27
I FƏSİL
Azərbaycan-Polşa əlaqələrinin təşəkkülü, formalaşması.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)
polyakların Azərbaycanda fəaliyyəti
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Milli QurtuluĢ
Hərəkatının ideoloqu və ilk demokratik dövlətimizin banisi M. Ə. Rəsulzadə
Azərbaycan-PolĢa əlaqələrinin üç baĢlıca səbəbini göstərirdi: "Azərbaycanın
Qafqaz xalqları ailəsinə mənsubluğu, ölkədə yerli türk əhalisinin çoxluğu və
nəhayət bu xalqın rus imperializmi tərəfindən əzilməsi" (84, s. 165).
Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, azərbaycanlıları PolĢanın on
yaxĢı oğullarının ġamilin qəhrəmanlıq mübarizəsi ilə maraqlandıqları dövrü
həmiĢə heyranlıqla xatırlayırlar. Məlum olduğu kimi həmin dövrdə
polyaklar bu ölməz qəhrəmanın azadlıq mübarizəsinə kömək üçün
artilleriya istehsalını təĢkil etmiĢdilər. Eyni zamanda Qafqazda knyaz Adam
Çartorıskinin Zax və Jordan kimi agentləri də fəaliyyəl göstərirdilər. Polkovnik
Teofil Lapinskinin 200 nəfərlik dəstəsi üç il Qafqazın azadlığı uğrunda
mübarizə aparmıĢdılar. M. Ə. Rəsulzadə yazırdı: "Qərbə qayıtdıqdan sonra
Lapinskı Qafqazın azad edilməsi planları haqqında bir kitab yazmıĢdı. Hər bir
əlveriĢli Ģəraitdə PolĢa mühacirəti, xüsusən Parisdəki mühacirlər Qafqaz problemi
ilə ciddi maraqlanırdılar. 1937-ci ildə Lapinski Parisdə "Qafqazda inqilab" adlı
broĢura nəĢr
etdi. Həmin broĢurda o, çərkəslərin üsyançılar yox, əsrlər boyu
yaĢadıqları torpaqların müdafiəçiləri olduğunu sübut edirdi. Eyni zamanda
o, butun Qafqaz xalqlarının azad edilməsi vacibliyini subut edirdi.
Rusiyanın təhlükədə saxladığı Qafqaz və Türk xalqları PolĢa mühacirətinin
inqilabi taktikasını Moskva ilə mübarizədə vacib amillərdən biri sayırdılar. Bu
mənada, 1912-ci ildə Krakovda vəfat etmiĢ, 1863-cu il üsyanının iĢtirakçısı
Jozef Adam Qverkovicin ölümündən sonra tapılan tarixi sənəd çox maraqlıdır.
Həmin sənədi sonradan Leonid Vasilevskinin redaktorluğu ilə nəĢr edilən "Ġstiqlal"
(Niepodleglosc) jurnalında (N4, 1932-ci il) çap etdilər. Həmin sənəddə göstərilirdi
ki, "Rusiya-Türkiyə müharibəsi zamanı (1879-cu il) Qafqazda baĢ verən üsyanı
eĢidən qoca döyüĢçü Qafqazdakı milli-azadlıq hərəkatını müdafiə üçün
PolĢa diviziyasını formalaĢdırmağı planlaĢdırdı".
Qeyd olunmalıdır ki, Türkiyənin PolĢanın bölünməsi faktını tanımaması
da bu xalqın türk xalqlarına daimi rəğbətinə səbəb olmuĢdur.
Rusiya əsarəti altında əzilən xalqlar arasında Azərbaycanın siyasət
xadimləri də PolĢanın siyasətçiləri ilə ciddi əlaqələr qurmuĢdular. Bu əlaqələr
28
daxilində hələ car Rusiyasının Dövlət Dumasında bizim nümayəndələrlə PolĢa
təmsilçilərinin münasibətlərini qeyd etmək mümkündür. Eyni zamanda bu
əməkdaĢlıq o dövrün məĢhur "Federalistlər cəmiyyətində də davam edirdi. Bu
cəmiyyəti isə Birinci dövlət Dumasının baĢqa əyalətlərdən olan nümayəndələri
yaratmıĢdılar. Həmin cəmiyyətin rəyasət heyətində PolĢanın tanınmıĢ siyasi xadimi
A. Lednitski ilə sonradan Azərbaycan Parlamentinin sərdi olan Əlimərdan bəy
TopçubaĢov əyləĢirdi" (84, s. 165-167).
Hər iki xalqın oxĢar tale yaĢadığını qeyd edən M. Ə. Rəsulzadə yazırdı:
"Gəncə mühasirəsinə rəhbərlik etmiĢ Sisiyanov Ģəhəri iĢğal etdikdən sonra bu
Ģəhərin müdafiəçiləri ilə yanaĢı, dinc sakinlərinə də amansızcasına divan tutmuĢdu.
Gəncəli Cavad xana göndərdiyi ultimatumda isə rus silahını tərifləyərək
qorxudurdu ki, bəs "PolĢalılarla müharibədə böyük qələbələr qazanmıĢam". (84,s.
167-168). Azərbaycanlıları polyaklarla əlaqələndirən çoxlu sayda faktları
sadalamaq mümkündür. Məlumdur ki, tanınmıĢ Azərbaycan mütəfəkkiri
Abbasqulu Ağa Bakıxanov XIX əsrdə səyahətə çıxarkən VarĢavada da olmuĢdu.
Bu ölkə və Ģəhər haqqında, oradakı insanlar ilə bağlı xoĢ təəssüratını bildirmiĢdi.
MəĢhur polyak ĢərqĢünası Vladislav KostyuĢki isə 1858-ci ildə çap edilmiĢ
yazılarında məĢhur alim və Ģair Mirzə Kazım bəy haqqında maraqlı məlumatlar
vermiĢdir. O, göstərmiĢdir ki, Mirzə Kazım bəy 18 il PolĢada yaĢamıĢ və polyak
dilini əsaslı Ģəkildə öyrənmiĢdir. Eyni zamanda o, VarĢavaya gözəl Ģerlər həsr
etmiĢdir. Mirzə Kazım bəyin poetik nümünələri içərisində polyak dilində dini
mövzuda yazdığı bir neçə Ģer də vardır.
M. Ə. Rəsulzadə polyaklarla olan Ģəxsi əlaqələrinin tarixinə toxunaraq
yazırdı: " Mənim yadıma Bakı qarnizonunun hərbi həkimi, səhv etmirəmsə
Menjinski familiyalı bir polyak düĢür. Yerli əhaliyə qarĢı münasibətdə o, çox
səmimi idi. Mənim rəhmətlik axund olan atamla isə six dostluq münasibətində idi.
Atam isə Menjinski haqqında həmiĢə "O, əsl müsəlman olmalı imiĢ" fikrini
iĢlədərdi. Mən bizim fizika və riyaziyyat üzrə professorumuz Boyçevskini
xatırlayıram. O, bizə yalnız fizika və riyaziyyatı öyrətmirdi, eyni zamanda bizdə
rejimə qarĢı nifrət yaradırdı. Həmçinin bizdə çarizmə qarĢı olan inqilabi ruhu
müdafıə edirdi". (84, s. 169).
Əslində çar Rusiyasının amansız rejimi Ģəraitində yaĢayan polyaklar
azərbaycanlılara qarĢı imkan olanda xeyirxahlıq göstərirdilər. Milli mətbuatımızın
ilk nümunəsi olan "Əkinçi" qəzetinin nəĢrinə milliyyətcə polyak əsilli Bakı
qubernatoru Staroselski xeyirxahlıqla yanaĢmıĢdı.
Artıq XX əsrin əvvəllərində Bakıda Ģəhərin müsəlman dairələri ilə sıx
əlaqələri olan PolĢa təĢkilatları mövcud idi. Həmin vaxt azərbaycanlı tacirlər də
PolĢaya tez-tez gedirdilər. Bakı VarĢava ilə sıx iqtisadi əlaqə saxlayırdı. O dövrdə
bəzi azərbaycanlı tələbələr VarĢava Politexnik Ġnstitutunda təhsil alırdılar. Onlar
Dostları ilə paylaş: |