27
mən gözümü kor edən sarğını cırıb atmışam və əgər mən öz hissiyyatıma
əsaslanmağa cəsarət etsəm, bu vaxt özümü sənin hörmətinə layiq edəcəyəm. Sən
mənim artıq sevgili Abelyarım deyilsən. Bizim bədbəxtliklərimiz sənə qüsurun
dəhşətini göstərdi və görünür ki, sən zərurətə hazırlıqla tabe olmusan. Sən mənim
son məktublarımda hiddətimi gördün, bu, heç şübhəsiz, mənim Abelyarıma
ehtiram bəsləməkdən məni məhrum edir. Sən qabaqcadan görə bilməzdin ki,
Eloiza elə bir hökmranlıq edən ehtirasa qalib gələcəkdir. Lakin Abelyar, sən səhv
edirsən, mərhəmətin dəstəklədiyi mənim zəifliyim heç də qəti qələbə çalmağıma
mane ola bilmədi. Onda mənə hörmətini bərpa etmə, öz möminliyin sənə bunu
zəmanət verəcəkdir.
Mən məhəbbətim üzərində zəfər çalmadımmı? Xoşbəxt olmayan Eloiza!
Nə qədər ki, sən nəfəs alırsan, o, sənə bəyan edir ki, sən Abelyarı sevməlisən.
Talesiz bədbəxt, ağla, çünki sən heç vaxt belə təsadüfə malik olmayacaqsan. Mən
qəm-qüssədən ölməyə borcluyam. Mərhəmət mənə çatanda vəd etmişdim ki, ona
sədaqətli olum, lakin indi mən bir daha andı pozmuşam, hətta mərhəmətin özü də
Abelyara görə qurban getməkdir. Bundan sonra mən necə ümid edim ki, Allah
mənə öz mərhəmət xəzinəsini açacaqdır. Çünki mən onun bağışlamasından
yorulmuşam. Mən ilk dəfə Abelyarı görəndən onu incitməyə başladım. Xoşbəxt
olmayan hüsn-rəğbət bizim ikimizin arasında təqsirkar məhəbbət qurdu və Allah
bizi ayırmaq üçün özünün düşməni səviyyəsinə qaldırdı. Mən bizim ürəyimizə işıq
salan bədbəxtliyə ağı deyirəm. Mən öz ehtirasımın sönməsini təmin etməyə
borcluyam. Böyük Allah! Mən məhəbbətin zəncirlərindən nə vaxtsa azad ola
bilərəmmi? Ancaq güman ki, mən ağılsız qaydada qorxuram. Abelyar, mən səni
bütün andlarından azad edirəm. Sevgili və ər titullarını unut və yalnız ata titulunu
saxla. Mən səndən heç nə tələb etmirəm, ancaq ruhi məsləhət və bəzi cəza
umuram. Ancaq müqəddəsliyin yolu tikanlıdır, əgər sənin ardınca dolaşsam, bu
qəbul edilən olduğunu göstərəcəkdir. Daim sənin arxanca getdiyimi görəcəksən.
Sən indi cinayətsiz danışmayan ola bilməzsən. Sən mənim səfilliyimdə məni inkar
edirsən, yoxsa mən səni qınamaq üçün hansısa bir şey etməliyəmmi? Lakin indi
sən heç nədən qorxmamalısan.
Ürək bütün dünyəvi şadlanmaların arasında şiddətli ağrı hiss edir. Mən
nifrətamiz divarlarla əhatə olunmuşam. Saatlar illər qədər uzun görünür. Mən min
dəfələrlə peşman oluram ki, özümü burada dəfn etmişəm. Tənhalıq məlahət verici
kimi görünür və yerin dincliyi mənim ürəyimə daxil olur. Sakitliyim mənim
əzizimin hesabına başa gəlmişdir. Çünki mən onu məhəbbətimin qiymətində satın
almışam. Lakin əgər mən səni ürəyimdən qoparıb atsam, qısqanc olma. Allah daim
ona malik olmalıdır ki, sənin əvəzinə ürəyimə ağalıq etsin. Mənim ağlımda yer
tutmağına görə məmnun ol, onu sən heç vaxt itirməyəcəksən. Mən sənin barəndə
düşünəndə daim gizli həzz alacağam.
Elə bu an səndən məktub aldım. Sən məni, yeni xəbərləri yazmağı
gecikdirdiyimə görə məzəmmət edirsən. Mənim xəstəliyim bunu üzrlü etməlidir.
Sən fikirləşirsən ki, bu yaxınlarda öləcəksən. Sən necə də laqeyd, qəddar adamsan
ki, mənə elə şeyi deyirsən ki, o, hökmən məni kədərləndirir. Mən sənə ötən dəfəki
28
məktubumda yazmışdım ki, əgər sən ölsən, mən necə bədbəxt olacağam. Sən
özünə qayğı göstərməlisən. Sən arzulayırsan ki, biz dualarımızda səni yaddan
çıxarmayaq. Sən bizim atamızsan, biz isə sənin uşaqların. Sən yol göstərənsən,
göstəriş ver, biz əməl edək. Sənin ağıllı göstərişlərini biz sədaqətlə icra edəcəyik.
Sən mənə bir şey demişdin, o, məni çaşdırdı – sən eşitmisənmi ki, bizim
Bacılardan (Monastırdakı rahibələri nəzərdə tutur – tərcüməçi) bəziləri pis
nümunədir və onlar ümumən kifayət qədər ciddi deyillər. Bu səbəbə görə,
monastırlar çox vaxt onlara pis nüfuz qazandıran adamlarla doludur. Lakin mən
sənə yalvarıram ki, hərdənbir belə şeyləri eşidəndə, mənə onlardan xilas olmağın
əsl dərmanını göstər. Mən onu alanda, lazımi qayğı göstərməyə borclu olacaqsan.
Mən Parisin yaxınlığındakı monastırlarda baş verən macəraları xatırlayıram.
Sən yazırsan ki, belə cana doyduran həyata son qoymaq üçün ölmək
istəyirsən. Bu mümkündürmü ki, sənin kimi bir dahi adam öz bədbəxtliklərindən
yuxarı qalxa bilmir. Əgər sənin tələbələrin hali olsa ki, sən öz ehtiraslarının gizli
quluna və həmin zəifliklərin qurbanına çevrilmisən, bu vaxt sənin idarəçiliyin
həmin adamları qoruya bilərmi? Sən gözlərini mənə dik və məhz sənin tələbinlə
mənim özümü qapatdığım barədəki bir qərarla öyün. Biz ayrılanda mən gənc idim
və (əgər mən sənin daim mənə dediklərinə inanmağa cəsarət edirdimsə) istənilən
adamın sevgisinə layiq idim. Əgər mən Abelyarın hissiyyat həzzindən başqa heç
nəyi sevmirdimsə, digər kişilər onu itirməyimə görə mənə rahat şərait yarada
bilərdilərmi? Mən sənin göz yaşlarını öpüşlərimlə qurudurdum, çünki sən az
qüdrətli idin, mən isə özümü az qoruyub saxlayana çevirdim. Mənim sənə qarşı
artan dərəcədə laqeydliyimi görsəydin, sən bir ümidsizlik səbəbinə malik olardın.
Lakin sən bədbəxtlik hiss edəndən sonra heç vaxt mənim məhəbbətimin ən böyük
rəmzlərini belə qəbul etmədin.
Qoy, mən sənin məktublarında, əziz Abelyar, bir daha Taledən belə
gileylənməyini görməyim.
Necə bir biabırçılıqdır ki, hansısa bir adam öz başına gələ biləni qəbul
edə bilməsin. Özünü mənim nümunəmdə idarə et, axı mən güclü ehtiraslarla
doğulmuşam. Əgər sən taledən şikayət edirsənsə, onun zərbələri o qədər çox
deyildir ki, onları hiss edəsən. Sən düşmənlərinə göstərməyə çalışırsan ki, onlar
sənə zərbə vurmaq üçün səni necə çox ittiham edirlər.
Mənim əziz ərim (bu tituldan axırıncı dəfə istifadə edirəm) mən səni bir
daha görməyəcəyəmmi? Ölümündən əvvəl səni qucaqlamaq həzzinə heç vaxt
malik olmayacağammı? Qısası, heç bir qadın Abelyarın şəxsinə təhlükəsiz bir
nəzər sala bilməz. Ona görə də, Eloiza, Abelyarı görməyi bir daha xahiş etmə.
Əgər onun barəsindəki xatirə bu qədər çox narahatlıq yaradırsa, onun canlı iştirakı
nələr etməyəcəkdir?
Bəzi vaxtlarda sən mənə gizli narahatlıqlar əhvalatlarını danışırdın və
məndə kədəri hiss etmək bacarığını yaradırdın. Ey sevincli xəyallar və təklif
olunan imtiyazlar, siz necə tez qeybə çəkildiniz!
Dostları ilə paylaş: |