-
Ey Həbib, ürəyindən qara qan axır. Yaxın çadırdakı qızının dərdi səni
yaşamağa qoymur. O, kor, lal
-
kar və axsaqdır. Dua edib xəstəliyin dəfini
diləyirsən. İndicə get onun yanına.
Həbib qızının çadırına gələndə gördü ki, qız sevinclə qaça
-
qaça atasının
yanına gəlir. Onun gözləri açılmış, gülür, danışır, həm də eşidirdi. Hətta
ayağındakı axsaqlıq da keçmişdi. Bu möcüzə idi. Bundan sonra Həbib ondan
daha b
ir möcüzə göstərməyi xahiş etdi.
Məhəmməd duaya başladı. Sonra isə çox qəribə, görünməmiş bir möcüzə
baş verdi. Ətrafa qaranıq çökdü. Məhəmməd əllərini göyə qaldırdı. Camaat
tamaşaya durmuşdu. Birdən hamının gözü qarşısında sanki ay bir anlığa iki
ye
rə bölündü və sonra təzədən bitişib bütövləşdi.
Həmin gündən Həbib
-ibn-Malik
hakimlik etdiyi camaata tapşırdı ki, bir kəs
Məhəmmədin Peyğəmbərliyinə
şübhə etməsin. Özü də Məhəmmədə səcdə
eləməyə başladı, tərəfdarlarını da bu yola çağırdı.
Məhəmməd çox insanpərvər idi. Onun nəyi vardısa tanıdığı
-
tanımadığı
adamlarla bölüşməyə hazır idi. Ondan kömək istəyənlərə var qüvvəsi ilə
kömək edirdi. İnsanları fitnə
-
fəsaddan, düşmənçilikdən, qan
-qadadan uzaq
olmağa çağırırdı.
Məhəmməd öz dərin zəkası və bacarığı
ilə Mədinəlilərlə Məkkəlilər
arasında illərlə sürən müharibənin qurtarmasına nail oldu.
Sonra o, bütün Məkkəliləri namaza çağırdı. Bütün Məkkə əhli namaza gəldi.
Məkkə əhalisi İslamı qəbul elədi. Məhəmməd çoxdan bu günü gözləyirdi.
Məhəmmədin
düşmənləri,
əleyhidarları,
günahı
olanlar
ondan
bağışlanmalarını xahiş etdilər. Məhəmməd onların hamısını bağışladı.
Məhəmmədin ən qatı düşməni, daima ona mane olan, dəfələrlə onu
öldürməyə cəhd göstərmiş əmisi Əbu Süfyan qardaşı oğlunun alicənablığı
qarşısında xəcalət çəkdi. Bu qədər pisliyin müqabilində Məhəmməd onu əfv
edirdi. Əbu Süfyan inandı ki, İslam dini həqiqətən gözəldir, insanlara nəciblik,
xeyirxahlıq, mərhəmət hissləri aşılayır. Başqa cür ola da bilməzdi. Çünki onun
yaradıcısı Məhəmməd məhz belə insan idi. Əbu Süfyan tərəfdarları ilə birgə
İslamı qəbul etdi.
Məhəmməd deyirdi: «Allah təkdir. Allahdan başqa allah yoxdur. Onun
kərəmi böyükdür. Allah qarşısında hamı bərabərdir. Biz hamımız Adəmin
övladlarıyıq, qardaşıq».
Məhəmmədin sağlığında elədiklərini ölümündən sonra onun insanlara
qoyub getdiyi İslam və Quran eləməliydi.
O, arzusuna çatdı. Böyük bir İslam dünyasını yarada bildi. Quranı nəinki
müsəlmanlar, başqa dindən olanlar da sevdi. Onu öz dillərinə çevirib
oxudular,
bəhrələndilər.
«Girdiyin hər evə Əssəlam
-
əleyküm, deməyi unutma, bu amanda olasan,
deməkdir. Çünki dünyada ən gözəl şey əmin
-
amanlıqdır». Bizim bu gün də
sevdiyimiz, nuruna, möcüzəsinə inandığımız, cəmi müsəlmanlara Müqəddəs
Quran vermiş Məhəmməd Peyğəmbərimiz belə deyirdi. O vaxtdan da Quran
cəmi insanlara ən qiymətli hədiyyə oldu.
Hekayətimiz də başa çatdı, qoy o Müqəddəs kitab əlimizdən, Məhəmməd
Peyğəmbərin nuru isə üstümüzdən əskik olmasın! Sənin də, mənim də, bütün
canlı və cansız nə varsa, onların da!!!
İgid oğlan haqqında nağıl
(Nağıl)
Biri var idi, biri yox idi, min il bundan qabaq Ərdəbil adlı məmləkətin
Bilalabad kəndində Həsən adlı yetim bir oğlan var idi.
Uşaq vaxtından yetim qalmış Həsən varlıların
mal-
qarasını otarmaqla
dolanardı. O, mal
-
qara otaranda da vaxtını hədər keçirməz, daşların üstündə
öz-
özünə yazı
-
pozu öyrənərdi. Vaxt tapan kimi isə sənətkar yanında sənət
öyrənər, pəhləvanların yanında döyüşüb, məşq edərdi. Dağları
-
daşları gəzib
mal-qara
otaranda qarşısına çıxan ağır daşları qaldırıb, qollarını
möhkəmləndirərdi.
Artıq 18 yaşına çatanda Həsən ağıllı bir cavan olmuş, qolu zorlu bir
pəhləvana dönmüşdü. Yarış zamanı yaşıdlarından heç kəs onun arxasını yerə
vura bilmirdi.
Amma Həsənin böyük bir dərdi var idi. Artıq neçə illərdi ki, onun obasını
tutmuş ərəblər hər yanda ağalıq edir, heç kimi saymırdılar.
Bərəktli torpaqlar ərəb atlarının tapdağına çevrilmişdi. Qadınlar, uşaqlar
qolubağlı qul kimi qürbətə aparılırdı. Anaların ah
-n
aləsi göyə ucalmışdı. İgidlər
dağlarda məskən salmışdılar.
Vətəni qorumaq üçün igidlər silaha sarılır, qüvvətli əllər qılıncı qına
qoymurdular.
Çox kobud və amansız olan ərəb işğalçıları hər yanda camaata zülm
edirdilər. Özləri isə
kef edir, yerli camaatı qul kimi işlədir, istədikləri qızı
-
qadını
elçisiz-
sorğusuz özlərinə arvad edirdilər. Vəhşiləşmiş ərəblər on iki, on üç
yaşlı qızların göz yaşlarına məhəl qoymur, xoşlarına gələnini götürüb
qaçırdılar. Valideynlər qorxudan qızlarını gizlədir, bayır
-
bacağa çıxmağa
qoymurdular.
Acgöz ərəblər istədikləri torpaqları yerlilərin əlindən alır, etiraz edənlərə isə
işgəncə verirdilər.
Camaat ərəblərin zülmündən cana doysa da səsini çıxara bilmirdi. Nəinki
Həsən, bütün yerlilər ərəb işğalçılarına
nifrət edirdilər.
Həmin dövrdə Cavidan adlı bir pəhləvan vardı. O, işğalçı ərəbləri
vətənlərindən qovmaq üçün başına dəstə toplayıb, dağlara çəkilmişdi. Onlara
xürrəmilər deyirdilər.
Zülmdən bezara gəlmiş camaat gəlib həmin dəstəyə qoşulur, buna görə
də xürrəmilərin sayı günü
-
gündən çoxalırdı.
Həsən bir gün ən yaxın
qonşusu Səhl ibn Sumbata və ən yaxın dostu Əli
ibn Hişama dedi: