(705 -715) başlamış və Harun
ər-Rəşidin xəlifəliyi
dövrünə qədər (786 - 809) davam etmişdir. Bəs tarixi
Azərbaycan torpaqlarının mərkəzində yerləşən ət-
Taylasanm adının azad olan torpaqlarla bir yerdə
çəkilməsinin səbəbi nə idi?
Nailə Vəlixanlıya görə İbn Xordabeh adı çəkilən
əsərini əl-Mötəsimin hakimiyyəti illərində (833-942) əl-
Cibəl vilayətində poçt rəisi işlədiyi illərdə yazmışdı.
833-837-ci illər isə Xürrəmilər hərəkatının ən qızğın
dövrünə təsadüf edir. Nəzərə alsaq ki, Taylasan
torpaqları Babək Xürrəminin ən əsas istinadgahlarının
yerləşdiyi ərazi olmuşdur, o zaman nə üçün Taylasan
(Talışan) torpaqlarının adının müstəqil yaxud ərəblərə
tabe olmayan ərazilər sırasında çəkildiyi məlum olar.
Konkret deyilsə, Taylasan torpaqları bu zaman Xilafətə
deyil , Babəkə tabe idi. Hətta Babəkilərin əsas mərkəzi
Bəzzin
Lənkəran
və
Ərdəbil
arasında
уerləşdiyini15görkəmli tarixçi Z.İ Yampolski də təsdiq
edir. H.Kəlbiyevin “Bəlləbür Bəzzdir” əsərində də bunu
sübut edən əsaslı faktlar göstərilmişdir16. Sonuncu
fəsildə bu mövzuda təhlillər verildiyi üçün burada geniş
təhlil verməyə lüzum yoxdur. Lakin zaman keçdikcə
Taylsan torpaqlarının bir hissəsi Xürrəmilərin əlindən
çıxmağa başlamışdı.
“Taylasan” sözünün özünə gəldikdə isə bu söz yalnız
və yalnız “talış” sözünün cəm formasından başqa bir
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
|5З.И.Ямполский. Восстание Бабека, Б. , 1941, с.28.
H.Kəlbiyev. Bəlləbür Bəzzdir, Ekologiya, fəlsəfə, mədəniyyət elmi
məqalələr məcmuəsi, 20-ci buraxılış, B ., 1999, s. 43.
- 1 8 -
şey deyildir. İlk məxsusi adı “sataquş” olan və hətta
Bisutunda da həkk olunan bu xalqın adının “talış”
şəklinə
düşməsindən
danışarkən
müasir
İran
tədqiqatçısı, tatşünas və talışşünas, Azərbaycan Milli
Elmlər Akademiyasının fəxri doktoru Əli Əbdoli yazır:
“ Talış xalqına məxsus adın ilk formasının sataquş olduğu,
Haxəmənişi (Əhəməni) kitabələrində bu adm yazıya düşdüyü
və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə
alınarsa, onda Haxamənişilərdən sonrakı dövrlərdə sataquş
adı taquş şəklinə düşməlidir və belə olan surətdə kadus adı
taquş adının qeyri-şərtsiz yunan variantı olacaqdır. Taluş -
talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül
tapmış İran tələffüzüdür.”17.
Beləliklə, “taquş”u yunanlar “kadus” ifadə etdiyi
kimi, ərəblər də “talış” sözünü “taylis”, “taylas”
şəklində ifadə etmişlər. Sözün sonuna artırılan “-an”,
on” şəkilçisi isə bir çox İrandilli xalqların dillərində
olduğu kimi talışca da cəm şəkilçisidir18.
İbn-Xordadbeh “Azərbaycan mahalının şəhər və
rustaqlan” haqqında olan hissədə dolayısı ilə Taylasan
torpaqlarının
siyasi
tarixinə
də
toxunmuşdur.
Tədqiqatlar göstərir ki, əsasən Xürrəmilər hərəkatı
yatırıldıqdan sonra Taylasan torpaqları bölünərək ayrı-
ayrı vilayət rustaqlarma tabe edildi. Bu vilayət
rustaqları sırasında Ərdəbil və Bərzənd rustaqlan
mühüm yer tuturdu. Əsərində Xordadbeh Ərdəbil
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
17 Ə. Əbdoli. Kaduslann tarixi, Tehran, 2002, s. 23.
18 Məlumat üçün bax: Ş. Ə. Sadıxzodə. Talış dilinin qrammatikası,
Sankt-Peterburq , 2002 (Azərbaycan dilində)
- 1 9 -
canişininin
Məhəmməd
ibn
ər-Rəvvad
əl-Əzdi
olduğunu göstərir. O, yazır:
“əl-Marağa, əl-Məyanic,
Ərdəbil,
Varsan, Sisər, Bərzə,
Saburxast, Təbriz (canişini) Məhəmməd İbn ər-Rəvvad əl-
Əzdidir.”
Taylasan torpaqlarının qərb hissəsi, təqribən, indiki
İran İslam Respublikasının Ərdəbil ostanmm Ərşaq,
Nəmin nahiyyələri19 o zamandan başlayaraq Ərdəbil
rustaqına tabe edilmişdir.
Məhəmməd ibn ər-Rəvvad əl-Əzdi X əsrdə
Azərbaycanda öz dövlətlərini yaratmış Rəvvadilər
sülaləsinə (983-1060) mənsub bir hakim olmuşdur. Əl-
Yəqubi də xəbər verir ki, Təbrizdən Bəzzədək olan
bütün torpaqlar Rəvvada verilmişdi. Babəkin məğlub
edilməsindən sonra nəinki, Ərşaq və Nəmin, hətta
Azərbaycan Respublikasının indiki Astara, Lerik,
Lənkəran rayonları da Rəvvadilərin hakimiyyəti altında
olmuşdur. Qardaşı əl-Vəcnədən sonra hakimiyyətə
gəlmiş Məhəmməd bir müddət müstəqil şəkildə
hakimiyyət sürmək üçün Xilafətə qarşı çıxmışdır.
Bunula bağlı olaraq, 7 cildlik “Azərbaycan tarixi”nin II
cildində göstərilir:
əl-Yəqubi verdiyi məlumatında Xürrəmiilər hərəkatının
təsiri ilə Xilafətdən təcrid olaraq nisbi müstəqillik əldə edə
bilmiş hakimlər sırasında Məhəmməd ibn ər-Rəwadın da
adını çəkmişdir.”20
Ə r ə b m ü ə l l i f I ə r i T a l ı ş h a q q ı n d a
‘° Bax: xəritə Si ostan İran , Tehran, 2006.
20 Azərbaycan tarixi, 7 cilddə II cildi, B ., 1998, s. 338.
- 2 0 -
Qeyd etmək olar ki, Məhəmməd və ümumilikdə,
Rəvvadilər
etnik
mənsubiyyətcə
Yəmənli
əzd
qəbiləsindən olmuşlar.
İbn
Xordabeh
əsərində
Bərzənd
rustaqının
canişininin isə Əli ibn Murr olduğunu göstərir. Əli ibn
Murrun hakimiyyəti digər Azərbaycan torpaqları ilə
yanaşı Taylasanm şimal torpaqlarının bir hissəsini də
əhatə etmişdir. Bərzənd rustaqı çox ehtimal ki,
Azərbaycan Respublikasının indiki Yardımlı və Masallı
rayonlarının
əraziləri,
həmçinin,
İran
İslam
Respublikasının indiki
Ərdəbil
ostanmm Germi
nahiyyəsini əhatə etmişdir.
Orta əsrlərdə Azərbaycan və talışların yaşadığı
torpaqlar haqqında əsərində məlumat verən digər bir
ərəb coğrafiyaşünası IX əsrin sonu X əsrin əvvəllərində
yaşamış Əhməd İbn əl-Fəqih əl-Həmədanidir. İranın
Həmədan şəhərində anadan olan İbn əl-Fəqih 5 cildlik
“Kitab əl-buldən” (“Ölkələr kitabı”) kitabını 902-ci ildə
yazmışdır. Əl-Həmədani Azərbaycan hüdudları, ərəb
işğalı, Azərbaycanın şəhərləri və Xilafətə verdiyi
xəracın miqdarı haqqında geniş məlumat vermişdir.
Digər ərəb coğrafiyaşünas-səyyahları kimi onun da
haqqında
bəhs etdiyi Bərzənd, əl-Avdi kimi
məntəqələri fikrimizcə talışların yaşadığı torpaqlarda
axtarmaq daha düzgün olardı. Artıq Azərbaycan
tarixşünaslığında da
bu fikir qəbul edilmişdir ki,
Bərzənd adlanan yaşayış məntəqəsi Talış torpaqlarının
ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a .
- 2 1 -