26
ki,onun formalaşması prosesində fəal iştirak edə bilsin.Bunun üçün ilk növbədə milli
iqtisadiyyat haqqında aydın təsəvvürə malik olmaq lazımdır.
Milli iqtisadiyyat müəyyən xalqa,millətə məxsus olub onun mənafelərini ifadə
edən,hüdudları dövlət sərhədləri ilə məhdudlaşan,özünün maddi-texniki əsası,müna-
bətlər sistemi.təsərrüfat mexanizmi və idarəetmə strukturları olan sosial-iqtisadi
orqanizmdir.Lakin o,öz mahiyyətinə görə sırf milli ola bilməz və başqa ölkələrdə
artıq mövcud olan iqtisadi sistemlədən birinin modelinə uyğun olmaqla yanaşı
özünün spesifikliyi və milli dəyərləri ilə fərqlənir.
Ölkənin milli iqtisadiyyatı da əhalinin mallara və xidmətlərə tələbatı ilə həmçin
təlabatın ödənilməsində iştirak edən milli istehsal resurslsrıarasındakı uyğunsuzluğu
aradan qaldırmalıdır.Milli istesal resursları dedikdə isə ölkə daxilində və xaricində
yalnız dövlətə,milli sahibkara məxsus istehsal amillərinin məcmusu başa düşülür.
Milli istehsal resursları ilə ölkədə daxili milli məhsul yaradılır. Daxili milli məhsul
milli iqtisadiyyatın ümumiləşdirilmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur.
İqtisadiyyatin müstəqil milli əsaslarının yaradılmasnda dörd əsas zruri şərtə: ərazi
birliyinə,ərazi əmək ölgüsünə,iqtisadi birliyə,istehsalın kompleks inkişafına əməl
olunmalıdır.
Ərazi birliyi hər bir müstəqil dövlətin zəruri atributudur.Ərazisinin bütövlüyü,sər-
hədlərinin toxunulmazlığı qorunmalı,inzibati-ərazi vahidliyi,müstəqil beynəlxalq
subyekt kimi dünya ərazisində yeri müəyyənləşdirilməlidir.Əks halda nəinki milli iq-
tisadiyyatdan ,heç müstəqil dövlətçilikdən belə danışmaq olmaz.
Ərazi əmək bölgüsü ölkənin təbii,coğrafi,iqtisadi vəsair potensialınıa uyğun
istehsal resurslarının ərazi üzrə ölüsüdür.ərazi çərçivəsində müstəqil məhsuldar
qüvvələr ya-radıb məqsədəuyğun yerləşdirilməsidir.
İqtisadi birlik daha həledici amil olub ölkənin ayrı-ayrı əraziləri arasında qarşılıqlı
əlaqələrinin interqrasiyasıdır.İqtisadiyyatın bütövlüyü,tamlığı,onun daxilindəki ərazi
27
əmək bölgülərini əhatə edur.Qarşılıqlı əlaqədə olan hər bir ərazi əmək bölgüsü müəy-
yən bölgə,inzibati ərazi vahidi kimi milli iqtisadiyyatın ayrılmaz tərkib hissələridir.
Ayrılıqda götürülən hər bir bölgə özünəməxsus iqlimə,təbii ehtuyata,iqtisadi
potensiala,tarixi ənənələrə,miqyasa,inkişaf səviyyəsinə mlikdir.Böləglər iqtisadi
cəhətdən bir-birinin eyni,təkrarı deyil və ola da bilməz.Təbii,iqtisadi və əmək ehti-
yatlarına əsaslanan ərazi əmək bölgüsünün prinsiplərinəuyğun qurulan rayonlaşma
və bölgələşmə milli iqtisadiyyatın formalaşmasını zəruri edir.
İstehsalın kompleks inkişafı tələbi ölkənin iqtisadi birliyindən irəli gəlsə də ,hər
halda milli iqtisadiyyatın formalaşmasınına birbaşa təsir edə bilir.Məhsuldar qüvvə-
lərin inzibati-ərazi vahidi üzrə yerlə təbii iqlim,iqtisadi-sosial zəminə uyğun optimal
yerləşdirilməsilə milli iqtisadiyyatin əsaslarını yaratmaq olur.İqtisadiyyatin milli
əsaslarını isə milli məhsuldar qüvvələrin fəaliyyəti nəticəsi olan milli istehsal təşkil
edir.
Burada ərazidə istehsalın kompleksliyi,bütövlüyü.təkrar istehsalın dövriyyələri,
onların mərhələləri və aralarındakı əlaqələrin sıxlığı əsasdır.İstehsal sahələri əlaqə-
lənməli,daxili əlaqələr güclənməli, yerli ehtiyyat və imknlardan tamistifadə edilmə-
lidir.Milli iqtisadiyyatin əsasinda istehsal-texnoloji və təsərrüfat əlaqələrinin kom-
pleks inkişafı əhəmiyyətli yer tutmalıdır.
İqtisadiyyatın bütövlükdə cəmiyyətin,ayrılıqda isə insanların normal həyat
fəaliyyəti üçün zəruri maddi nemətləri yaradan həlledici sahə oldugunu bildik.Yəni
hər bir ölkənin iqtisadiyyatı müəyyən inzibati-ərazi vahidi daxilində vəxaricində
insanların birgə vəfərdi fəaliyyətinin eləsahə məcmusudur ki, orada yaşayıçın maddi
şərtləri ya-radılır və istifadə edilir.
Milli iqtisadiyyatin ümümdünya təsərrüfatında oynadğı rol və tutduğu yer ilk
növbədə ölkənin iqtisadi inkişaf səviyyəsi,dünya bazarında rəqabət qabiliyyətliliyi
ilə yanaşı onun təbii və iqtisadi potensialı həcni ilə də müəyyənləşir.
28
Ölkənin təbii potensialı dedikdə ərazisində mövcud olan yeraltı və yerüstü sərvət-
lər,yararlı torpaq sahələri, təbii-iqlim şəraiti və s. nəzərdə tutulur.İqtisadi potensial
ölkədə istehsal olunan mallar və xidmətlərin həcmi,strukturu,texniki səviyyəsi, ümu-
mi milli məhsulun tərkibində rəqabət qabiliyyəti,məhsulların xüsusi çəkisi,ölkə daxi-
lində və xaricində yığılmış maddi sərvətlərin kəmiyyəti deməkdir.Ölkənin dünya ba-
zarında rəqabət qabiliyyətliliyi anlayışı altında, onun daxili milli məhsullarının dünya
bazarında rəqabət apara bilmək bacarığı başa düşülür.İstər təbii, istərsə də iqtisadi
potensialın mövcudluğu onların bilavasitə reallaşması demək deyildir.Başqa sözlə,
hər iki potensial hərəkətə gətirilib iqtisadi nəticə verməsə, iqtisadi inkişafın yüksək
səviyyəsinə nail olmaq mümkün deyil.
Müstəqil, milli iqtisadi inkişaf yolu ilə gedən ölkələrin təbii, maddi, iqtisadi po-
tensialını və inkişaf səviyyəsini xarakterizə edən ən ümümiləşdirici milli iqtisadi
göstəricilər aşağıdakılar hesab edilə bilər:
1.Milli sərvət- ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə
cəlb edilən təbii sərvətlərin məcmusunu özündə birləşdirir. İqtiasdi dövriyyəyə cəlb
edilməyən,yalnız geoloji ehtiyatlar kimi bəlli olan təbii sərvətlər ölkə-nin milli
sərvətinə daxil deyildir. Milli sərvətin artımında istehsal və elmi-texniki nailiyyət-
lərin yaratdığı bütün maddi nemətlər və cəlb olunan mövcud təbii sərvət-lərin iqtiasdi
həyatda əhəmiyyətinə görə aşağıdakı hissələrdə olur:
1).Ölkənin əsas və dövriyyə kapitalının tərkibinə ölkədə mövcud olan fəal kapi tallar
( maşınlar, avadanlıqlar, qurğular, istehsal binaları və s ) və ilkin emala məruz qalan
əmək cisimləri ( xammal, materiallar və s ) daxildir.
2).İqtisadiyyatda mal ehtiyatlarına, əvvəla, satışa göndərmək məqsədilə istehsal və
kommersiya firmalarının anbarlarında saxlanılan hazır mıhsul , ikincisi, fövqəladə
vəziyyətlərdə istifadə üçün, yaxud ola biləcək disproporsiyaları aradan qaldırmaq
üçün təyin olunan sığorta ehtiyatları və rezervlər daxildir.
Dostları ilə paylaş: |