33
ciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana təbiət
tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır. Bütün
əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dost
luq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və
s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel
onların tərbiyə olunmasına xüsusi fikir verirdi. Özü də yalnız uşaqlar deyil,
bütün vətəndaşlar, hətta insanın emosional qavrama qabiliy yəti və hisləri də
tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara
münasibət zamanı fəzilətə çevrilir.
Fəlsəfədə
olduğu kimi, Roma etik fikri də yunan mədəniyyətinin təsiri altın
da olduğunu büruzə verir. Əgər ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə.
IIIII əsrlərdə bilindisə, fəlsəfənin inkişafına e.ə. 155ci ildə Romada açılmış
Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiya
nın başçısı skeptik Karnead və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filo
sofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq etikada stoisizmə
meyil edirdi. Parlaq üsluba malik olmasına
baxmayaraq, etikası heç bir orijinal
lığı ilə fərqlənmədiyi üçün Siseronun etik baxışları əks olunmuş əsərlərinin yal
nız adlarını çəkməklə kifayətlənirik: “Tuskulan söhbətləri”, “Ali nemət və şər
haqqında”, “Borc haqqında”.
Epikurun davamçısı Lukretsi Kar (e.ə. 19944) “Şeylərin təbiəti haqqında”
poemasında Epikurun etika və naturfəlsəfəsinə yenidən qayıdır.
Ən varlı romalı olan Seneka (e.ə. 4 – e.65) siyasi xadim, yazıçı, filosof
moralist (əxlaqa aid əsərlər yazan yazıçı) idi. İlk növbədə əxlaq müəllimi kimi
tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində “Qəzəb haqqında”,
“Mərhəmət haqqında”, “Xoşbəxt həyat haqqında” və s. traktatları, həmçinin
“Lusiliyə məktubları” vardır ki, bunlarda da müəllifin etik təlimi daha çox
özünü büruzə verir.
Antoninlər sülaləsinin imperatoru, Roma stoisizminin son nümayəndəsi
Mark Avreli əxlaq müəllimi olmağa çalışmasa da, filosofluq edərək qısa qeyd
lər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü görmüşdü. “Özümə
qarşı düşüncələr” adlı gündəliyində müəllif həyat, onun yaranması, insanın
mövqeyi barədə fikirlər yürüdürdü.
Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki,
insanın fəa liy yətinin məqsədi xeyir və mənfəət əldə etmək, həzz almaq və
xoşbəxtliyə çatmaqdır, lakin bu nun la belə, insan öz kefinin əsiri olmamalıdır,
hər şeydə ölçü gözləməlidir.
34
4. Orta əsrlərdə və yeni dövrdə etik fikir
Orta əsrlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik
fikir dini ideologiya çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində
Şərqin mistiklərindən başla yan dinietik təlimlərin və xristianlığın ideya
mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Mə sələn, İskəndəriyyəli Filon
(təxm. e.ə. 25 – təxm. e.ə. 40) İncili və yunan mifologiyasını şərh edərək dini
etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa, bir gün yaşayan insan
artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid
etməkdir. Dinə tabe edilən əxlaq teoloji xarakter daşıyırdı. İlk yarandığı vaxt
larda xristian əxlaqı, əsasən, demokratik və proqressiv idi. Xristian etikasının
ən böyük nailiyyətlərindən biri bütün insanların Allah qar şısında bərabər
olması ideyasının tərənnümü oldu. Dini əxlaqın ali prinsiplərinə adam öldür
məyin və əxlaqsızlığın qadağan olunması da daxil idi. Lakin əfsuslar olsun ki,
özlərini xristian adlan dıranlar əksər hallarda nəinki buna əməl etmirdilər, hətta
bunun əksini edirdilər. Məsələn, səlib yürüşlərində, inkvizisiya tonqallarında nə
qədər adam həlak olmuşdu. Vatikan ilahiyyatçıları Hit ler və Mussolininin
ənənələrinə xeyirdua verirdilər.
Yeni dövrün qabaqcıl mütəfəkkirləri antik dövrün mütərəqqi ənənələrini
davam etdirərək diniasketik ideyalara qarşı çıxır, insanların xoşbəxt olmaq
hüquqlarını və bərabərliyini təbliğ edirdilər. Onların fikrincə, əxlaq müstəqil
sahə olmalı, dindən asılı vəziyyətə düşməməlidir. İn san lar mənəvi zənginliyə
kilsənin köməyi olmadan da çata bilərlər. Əxlaq kilsə boyundu ruğun dan xilas
olmalıdır. Etika ilahiyyatdan ayrılıb fəlsəfənin müstəqil sahəsinə
çevrilməlidir. Belə istiqamət götürənlər içərisində italyan Cordano Bruno
(15481600), fransız Rene Dekart (15961650),
holland Benedikt Spinoza (16321677), ingilislər
– Tomas Hobbs (15881679), Con Lokk (1632
1704) və başqaları var idi. Spinoza hətta “Etika”
adlı kitab da yazmışdı. XVIII əsrin Avropa
maarifçiləri, o cümlədən fransız materialist filosof
ları da, məsələn, D.Didro, (17131784), J.O.La
metri (17091751), K.A.Helvetsi (17151771),
P.A.Holbax (17231789) etik fikir tarixində özünə
məxsus iz buraxmışlar. Onlar əxlaq məsə lələrini
elmi sə viyyəyə qaldıraraq insanın davranışını
onun təbii halı ilə əla qə ləndi rirdilərsə, alman klas
sik fəlsəfəsinin nümayəndələri olan İ.Kant (1724
1804) və G.Hegel (17701831) etikanı həyatdan
İ.Kant