ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB
ƏLEYHİSSƏLAMIN HƏYATI
http://ehliwie-samux.com
*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında
*
İlk müsəlman olmuş şəxs
* Böyük bir şücaət
* Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi
* İki əsas yol ayrıcı
* Üç cəbhədə mübarizə
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa
mə’lumat
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən
iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır.
1
Atası
Əbutalib
2
anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi
birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.
Həzrət Əli əleyhissəlamin həyatinin
bölmələri
Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih)
peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini
İslami hadisələrdə
Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından
sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək
ömrünü aşağıdakı beş hissəyə bölmək olar:
1)
–
Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər;
2)
–
Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;
1
Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min
Şəblənci) səh. 76.
2
Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə
kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında
“rical” katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab
etmişdir. (“Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21)
3)
–
Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;
4)
–
Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə
olmasına qədər;
5)
–
Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər).
1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin
(səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər
Yuxarıda qeyd etdik ki
əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci
hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə
qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil.
Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih)
artıq otuz yaşı var idi və o
peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli
Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi
on yaşı var idi.
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma
dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun tə’lim-
tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:
«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük
bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu
əleyhi və alih) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi
ki
Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını
götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu
təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə’fəri
Peyğəmbər (səlləllahu əleyhi və alih)
isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam)
Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı.
Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli
(əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.
3
»
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən
buyurmuşdur: «O kəsi seçdim ki
Allah –taala da onu mənim üçün seçmişdir.
4
»
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin
vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki
böyüdükdən
sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi
Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın.
Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih)
gözü tutmuşdu.
Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin
tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim
peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı
bilirsiniz. Bilirsiniz ki
mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni
öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki
mən onun
bədəninə yapışaraq onun iyini hiss edərdim. O
mənə yemək yedizdirərdi.
3
İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2
s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa;
Təbəri: Tarixül-üməm vəl-mülük; Darul-qamusul-hədis, c.2
səh.213; İbn Əbil-Hədid: Şərhi Nəhcül-
bəlağə, c.13
səh.119.
4
Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15.