289
Dostumla keçirdiyim günlərə dair xatirimdə
qalanlardan bəzi məqamların oxucular üçün maraqlı
olacağına inanaraq bir daha xatırlatmaq istəyirəm:
Bir dəfə Firidunla bulvarda – Dəniz sahilində
gəzərkən, (o zamanlar bulvarda gəzmək çox dəbdə
idi: bütün ziyalıların görüş yeri sayılan parkda
müxtəlif adamlarla görüşür, çayxanada oturub şeir-
sənət barədə gözəl və şirin söhbətlər edərdik. –
C.Abdullayev). Firidun zarafatla dedi: – Cəlal, yazıq
olduq. Bu saat şairlər ordusu bizi mühasirəyə alacaq,
gəl yavaş-yavaş buradan uzaqlaşaq. Biz yolumuzu
kukla teatrının yanındakı yeraltı keçiddən salaraq,
köhnə univermağın yanından ötüb, indiki Fəvvarələr
parkına yaxınlaşarkən Firidun mənalı-mənalı gülərək
dedi ki, aya, bir kirmişcə arxaya bax, birdən şairlər
dalımızca bura da gələrlər. Dedim arxayın ol, elə
burada da biz bir dəstə şairlə görüşəcəyik. Elə bunu
demişdim ki, doğrudan da, bir dəstə şair peyda oldu.
Hamısı da bizlə çox mehriban görüşdülər, hərəsi
özünü təriflədi. Onlar Firidunu çox istəyirdilər, elə bil
ki, ondan nə isə gülməli, ağıllı bir söz eşitmək
istəyirdilər. Həmin sözü Firidun heç fikirləşmədən
tapdı: – Aya, bir xalqın nə qədər şairi olarmış, ay
allah! Hərəsi də üç qəpiklik bir şeir kitabı
buraxdıracaq (o zaman gənc şairlərin komsomolun
Mərkəzi komitəsinin xətti ilə balaca kitabçaları
buraxılırdı, qiyməti də, doğrudan da üç qəpik idi. –
C.A.), döşlərinə döyərək nə Füzulini, nə Vaqifi, nə də
Vurğunu bəyənmirlər. Firidun haqlı idi: həmin
şairlərdən biri demişdi ki, Səməd Vurğunun əla
şeirləri bir-iki dənədən artıq ola bilməz. Firidun
290
demişdi ki, bəs səninkilər? O cavab vermişdi ki,
mənimkilərin hamısı əladır.
Bir dəfə «Azərbaycan» kinoteatrının, (Natəvan
heykəli) yanındakı bir kitab mağazasına girərək,
satıcıdan soruşdu ki, çox xahiş edirəm mənə Fətəli
Sahibin çoxcildliyinin III cildini tapasınız. Satıcı
kitabın və müəllifin adını yazıb götürdü və hökmən o
kitabı tapacağına qəti söz də verdi. Sonra məlum oldu
ki, Fətəli Sahibin o zaman vur-tut bir-iki şeir kitabçası
çıxıbmış. Və şair həmin kitab mağazasına gələndə bu
əhvalatı ona danışmışlar. Şair o saat bilmişdi ki, bu,
olsa-olsa Firidunun haqq-hesabıdır. Və gülə-gülə
demişdi ki, a qızım, o səni də dolayıb, məni də.
Hardadır məndə o bəxt ki, çoxcildliyim çıxa. Bu indi
prezident təqaüdünə layiq görülmüş, hazırda da
yaşayıb-yaradan şair dostumuz Fətəli Sahibdir.
Bir dəfə də mən, Firidun və dostlarımızdan biri
gəzə-gəzə gəlib kitab pasajına çıxdıq. Bəzi kitablar
aldıq və Vətən kinoteatrına tərəf yolumuza davam
etdik, xeyli getmişdik ki, birdən Firidun qolunda saata
baxaraq dedi ki, baax, yubanıram, Lalə ilə (nişanlısı –
C.A.) görüşüm var, məni bağışlayın, ora getməliyəm.
Elə bu zaman yanımızdakı həmin dostumuz çox
böyük təəssüf hissi ilə zarafatyana dedi: – Eh, səni də
bizim əlimizdən Lalə xanım aldı. Son zamanlar heç
bizlə əməlli-başlı yoldaşlıq da eləmirsən. Bizdən beş-
altı addım ancaq uzaqlaşan Firidun bizə tərəf dönərək
ekspromtom dedi: – Ey xanə-xərab, belə çıxır ki,
sənin planında deyəsən, heç evlənmək, ailə qurmaq
məsələlərinə dair heç bir punkt və ya maddə belə
yoxdur. Hamımız gülüşdük. Firidunun sinəsi ləl-
291
cəvahirat xəzinəsi idi, şeirlər, beytlər, işıq üzü
görməmiş deyimlər, aforizmlər, lətifələr onun
qiymətsiz sərvəti idi.
Firidunun həm də güclü müşahidə qabiliyyəti var
idi: o, böyük adamların danışığını olduqca məharətlə
təqlid edirdi. Çox qəribə idi, onların sintaksisi, cümlə
quruluşu,
sözlərin
inversiyası,
yerləşməsi,
sıralanması, növbələşməsi onun ifadəsində necə də
gözəl səslənirdi. Belə adamlardan ikisi mənim indi də
xatirimdədir. Onlardan biri filologiya elmləri doktoru,
prof.Əkrəm Cəfər, digəri isə BDU-nun dosenti,
hamımızın sevimli dostumuz Kamil Mirbağırov idi.
Bunların hər ikisi klassik şeirimizin, Füzulinin ən
sədaqətli, fanatikcəsinə pərəstişkarları idilər. Bir halda
ki, söhbət onlardan düşdü, mənə elə gəlir ki, onların
Firidunla maraqlı sözlərindən bir necəsini burada
xatırlamaq
yerinə
düşərdi.
Xüsusilə,
Kamil
Mirbağırovla bir kafedrada işlədiyimizə görə, daha
maraqlı epizodlar xatırlaya bilərik:
Bir dəfə kafedrada dissertantlardan birinin elmi
əsəri müzakirə olunarkən onu oxuyan və çıxış edən
K.Mirbağırov demişdi:
–Tədqiqatçı əsərin filan səhifəsində yanlış
olaraq Azərbaycanı yarımmüstəmləkə ölkə hesab edir.
–Alə, nöş yarımmüstəmləkə, hələ müstəmləkədir də?!
Elə bu zaman mən, Firidun, Təhsin və
kafedranın digər üzvləri gülməyə başladıq, bu ki,
siyasi səhv etdi. Bunu eşidən Kamil müəllim öz
ləhcəsi ilə dedi:
–Alə, inqilaba qədər! Alə, inqilaba qədər!
292
Xatirimdə qalan əhvalatlardan biri də belədir:
anam bizə gəlmişdi: Firidun da bir dost və qonşu kimi
anamla görüşmək üçün yoldaşı ilə bizə qalxdı. Firidun
3-cü, biz isə 4-cü mərtəbədə olurduq.
Firidun anamla hal-əhvaldan sonra yenə növbəti
zarafatlarına başladı və mənə tez-tez Cəlal yox,
«Şeyx» deyə müraciət etməyə başladı. Onun
söhbətlərinə maraq və diqqətlə qulaq asan anam
ondan soruşdu: Qurban olum, Firidun (anam onun
adını iki «d » ilə ifadə edirdi -C.A.), sən ona niyə
Şeyx deyirsən? Firidun elə bu suala bənd imiş kimi
başladı özündən bəzi şeylər uydurmağa: Bəs de-
məzsənmi sovet hökuməti bizə həm də dini rütbə
verir, sənin oğlun da məhz «Şeyx» rütbəsinə layiq
görülmüşdür. Bu söhbət anamın çox xoşuna gəlmiş və
kəndə qayıdandan sonra, guya mənim «Şıx», yəni
Şeyx olduğumu fəxrlə qonşulara dönə-dönə danışar-
mış.
Firidun son dərəcədə həyatdan, dünyadan razı
adam idi: işi lap çətinə düşsə belə, ondan bədbinləş-
məz, küskünləşməzdi. Əksinə, özünü elə aparırdı ki,
guya zərrə qədər də onu ürəyinə salmır.
İş elə gətirmişdi ki, hər ikimizin doktorluq
dissertasiyasının
təsdiqi
Moskvada
AAK-da
yubadılırdı. Düzünü deyim ki, bu, məni çox incidir,
çox narahat edirdi. Və Firidunla rastlaşanda onun üz-
gözündən heç bir təlaş, heç bir nigarançılıq hiss etmir-
dim. Əksinə, hər dəfə bu məsələdən söhbət salarkən
eşitdiyim yalnız bu sözlər olurdu: Sən nə qoyub, nə
axtarırsan? Cəhənnəmə ki təsdiq etməsinlər, lazım
gələrsə, birini də yazarıq, kefini pozma. Bu, onun
Dostları ilə paylaş: |