1
2
3
4
5
6
Dərman acıqovuğu kökündə hansı qrup acı maddələr var ?
A) seskviterpen
B) monoterpen
C) diterpen
D) triterpen
E) triterpen və monoterpen
Farmakoqnostik analizin məqsədi nədir?
A) Bitki xammalının kimyəvi tərkibini müəyyənləşdirmək
B) Dərman bitki xammalının əczaçılıqda istifadəsini müəyyənləşdirmək
C) Dərman bitki xammalının müvafiq bitki növünə uyğunluğunu təyin etmək
D) Bitki xammalının keyfiyyətini müəyyən etmək
E) Dərman bitki xammalının eyniliyini və keyfiyyətini təyin etmək
Nəyə görə mərcangilə bitkisinin yarpaqlarının yayda toplanmasına
yol verilmir?
A) xammalın məhsuldarlığı az olur
B) çünki qurudulduqda yarpaqlar qonurlaşır və keyfiyyəti azalır
C) bitkini digər bitkilərdən fərqləndirmək mümkün olmur
D) çünki yarpaqların tam formalaşması başa çatmır
E) iqtisadi baxımdan səmərəsizdir
Dərman bitki xammalının keyfiyyəti hansı analiz üsulları ilə təyin edilir?
A) Botaniki, farmakoloji və fiziki
B) Mikroskopik, kimyəvi və histokimyəvi
C) Əmtəəçilik, fitokimyəvi və bioloji
D) Bioloji və toksikoloji
E) Makroskopik və kimyəvi
İridoidlər nəyin törəməsidir?
A) Tsiklopentanperhidrofenantrenin
B) Oksidarçın turşularının
C) Antrasenlərin
D) Monoterpenlərin
E) Seskviterpenlərin
Bitki xammalının eynilik analizi nəyi təyin edir?
A) Yalnız qarışıqların olmasını təyin edir
B) Yol verilən qarışıqların olmasını təyin edir
C) Dərman bitki xammalının təmizliyini və keyfiyyətini təyin edir
D) Bioloji standartlaşdırmanı təyin edir
E) Bitki xammalının ziyanvericilərlə yoluxma dərəcəsini təyin edir
7
8
9
10
11
12
Hansı bitkilər dərman bitkisi hesab edilir?
A) Tərkibində birincili və ikincili biokimyəvi sintez məhsullarına aid bioloji fəal
maddələr saxlayan bitkidir
B) Xalq təbabətində istifadə edilən və tərkibində alkaloidlər, flavonoidlər və
digər birləşmələr saxlayan bitkidir
C) İxtisasçılar tərəfindən öyrənilmiş, lakin xammalına aid standart
hazırlanmamış bitkidir
D) Tərkibində farmakoloji fəal maddələr olan, xammalına və tibbi praktikada
istifadəsinə aid müvafiq təşkilatların təsdiqlənmiş sənədləri olan bitkidir
E) Sənayenin müxtəlif sahələrində istifadə olunan, xammalına aid standartı
olan bitkidir
Qirmizi üskükotunun xammal qismində istifadə edilir:
A) Kökləri
B) Otu
C) Çiçəkləri
D) Yarpaqları
E) Toxumları
Bitkilərdə olan hansı maddələr birincili sintez məhsullarına aiddir?
A) Zülallar, karbohidratlar, lipidlər
B) Ürək qlikozidləri, karbohidratlar, lipidlər
C) Zülallar, alkaloidlər, karbohidratlar
D) Lipidlər, zülallar, alkaloidlər
E) Karbohidratlar, lipidlər, aşı maddələri
Bitkilərdə olan hansı maddələr ikincili sintez məhsullarına aiddir?
A) Fenol birləşmələri, karbohidratlar, lipidlər
B) Lipidlər, alkaloidlər, qlikozidlər
C) Alkaloidlər, karbohidratlar, zülallar, qlikozidlər
D) Karbohidratlar, zülallar, alkaloidlər
E) Alkaloidlər, saponinlər, fenol birləşmələri
Nəyə görə adi cirə meyvələri digər bitki xammallarıdan ayrı saxlanılır?
A) tərkibində efir yağı olduğuna görə
B) "A" qrupu bitkilərinə aid olduğuna görə
C) tərkibində alkaloidlər olduğuna görə
D) tərkibində ürək qlikozidləri olduğuna görə
E) "B" qrupu bitkilərinə aid olduğuna görə
Cirənin xammalı, bitkisi və fəsiləsinin düzgün adlarını göstərin.
A) Fructus Anisi, Anisum graveolens, Apiaceae
B) Flores Anisi, Anisum vulgare, Apiaceae
C) Fructus Anisi, Anisum carvum, Apiaceae
D) Fructus Anisi, Anisum vulgare, Apiaceae
E) Flores Anisi, Anisum sativum, Apiaceae
13
14
15
16
17
Dərman bitki xammal siyahısını tamamlayın: ot, çiçək, qönçə, qoza,
meyvə, toxum, yarpaq, kök, kökümsov, kökümsov ilə köklər, kökümsov və
köklər......
A) tumurcuq, kökyumrusu
B) çiçək səbəti, meyvəyanlığı
C) hamaşmeyvə, sadə çiçək
D) çalov meyvə, meyvəyanlığı
E) asimmetrik çiçək, buynuzmeyvə
Bitkilərin tərkibində olan ilk metabolitlərə aiddir:
A) polisaxaridlər, efir yağları, alkaloidlər, flavonoidlər, antrasen törəmələri
B) polisaxaridlər, zülallar, lipidlər, fermentlər və vitaminlər
C) antrasen törəmələri, zülallar, lipidlər, saponinlər, iridoidlər
D) aşı maddələri, polisaxaridlər, flavonoidlər, efir yağları
E) alkaloidlər, saponinlər, flavonoidlər, kumarinlər
Uyğunluğu tapın:
I. Canina seksiyası
II. Cinnamomea seksiyası
1) Daur itburnusu
2) Tüklü itburnu
3) Darçın itburnusu
4) İt itburnusu
A) I-2,3; II-1,4
B) I-1,3; II-2,4
C) I-1,4 II-2,3
D) I-2,4; II-1,3
E) I-1,4; II-2,3
Hansı bitkilərin bütün hissələri xammal kimi istifadə edilir?
A) adi boymadərənin, adi qaraqınığın
B) dərman gülümbaharının, dərman gülxətmisinin
C) adi mayasarmaşığının, adi xanımotunun
D) aptek çobanyastığının, adi razyananın
E) adi quşəppəyinin, dərman acıqovuğunun
Centaurium umbellatum hansı fəsiləyə daxildir?
A) Rosaceae
B) Brassicaceae
C) Gentianaceae
D) Moraceae
E) Asteraceae