DƏNİN KEYFİYYƏTİ LABORATORİYASI
Laboratoriya müdiri: b.ü.f.d. Həsənova Qətibə Musa qızı
Həsənova Qətibə Musa qızı 1953-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində
qulluqçu ailəsində anadan olmuşdur. 1969-cu ildə Qazax şəhəri 1 №-li orta
məktəbi bitirərək, 1970-ci ildə Bakı Dövlət Unuversitetinin biologiya fakultəsinə
daxil olmuş və 1976-cı ildə həmin fakultəni bitirmişdir. 1977-ci ildə Əkinçilik
ET İnstitutunda “Dənli və dənli paxlalaı bitkilərin texnologiyası” ixtisası üzrə
əyani aspiranturaya daxil olaraq, aspirantura kursunu Ümimittifaq seleksiya və
genetika institutunda (Ukrayna, Odessa ş.) “genetika” ixtisası üzrə Akad.
A.A.Sozinovun rəhbərliyi ilə bitirdikdən sonra 1984-cü ildə bu ixtisas üzrə
“Qliadin polimorfizminin və dənin bərkliyinin payızlıq buğdaların əlamətlərinin
dəyişgənliyi ilə əlaqə” mövzusunda dissertasiya işini müdafiə edərək, biologiya
elmləri namizədi elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1972-ci ildən
Əkinçilik ET İnstitutunun “biokimya və texnologiya” laboratoriyasında laborant
vəzifəsində çalışmaqla başlayaraq həmin laboratoriyada böyük laborant, kiçik
elmi işçi, böyük və aparıcı elmi işçi, “biokimyəvi genetika” qrupunun rəhbəri və
2009-cu ildən isə “Dənin keyfiyyəti” laboratoriyasının müdiri vəzifəsində çalışır.
2015-ci ildə “Yumşaq buğda sortlarının dən keyfiyyətinin genetik əsasları və
onların seleksiyada istifadəsi” “seleksiya toxumçuluq” ixtisası üzrə aqrar elmləri
üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə
etmişdir. 1 aprel 2016-cı ildə aqrar elmləri üzrə elmlər doktoru elmi adı almışdır.
75 məqalənin müəllifi və 9 yumşaq buğda, arpa, noxud və mərci sortlarının
həmmüəllifidir.
Əlaq tel:551-61-30
Email:qqasanova53@mail.ru
Laboratoriyada çalışan elmi əməkdaşlar:
Məmmədova Sevinc Mehdi qızı - aparıcı elmi işçi, b.ü.f.d.
Məmmədova Sevinc Mehdi qızı 06.10.1965-ci ildə anadan olmuşdur. 1982-1987-ci
illərdə ADU-nin “Bioloq, biologiya və kimya müəllimi” ixtisasını bitirərək,
təyinatla Əkinçilik İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildə
“Ekoloji təmiz herbisidin təsiri ilə ali bitkilərdə fizioloji və biokomyəvi
dəyişikliklər” dissertasiya mövzusunu müdafiə edərək “Bitki fiziologiyası” ixtisası
üzrə “Biologiya” elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 41 elmi
əsərin müəllifi və 1 sortun həmmüəllifidir. Hazırda “Payızlıq bərk və yumşaq
buğdaların dünya genofondundan işçi kolleksiyasının və başlanğıc materialın
yaradılması və onların ilkin tədqiqi” və həmçinin “Dənli bitkilərin yerli və dünya
genofondunun toplanması, saxlanması, öyrənilməsi və seleksiya üçün perspektivli
nümunələrin seçilməsi istiqamətində iş aparır.”
Hüseynov Seyfulla İmaməli oğlu - aparıcı elmi işçi, b.ü.f.d.
Hüseynov Seyfulla İmaməli oğlu 20.05.1955-ci ildə anadan olmuşdur. 1972-1977-
ci illərdə BDU-nin “Kimya” fakultəsini bitrdikdən sonra təyinatla Əkinçilik
İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə “Becərmə şəraitindən və
sort xüsusiyyətlərindən asılı olaraq soya dəninin biokimyəvi xarakteristikası”
mövzusu ilə 03.00.04. “Biokimya” ixtsası üzrə dissertasiyasını müdafiə edərək
“Biologiya” elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 36 elmi
əsərin, 2 elmi tövsiyyənin müəllifi, 2 sortun isə həmmüəllifidir.Hal-hazırda “Buğda
və digər bitki genotiplərinin biotik və abiotik streslərə davamlılığının fizioloji,
biokimyəvi və molekulyar, genetik tədqiqatla yaxşılaşdırılması və seleksiyanın
seçmə metodlarının təkmilləşdirilməsi” mövzusu üzərində işləyir.
Həmmüəllifi olduğu 6 yumşaq buğda, 2 bərk buğda və bir arpa sortları hazırda
Kənd Təsərrüfati Nazirliyi yanında Bitki sortlarının qeydiyyatı və Toxum Nəzarəti
üzrə Dövlət Xidmətində sənaqdadır. Həmmüəllifi olduğu “Günəşli ” yumşaq
buğda sortu 17 aprel 2015-ci ildə rayonlaşdırılmışdır.
Hal-hazırda “müxtəlif buğda genotiplərinin stress şəraitində morfofizioloji,
biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı
şərtləndirən əlamətlərin müəyyən edilməsivə seleksiyada istifadəsi” mövusunu
aparır və “Aqroekoloji şəraitdən asılı olaraq növmüxtəlifliyi ilə fərqlənən yumşaq
buğda sortlarının dənində gedən biokimyəvi və texnoloji proseslərin tədqiqi”
mövzusu üzərində işləyir.
Əsədova Sevinc Aydın qızı- elmi işçi
Laboratoriyanın fəaliyyət istiqamətləri:
Laboratoriya 1950-ci ildən institutun strukturunda öz ilkin fəaliyyətinə “bitkilərin
biokimyası” və “kənd təsərrüfatı bitkilərində dənin texnologiyası və emalı” adları
altında başlamışdır. Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-cu il və
Əkinçilik İnstitutunun 7/s saylı 31 mart 2009-cu il tarixli əmrlərinə uyğun olaraq
laboratoriya institutun modernləşdirilməsi proqramına əsasən yeni strukturdakı
fəaliyyətinə beynəlxalq standatlar səviyyəsində aparılan tədqiqat işlərinə
başlamışdır.
1970-ci ildən başlayaraq institutun kompleks seleksiya proqramının rəhbəri
akademik Cəlal Əliyev laboratoriyanın əməkdaşlarını bu işin həyata keçirilməsinə
cəlb etmişdir. Laboratoriyanın əsas məqsəd və istiqaməti seleksiya şöbəsi ilə
kompleks şəkildə yumşaq və bərk buğdalar, arpa, qarğıdalı və ərzaq paxlalılarının
dən keyfiyyətinin fiziki, biokimyəvi, texnoloji və genetik xüsusiyyətlərini tədqiq
edərək bu bitkilər üzrə çalışan seleksiyaçılara ilkin valideyn formalarının və hibrid
populyasiyasından təsərrüfat əhəmiyyətli xətlərin seçilməsində yaxından kömək lik
göstərməkdir. Bu məqsədlə laboratoriyanın elmi işçiləri Abşeron, Cəlilabad,
Zaqatala, Tərtər, Şəki və Qobustan bölgə təcrübə stansiyalarında aparılan seleksiya
proqramlarında dənin keyfiyyət göstəricilərini analiz edərək bu işdə yaxından
iştirak edirlər.
Mövcud rəngarəng torpaq-iqlim şəraitinə malik olan respublikamızın ekoloji
plastik, yüksək məhsuldar və dən keyfiyyətinə malik sortlara olan tələbatını tam
təmin etmək üçün yumşaq və bərk buğda sortlarının yaradılmasında və fermer
təsərrüfatlarına tətbiqində biokimyəvi genetikanın, biokimya və texnologiyanın
müasir metodlarından istifadə etməklə seleksiya proqramı həyata keçirilir.
Dənin keyfiyyət göstəriciləri poligen əlamət olaraq torpaq-iqlim şəraitindən, gübrə
norması və verilmə müddətindən asılı olaraq dəyişdiyinə görə məqsədyönlü
seleksiyada bu əlamələrə görə seçmə aparılması çətinlik törədir, əksər hallarda isə
qeyri qənaətbəxş formalarin seçilməsinə yol verir. Həmçinin iqlim şəraitinin də
illərdən və bölgələrdən asılılığı düzgün aparılmamasına səbəb olur. Ona görə də
eyni materialın bir neçə il tədqiq edilməsi tələb olunur. Beləliklə, seleksiyada sort
alma prosesinin müddəti uzanır, çox vaxt isə gözlənilən nəticə alınmır.
Biokimyəvi genetikanın müasir üsulları, xüsusilə də elektroforez üsulu ilə dənli
bitkilərin ehtiyat zülallarının tədqiqi dən keyfiyyətinin genetik təbiətinin, sortların
genetik təmizliyinin öyrənilməsini və zülal markerlərinin köməyi ilə
populyasiyadan düzgün seçmə aparılmasını daha da mükəmməlləşdirdir və bu
markerlərin mühit və becərmə şəraitindən asılı olmaması sort alma müddətinin
qısalmasına kömək edir.
Laboratoriya kollektivinin yüksək keyfiyyətli sortların yaradılmasında böyük
töhfələri vardır. Belə ki, həm ilkin materialın, həm də seleksiyanım muxtəlif
mərhələlərində, yəni nəzarət və müsabiqəli sort sınağında dən keyfiyyətinə görə
materialın düzgün qiymətləndirməsində böyük zəhməti vardır. Məhz bu zəhmətin
müqabilində son dövrlərdə yüksək dən keyfiyyətinə və məhsuldarlığa malik Azəri,
Qırmızı gül, Murov 2, kimi yumşaq, Bərəkətli 95 kimi bərk buğda, Nərmin, Soltan
noxud, Arzu mərci və Zaqatala 68, yaxşılaşdırılmış Yerli Zaqatala, Zaqatala 420 və
s. qarğıdali sortları seleksiyaçılar tərəfindən yaradılmışdır.
Dövrün təlabatı yeni, ekpress, dəqiq analiz metodlarının köməyi ilə dən
keyfiyyətinin analizini tələb edir. Ona görə də kollektivin üzvləri, seleksiyanın
nəzəri əsaslarini tədqiq etməklə problem məsələlərin həlli yollarinı yəni
biotexnoloji üsulların tətbiqi sahəsinə diqqətini yönəltmiıdir. Bu yeni sort və
hibridlərin seleksiyası prosesinə işin nəticələrinin tətbiqinə yönəlmişdir. Hazırda
alınacaq yeni sortun yüksək dən keyfiyyətinin əvvəlcədən proqnozlaşdırılmasının
mükəmməlləsdirilməsi sahəsində işlər aparılır.
Əsas yerlərdən birini gen və genlər blokunun müəyyənləşdirilməsinə və onlardan
təsərrüfat əhəmiyyətli göstəricilərin markeri kimi istifadəsi tutur. Bu məqsədlə
buğdanın qliadin və qlütenin zülalları əsas tədqiqat obyektidir. Laboratoriyanın
gələcək prioritet istiqamətlərindən biri arpa və qarğıdalıda ehtiyat zülalların
elektroforeqramından bir sıra təsərrüfat əhəmiyyətli göstərıcılərin markeri kimi
istifadəsidir.
Son dövrlərdə institutun modernləşdirilməsi proqramının həyata keçirilməsi
nəticəsində əldə olunan müasir tipli avadanliqlar texnoloji keyfiyyət analizlərinin
çeşidlərinin artırılmasına imkan yaratdığından qarğıdalı, arpa və ərzaq
paxlalılarının geniş tədqiqi həyata keçiriləcək. Eyni zamanda yumşaq buğdalarda
un çıxımı və çörək bişirmənin kompleks göstəricilərini, bərk buğdalarda makaron
və yarma keyfiyyətləri öyrəniləcəkdir. Dənin keyfiyyəti laboratoriyası bu üsulları
tətbiq etməklə təkcə institutun seleksiya materiallarıni deyil həmşinin instituta
fermer təsərrüfatlarından daxil olan sort və nümunələri də qiymətləndirir və bu
istiqamətdə işlərin genişləndirilməsi sahəsində intensiv işlər aparır.
Laboratoriya cihazları
Aparatların adı
və markası
İstehsal
çı ölkə
Funksiyası
Şəkil
Elektroforez EM
cihazı EV 202
Kanada
DNT-nin ardıcılılığını təyin
edir.
Qaynar buxar
cihazı
Gemmyco YCW-
012S
Tayvan
Qarışdırıcı, isidici su hamamı
Termostat
Tayvan
İstiliklə sterilize ve qurutma
Dəyirman
Rusiya
Kleykovina və zülal miqdarını
təyin etmək üçün şrotun
alınmasında istifadə olunur.
Soba Arianna TM
İtaliya
Sınaq çörəkbişirmək üçün
istifadə olunur.
Dəyirman LS-S11-
ZB
Almani
ya
Çörəkbişirmə xəmirin reoloji
xüsusiyyətlərinin təyin etmək
üçün 70% un çıxımını təmin
edir.
Dəyirman
GXH81BA
ABŞ
Mərci və arpanın qabığını
çıxarmaq üçün istifadə olunur.
Dəyirman HM 210
Türkiyə
Şrot üçün istifadə olunur.
Soba Arianna
İtaliya
Çörək bişirmə və xəmir
qıcqırtmaq üçün istifadə olunur.
Kleykovina yuyan
GW 2200
Türkiyə
Xəmirdə kleykovinanın
miqdarını təyin etmək üçün
istifadə olunur.
Dən analizatoru
GAC 2100
ABŞ
Dənin nəmliyini və natura
çəkisini təyin etmək üçün
istifadə olunur.
Dən analizatoru,
1241
Canada
Dəndə nəmliyi və zülal
miqdarını təyin edir.
Brabender,
Farinoqraf E
827504
Almani
ya
Unun su udma qabiliyyətin və
dənin bərkliyini təyin edir.
Hissəciklərin
çökməsi 5200
Türkiyə
α-amilazanın aktivliyini təyin
edir.
Şeyker
(çalxalayıcı)
Erkaya
Türkiyə
Sedimentasiya analizi üçün
çalxalayıcı cıhaz
Xəmir qarışdıran
Domino
Italiya
Xəmir qarışdırmaq üçün
istifadə olunur.
Kjeltec
Tm
FOSS
8200
Almani
ya
Keyeldal üsulu ilə azotun təyini
cihazı
Makaron
pressləyici və
makoran qurutma
Arianna
Italiya Press və quruducu cihaz
Dostları ilə paylaş: |