? Bunu da deyim
ki, onda mən xəstə idim, xəstə adamın duyğuları da çox vaxt
aldadıcı olur.
Qoca belini əyərək, sanki ağacdan düzəldilmiş qıçlarını
qatlamadan, ağır-ağır, zəif halda götürüb-qoyur, əlağacını
səkinin sal daşlarına yavaşca vura-vura qənnadı dükanına
yaxınlaşırdı. Mən bütün ömrüm boyunca belə qəribə, belə
downloaded from KitabYurdu.org
5
yöndəmsiz bir sima görməmişdim. Mən qabaq da – bu
görüşdən əvvəl də, Millerin dükanı qarşısında ona rast
gələndə, o həmişə məni heyrətə salar, qəlbimdə iztirablı bir
hiss oyadardı. O, uca boylu, donqar belli, səksən yaşlı,
cansız üzlü bir qoca idi; paltosu köhnə idi, tikiş yerindən də
sökülmüşdü; başında iyirmi ildən qalma, yıpranmış, girdə
bir şlyapa vardı; saçı tökülmüşdü, yalnız peysərində bir
çəngə ağ yox, ağ-sarı tük qalmışdı; onun bütün hərəkətləri
də mənasız kimi görünürdü, sanki qurulmuş yay üzrə
hərəkət edirdi. Bütün bu vəziyyəti ilə ilk dəfə rast gəldiyi
adamı qeyri-ixtiyari olaraq heyrətə salırdı. Doğrudan da,
ömrü-günü keçmiş, tək qalmış bu kimsəsiz, düşkün qocanı
görmək adama qəribə gəlirdi, xüsusilə, ona görə qəribə
gəlirdi ki, o, nəzarətçilərin əlindən qaçmış dəliyə oxşayırdı.
Onun həddindən artıq arıqlığı da məni heyrətə salırdı: elə bil
ki, heç əti-qanı yox idi, sanki sümüklərinə ancaq dəri
yapışdırılmışdı. Göy dairə içərisində yerləşmiş iri, lakin
sönük olan gözləri həmişə düz önünə baxırdı, heç ətrafına
nəzər salmırdı, heç bir şey də görmürdü, mən buna əminəm.
O sizə baxsa da, düz sizin üstünüzə yeriyirdi, elə bil ki, onun
downloaded from KitabYurdu.org
6
qarşısında heç bir şey yox idi. Mən bunu bir neçə dəfə
görmüşdüm. Millerin dükanına o bu yaxında gəlməyə
başlamışdı. Haradan gəldiyi də məlum deyildi, həmişə də iti
ilə bərabər gələrdi. Dükana gələn adamlardan heç kəs
onunla danışmağa cürət etmirdi, özü də heç kəslə
danışmırdı.
Mən küçənin o biri tərəfində durub, gözlərimi
ayırmadan ona baxır, düşünərək öz-özümə deyirdim: “O
niyə axı Millerin dükanına gedir, orada onun nə işi var?”
Xəstəlik və yorğunluq əlaməti olaraq acıqlandım. Sonra
yenə də öz-özümə dedim: “O nə düşünür? Onun fikrində nə
var? O hələ də bir şey haqqında düşünə bilirmi? Onun üzü o
qədər cansızdır ki, heç bir şey ifadə etmir. Bu iyrənc iti o
haradan tapıb? İt ondan heç ayrılmır, elə bil ki, onunla
ayrılmaz bir vəhdət təşkil edir, özü də gör ona necə
oxşayır!”
Bu zavallı itin də elə bil səksən yaşı vardı, bu mütləq
belə də olmalı idi. Əvvəla ona görə ki, o çox qoca idi, heç
bir it belə qoca olmur; ikincisi də, niyə axı mən onu görən
kimi elə o saat ağlıma gəldi ki, bu it başqa itlər kimi ola
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |