www.vivo-book.com
22
oğlanın qətiyyətli, cəsarətli üzünə baxıb başa düşdü ki,
“qəşəng” sözü azdır.
Qız oğlanın baxdığını görüb, yenə baxışlarını aşağı
dikərək fikrindən keçirtdi: “Deməli, o gözəldir”. Sir-sifətcə
qəşəng olan bütün kişiləri gözəl sayırdılar, ancaq bu sözdən
də onun xoşu gəlmirdi. Lakin hər nə deyirsiniz deyin, ona
baxanda adamın ürəyi açılırdı. Cenevyeva bir şey hiss etdi
ki, ona tərəf baxmaya bilmir.
Bəs Co nə kimi hallar keçirirdi? O ömründə bu piştaxta
dalındakı kimi gözəl qız görməmişdi. Təbiət qanunlarından
Cenevyevadan yaxşı baş çıxaran Co, yer üzündə qadınların
niyə lazım olduqları sualına fikirləşmədən cavab tapardı,
ancaq oğlana görə, ictimai mühitdə onların heç bir rolu yox
idi. Cenevyeva kişilər barədə düşünmədiyi kimi, o da
qadınlar barədə düşünmürdü. Ancaq o indi onlardan biri
haqqında fikirləşirdi, bu qadın da Cenevyeva idi. Oğlanın
ağlına da gəlməzdi ki, qadın belə gözəl ola bilər; o heyran-
heyran Cenevyevaya tamaşa edirdi, ancaq onların baxışları
rastlaşanda halı özündə olmurdu, istəyirdi ki, üzünü yana
www.vivo-book.com
23
tutsun, ancaq qız özü bircə anın içində baxışlarını aşağı
dikirdi.
Qız, nəhayət ki, kirpiklərini tələsmədən qaldırıb düz
onun gözünün içinə baxanda, oğlan davam gətirməyib başını
aşağı saldı, yanaqlarını xəcalət təri basdı, qızardı.
Cenevyeva bir qədər özündə-sözündə olmasa da öz
ürəyindən keçənləri heç cürə büruzə vermədi. Düzdür, qızın
qəlbində yeni, əvvəllər ona tanış olmayan hisslər baş
qaldırırdı, ancaq zahirən o həmişəki sakitliyini qoruyub
saxlayırdı. Co isə, əksinə özünü itirmişdi, sıxılırdı.
Nə oğlan, nə də qız məhəbbətin nə olduğunu dərk
etmirdilər, ancaq bir-birinə tamaşa etməkdən özlərini
saxlaya bilmirdilər. İkisi də pərt və həyəcanlı idi, ancaq nə
isə onları, birləşməyə səy edən iki kimyəvi element kimi bir-
birinə cəzb edirdi. Co əlində dondurma stəkanı yerində xeyli
oturub qaldı, əlindəki qaşığı oynadırdı, rəngi qızarırdı,
bozarırdı, çıxıb gedə bilmirdi, qız baxışlarını utancaqlıqla
aşağı dikib elə yavaşcadan danışırdı ki, oğlanı lap əfsunladı.
Ancaq dondurma stəkanı ilə nə qədər oturub qalmaq
olar, o özü üçün yenə dondurma istəməyə çəkinirdi. Oğlan
www.vivo-book.com
24
durub getdi, lunatik adamlar kimi ətrafında heç kəsi
görməyərək küçələrdə addımladı, qız isə xəyal aləmində
üzərək dükanda qaldı. Cenevyeva bütün günü axşamadək
xəyal aləminə daldı, başa düşdü ki, vurulub. Coyun
vəziyyəti başqa cür idi. Oğlan təkcə bir şey bilirdi ki, qızı bir
də görmək istəyir, ona tamaşa etmək istəyirdi. Co başqa heç
bir şey barədə fikirləşə bilmirdi, bu əslində heç fikir də
deyildi, qeyri-müəyyən, dərk etmədiyi arzu idi.
Ancaq Co bu arzusunun qarşısını ala bilmirdi. Gecə-
gündüz bu arzu onu əldən salırdı, balaca qənnadı dükanı
piştaxtası dalındakı qız bütün vaxtı onun gözü qarşısında idi.
Oğlan çalışırdı ki, bu xəyalı özündən uzaqlaşdırsın. Co bir
də qənnadı dükanına getməyə həm qorxurdu, həm də
utanırdı. O öz-özünü aldadır, özünə bir şeylə təsəlli verirdi
ki, qadın düşkünü deyil. O bu sözləri özünə bir dəfə, iki dəfə
yox, on dəfələrlə təkrar edirdi, ancaq hər şey əbəs idi, beş
gün ötmədi ki, o axşamçağı işdən sonra yenə Silverstaynın
qənnadı dükanına baş çəkdi. Oğlan çalışdı ki, içəri sakitcə
keçsin, özünü sərbəst aparsın, ancaq gördü ki, ayaqları onun
sözünə qulaq asmır, o ancaq iradəsini ələ alaraq, ayağını
www.vivo-book.com
25
kandardan içəri qoydu. İlk dəfəki gəlişindən daha artıq
utanırdı, pərt idi. Cenevyevanın nəbzi şiddətlə döyünsə də, o
əksinə, həmişəki kimi sakit görünürdü. Coyun dili sanki
tutulmuşdu, o ancaq güclə “Xahiş edirəm, sodalı su ilə
dondurma verin” deyə bildi. Oğlan tələsərək saata tez-tez
baxırdı, öz dondurma payını ala-yarımçıq udub, qaçmağa üz
qoydu.
Cenevyeva pərtlikdən az qala ağlayacaqdı. Dörd gün
yol gözləməyinin bu da nəticəsi. Qız artıq bilirdi ki, onu
sevib. O, əlbəttə, qəşəng oğlandır, lap qəşəngdir. O burda bir
qədər də otura bilməzdi məgər? Co isə tinə çatmamış, yenə
qızın yanına qayıtmaq istədi. Oğlan onu bir də görmək
istədi. O, əvvəlcə vurulub-vurulmadığı barədə fikirləşmirdi
də. Sevməkmi? Qızla oğlan gəzəndə olur. Bəs o necə... Bu
vaxt Cenevyevanı görmək arzusu onu başa saldı ki, elə buna
nail olmaq lazımdır. Oğlan qızın yanında olmaq, ona tamaşa
etmək istəyir, bunu da ən yaxşısı ikilikdə gəzəndə etmək
olar. Demə, cavanlar ona görə cüt-cüt gəzirlər. Şənbə
gününə az qaldıqca oğlan bu fikrə daha çox düşürdü.
Əvvəllər o elə bilirdi ki, belə gəzintilər ancaq şərti məna
www.vivo-book.com
26
daşıyır, nikahdan əvvəlki mərasim kimi bir şeydir. İndi o
özü bu adətin dərin mənasını dərk etdi, özü də buna əməl
etməyə çalışdı, deməli, o da vurulub. Beləliklə, onların ikisi
də bir nəticəyə gəldi, bu da onunla qurtardı ki və qurtara
bilərdi ki, Cenevyeva Coyun müşayiəti ilə bütün məhəlləni
mat qoyaraq gəzməyə çıxdı.
Onların ikisi də qaradinməz idi, ona görə də onların bir-
birinə yaxınlaşması yavaş-yavaş oldu. Oğlanın ona
pərəstişkarlıqla yanaşmasına qız ehtiyatla yanaşırdı, təkcə
gözləri məhəbbətlə işıq saçırdı. Qız əgər bilsəydi ki, bu
parıltı onun hisslərini hər cürə danışıqdan yaxşı büruzə verir,
ələ verir, bu parıltıdan utanıb onu söndürərdi. Onlar bir-
birinə “əzizim”, “sevgilim” deyə müraciət etməkdə
tələsmədilər, sonralar da Co ilə Cenevyeva, başqa
sevgililərdən fərqli olaraq bir-birinə məhəbbətlərini tez-tez
etiraf etmirdilər. Onlar uzun müddət axşamlar şəhər bağında
gəzməklə, ya da skamyada oturmaqla kifayətlənirdilər.
Oğlanla qız az danışırdılar, elə olurdu ki, saatlarla ağızlarını
açıb bir söz demirdilər, təkcə bir-birinin gözünün içinə
baxırdılar, bu vaxt nə qorxu, nə həyəcan keçirirdilər, çünki
Dostları ilə paylaş: |