7
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
SALEH MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
ƏZİZƏ HÜSEYNOVA
Naxçıvan Dövlət Universiteti
daffadil73@mail.ru
UOT: 581.6
NAXÇIVAN MUXTAR RESPUBLİKA FLORASINDA YAYILMIŞ S. SCLAREA L.,
S.LIMBATA C.A.MEY. VƏ S.HYDRANGEA DC.EX BENTH. NÖVLƏRİNİN
ANTİHELMİNT SƏMƏRƏSİ
Açar sözlər: ənbər sürvə, köbəli sürvə, ilanbaş sürvə, efir yağı, bişirmə, helmintosid
Ölkə iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də heyvandarlıqdır. Müasir dövrdə
respublika əhalisini ət və süd məhsulları ilə təmin etmək ücün heyvandarlığın inkişafına daha ciddi
diqqət yetirilir. Təsərrüfatların sürətlə inkişaf etdirilməsi üçün heyvanları parazitar xəstəliklərdən
qorumaq, bu xəstəliklərə qarşı mübarizə tədbirləri aparmaq günün vacib məsələlərindən biridir.
Məlumdur ki, belə xəsətliklər ət, süd və balavermə məhsuldarlığını aşağı salmaqla, heyvandarlığa
ciddi ziyan vurur.
Parazitar xəstəliklərlə mübarizədə xalq təbabətinə görə bitkilərdən, sonradan isə kimyəvi
dərman preparatlarından istifadə edilib. Kimyəvi maddələrlə aparılan müalicə tez bir zamanda
yüksək nəticə versədə, belə maddələr uzun müddət tətbiq edildikdə parazitlərdə onlara qarşı uyğun-
laşma yaranaraq sonrakı müalicələrdə yüksək nəticə əldə edilmir. Kimyəvi dərman preparatlarının
tərkibində əsasən bir təsiredici fəal maddə olduğundan xəstəlik törədicilərinə spesifik təsir edərək
onları məhv edir, lakin parazit orqanizmində bir maddəyə qarşı uyğunlaşma qısa bir zamanda baş
verir. Parazitlər kimyəvi dərman preparatlarını parçalaya biləcək fermentlər sintez etməklə bu
maddələri parçalayır və bunula da özlərini qorumuş olurlar. Bitkilərin kimyəvi tərkibində isə bir
necə fəal təsiredici maddə olduğundan parazitlər onlara qarşı dayanıqlıq yarada bilmirlər [4].
Bəzi tədqiqatçıların fikrinə görə parazitlərə qarşı mübarizədə kimyəvi dərman preparatları
bakteriosid təsirli bitkilərlə qarışıq şəkildə istifadə edilməlidir. Bu səbəbdən ki, parazit orqa-
nizmində kimyəvi preparatları parçalayan fermentlər sintez edilən zaman bitki tərkibində olan
biokimyəvi maddələr həmin fermentlər haqqında məlumat saxlayan genləri represiya edərək, bu
fermentlərin sintezinin qarşısını alır. Bitki və kimyəvi dərman preparatları sinergist təsir göstər-
diyindən, parazitlərdə dözümlülük effekti yarana bilmir [14]
Helmintozlarla mübarizədə də həm kimyəvi, həm də bitki mənşəli preparatlardan istifadə
edilir. Kimyəvi maddələrin müsbət təsiri ilə yanaşı mənfi təsirləridə olur. Belə maddələr heyvan
orqanizmində bəzi orqanlara toplanaraq patoloji dəyişikliklər yarada bilir. Həmçinin kimyəvi
maddələr orqanizmə bir istiqamətdə təsir etdiyi halda, bitki və bitki mənşəli preparatlar parazitə
məhvedici təsir göstərməklə yanaşı, sahib orqanizmdə immunsistemi gücləndirir, sərbəst radikalları
neytrallaşdırmaqla orqan və sistemlərin funksiyasını qoruyur [13]. Buna görə də parazitlərə qarşı
antihelmint təsirə malik otlaq bitkilərinin müəyyən edilməsi parazitoloqlar və bioloqlar qarşısında
duran ən mühüm problemlərdən biridir.
Naxçıvan Muxtar Respublikası bütün tədqiqat obyektlərini özündə cəmləyən zəngin floraya
malikdir. Bu florada yayılmış faydalı bitki qrupları içərisində efir yağlı və dərman bitkiləri xüsusi
əhəmiyyət kəsb edir. Lamiaceae fəsiləsinə aid olan bitkilərin əksəriyyəti antibakterial aktivliyə
malik efir yağlı bitkilərdir. Salvia cinsi Lamiaceae fəsiləsinin Nepetoideae yarımfəsiləsi, Menthaeae
tribasına aid olub [11], Muxtar Respublika florasında 19 növü yayılmışdır [2]. Bu bitkilər tərkibi
fəal təsiredici maddələrlə zəngin olduğundan antimikrob, antifuqal, antiviral, antioksidant, sedativ,
qastrointestenal təsirli dərman vasitəsi kimi tibbdə və baytarlıq təbabətində istifadə edilir [1,3].
8
Salvia növlərinin kimyəvi tərkibində fitonsid xarakterli terpenlər üstünlük təşkil edir [8]. Bu
maddələr lipofil xarakterli olduğundan parazit orqanizmində membran keçiriciliyini pozaraq, onu
məhv edir. Ona görə də efir yağlı bitkilər içərisində məhz bu cinsə aid növlər nisbətən geniş tədqiq
edilibdir [3, 5]. Lakin Salvia L. cinsinə aid olan növlərin antihelmint aktivlikləri lazımınca tədqiq
edilməmişdir [12]. Bu cinsə aid olan S.sclarea L., S.limbata C.M.Mey. və S.hydrangea DC. ex
Benth. növlərinin helmintosid təsiri tərəfimizdən öyrənilmişdir.
Tədqiqat zamanı Salvia L. cinsindən olan S.sclarea L., S.limbata C.A.Mey., S.hydrangea
DC.ex Benth. növlərinin həm efir yağlarından, həm də bişirmələrindən hazırlanan preparatların
antihelmint səmərəsi araşdırılmışdır. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisinə
edilən ekspedisiyalar zamanı bölgənin aşağı, orta və yuxarı massivlərindən (d.s. 1500-2400 m
yüksəklikdə) S.sclarea L., S.limbata C.A.Mey. və S.hydrangea DC.ex Benth. növləri kütləvi
çiçəkləmə fazalarında toplanmışdır. Bitkilərin çiçəkli yerüstü hissələri doğranaraq, havalı kölgə
yerdə qurudulmuşdur. Qurudulmuş bitki xammallarından hidrodistilyasiya metodu ilə efir yağları
alınmışdır [7]. QMX metodu ilə efir yağlarının tərkibi identifikasiya edilmişdir. Əldəedilən açıq sarı
rəngli efir yağlarının 2%-li spirt məhlulundan 1:5, 1:10 və 1:20 durulaşma nisbətində antihelmint
preparatlar hazırlanmışdır. Bişirmə hazırlamaq üçün 1:5 nisbətdə qurudulmuş xammalla su qarışığı
30 dəqiqə su hamamında saxlanılmış, bişirmə hazır olduqdan sonra məhlul soyudulmuş və ikiqat
tənzifdən süzülmüşdür [9]. Hazırlanmış preparatların həm in vitro, həm də in vivo şəraitdə
helmitosid təsiri öyrənilmişdir.
İn vitro təsiri öyrənmək üçün müxtəlif ekoloji zonalarda istifadə məqsəd ilə kəsilmiş qoyun-
lardan tam helmintoloji yarma üsulu ilə nazik və yoğun bağırsaq möhtəviyyatları və qoyunların
şirdanı götürülmüşdür [10]. Helmintosid tədqiqat NDU Tibb fakültəsi laboratoriyasında aparıl-
mışdır. Götürülmüş bağırsaq möhtəviyyatları ayrı-ayrılıqda bir neçə dəfə ardıcıl formada yuyulmuş,
qalan çöküntü helmintoskopiya üsulu ilə müayinə edilərək parazitlər araşdırılmışdır [6]. Tapılan
parazitlər fizioloji məhlula salınmışdır. Bitkilərdən əldəedilən efir yağlarının orqanizmdən kənarda
antihelmint təsirini hər bir efir yağından ayrılıqda hazırlanmış preparatlara mədə-bağırsaq trak-
tından götürüb fizioloji məhlula daxil edilmiş imaginal helmintlər üzərində təcrübə aparmaqla müəy-
yənləşdirilmişdir. Bunun üçün helmintlər 1:5, 1:10 və 1:20 nisbətində durulaşdırılmış efir yağı
preparatlarına salınmış və hər 15 dəqiqədən bir fizioloji məhlula keçirilərək hərəkətsizlənmə və
məhv olmaları yoxlanılmışdır.
S. sclarea, S.limbata və S.hydrangea növlərindən hazırlanmış bişirmələrin in vitro şəraitində
helmintlərə təsiri də öyrənilmişdir. Fizioloji məhlula salınmış helmintlərin hər bir növündən 15-20
ədəd ayrı-ayrı petri kasalarına keçirilərək üzərinə hazırlanmış məhlullardan əlavə edilmişdır.
Helmintlərə nəzarət edərək onların hərəkətsizlənmələri izlənmiş və hərəkətsizlənmiş helmintlər
fizioloji məhlula salınaraq ölü, yaxud diri olduqları yoxlanılmışdır. Canlı olan helmintlər yenidən
antihelmint preparatlara salınaraq ölüm vaxtları müəyyənləşdirilmişdir.
Nəzarət üçün həmin növ helmitlərdən eyni sayda fizioloji məhlul olan kasaya qoyub təcrübə
qrupunda olduğu kimi onların hərəkətsizlənmə zamanlarına diqqət edilmişdir.
In vitro üsulunda S. sclarea, S.limbata və S.hydrangea efir yağlarından hazırlanmış preparat-
ların helmintosid təsirinin nəticəsi cədvəl 1-də təqdim olunur.
S. sclarea, S. limbata və S. hydrangea efir yağlarının helmintosid təsirləri
Cədvəl 1.
Helmintlər
Efir yağı
durulaşma dərəcəsi
Hemonxus
Nematodirus
Trixostrongilus
Trixosefalyus
S.sclarea
1:5
55dəq.
1s.05dəq.
1s.35dəq.
18s.20dəq.
1:10
1s.35dəq.
1s. 40dəq.
2s.05dəq.
21s.10dəq.
1:20
2s.20dəq.
2s.10dəq.
2s.45dəq.
22s.
S.limbata
1:5
2s.20dəq.
2s.05dəq.
3s.10dəq.
23s.10dəq.
1:10
2s.45dəq
2s.55dəq.
3s.40dəq.
24s.
1:20
3s.
3s.20dəq.
4s.05dəq.
24s.30dəq.
1:5
1s.10dəq.
1s.15dəq.
2s.
19s.
Dostları ilə paylaş: |