44
yağmursuz idi.
Məktubda yazılmışdı:
Taleyə inanırsan?
Xəstəlik tanrıların verdiyi cəzadırmı?
Tarixin gedişini hansı qüvvə idarə edir?
Sofi taleyə inanırmı? Dəqiq bilmirdi. Amma o, taleyə inanan çox
adam tanıyırdı. Onların sinfində bir qız həmişə jurnallardan ulduz
fallarını oxuyurdu. Belələri astrologiyaya inanırlarsa, çox güman ki,
Taleyə də inanırlar, çünki astroloqlar ulduzların düzülüşünün Yerdə
yaşayan insanlara təsir göstərdiyini bildirirlər.
Əgər qabağından keçən qara pişiyin pis əlamət olmasına inanırsansa,
- onda Taleyə inanırsan, elədir? Bu haqda düşünəndə başqa bir neçə
nümunə də ağlına gəldi. Niyə adamlar qulaqlarını çəkib taxtanı
taqqıldadırlar? Ayın 13-ünün
cüməyə düşməsi niyə pis gün sayılır? Sofi eşitmişdi ki, bir çox otellərdə
13 nömrəli otaq olmur. Niyə? Ona görə ki, çox adam xürafatla yaşayır,
batil inanclı olur.
“Xürafat”, “batil inanc”. Necə də qəribə sözlərdi. Əgər sən
Xristianlığa, yaxud İslama inanırsansa, buna “inanc” deyirlər. Amma
sən astrologiyaya, yaxud ayın 13-ü - cümə gününə inanırsansa, bu batil
inancdır! Başqalarının inancını batil adlandırmaq kimin haqqıdır?
Hər halda Sofi bir şeyə əmin idi. Demokrit taleyə inanmayan
materialist idi. Yalnız atomlara və boş fəzaya inanırdı.
Sofi digər suallar haqda fikirləşməyə cəhd etdi.
“Xəstəlik tanrıların verdiyi cəzadırmı?” Əlbəttə, günümüzdə buna
heç kəs inanmır. O an ağlına gəldi ki, əksər insanlar sağalmaq üçün dua
edirlər, deməli, hansısa dərəcədə onlar Tanrının insanların səhhəti
üzərində gücü olduğuna inanırlar.
Sonuncu suala cavab vermək bir qədər çətin idi. Sofi tarixin gedişini
nəyin idarə etməsinə heç vaxt fikir verməmişdi.
Əlbəttə, tarixin gedişini insanlar idarə edir, məgər belə deyil? Əgər
Tanrı və ya Tale olsaydı, insanların azad iradəsinə yer qalmazdı.
Azad iradə ideyası ağlına gələn kimi Sofi başqa bir şey haqda da
downloaded from KitabYurdu.org
45
düşündü. Axı niyə o, bu sirli filosofun onunla siçan- pişik oynamasına
izin verir? Niyə Sofi ona məktub yaza bilmir? O, çox güman ki, gecə
və ya sabah səhər poçt qutusuna yenə böyük bir məktub qoyacaq. Sofi
elə edə bilər ki, filosof məktubu qoyanda orada Sofinin hazır
məktubunu görsün.
Dərhal işə keçdi. Heç vaxt görmədiyi bir adama məktub yazmaq
çətin idi. O, heç həmin adamın qadın, ya yoxsa kişi olduğunu belə,
bilmirdi. Cavandı, ya qoca? Sirli filosof Sofinin artıq tanıdığı bir adam
da ola bilərdi.
Sofi yazmağa başladı:
“Çox hörmətli filosof,
Sizin fəlsəfəyə dair bu comərd kursunuzu yüksək qiymətləndiririk.
Lakin kim olduğunuzu bilməmək bizi narahat edir. Ona görə də rica
edirik ki, bütöv adınızı yazasınız. Əvəzində qonaqpərvərlik edərək, sizi
evimizə qəhvə içməyə
dəvət edirəm, amma yaxşı olardı ki, anam evdə olanda gələsiniz. O,
bazar edəsindən cüməyə, səhər 7.30-dan axşamüstü 5-ə qədər işdə olur.
Həmin günlər mən məktəbdə oluram, dördüncü günlərdən başqa,
həmişə 2.15-də qayıdıram. Özüm də, qəhvəni yaxşı hazırlayıram.
Minnətdarlıq hiss ilə,
diqqətcil tələbəniz,
14 yaşlı Sofi Amundsen”.
Məktubun başlığında isə yazdı: “Çılpaqfən cavablayın”.
Sofi gördü ki, məktubu həddən adıq rəsmi alındı. Lakin sifəti
gözünün önündə olmayan bir adama məktub yazarkən sözləri seçmək
çətindi. Məktubu çəhrayı bir zədə qoydu və ünvan yerində yazdı:
“Filosofa”.
İndi onu elə bir yerə qoymalıydı ki, anası görməsin. Bunun üçün
anasının evə gəlməsini gözləyə və o içəri girəndən sonra məktubu
qapıya qoya bilərdi. Səhər poçtalyon qəzetləri gətirməzdən əvvəl poçt
qutusuna baxmağı yaddan
çıxarmamalı idi. Həmin axşam və ya gecə boyunca ona təzə məktub
gəlməsə, onda çəhrayı zərfi geri götürməliydi ki, poçtalyon gələndə
downloaded from KitabYurdu.org
46
onun əlinə düşməsin.
Niyə hər şey bu qədər mürəkkəb olmalıydı axı?
Cümə günü olsa da, həmin axşam Sofi otağına erkən qalxdı. Anası
onu pizza və televizorda gedən qorxulu filmlə şirnikləşdirməyə çalışsa
da, Sofi yorğun olduğunu, sadəcə uzanıb kitab oxumaq istədiyini dedi.
Anası televizorun qarşısında oturan kimi öz məktubuyla gizlicə poçt
qutusunun yanına qaçdı.
Anasının narahat olduğu göz qabağındaydı. Ağ dovşan və silindr
şlyapa məsələsindən sonra Sofiylə bir az başqa səslə danışmağa
başlamışdı. O, anasını nigaran qoymaq istəmirdi, amma sadəcə
pilləkənlə otağına qalxıb yuxarıdan poçt qutusuna göz qoymalıydı.
Saat on bir ərəfəsində anası otağa gələndə Sofi pəncərənin qarşısında
oturub yola baxırdı.
Burda oturub gözünü poçt qutusuna zilləmisən, dur ayağa, bəsdi ora
baxdın! - anası dedi.
Nəyə istəsəm, baxaram! - Sofi cavab qaytardı.
Məncə, sən doğrudan aşiq olmusan, Sofi. Amma o, sənə məktub
gətirəcəksə, ola bilməz ki, bunu gecəyarı eləsin.
Uf! Sofi sevgi-məhəbbət barədə bu sentimental söhbətdən iyrəndi.
Amma anasının buna inanması yaxşıydı.
Bu, sənə ağ dovşan və silindr barədə danışan həmin o adamdı? -
anası soruşdu.
Sofi başıyla təsdiqlədi.
O, narkoman deyil, hə?
Sofinin ürəyi yumşaldı, anasına rəhmi gəldi. İstəməzdi ki, anası belə
narahat olsun, amma kiminsə bir az qeyri-adi ideyasına görə, dərhal
belə fikrə düşmək də onun təqsiri idi.
Eh, böyüklər bəzən həqiqətən də axmaq olurlar. Sofi üzünü anasına
tutdu:
Ana, mən sənə bir dəfə və həmişəlik söz verirəm, heç vaxt elə
şeylərə əl vurmayacam. O da. O, sadəcə olaraq, fəlsəfəylə maraqlanır.
Səndən böyükdür?
Sofi başıyla yox dedi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |