54 | Kitab və mütaliə haqqında
Sənin bir gecədə oxuduğun kitabı yazmaq üçün
mən illərlə vaxt sərf edib saçlarımı ağartmışam.
Tomas Qonzaqa
Kitablar sayəsində yaşadım.
Maksim Qorki
Kitab insanların aynasıdır.
Tomas Haksley
Oxuduğum kitablardan ən çox bəyəndiyimi
soruşsanız “anamdır” deyərdim.
Avraam Linkoln
İdrak xəzinəsi | 55
Hökumətsiz yaşaya bilərsiniz,
amma kitabsız əsla...
Avraam Linkoln
Kitabın unutdurmayacağı dərd yoxdur.
Monteskyö
Dəyərli kitab, oxucusuna hörmət
edən kitabdır.
Corc Naqler
Anamız olmasaydı bədənimiz, kitab olmasaydı
ruhumuz inkişaf etməzdi.
Culius Plüker
56 | Kitab və mütaliə haqqında
Yaxşı kitab, yaxşı dost kimidir.
Fransua Ponsar
İyirminci əsrin inkişafının təməli kitabdır.
Franklin Ruzvelt
Kitab bizi əsil gerçəkliyə aparan
ölməz alimdir.
Franklin Ruzvelt
Sanki kitablar insanlara təsəlli
vermək üçün yaranıblar.
Avqust Senoa
İdrak xəzinəsi | 57
Şeytanın işinə yarasaydı bütün dini
kitabları oxuyardı.
Uilyam Şekspir
İnsanı dar gündə qoymayan yeganə
dost kitabdır.
Samuel Smils
Kitab-insanların düşüncələrini birləşdirən
mənəvi bağdır.
Samuel Smils
Kitab hirslənməyən müəllimə bənzər.
İngilis atalar sözü
58 | Kitab və mütaliə haqqında
Kitab bilik xəzinəsinə bənzər, içinə
daxil olun.
Samuel Smils
Dəyərli kitablar əbədi yaşamaq üçün doğulur.
Samuel Smils
Kitab düşüncədən sonra ən yaxın dostdur.
Corc Stal
Kitab sahibi olmaq gözəl, bilik sahibi olmaqsa
ondan da gözəldir.
Çin atalar sözü
İdrak xəzinəsi | 59
Kitab cəmiyyətin dəyəridir.
Volter
Pis kitab oğru kimidir: vaxtınızı oğurlayar.
İtalyan atalar sözü
Boş vaxtınızı doldurmaq üçün deyil, öyrənmək
üçün mütaliə edin.
Aristotel
Mütaliə insana yaxşı danışma və anlama
bacarığı verir.
Frensis Bekon
60 | Kitab və mütaliə haqqında
Mütaliə insanları pis əməllərdən qoruyur.
Rene Dekart
Böyük həvəslə mütaliə etməklə, yorğunluğu
çıxartmaq üçün mütaliə etməyin fərqi çoxdur.
Çarlz Dikkens
Oxuyacağınız kitabı, dostunuzu
seçdiyiniz kimi seçin.
Corc Dillon
Bir gün kitab oxumasam ağlımı itirərəm.
II Fridrix
İdrak xəzinəsi | 61
Əlinizə keçən hər kitabı oxumağın
faydası yoxdur.
Çarlz Marden
Kitab əxlaqi qida mənbəyidir.
Culius Plüker
İki cür oxucu var: biri öyrənmək üçün oxuyar,
digəri unutmaq üçün.
Frensis Merion
Oxuyub əməl etməmək, tarlanı şumlayıb
toxum səpməməyə bənzər.
Cerald Messey
62 | Kitab və mütaliə haqqında
Mütaliə etmək-kədərli və sıxıntılı anları
zövq və ləzzətə çeviməkdir.
Alan Milne
Təcrübə ilə iyirmi ildə öyrənəcəyimizi, kitab
oxumaqla bir ilə öyrənə bilərik.
Uilyam Porter
Bir cəmiyyətin mədəniyyətini və sənətini
anlamaq üçün həmin toplumun kitablarını
oxumalıyıq.
Samuel Smils
Dostları ilə paylaş: |