www.vivo-book.com
21
Məndən ötrü darıxmıĢdımı? Güman ki, mənim qədər
deyil. Bəlkə o özünə yeni itaətkar oyuncaq tapıb? Fikrin özü
o qədər dözülməz idi ki, dərhal ağlımdan çıxardım. Qalaq-
qalaq yığılmıĢ poçta baxdım, məktubları qruplaĢdırdım və
Kristianı beynimdən çıxarmağa çalıĢdım.
Bu axĢam mən yataqda hey qurcalanırdım, yatmağa
çalıĢırdım və son günlərdə ağlamırdım.
Onu atıb gedərkən Kristianın əzabdan əyilmiĢ siması
gözümün önünə gəlirdi. Xatırlayıram, o məni buraxmaq
istəmirdi, bax, bu qəribədir. Hər Ģey dalana dirənmiĢdisə, axı
niyə qalmalıydım? Hər birimiz üçün maneə vardı: mənə –
ağrı qorxusu, bəs ona? Sevgi?
Böyrü üstə çevrildim və balıĢı qucaqladım. Qəlbim
hüdudsuz qüssəylə dolu idi. O düĢünürdü ki, sevgiyə layiq
deyil. Niyə? Bəlkə səbəb uĢaqlığında gizlənirdi? Anasında,
o Ģortu fahiĢədə? Bu sayaq fikirlər məni uzun-uzadı
incidirdi, ta ki narahat mürgüyə gedənədək.
Gün saqqız kimi uzanırdı, Cek isə mənə qarĢı yaman
diqqətli davranırdı. ġübhəm var idi; ola bilsin ki, hər Ģey
www.vivo-book.com
22
Keytin qarderobundan götürdüyüm (mənə verdiyi) gavalı
rəngli don və qara, hündürdaban ayaqqabılarla bağlı idi.
Amma bu məni narahat eləmirdi. Ġlk maaĢımda mütləq
özümə layiqli bir Ģey alacaqdım. Don əynimə rahat, gen-bol
otururdu, amma özümü elə göstərirdim ki, guya bu,
düĢünülmüĢ bir Ģeydir.
Nəhayət, əqrəblər altının yarısını göstərirdi. Ürəyim
dəlicəsinə döyünə-döyünə gödəkcəmi geyinib çantamı
götürdüm. Ġndi onu görəcəkdim!
– GörüĢə gedirsən? – masamın yanından çıxıĢa tərəf
gedərkən Cek soruĢdu.
– Hə. Yox. Elə deyil.
O, qaĢlarını qaldırdı. Üzündən açıqcasına maraq
oxunurdu.
– Boyfrend?
Xəcalətdən qızardım.
– Yox, sadəcə, dost. KeçmiĢ boyfrend.
– Аnа, gəl sabah iĢdən sonra harasa gedək. Ġlk həftəni
əla iĢləmisən. Bunu qeyd eləmək lazımdır.
www.vivo-book.com
23
Cek gülümsədi və onun siması bir anlıq bəlli olmayan
ifadə aldı. Azacıq özümü itirdim. O, əllərini cibinə salaraq
ikiqat qapılardan keçdi. Arxasınca kədərlə baxırdım.
Müdirlə içki içmək ədəbli idimi? BaĢımı yellədim. Hələ
Kristian Qreylə axĢamı yola vermək lazım idi. Bunu
bacaracaqdımmı?
Tualetə dəydim, özümü qaydaya salmalıydım. Böyük
güzgünün qarĢısında dayandım, uzun-uzadı və tərəddüdlə
üzümə baxdım. Sifətim həmiĢəki kimi solğun idi, iri
gözlərimin altında da qara ləkələr var idi. Kəsəsi,
görünüĢüm əzgin və qorxunc idi. Eh, heyf ki, kosmetikadan
istifadə eləyə bilmirdim! Kirpiklərimi rənglədim, gözlərimin
altını və yanaqlarımı yüngülcə Ģapalaqladım ki, bir qədər
qızarsın. Saçlarımı darayıb düzən verdim ki, kürəyimdə
qəĢəngcə sürüĢsün. Dərindən nəfəs aldım: hə, indi elə də pis
deyildim.
Getdikcə daha çox həyəcanlanaraq təbəssümlə
vestibülə doğru addımladım, qəbul otağında oturmuĢ Klerə
əl yellədim. Deyəsən, onunla tezliklə dostlaĢacaqdıq. ÇıxıĢın
www.vivo-book.com
24
astanasında Cek Elizabetlə söhbət edirdi. Üzündə fərəhli
təbəssümlə, mənimçün qapı açmağa tələsirdi.
– Yalnız səndən sonra, Аnа, – donquldandı.
– Çox sağ olun, – utanaraq gülümsədim.
Səkidə məni Teylor gözləyirdi. О, avtomobilin arxa
qapısını mənimçün açdı. Tərəddüdlə çevrilib Cekə sarı
baxdım, o mənim arxamca çölə çıxmıĢdı, müdirim isə
narahatlıqla ―Аudi SUV‖-una nəzər yetirirdi.
YaxınlaĢıb arxa oturacaqda əyləĢdim. Orda isə o
oturmuĢdu – Kristian Qrey; boz kostyumda, qalstuksuz, ağ
köynəyinin yaxası açıq. Boz gözlər iĢıq saçırdı.
Anidən ağzım qurudu. О, əla görünürdü, amma
nədənsə mənə baxarkən üz-gözünü turĢutdu. Niyə?
– Sonuncu dəfə nə vaxt yemək yemisən? – Teylor
qapını örtərkən o, acıqlı halda məndən soruĢdu.
Suala bax!
– XoĢ gördük, Kristian. Hə, mən də səni görməyimə
Ģadam.
– Nala-mıxa vurma. Cavab ver, – onun gözlərində
qəzəb oynaĢırdı.
www.vivo-book.com
25
Əclaf!
– Hə… səhər yoqurt yemiĢəm. Hə, bir də banan.
– Sonuncu dəfə haçan normal yemisən? – kinayəylə
soruĢdu.
Teylor sükan arxasına keçdi, ―Аudi‖ yerindən tərpəndi
və avtomobil axınına qarıĢdı.
Üzümü pəncərəyə çevirmiĢdim. Cek mənə əl yelləyirdi,
ancaq bilmirdim, tünd ĢüĢənin arxasından o məni necə
görürdü? Mən də ona əl yelləyirdim.
– O kimdir? – Kristian kəskin Ģəkildə soruĢdu.
– Müdirim, – gözucu yanımda oturmuĢ yaraĢıqlı kiĢiyə
baxırdım. Dodaqları kip sıxılmıĢdı.
– Hə? Sənin son normal yeməyin nə idi?
– Kristian, bunun sənə dəxli yoxdur, düz sözümdü, –
donquldandım və özümü bu zaman cəsarətli hiss edirdim.
– Elədiyin hər Ģeyin mənə dəxli var. Cavab ver!
Bu nə deməkdir! Pərtlikdən ah çəkib gözlərimi
süzdürdüm, Kristian isə acıqlı halda gözlərini qıydı. Və bu
neçə gündə ilk dəfə qəfildən məni gülmək tutdu. Var
gücümlə pırtlayıb çıxmaqla məni təhdid edən gülüĢümü
Dostları ilə paylaş: |