8
süpürür və yonca yarpaqları Ģəklində olan yaĢıl afiĢaları dirəklərdən
qoparırdılar.
Hər Ģeydən çox idarə etdiyim maĢında səfər etməyə üstünlük verirdim.
Çikaqonun bir rayonundan digərinə, mahaldan mahala, Ģəhərdən Ģəhərə,
Ģtatın bir baĢından digər baĢına yollanırdım, qarğıdalı və paxlalı bitkilər
tarlalarının, uzaq məsafəyə yollanan maĢınların və silos qüllələrinin
yanından ötüb keçirdim. Bu səfərləri yüngül və ləzzət verən adlandırmaq
olmazdı. Lakin proses elə bir səmərə vermirdi. Mənim sərəncamımda nə
Demokratik partiya təĢkilatının maĢını, nə real ünvan siyahısı, nə Ġnternet
əməliyyatı var idi. Mən yalnız öz qapılarını mənə açan, kilsədə, ittifaq
salonunda, bric həvəskarları klubunda və ya Rotari Klubda seçicilərlə
mənim görüĢümü təĢkil edən dostlarıma və tanıĢlarıma bel bağlayırdım.
Bəzən olurdu ki, bir neçə saat sükan arxasında keçirdikdən sonra mətbəx
stolunun yanında məni gözləyən iki-üç adamla görüĢürdüm. Ev sahiblərinə
çoxlu xoĢ sözlər deyirdim, hər Ģeyin yaxĢı olduğunu söyləyir və verdikləri
Ģam yeməyini tərifləyirdim. Bəzi hallarda, mən bütün kilsə mərasiminin
axırınacan gözləyir, pastor da sadəcə məni yaddan çıxardırdı və ya yerli
həmkarlar ittifaqının baĢçısı əvvəlcə mənə söz verib, sonra isə ittifaqın baĢqa
namizədi dəstəklədiyini elan edirdi.
Ġstər iki yaxud da əlli adamla görüĢüm, Nort ġorun sərin, əzəmətli
evlərində, Uestsayddakı lifti olmayan çoxmərtəbəli binalarda, yaxud hardasa
Bluminqtonda bir fermerin evində olum, məni istər dostcasına, istərsə də
laqeyd və ya açıqca düĢməncəsinə qarĢılasınlar, hər yerdə mən az
danıĢmağa, daha çox isə dinləməyə çalıĢırdım. Adamlar mənə öz iĢlərindən,
bizneslərindən, yerli məktəbdən danıĢırdılar, BuĢa və Demokratlara olan
qəzəblərini bildirirdilər, onlar itlərini, öz bellərindəki ağrını, hərbi xidmətdə
olmalarını və uĢaqlıqlarından bəri digər Ģeyləri yada salırdılar. Bəziləri isə
sənayedə iĢ yerlərinin ixtisar olunması səbəblərinə və ya müalicəyə görə
xərclərin çox yüksək olmasına öz münasibətini bildirmək üçün nəzəriyyəyə
müraciət edirdi. RaĢ Limbodan və ya Milli Ġctimai radionun (NRR)
veriliĢlərindən eĢitdiklərini sitat gətirirdilər. Lakin onlardan çoxunu siyasət
deyilən Ģeydən daha artıq iĢ və uĢaqları maraqlandırırdı, ən vacib
məsələlərdən:
zavodun
bağlanmasından,
kiminsə
vəzifədə
irəli
çəkilməsindən, mənzilin isidilməsinə görə böyük xərcdən, valideynlərini
ahıllar evinə göndərmələrindən, oğlunun və ya qızının yeriməyə
baĢlamasından söhbət açırdılar.
Uzun aylar boyu aparılan bu söhbətlər mənim üçün bir vəhy, bir
açıqlama idi. Mən adamların arzularının belə adi olmasından riqqətə
gəlirdim, bu arzular mahaldan, irq, din və siniflər fərqindən asılı olmayaraq
bir-birinə həm də çox bənzəyirdi. Onlardan çoxu güman edirdi ki, əgər sən iĢ
9
axtarırsansa, bu elə iĢ olmalıdır ki, maaĢı istehlak minimumuna uyğun
gəlsin. Onu da qeyd edirdilər ki, adam xəstəliyi üzündən iflasa
uğramamalıdır. Onlar inanırdılar ki, hər bir uĢaq həqiqətən yaxĢı təhsil
almalıdır, çərənləməyə qulaq asmamalıdır, sonra isə hətta valideynləri varlı
olmasa belə təhsilini davam etdirmək imkanına malik olmalıdır. Onlar
cinayətkarlardan və terrorçulardan qorunmalarını istəyirdilər, təmiz hava ilə
nəfəs almağı, təmiz su içməyi, uĢaqları ilə məĢğul olmaq üçün vaxtlarının
olmasını arzulayırdılar. Qocalıqda isə onlar pensiya təminatına qadir
olmaqla yanaĢı, nəcib hörmətlə əhatə olunmalarını istəyirdilər.
Bax, iĢlər barədə belə demək olardı. Bu o qədər də çox deyildi. Həyatda
çox Ģeyin insanın özündən asılı olmadığı aydın olsa da, heç kəs hökumətdən
bütün problemlərin həllini gözləmirdi və heç kəs bundan da artıq dərəcədə
isə onların vergi dollarlarının əbəs yerə xərclənəcəyini gözləmirdi, həm də
hər kəs güman edirdi ki, hökumət lazım gəlsə ona kömək əlini uzadacaqdır.
Mən onlarla razılaĢırdım, həqiqətən də hökumət bütün problemləri həll
edə bilməz. Lakin prioritetləri azacıq dəyiĢsək, biz elə edə bilərik ki, hər bir
uĢaq həyatda yaxĢı start götürsün, bizim bir millət kimi üzləĢdiyimiz
çətinliklərin öhdəsindən gələ bilsin. Cavabında çox vaxt adamlar razılıqla
baĢlarını silkələyir və mənə necə kömək göstərə biləcəklərini soruĢurdular.
Uzağa getdikdə xəritəni yanımdakı sərniĢin oturacağına qoyub, növbəti
dayanacağa qədər olan yolda nəyə görə siyasətə daxil olduğum barədəki
suala bir daha cavab tapırdım.
Mən ömrümdə heç vaxt bir belə inadkarlıqla iĢlməməmiĢdim.
Bu kitab birbaĢa seçkiqabağı kampaniyadakı həmin söhbətlərdən
meydana gəlmiĢdir. Seçicilərlə söhbətlərim bir daha təsdiq etdi ki, amerikan
xalqına ləyaqət baĢlanğıcdan xasdır və Amerikan təcrübəsinin özəyini bizim
ümumi vicdanımızı sakitləĢməyə qoymayan ideallar təĢkil edir. Bizim
hamımız ümumi dəyərlərə malikik və məhz həmin dəyərlər hər cür fərqlərin
əksinə olaraq bizi birləĢdirir, ümidin sapını bizim ağlasığmaz demokratik
təcrübələrimiz hərəkət etdirir. Bu dəyərlər və ideallar təkcə abidələrin
mərmərində və tarix kitablarının səhifələrində təcəssüm olunmamıĢdır.
Onlar əksər amerikalıların ürəklərində və zəkalarında yaĢamaqda davam edir
və bizdə iftixar hissləri yaradır və bizi iftixara, bor və fəda etmək hissinə
ilhamlandırır.
Anlayıram ki, belə danıĢmaqla mən həm də risq edirəm. QloballaĢma,
baĢgicəlləndirici texnoloji inkiĢaf, qızğın siyasi mübarizə və mədəniyyətlər
arasındakı rəhmsiz müharibələr dövründə bizdə, deyəsən, heç ümumi din də
yoxdur ki, bir-birimizə öz ideallarımızdan danıĢaq və həm də elə bir vasitə
Dostları ilə paylaş: |