12
“Velikaya Armeniya”nın tərkib hissəsi hesab edən ermənilər indi daha da “dərinə”
getməyə baĢlamıĢlar. Erməni millətçiləri hazırda Arazdan cənubda - qonĢu Ġran
Ġslam Respublikasının ərazisində öz ata-baba torpaqlarında yaĢayan və özlərini bu
gün də “türk” adlandıran azərbaycanlı qardaĢlarımızı ġimali Azərbaycanda
yaĢayan azərbaycanlılardan (“gəlmə köçəri türklərdən”) tamamilə fərqli olan bir
xalq kimi qələmə verməyə baĢlamıĢlar. Guya Cənubda yaĢayan azərbaycanlılar
ġimalda yaĢayan qardaĢlarından fərqli olaraq Ġran dillərindən birində danıĢmıĢ olan
azərilər adlanan xalqın nəsilləridir və sonradan, XV-XVI əsrlərdə onların dilləri
kütləvi surətdə zorla dəyiĢdirilib. Sən demə, cənubda yaĢayan soydaĢlarımız -
cənubi azərbaycanlılar “genetik baxımdan bizə deyil, ermənilərə daha yaxın bir
xalq” imiĢ. Lap bu yaxınlarda Yerevan Dövlət Universitetinin Ġranistika
kafedrasının müdiri, prof. Q.Asatryan bununla əlaqədar çox geniĢ bir müsahibə ilə
çıxıĢ edərək bildirmiĢdir ki, ermənilərin bu istiqamətdə apardıqları tədqiqatların
nəticələri artıq indidən sübut edir ki, onların (yəni ermənilərin) cənubi
azərbaycanlılarla antropoloji parametrlərinin çoxu eynidir; “azərilər (Cənubi
Azərbaycan türkləri nəzərdə tutulur - Y.M.) genetik baxımdan özlərinin
Azərbaycan Respublikasındakı həmvətənlərindənsə ermənilərə daha yaxındırlar”
(www.golos.am;8 iyul 2006-cı il). Mətləb aydındır: erməni saxtakarları tarixi
Azərbaycanın Arazdan cənubdakı torpaqlarını öz saxta “tədqiqatlarında”
“özününküləĢdirdikdən” sonra, indi də həmin ərazidə yaĢayan Azərbaycan
türklərinin mənĢəyini saxtalaĢdırmağa baĢlamıĢlar. Guya “Velikaya Armeniya”nın
tərkib hissəsi olmuĢ Cənubi Azərbaycan torpaqlarının əhalisi də bizimlə, yəni
ġimali Azərbaycan türkləri ilə deyil, ermənilərlə bir kökdən imiĢ!? Narahatçılıq
doğuran budur ki, artıq Azərbaycan Respublikasında müxtəlif yollarla “Böyük
Ermənistan”ın guya həqiqət olduğunu təsdiq edən xəritələr və kitablar da nəĢr
olunmağa baĢlamıĢdır. Eyni fikirlər burada da səslənir. Ölkəmizdə xristian
missionerlərinin fəaliyyəti güclənmiĢdir. Azərbaycandan olan bəzi alimlərin
yaxından köməyi ilə əcnəbilərə yazdırılmıĢ və gizli Ģəkildə yayılan bəzi üzdəniraq
“tədqiqatlarda” Azərbaycan bütünlüklə keçmiĢ xristian ölkəsi kimi qələmə verilir,
xalqımız isə türk deyil, Dağıstan-nax qrupuna daxil olan bir etnos kimi təqdim
olunur. Hələ bu bir yana dursun, Azərbaycan xalqına “özünün xristian keçmiĢinə
qayıtmaq” tövsiyə olunur, hətta Bakının adını dəyiĢdirmək “təĢəbbüsləri”də baĢ
qaldırmaqdadır. Minlərlə Azərbaycan abidələrini məhv etmiĢ ermənilər və erməni
kapitalının nökərləri Azərbaycanda “erməni xaçı axtarıĢlarına” çıxmıĢlar. Üzdə
xalqımızın yüksək tolerantlıq mədəniyyətini tərifləyən əcnəbilər, necə deyərlər,
“saman altdan su yeridərək”, Azərbaycanın türk-islam mədəniyyətini dağıtmaq
üçün əllərindən gələni edirlər. Xristian missionerləri, demək olar ki, ölkənin hər
yerinə yayılmıĢlar. Bəzi qüvvələr Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid
xristian abidələrinin siyahısını və Ģəkillərini internet vasitəsilə xaricə ötürürlər.
Əcnəbilər Azərbaycanda keçmiĢ xristian abidələrinin bərpasını diqqət mərkəzinə
çəkmiĢlər. “Böyük Ermənistan” təbliğatçıları və onların arxasında duran qüvvələr
13
bu iĢdə az rol oynamırlar. Bütün bunlar xalqın müxtəlif dairələrində ciddi narazılıq
və narahatlıqla qarĢılanır. “Böyük Ermənistan” uydurması barədə növbəti yazım
olan bu məqaləni qələmə almağım da elə bununla bağlıdır.
Oxuculara bəri baĢdan bildirmək istərdim ki, tarixdə heç zaman üç dəniz
(Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi) arasındakı geniĢ əraziləri əhatə edən
“Böyük Ermənistan” adlı dövlət olmayıb. Bu uydurmadır. Və bu uydurmanı elmə
sırıyarkən erməni saxtakarları vaxtilə Fəratın yuxarılarından Van gölünə doğru
ərazilərdə mövcud olmuĢ “Kiçik Ermənistan” və “Böyük «Великая» yox, məhz
«Большая», yəni “Böyük” -Y.M.) Ermənistan” adlanan iki coğrafi vilayətdən
birinin - sonuncunun adından istifadə etmiĢlər və coğrafi termini siyasiləĢdirmiĢlər
(Yeri gəlmiĢkən qeyd edək ki, “Böyük Ermənistan” adlanan coğrafi vilayət
həqiqətən də “böyük” olduğu üçün deyil, “Kiçik Ermənistan” vilayətinə nisbətən
bir qədər “böyük” olduğu üçün belə adlandırılırdı. Yəni bu “böyük” sözün həqiqi
mənasındakı “Böyük” deyildir!). Əslində isə heç bir ilk mənbə tarixdə “Böyük
Ermənistan” adlanan dövlətin olduğunu təsdiq etmir. Ġndiyədək heç bir arxeoloji
qazıntı zamanı “Böyük Ermənistan” adı həkk olunmuĢ pul tapılmayıb. Ermənilərin
guya erməni hökmdarı olduğunu iddia etdikləri parfiyalı II Tiqranın adından zərb
olunmuĢ pullarda da onun “Böyük Ermənistan” hökmdarı olduğu təsdiqlənmir.
Beləliklə, “Böyük Ermənistan” tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə
heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını
iĢğal etməyi qarĢısına məqsəd qoymuĢ baĢabəla “milli ideologiyadır”, mürtəce
dini-ideoloji və terrorçu-iĢğalçılıq “doktrinasıdır”. Bu iĢğalçı-terrorçu “doktrina”
erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə
uydurulmuĢdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya
vaxtilə “dənizdən-dənizə” geniĢ əraziləri əhatə etmiĢ olan uydurma “Böyük
Ermənistan” dövlətini dirçəltmək ideyası durur. Bu “ideya”nın saxtalığı ondan
aydın olur ki, ilk mənbələrdə, yuxarıda qeyd etdiyimiz iki coğrafi vilayət istisna
edilməklə, tarixdə nə vaxtsa “Böyük Ermənistan” adlı dövlətin mövcud olması
barədə heç bir məlumat yoxdur. Və özlərini az qala regionun “ən qədim xalqı”,
“Nuh peyğəmbərin övladları” kimi qələmə verən erməni millətçilərinin
uydurmalarının əksinə olaraq ermənilər, daha doğrusu onların ulu babaları hesab
olunan qəbilələr, ümumiyyətlə, Asiya qitəsinin yerli əhalisi deyillər, bu regiona
köçüb gəlmədirlər.
Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə
ölçüləri), odontoloji (diĢ quruluĢu), seroloji (qan qruplarının tədqiqi) araĢdırmalar
sübut edir ki, uydurma “armenoid irqi” və ermənilər nəinki Cənubi Qafqazın
aborigen əhalisi - yerli sakinləri deyillər, ümumiyyətlə Ön Asiyaya da sonradan
gəlmiĢlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən
aĢkar olunmuĢ qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın
sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluĢu ilə sonradan
həmin ərazilərdə məskunlaĢan ermənilərin morfoloji quruluĢu arasında heç bir
Dostları ilə paylaş: |