1
“Nitq mədəniyyəti”
Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil
normalarının məcmusu kimi götürülmüĢ, bu sahədəki mövzular anlaĢıqlı və
yığcam Ģəkildə interaktiv metodun tələblərinə uyğun Ģərh olunmuĢdur. Proqram
əsasında yazılmıĢ dərslikdə nəzəri məlumatlar daha çox praktik yönümlüdür,
tələbələrin nitq, vərdiĢ və qabiliyyətlərini inkiĢaf etdirib yüksəltmək üçün hər
mövzudan sonra onunla bağlı müxtəlif xarakterli mətnlər, suallar, tapĢırıqlar,
linqvistik təhlilə xidəmt edən çalıĢmalar verilmiĢdir. Sonda tələbə və məzunların
gündəlik həyatda qarĢılaĢdıqları hadisə və məsələləri yuxarı instansiyalara
çatdırmaq məqsədi daĢımaqla yazılı nitqə aid olan rəsmi - kargüzarlıq üslübunun
əsas sənəd növləri - əməli yazılar öz əksini tapmıĢdı.
Süleyman Səfər oğlu Hüseynov. Nitq mədəniyyəti. Dərslik.
Bakı, “Yazıçı” nəĢriyyatı, 2010. 240 səh
Elmi redaktoru: Filologiya elmləri doktoru, professor, A.M.BABAYEV
Rəyçilər: Filologiya elmləri doktoru, professor, N.Ə.ABDULLAYEV
Filologiya elmləri doktoru, professor, C.Ə.CƏFƏROV
Azərbaycan Respublikasının Konstitutsiyası.
Maddə 21. Dövlət dili
I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini –
Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.
Heydər Əliyev
«Azərbayjan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbayjan
dilinin tədrisi və Azərbayjan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş
yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirsin…»
Azərbaycan Respublikası Prezidentinin
18 iyun 2001-ci il tarixli fərmanından
2
AZƏRBAYCAN DİLİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Azərbaycan dili ən qədim və zəngin dillərdən biridir. Bu dil xalqımızın milli
sərvətidir. Azərbaycan xalqının varlığını Ģərtləndirən ən mühüm amillərdəndir. Bu
dildə hələ yüz illərlə bundan əvvəl dünya ədəbiyyatı xəzinəsinin ən gözəl inciləri
yaradılmıĢ, böyük elmi əsərlər yazılmıĢdır. Azərbaycan dili hər cür zorakı təsirə
qarĢı uzun əsrlər boyu ciddi mübarizə aparmıĢ və həmiĢə də qalib gəlmiĢdir. Bu dil
ağır mübarizə Ģəraitində öz varlığını mühafizə etmiĢ, daha da təkmilləĢmiĢ,
zənginləĢmiĢ və xüsusi inkiĢaf yolu keçmiĢdir.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir. Hal-hazırda
dünyada 60 milyona yaxın azərbaycanlı bu dildə danıĢır və ünsiyyət yaradır.
Azərbaycan dili eyni zamanda Zaqafqaziyada və Yaxın ġərqdə ümumünsiyyət dili
kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycana gəlmiĢ görkəmli ictimai-siyasi
xadimlər,
xüsusən,
görkəmli
fransız yazıçısı A.Düma, rus yazıçıları
M.Y.Lermontov, Bestujev-Marlinski və baĢqaları bu dilə yüksək qiymət vermiĢ,
onu XIX əsrdə Avropada geniĢ yayılmıĢ fransız dili ilə müqayisə etmiĢlər.
Dünyanın elm, sənət və ədəbiyyat korifeylərinin nadir əsərləri bu dilə tərcümə
edilmiĢ və geniĢ təbliğ olunmuĢdur. Ġ.Nəsimi, M.Füzuli, M.Ə.Sabir, S.Vurğun,
M.ġəhriyar və bir sıra ölməz sənətkarlar bu dildə yazıb-yaratmıĢlar.
Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dili ictimai-siyasi
və sosial-iqtisadi həyatın bütün sahələrində geniĢ Ģəkildə iĢlənməyə baĢlandı. Onun
dövlət dili kimi statusu möhkəmləndi, hərtərəfli inkiĢafı üçün mütərrəqi addımlar
atıldı. Artıq dilimiz bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunmuĢdur.
Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin “Dövlət dilinin tətbiqi iĢinin
təkmilləĢdirilməsi haqqında ” 18 iyun 2001-ci tarixli fərmanı, Azərbaycan dili və
Əlifba günlərinin təsis edilməsi bu dahi Ģəxsiyyətin ana dilimizə olan yüksək
məhəbbətinin, böyük ehtiramının bariz nümunəsidir. H.Ə.Əliyevin Azərbaycan
dilinin imkanlarından məharətlə istifadə etmək bacarığı, onun böyük natiqlik
istedadı dilimizə olan sevgini daha da artırır. “Ana dili günü”, “Azərbaycan dili
günü” bayramlarının təsis edilməsi isə dilimizə dövlət qayğısının yeni təzahürü
olmuĢdur.
Azərbaycan
Respublikasının Konstitusiyasına görə Azərbaycan dili
Azərbaycan Respublikasının dövlət dilidir. Bu barədə Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsində yazılır: “I.Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkiĢafını
təmin edir”.
Azərbaycan dili Azərbaycan Respublikasında yaĢayan azərbaycanlıların milli
dili olmaqdan əlavə, Azərbaycanda yaĢayan bütün xalqların millətlərarası ünsiyyət
dilidir. Buna görə də azərbaycanlılarla yanaĢı, burada yaĢayan bütün xalqlar
Azərbaycan dilini ədəbi dil səviyyəsində öz ana dilləri kimi bilməlidir.
Azərbaycan Texniki Universitetinin bakalavr səviyyəsinin I kursunda təhsil
alan tələbələr üçün nəzərdə tutulmuĢ “Azərbaycan dili və nitq mədəniyyəti”
fənninin məqsədi anadilli və qeyri-anadilli tələbələrə Azərbaycan dilini mükəmməl
mənimsətmək, nitq mədəniyyəti üzrə dərin biliklər aĢılamaq, onlarda Ģifahi və
Dostları ilə paylaş: |