1
ƏKBƏR QOCAYEV, ġƏHLA QULĠYEVA,
SEVDA ƏLĠYEVA
TARĠXĠ ANLAYIġ
VƏ
TERMĠNLƏRĠN
ĠZAHLI LÜĞƏTĠ
Orta məktəb Ģagirdləri və abituriyentlər üçün
vəsait
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuş proqram və dərsliklər əsasında
tərtib olunmuşdur
"MAARĠF" NƏġRĠYYATI
BAKI – 2003
4602030000—06
Q --------------------- Qrifli nəĢr
M 652-2003
2
ÖN SÖZ
Hər bir uşaq onu əhatə edən insanların dilini mənimsəyir. Ancaq uşağın
öyrəndiyi dil adi danışıq dilidir. O, gözəl nitq mədəniyyətinə yalnız təhsil
prosesində sahib ola bilər. Deməli, nitq mədəniyyətinin təməli məktəbdə qoyulur.
Nitq mədəniyyətinin inkişafında humanitar elmlərin, kütləvi məlumat
vasitələrinin rolu əvəzsizdir. Möhtərəm Prezidentimiz H.Ə.Əliyev nitq
mədəniyyətinin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: "Azərbaycan ədəbi
dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir".
Dil həmişə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi hesab olunub və
indi də belədir. Hər bir dilin özünəməxsus lüğət tərkibi var. Cəmiyyətin inkişafı ilə
əlaqədar olaraq dilin lüğət tərkibi də dəyişir və zənginləşir.
Müəllimlərin başlıca vəzifələrindən biri də dilimizin lüğət tərkibinə daxil
olmuş müxtəlif sözlər, terminlər haqqında şagirdlərə məlumat vermək, onlarda
zəruri söz ehtiyatı bolluğu yaratmaqdır.
Terminləri öyrənməyin bir əhəmiyyəti də budur ki, bir çox terminlər dünya
miqyasında və ya bir çox dillərdə eyni mənada başa düşülür.
"Termin" sözü latın sözü olub, hərfi mənası hədd, sərhəd deməkdir. Əslində
"termin" müxtəlif sahələrə aid anlayışları ifadə edən söz və ya söz birləşməsidir.
Şagirdlər bilməlidirlər ki, bir çox terminlərin sətri tərcüməsi ilə, onun başa
düşdüyümüz mənası bir-birinə uyğun gəlmir. Bizə lazım olan əslində sətri tərcümə
deyil, başa düşdüyümüz mənadır. Məsələn, latın sözü olan "sivilizasiya" sözünün
sətri tərcüməsi "mülki", "ictimai" deməkdir. Ancaq əslində sivilizasiya dedikdə bu
və ya digər ölkələr və xalqlar qrupuna xas olan maddi, mənəvi və ictimai həyatın
müəyyən inkişaf mərhələsi başa düşülür. Şagirdlərdə nə qədər siyasi söz lüğəti
bolluğu, anlayış bolluğu olarsa, bir o qədər də onlar dövrün hadisələrindən yaxşı
baş açar, mühakimə yürüdə bilərlər. Tarixi fakt və hadisələrin öyrənilməsində,
səbəb-nəticə əlaqələrinin yaranmasında, məntiqi təfəkkürün inkişafında da
terminlər böyük rol oynayır. Təsadüfi deyil ki, tarix fənni üzrə hazırlanmış
testlərdə, habelə ali məktəblərə tələbə qəbulu zamanı imtahan suallarında da bir
çox terminlərin izahını bilmək tələb olunur.
Bu kitabçada bəzi əlavələrlə orta məktəb dərsliklərindəki terminləri, əsasən,
əhatə etməyə çalışmışıq. Burada 800 termin və anlayışın izahı verilmişdir. Kitabça
haqqında arzu, irad və təkliflərinizi gözləyirik.
3
A
Abbası
— XVII-XVIII əsrlərdə Ġran və Cənubi Qafqazda iĢlədilmiĢ gümüĢ sikkə.
Səfəvi Ģahı I Abbasın hakimiyyəti dövründə təsis olunmuĢ və onun adı ilə
adlandırılmıĢdır.
Abbasilər
— Məhəmməd peyğəmbərin əmisi Abbasın adı ilə adlanan ərəb
xəlifələri sülaləsi (750— 1258). Ərəb xilafəti çox vaxt Abbasilər xilafəti
adlandırılmıĢdır.
Abbat
— katolik kilsəsində monastır rahibi.
Abdallar
— Laçın Ģəhərinin keçmiĢ adı (1923-cü ilədək)
Abeskun
— orta əsrlərdə Xəzər dənizinin cənub-Ģərqində eyniadlı adada liman
Ģəhəri. Bu Ģəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su
altındadır.
Abidə
— 1) sənət və tarixi dəyəri olan tikili; 2) Ģəxsiyyət və hadisələrin Ģərəfinə
yaradılan heykəltəraĢlıq və memarlıq əsəri.
Abituriyent (latınca) — "getməyə hazırlaĢan". Bir çox ölkələrdə orta məktəbi
bitirən Ģəxs və ya ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən Ģəxs.
Abolisionist
(ingiliscə) — quldarlığın ləğv edilməsi tərəfdarı. Bu ad ABġ-da
quldarlığın ləğv edilməsi tərəfdarlarına verilmiĢdi.
Abordaj
(fransızca) — "gəmi bortu". Avarlı və yelkənli gəmilərlə döyüĢ üsulu.
Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüĢün nəticəsi əlbəyaxa
vuruĢmadan asılı olurdu. Uzaqvuran topların və buxarla iĢləyən gəmilərin meydana
çıxması ilə XIX əsrdən abordaj üsulu öz əhəmiyyətini itirmiĢdi.
Aborigenlər
(latınca, əzəldən) — ölkənin qədim, yerli sakinləri.
Açıq qapı
— 1899-cu ildə ABġ dövlət katibi hey verdiyi notada "açıq qapı"
doktrinasını elan etdi. Burada tələb edilirdi ki, Çindəki dövlətlərin bütün "nüfuz
dairələri" ġimali Amerika mallarının gətirilməsi üçün açıq olmalıdır. Bununla ABġ
rəqiblərini Çindən sıxıĢdırıb çıxarmaq istəyirdi.
Aeropaq
(yunanca) — Attikanı idarə edən ağsaqqallar Ģurası.
Ağbil türbələri
— Quba rayonunun Ağbil kəndində XVI əsrə aid memarlıq
abidələri.
Ağməscid
— indiki Simferopol Ģəhəri.
Axill
— qədim yunan mifologiyasında Troya müharibəsi dövründə ən güclü
qəhrəmanlardan biri.
Axill dabanı
— "ən zəif yer" mənasında iĢlənir. Əfsanəyə görə Axillin anası dəniz
ilahəsi Fetida oğlunu ölməz və yenilməz etmək üçün onu Yeraltı Stiks çayının
müqəddəs suyuna salmıĢdır. Anası onun dabanından tutduğuna görə ora müqəddəs
su dəyməmiĢ və dabanı Axillin yeganə zəif yeri olmuĢdur. Parisin atdığı zəhərli ox
dabanına dəyərək onu öldürmüĢdür.
Aid
— qədim yunanlarda yeraltı səltənətə hökmranlıq edən allah. Guya bu