- 1 -
Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.
Nuralı Zərbalı oğlu Çələbiyev
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
AMİ-nin Şəki filialı
(050)430-26-65 və n_chelebiyev@mail.ru
Açar sözlər: ənənvi təlim,
interaktiv təlim, təlim metodları, dərs tipləri, innovasiya,
texnologiya.
Ключевые слова:традиционное обучение,
интерактивное обучение, методы
обучения, типы урока, инновация, технология
Key words: traditional
training, interactive training, teaching methods, the types of
lessons, innovation, technology.
Müasir dövrdə informasiya–kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi
müxtəlif elm sahələrinə aid biliklərin həcminin və onların mənbələrinin artmasına infor-
masiya partlayışına səbəb olmuş, bu biliklərin ənənəvi təlim metodları əsasında
mənimsədilməsi istiqamətində tədqiqatları genişlənmişdir. Sinif-dərs sisteminin meydana
gəldiyi XVII əsrdən sonrakı yüzilliklər ərzində əyani-illüstrativ, proqramlaşdırılmış,
problemli, alqoritmləşdirilmiş, differensiallaşdırılmış və s. kimi müxtəlif təlim tipləri meyda-
na gəlsə də, onların heç biri pedaqoji praktikada əbədi vətəndaşlıq hüququ qazana bilməmiş,
bəziləri isə öz didaktik dəyərini çoxdan itirmişdir.
Milli təhsil sistemimizdə həyata keçirilməkdə olan innovasiya prosesləri təlim-
tərbiyənin məqsədi, məzmunu və metodlarına, müəllimlə şagirdlərin birgə fəaliyyətinin
təşkilinə yeni yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz
mahiyyəti etibarı ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi
pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və genişləndirilməsi, b) pedaqogika-
psixologiya elmlərinin naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini
nəzərdə tutur.Ənənəvi pedaqogikada 50-dən artıq təlim metodunun və hər bir metoda aid
çoxsaylı priyomların adları qeyd olunur və onların təsnifatında perspektiv, idarəedici,
məntiqi, qnostik və kibernetik olmaqla beş əsas yanaşma və təsnifat meyarlarından istifadə
olunur. Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində,
biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsi prosesinin idarə edilməsində gücsüzlüyü
ötən əsrin 60-cı illərində ənənəi təlim metodlarına yeni, dialektik yanaşmanın əsasını
qoymuşdur ki, onun da qayəsində şagirdlərə “öyrənməyi öyrətmək” prinsipi dururdu.
Təlimin nəticələri yalnız o halda səmərəli ola bilər ki, öyrətmə metodları şagirdlərin
təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi prosesinə
- 2 -
fəal qoşulmasını təmin edə bilsin. Bu tələblər nəzərə alınmaqla dərsdə elə optimal təlim
metodlarına istinad edilməlidir ki, onlar öz-özlüyündə yeni biliklərin müstəqil mənimsənil-
məsinə, produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratsın.
Ənənvi təlimin başlıca nöqsanları nəzəri təmayülün üstün olması, hafizəyə əsaslan-
ması, şagirdlərin passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının
əsasən hazır şəkildə verilməsi, fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq
reqlamentləşdirilməsindən ibarətdir.
Müasir dövrdə ümumtəhsil məktəblərində vahid məqsədə- şagirdlərin bilik, bacarıq
və vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs
tiplərindən istifadə olunur. Bu yeniliklərin, yaxud dəbdə olduğu kimi deyilsə,
innovasiyaların dərsin strukturuna daxil olması faktı artıq çoxdan reallığa çevrilmişdir. Fəal
təlim metodları təlim prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin
idrak fəallığını təmin etmək inkanları ilə səciyyələnir. Fəal təlimdə yaradılan əməkdaşlıq
mühiti və müzakirələr alınmış informasiyanı sintez etməyə kömək edir, dərketməni
şərtləndirir və təlimin nəticəyönümlüyünə etibarlı təminat yaradır. Müasir texnologiyalar
internet resuslarından məqsədyönlü istifadəyə geniş meydan açmışdır. İnternet təlimin
əyaniliyinə, rahatlığa, mobilliyə zəmanət verir, zəruri əlavə informasiya mənbələrini
seçməyə meydan açır. Aktiv və ya interaktiv metodlar şagirdlərin müstəqilliyini və idrak
fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modelin üstünlüyü adətən yaradıcı
xarakterli ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim sistemində ünsiyyətin
zəruriliyi ilə əlaqələndirilə bilər. İnteraktiv təlimin təşkili həyat situasiyalarının
modelləşdirmək, rollu oyunlardan istifadə, stuasiyanın təhlili əsasında problemin birlikdə,
əməkdaşlıq şəraitində həllinin üstünlüyü ilə seçilir, informasiya axınının şüura təsiri
nəticəsində onun fəallığınin artırılmasına təkan verir, problemin həlli “kollektiv zəka”nın
məhsulu kimi dəyərləndirilir.
Резюме:
В статье на основе сравнения отмечаются превосходство и нехватка
традиционного и интерактивного метода обучения. Интерактивный метод обучения
придаѐт особое значение в организации мотивации и управлении познавательной
деятельности и понимании учеников.
Summary
The positive and negative sides of traditional and interactive methods of teaching wish
comparison are noted in this article. Interactive methods have a great role in development of
students’ mental activity and comprehension, organization of motivation
- 3 -
Azərbaycan Müəllimlər İnstitutunda 19-21 noyabr 2013-cü il tarixində
keçiriləcək “Müəllim hazırlığının müsir problemləri: informasiya, texnologiyalar,
təhsilin inkişafı” mövzusunda III Beynəlxalq Elmi konfransda iştirak üçün
MÜRACİƏT FORMASI
Soyadı, adı, atasının adı: Çələbiyev Nuralı Zərbalı oğlu________________________
Ölkə, şəhər: Azərbaycan Respublikası, Şəki şəhəri____________________________
Elmi dərəcə: pedaqogika üzrə fəlsəfə doktoru________________________________
İxtisas: psixologiya_____________________________________________________
Təmsil etdiyi müəssisə: Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı___________
Vəzifə: elmi işlər üzrə direktor müavini, dosent_______________________________
Məruzənin mövzusu: Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər
Məruzənin dili: Azərbaycan dili
____
Məruzənin təqdim olunduğu bölmə: Təhsildə innovativ metodların öyrənilməsi, ____
tədqiqi və tətbiqinin aparıcı istiqamətləri.
____
Təqdimat üçün zəruri olan avadanlıq: -
____
Ünvan: Şəki şəhəri , M.Ə.Rəsulzadə prospekti, 305
____
Telefon: İş: 0442770652 mob: (050) 430-26-65 faks: (02424) 6-09-50____________
E-mail:
n_chelebiyev@mail.ru
____
Doldurulma tarixi: 23 oktyabr 2013-cü il
____