13
bu, sənsizlikdirsə, deməli, kədərli, əzab verən, heç bir rahatlıq imkanı olmayan bir
şəraitdir. Onda sən qəddar olma, məni inkar etmə, səndən xahiş edirəm, yalnız sən
bu azacıq yüngüllüyü mənə verə bilərsən. Qoy sədaqətlilik hesabına mən sənə aid
olan hər şeydən hali olum. Mən hər şeyi, hətta uğurlu olmayanı belə biləcəyəm.
Yəqin ki, səninlə birlikdə çəkdiyim ahlar məni az əzab çəkməyə sövq edəcəkdir.
Çünki deyirlər ki, bütün dərdlər yarı bölünəndə xeyli yüngülləşir.
Mənə de ki, hansı bir vasitə ilə sən mənim göz yaşlarıma aman
verəcəksən. Qadının göz yaşları melanxoliya anında dayanır və aman bilməyən
tövbəyə həsr olunur. Xoşbəxtlik nadir hallarda xeyirxah adamların ünvanını seçir.
Tale o qədər kordur ki, kütlə içərisində təkcə bir müdrik və igid adam vardırsa, o,
heç də gözləməməlidir ki, tale onu başqalarından ayıracaqdır. Vaxtı ötürmədən
mənə yaz və heç də möcüzə gözləmə, o çox nadir hallarda baş verir və biz özümüz
isə xoşbəxtliyin qayıdıb gəlməsini gözləmək xatirinə bədbəxtliklərə daha çox adət
etmişik. Mən səndən bir məktub alan kimi biləcəyəm ki, sən hələ də məni
xatırlayırsan. Seneka (Qədim Roma filosofu – tərcüməçi) nəzərdə tuturdu ki, bu
növ həzz üçün çox hissiyyatlı olmaq lazımdır. O, stoik olmasına baxmayaraq, bu
növ həzzlərə həssas idi, dostu Lutsilidən hər bir məktubu alanda o, təxəyyül edirdi
ki, onunla söhbət etdikləri vaxtdakı sevinci yenə də hiss edir.
Otağımda sənin şəklin vardır. Mən heç vaxt dayanıb ona baxmadan
yanından keçmirəm. Və elə bil ki, sən hələ də mənimsən, gözlərimi ona nadir
hallarda dikirəm. Məgər bu dilsiz şəkil məktubların ilhamlandıra biləcəyi həzzi
verə bilərmi? Məktublar könülə malikdir, onlar danışa bilirlər, onlar ürəyin nəql
etdiklərini ifadə etmək gücünə, ehtiraslarımızın bütün alovuna malikdir. Biz bir-
birimizə yaza bilərik, belə günahsız həzz bizdən yan keçə bilməz. Qoy, yeganə bir
xoşbəxtlik hansısa laqeydlik hesabına bizi tərk etməsin və bu, yeganə şeydir ki,
onun vasitəsi ilə düşmənlərimizin qəzəbi heç vaxt bizə görə sevinə bilməz. Sənin
mənim ərim olduğunu oxuyacaq, sənsə mənim sənin arvadın olmağımın əlamətini
görəcəksən. Bütün bədbəxtliklərimizin əksinə, sən öz məktubundan həzz ala
bilərsən. Məktublar ilk dəfə mənim kimi bədbəxtlərin təskinliyi üçün icad
edilmişdir. Səni görmək və sənə malik olmaq həzzlərini itirsəm də, müəyyən
ölçülərdə bu itkinin əvəzini sənin yazılarında tapmaqla məmnun olacağam, onlarda
sənin ən müqəddəs fikirlərini oxuyacağam. Mən məktubları həmişə özümdə
saxlayacaq, hər an onları öpəcəyəm. Mən beynimin diktələrindən daha çox
ürəyimin diktələrini oxuyuram. Mənim indiyədək sevmədiyini desən, mən yaşaya
bilmərəm. Dostunla melanxolik yazışmağında mənim bütün kədərlərimi oyatdın,
həm də bu məktub sənin dəyişməyən sevginin bəzi nişanələrini göstərdi.
Sən hər şeyi həmin dostundan daha çox bizə borclu olduğuna görə
etmisən, axı sənin dostluğun nə vaxtsa belə yaxın olmuşdumu? Biz özümüzü (həm
də rahibələri nəzərdə tutur-tərcüməçi) sənin bacıların, sənin uşaqların adlandırırıq
və güman edirik ki, bu əziz olan bir münasibətin əlaməti olduğunu ifadə edir. Əgər
biz nankor olmağı bacarsaydıq, bizə məlum olanları sənə, bu kilsəyə, bu
mehrablara, bu divarlara danışa bilməzdik. Sən bu binanın bünövrəsini yeganə
qoyansan, bu, bütünlüklə sənin işindir (Paraklet monastırının əsasını qoyduğuna
14
işarə edir - tərcüməçi). Sən burada yaşamasan da, əvvəllər quldurları, qatilləri ilə
tanınan bu yerə belə şöhrət və müqəddəslik verməzdin. Bizim xidmət etdiyimiz
Allah burada yerləşdirdiyi ziyansız rahibələrdən başqa heç nəyi görmür. Bu cavan
üzümlük ancaq sənə borcludur, sən onu becərməyə və yaxşılaşdırmağa tam qayğı
göstərirsən. Bu, sənin həyatının ən vacib işlərindən biri olmağa borcludur. Bizim
müqəddəslikdən təcrid olunmağımıza baxmayaraq, andlarımız və həyat tərzimiz
bizi bütün şirnikləmələrdən, azmalardan qoruyur. Bizdəki ləyaqət təbiətə və qadına
bəxş edilmiş bir şeydir. Allahın üzümlüyünü salmaq heç də kiçik zəhmətin işi
deyildir. Allahın mərhəməti, həmin kilsə üçün adamların daimi duaları hər ikisinin
işini bəhrəli etməlidir.
Sən bu dünyanın yaxşı şeyləri ilə dolu olanlarla və yerin piyi ilə
qidalananlarla danışanda İncilin kəhrəbalarını donuzun qabağına səpələdin (“Yeni
Vəsiyyət”dəki pritçaynı yada salır – tərcüməçi) və sən günahsız qoyunlara
laqeydlik göstərdin.
Sən mənə yazanda, məhz öz arvadına yazacaqsan, nikah belə
məktublaşmanı qanuni etmişdir və sən ən kiçik hay-küyə də yol vermədən məni
məmnun edəcəksən. Mən öz əmimdən qorxmuram. Burada sənin də qorxmağın
üçün heç nə yoxdur. Sən məni görə bilərsən, mənim çəkdiyim ahları eşidə bilərsən
və heç bir təhlükə hiss etmədən bütün dərdlərimin şahidi ola bilərsən. Beləliklə,
sən yalnız göz yaşları və sözlərlə mənim ağrımı yüngülləşdirə bilərsən. Mənim
bəzi bədbəxtliklərimə sən səbəb olmusansa, mənim bütün rahatlığım üçün də bir
alət olmalısan.
Sən xatırlamaya bilməzsən ki, (çünki sevgililər yaddan çıxara bilməzlər)
sənin mülahizəni dinlədiyim bütün günlərdə mən həzz fazasını yaşamışam. Sən
olmayanda mən özümü hamıdan gizlətdim ki, sənə məktub yazım. Məktubun sənin
əlinə düşməsi o qədər də asan məsələ deyildir.
Mən özümə nifrət edirəm ki, səni sevə bilmişdim. Mən özümü daim
həbsxana şəraitində əzdim, bu, səni sakit və yüngül bir şəraitdə yaşada bilər. Qüsur
heç vaxt heç nəyi bu qaydada ilhamlandırmır, bu, bədəni əsir etmək üçün olduqca
çoxdur. Mənim qəddar əmim heç də sevdiyim bir adam deyildir. Lakin o, heç bir
səbəb olmadan da təqsirkar idi. Mən səni həmişə olduğundan artıq sevirəm. Ona
olan mənim qisasım da məhz belədir. Ömrümün sonuna qədər səni sevəcəyəm.
Əgər keçmişdə sənə heyranlığım elə saf deyildisə, indiki dövrdə mənim ağlım və
bədənim səni sevir. Digər hansısa bir xoşbəxtliyə nisbətən, sənin ürəyinə sahib
olmaqdan daha çox həzz duyurdum və səndə həm də bir ləyaqətli adamı
qiymətləndirirdim.
Müstəsna qaydada bunu istəməsəm də, sizə ərə getməyimə razılıq
verdim, baxmayaraq ki, bilirdim ki, kiminsə arvadı olmaq adı dünyada şərəfli,
dində isə müqəddəs sayılır. Ancaq sənin məşuqən olmaq adı daha böyük lətafətə
malikdir, çünki məşuqə daha sərbəstdir. Mən kiminsə arvadı olmaq adına nifrət
edirəm, ona görə də məşuqə sifətində daha xoşbəxt yaşa bilərəm. Mən Abelyarla
onun məşuqəsi kimi yaşamağı dünyanın digər bir imperatriçəsindən daha yüksək
Dostları ilə paylaş: |