20
karyera quran adamların əksəriyyəti simasız, tamahkar, yaltaq insanlar idi.
Amma partiya onları ideal insanlar kimi göstərməyi tələb edirdi. Bu tipik müs
bət qəhrəman –
əmək adamı idi. Ədəbiyyatda ya radılmış bu qəhrəman şəxsi
mənafe və maraq hissindən məhrum, istehsalatda çalışan fəhlə idi. Hətta bu fəh
lənin belə heç bir şəxsi qüsuru ola bilməzdi. Əslində, müsbət qəhrəman kon
sep siyası sosialist realizmində cəmiyyəti müsbət planda təqdim etmək üsulu idi.
Buna isə sovet ədəbiyyatının
təsdiq pafosu adı ve ril mişdi.
Lakin sosialist realizmi ədəbiyyatının içində milli əqidəli, istedadlı, vicdanlı
yazıçılar da olmuşdular. Məhz onlar – C.Cabbarlı, S.Vurğun, M.İbrahimov,
İ.Əfəndiyev, B.Vahabzadə kimi ya zıcılar sovet dövrü Azərbaycan ədəbiyya
tında milli bir ədəbiyyat xətti yarada və qoruya bil mişdilər. Ona görə sosialist
realizmi ədəbiyyatının içində həqiqi bir milli ədəbiyyat yaran dığını da inkar
etmək doğru deyildir.
Bütün bu deyilənlərdən bir nəticə çıxarmaq olar: ictimaiyyət arasında ideya
mənəvi, e s tetik və əxlaqi tərbiyə işini, mədəni dəyərlərin tətbiqi sistemini tən
zim ləmədən, başqa sosial, siyasi, iqtisadi sahələrdə mütərəqqi nəticələrə nail
olmaq çətinləşər.
21
II HİSSƏ
ETİKA ELMİNİN MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
1. Etika elminin predmeti
Etika – fəlsəfi elmlər
sistemində mühüm yer tutan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adətənənələr, qaydalar, qadağalar
və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni
məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəv
vürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında
getdikcə dəyişirdi. Beləliklə, həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəv
vürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.
İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da,
qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız “fəlsəfənin kandarına”
çatmaqda idi. Bununla belə, sinkre tik (bölünməmiş)
mifoloji dünyagörüş dünya
haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi
dün yagörüşün sələfi oldu. Mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini,
elmi, fəlsəfi, əxlaqi, estetik və s. görüşlərini vəhdətdə əks etdirirdi.
Tam fəlsəfi dünyagörüş isə məhz antik quldarlıq dövründə formalaşdı. Qədim
Hindistan və Çində əsası qoyulmuş müxtəlif fəlsəfi sistemlər məhz antik dövrdə
sürətlə inkişaf etməyə başladı.
Dünyanın necə yaranması, insanın ölümü, həyatı və s. kimi suallar insanları
hələ qədim dövrdən maraqlandırsa da, o zaman onlar bu problemlərə sırf
mifoloji aspektdən yanaşır, bunları fəlsəfi cəhətdən nə
ümumiləşdirə, nə də dərk edə bilirdilər. I minilliyin
ortalarında (e.ə. VII əsrdə) Hindistanda, Çində fəlsəfi
məktəblər yarandı və tezliklə bu dalğa antik dövrü
bürüdü. Müxtəlif fəlsəfi suallarla dolu olan “Avesta”
da məhz bu zaman meydana gəldi. Beləliklə, fəlsə fə
nin əsas məsələsinin iki tərəfini təşkil edən – “dünya
nədən yaranıb” və “dünyanı dərk etmək mümkün
dürmü” sualları konkretləşərək fəlsəfi dünyagörüşün
təməlini qoydu.
Antik dövrün ilk fəlsəfi məktəbi olan Milet mək
tə binin nümayəndələri – Fales, Anak si mandr, Anak
simen (e.ə. VII əsr), sonrakı dövrdə pifaqorçular
(e.ə. VI əsr), daha sonra Heraklit, Demokrit, Empedokl və b. əsasən obyektsub
yekt (yəni dünyainsan) münasibətləri ilə məşğul olur, dünyada baş verən bütün
Demokrit
22
hadisələri kosmosla əlaqələndirirdilər. Bugünkü mənasından daha geniş olan
antik “kosmos” anlayışına kosmosla yanaşı, təbiət, hətta insanda aid idi. Yalnız
təbiəti təhlil etməklə məşğul olan filosoflar üçün kosmos ön, insan isə arxa
planda idi. Dünyaya bu cür yanaşma sonradan “kosmologizm” adlandırıldı və
bu hal e.ə. V əsrədək davam etdi.
Dünyanın mahiyyətini anlamağa çalışan filosoflar fəlsəfənin ənənəvi prob
lemləri olan “dünya necə yaranıb”, “dünyanı dərk etmək mümkündürmü”, “dün
yanı dərk etmək yolları hansılardır” və s. suallarla yanaşı, “insanın dünyada
mövqeyi”, “insanın həyatı”, “cəmiyyətdə fəaliyyəti”, “ictimai mahiyyəti”, “birgə
yaşayış normaları” kimi həyati əhəmiyyətli digər məsə lələrə də cavab axtar mağa
başladılar. Artıq filosoflar yalnız obyektsubyekt (təbiətinsan) müna sibətləri ilə
deyil, həm də subyektsubyekt (insaninsan) münasibətləri ilə də maraqlanır
dılar. Bu problemin sürətli inkişafı e.ə. V əsrdən, Sokratın dövründən başladı.
“Kosmologizm” (dünya əhəmiyyətli problemləri kosmosa istinadən izah etməyə
çalışmaq) “antropologizm”lə (antro pologiya – insan haqqında elmdir, bu nəzə
riyyəyə görə, artıq kosmos arxa plana, insan ön plana keçir) əvəz edildi. “Əxlaq
nəzəriyyəsi” haqqında təlim yaradan Sokratın fikrincə, idrakın əsas məqsədi
özünüdərketmə idi. Bu alimin “özözünü dərk et, onda insanları və allahları da
dərk edərsən” ifadəsi həmin dövrdə çox məşhurlaşmışdı. Beləliklə, insan, onun
taleyi, həyatdakı
möv qeyi, idrakı, özünü dərketməsi fəlsəfədə mühüm yer tutdu.
İnsanlar arasında müxtəlif ictimai münasibətlərin formalaşması, məsələn,
xeyirxahlıq, qarşılıqlı hörmət, əməyə tələbat, bəşəriyyətə xidmət etmək istəyi,
dərin və incə hislər və s. sosial münasibətlər sistemində mühüm yer tutan və
əxlaqi münasibətləri öyrənən “Etika”nın da fəlsəfənin tərkibinə daxil olan digər
elmlər kimi inkişaf edərək müstəqil elmə çevrilməsinə səbəb oldu. Fəlsəfi dünya
görüşə daxil olan, yəni dünyanı fəlsəfi cəhətdən dərketmə vasitəsi olan təbiət
elmləri, məsələn, riyaziyyat, zoologiya və s. inkişaf edib fəlsəfədən ayrıldıqdan
və müstəqillik əldə etdikdən sonra daha fəlsəfi elm sayılmadığı halda, etika,
estetika, dinşünaslıq və s. kimi ictimai elmlər fəlsəfədən ayrıldıqdan sonra da
fəlsəfi elm olaraq qalırdı. Çünki bu ayrılma həmin elmlərin fəlsəfi xarakter
daşımasına mane olmurdu. Onların birbiri və fəlsəfə ilə həm dün yagörüş, həm
də mifoloji bağlılığı əvvəlki kimi mövcud olaraq qalır.
Əxlaq haqqında elm olan “Etika” fəlsəfənin insan həyatının praktik məsə lə
ləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyə əxlaqi münasibət lə
rinin qanunauyğunluqlarını, cəmiy yətin əxlaqi şüurunun strukturunu, insanların
əxlaqi təcrübəsini, əxlaqi görüşlərini, insan əməl lərinin məqsədini, insanın
rəftarını idarə edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv
meyarını aydınlaşdırır. Etika “insanın davranışı necə olmalıdır”, “insan hansı
mənəvi keyfiyyətə malik olmalıdır”, “hansı normaları rəhbər tutmalıdır” kimi
suallara cavab verməyə çalışır.