195
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elmlər seriyası
2012
UOT 002.2 (091)
«AZƏRBAYCAN YURD BILGİSİ» JURNALI
İSMAYIL QASPİRALI HAQQINDA
(8 mart –
İsmayıl Qaspiralının ad günü münasibəti ilə)
A.H.T
AHİRLİ
Bakı Dövlət Universiteti
abid_tahirli@mail.ru
Məqalədə ilk dəfə türk-islam dünyasının parlaq simalarından biri, naşir, redaktor, ya-
zıçı-publisist, yeni üslublu məktəbin yaradıcısı, mədəniyyət fədaisi, türk xalqlarının, xüsusi ilə
türk dillərinin birliyi uğrunda ömrünün sonunadək mücadilə aparmış böyük İsmayıl Qaspiralı
haqqında (1861-1914) mühacir “Azərbaycan yurd bilgisi” jurnalında dərc olunmuş elmi-
publisistik materiallar araşdırılır, təhlil edilir, dəyərləndirilir. Məqalə həm bu gün çox aktual
olan İ.Qaspiralı irsinin, həm də mühacirət mətbuatının tədqiqi baxımından əhəmiyyətlidir.
Açar sözlər: türk, yurd, islam, millət, yazıçı, amal, tərəqqi
Türk-
islam dünyasının mədəniyyət, məktəb, maarif, mətbuat tarixinin
mümtaz simalarından İsmayıl Qaspiralının (1861-1914) ölçüyəgəlməz xidmət-
lərini sağlığında və vəfatından sonra da millətin öndə gedən ziyalıları, qədir-
bilən xadimləri şükranlıqla dəyərləndirmişlər. Eyni zamanda, böyük təhsil
islahatçısının, müqtədir mətbuat xadiminin, istedadlı yazıçı-publisistin ideya
və əməlləri müxtəlif dövrlərdə ayrı-ayrı şovinistlərin, dövlət məmurlarının,
eləcə də xalqın öz içərisindən çıxan bir qisim dardüşüncə sahiblərinin kəskin
müqavimətinə, etirazına tuş gəlmişdir. İ.Qaspiralı dühasının gücü onda idi ki,
o tutduğu yolun doğruluğuna, əməllərinin parlaq gələcəyinə, ideyalarının
əbədiyaşarlılığına inanır, mübarizə meydanından geri çəkilmirdi. Dövrün gər-
di
şi, təbədüllatları və təlatümləri böyük xalq xadimini çox sınaqlara çəkmiş,
təzyiq, təqiblərə məruz qoymuşdu. Ölümündən sonra da onun nəşindən əl çək-
məyən qara qüvvələr tapılmış, hətta məzarını viran qoymuşdular. Lakin tarix
İ.Qaspiralını yaşatdı, təsdiq etdi, adını bəşərin silinməz xadimləri cərgəsinə
yazdı. Türk milləti durduqca, onun həyat və düşüncə tərzinin, arzu və amalının
ayrılmaz hissəsinə çevrilmiş İ.Qaspiralı məsləyi də yaşayacaqdır: dildə,
fikirdə, əməldə birlik.
Firudin bəy Köçərli, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov,
Məmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Haşım bəy Vəzirov, Əhməd
196
bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əliabbas Müznib, Məhəmməd Hadi,
Soltan Məcid Qənizadə, Əhməd Cavad, Məhəmməd Tağı Sidqi kimi görkəmli
xadimlər – xalqımızın qədirbilən, tərəqqipərvər övladları, uzaqgörən ziyalıları
şəxsi həyatı, yaradıcılığı ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olan İ.Qaspi-
ra
lı şəxsiyyətinə həmişə böyük ehtiramla yanaşmış, onun ünvanına ən ülvi, ən
şanlı, ən dəyərli sözlərlə xitab etmişlər. Bu sətirlərin müəllifinin İ.Qaspiralıya
həsr olunmuş «Bütün türklərin tərcümanı» kitabında (Bakı, «Ozan» nəşriyyatı,
2011-
ci il, 240 səh.) bu və digər məsələlərdən, o cümlədən İsmayıl Qaspiralı –
Azərbaycan mövzusundan geniş bəhs edildiyi üçün mətləbə – mühacirət
mətbuatında İ.Qaspiralıya aid yazılara nəzər salaq.
1883-
cü ildən nəşrə başlayan «Tərcüman» qəzetinin, o vaxtadək isə
«Ton
guç», «Şəfəq», «Kəmər», «Ay», «Ulduz», «Günəş», «Həqiqət», «Tərəq-
qi» kimi 10-
a yaxın broşüranın redaktoru və naşiri İ.Qaspiralının ideyaları çar,
sovet qanun-
qaydalarının, sözü «zərrəbinlə eşələyən» senzorların, poqonlu
məmurların, çinovniklərin fövqündə durduğu kimi, sərhəd də tanımır. Təsadüfi
deyil ki, İsmayıl Qaspiralı irsi sovet dönəmində «pantürkist», «panislamist»
damğaları ilə inkar, rədd ediləndə, sovet rejim və ideologiyasının düşməni elan
olunanda Azərbaycanın istiqlalı uğrunda xarici ölkələrdə ideoloji mücadilə
aparan mühacirlər İ.Qaspiralını təqdiq, təqdir və təbliğ edir, eyni zamanda
«qırmızı güllələrdən», bolşeviklərin qərəzli fikirlərindən, amansız hücum,
böhtan və iftiralarından qoruyurdular. Azərbaycan mühacirət mətbuatı nümu-
nələri fikirlərimizə ciddi əsasdır.
Azərbaycan mətbuat tarixində əbədi və parlaq iz qoymuş «Azərbaycan
yurd bilgisi» jurnalının 1932, 1933 və 1934-cü illərdə ayda bir, ildə 12 nömrə-
si, 1937-
ci ildə cəmi bir olmaqla toplam 37 nömrəsi işıq üzü görmüşdür.
Azərbaycan dilində, latın əlifbası ilə İstanbulda buraxılan məcmuənin müdiri
dünya şöhrətli türkoloq, prof.dr. Əhməd Cəfəroğlu idi. O, jurnalın ətrafına
azərbaycanlı mühacirlərlə yanaşı, digər türk xalqlarının tanınmış mütəxəssislə-
ri
ni, eləcə də əcnəbi türkoloqlarını toplamışdır.
Azərbaycan xalqının böyük dostu, Krım istiqlal mücadiləsi tarixinin
liderlərindən olan, Krım Xalq Cümhuriyyətinin hərbi və xarici işlər naziri,
mahir publisist Krımlı Cəfər Seyidəhməd (1889 – Yalta, 1960 – İstanbul) jur-
na
lın 1933-cü il yanvar tarixli 13-cü nömrəsində dərc etdirdiyi «Dil məsələsi
və bolşeviklər» adlı məqaləsi kommunist mühərrir Alimcan İbrahimovun
Krımın Ağ məscid şəhərində nəşr olunan «Yeni dünya» qəzetinin 1932-ci il 4
oktyabr tarixli 253-
cü nömrəsində dərc edilmiş «Ədəbi Oktyabr» məqaləsində
irəli sürülən müddəaların, mülahizələrin əsassızlığına, qərəzliliyinə və onların
tənqidinə həsr olunmuşdur.
Türklər üçün ortaq ədəbi dilin yaradılması lazımdırmı və mümkündür-
mü, ümumiyyətlə, bu problemin ortaya atılmasının əsasları varmı? «Ümumi
ədəbi dil cərəyanını irticaçı bir hərəkat» adlandıran və bu ideyaya, onu irəli
sürənlərə sərt şəkildə etiraz edən Alimcan İbrahimovun mövqeyini Cəfər
Seyidəhməd tutarlı, elmi-tarixi dəlillərlə alt-üst edir. O, məhəlli ədəbiyyatların
197
inkişafı ilə yanaşı müştərək ədəbi dilin yaradılması probleminin elmi üsullarla
müzakirəsini məqbul hesab edir, «bolşeviklərə alət olan Alimcan İbrahimov
kimi milli kafirlərin» məsələyə sırf ideoloji, sinfi, siyasi və partiyalı don
geydirməsini isə haqlı olaraq «faciə» adlandırır. Qərb və hətta məşhur rus
türkoloq
larının elmi nəticələrini qulaqardına vuran, Moskvaya yarınan
A.İbrahimov türk millətinin, türk dilinin birliyindən bəhs edənləri «pantürkist»
adlandırır və həyasızcasına ittiham edir. Kommunist müxbirin əsas hədəfi isə
vaxtı ilə Baxçasarayda olduğu kimi Bakıda, Orenburqda, Kazanda, İstanbulda,
Daşkənddə… «Tərcüman»nın vasitəsi ilə türk xalqları ilə ümumi dil tapmağa
nail olan İsmayıl Qaspiralıdır. Cəfər Seyidəhməd Alimcan İbrahimovun türk
xalqlarının eyni soya, eyni həyat, təfəkkür tərzinə sahib olduqlarına dair dünya
şöhrətli türkoloqlar Meillet, Müller, Deny, Von-Le-Coq, Vambery, Marquart,
Bang, Donner, Korş, Rafloff, Thomsen, Meloranski, Bezerin, Samoyloviçin…
elmi
qənaətlərdən xəbəri olmadığına şübhə etmir. Orhon abidələri, Kutadku-
Bilik, Kodeks-
Kumanikus və bunların təhlilləri də A.İbrahimov üçün lazımsız
şeylərdir, onun üçün Kaşqarlı Mahmud, Rabguzi, Abdulqadir Bahadurxan,
Ahmet Yasəvi, Əlişir Nəvai, Babur, Şeyx Süleyman da bir əhəmiyyət kəsb
etmir. Moskva nökərinə görə türklərin nə şifahi söz yaradıcılığında, nə adət-
ənənələrində, nə də ruhlarında bir yaxınlıq var. Onun fikrincə, birlik ideyası
İ.Qaspiralı ilə başlayır. A.İbrahimov ədəbi dil birliyi təşəbbüsünü tənqid edər-
kən bunun mümkünsüzlüyünün tarixi və iqtisadi əsasları olduğunu yazır.
Lakin nədənsə bu əsasları təhlil və təsbit etmir. Cəfər Seyidəhməd məqaləsin-
də yazır: «Biz bir millət idik. Moskva bizi parçalayır. Bizim bir dilimiz var,
Moskva bir-birimiz
i anlamayacağımız şəkildə dilimizi ayırır» - deyənlərə qarşı
kommunist mühərrir qaba bolşevik üslubu ilə «yalan, provokasiya, axmaqlıq,
iftira» sözləri ilə hücuma keçir və «Moskva ayırmır, tarix ayırır, müxtəlif
qəbilələrin iqtisadi həyatları ilə istehsal tərzləri arasındakı fərqlər ayırır, coğra-
fi şərait ayırır. Ural dağlarının Ərzurum dağlarından, Qafqazın Krım dağların-
dan, Krımın Altaylardan ayrılıb ayrı-ayrı dağlar olmasında kim günahkardır?
Bunun kimi Başqırdıstan Cümhuriyyətinin, Başqırt ədəbi dilinin Krımdan,
Özbəkdən, Azərbaycandan ayrı düşməsinin səbəbini də yalnız provokatorlar,
qara üzlü axmaqlar Moskvada görə bilərlər. Yalnız sinfi korluq ilə damaqlarını
çürüdən siyasi mühacirlər kəskin tarixi, iqtisadi, mədəni, coğrafi həqiqətləri
görməyərək israr edə bilərlər» - deyir və bu məsələyə yenə heç bir əsasa isti-
nad etmədən Sultan Əliyevi, Musa Bikiyevi, Ayaz İsakini, Krım milliyyətçilə-
ri
nin hamısını pantürkistlikdə ittiham edir».
Cəfər Seyidəhməd müştərək ədəbi dil yaratmaq sahəsində İ.Qaspiralının
əldə etdiyi böyük nəticələri, bu təşəbbüsün türk ziyalıları tərəfindən rəğbətlə
qarşılanmasından qorxan, əndişələnən, narahat olan çar hökumətinin ciddi
tədbirlər gördüyünü A.İbrahimovun xatırlanmamasından təəccüblənir. Çünki,
bütün bunlar Alimcan İbrahimovun mülahizələrini inkar edir. Cəfər Seyidəh-
məd İ.Qaspiralının müştərək dil uğrunda mübarizəsinin qısa tarixi dövr
ərzində böyük uğur qazandığını, xüsusilə mətbuatın açıq türkcə çıxmağa
198
başlandığını, dildə sadələşməyə meylin artdığını, ərəb, fars kəlmələrinin azal-
dıldığını, rus terminlərindən tədriclə imtina edildiyini məmnunluqla qeyd edir.
Göstərir ki, 1906-cı ildə Rusiya Müsəlmanlarının III qurultayında ibtidai
məktəblərin son siniflərində bütün dərslərin məcburi olaraq ümumi türkcə
oxudulması ilə bağlı İ.Qaspiralının təklifinin qəbul edilməsi müştərək dil
yaradılması yolunda uğurlu tarixi addım idi. Cəfər Seyidəhməd vaxtı ilə «Türk
ləhcələrindən birisini bilən bir adamın Balkanlardan ta Yaxın, Uzaq Şərqdə,
Yakut və Çuvaşlarda – bütün türk dünyasında rahatlıqla anlaşacağını öz
təcrübəsində gördüyünü təsdiq edən türkoloq Vamberyini A.İbrahimovun
unutduğunu istehza ilə qeyd edir və yazır ki, onun canfəşanlığını anlamaq
çətin deyil, o Moskvanın «parçala, hökm sür» siyasətinə xidmət edir və
İ.Qaspiralı ideyalarına qarşı vaxtı ilə mücadiləyə girmiş İlminskinin yolu ilə
gedir. Belə olmasaydı, A.İbrahimov bugünkü türk mətbuatında gündən-günə
artan rus sözlərindən də bəhs edərdi. Türk xalqlarına zorla ayrı-ayrı əlifbaların
qəbul etdirilməsi hansı tarixi, coğrafi, iqtisadi ayrılığın və hansı həyati
zərurətlərin nəticəsidir? - bu suallara da cavab verərdi. Məqalənin sonunda
Cəfər Seyidəhməd bu nəticəyə gəlir: çarlıq ölmüş, fəqət rus imperializmi qızıl
rəngə boyanaraq, daha qorxunc və daha qəti bir şəkildə köhnə yolu ilə gedir və
türk dillərini təməlindən yıxmaqla məşğuldur.
Göründüyü kimi, müəllif sovetlərin dil, əlifba siyasətini ifşa etmək üçün
İsmayıl Qaspiralının ölməz irsi və ideyasından məharətlə bəhrələnmiş və
istəyinə nail olmuşdur. Məqalədə hazırda Sovet rejimi və ideologiyasının türk
xalqlarının dili, əlifbası xüsusi ilə müştərək dil ideyasının üzərinə amansızcası-
na hücuma keçdiyi qeyd olunsa da, İ.Qaspiralı ideyasının daha canlı, daha
perspektivli və həmişəyaşar olduğu qabarıq vurğulanır.
Azərbaycanlı mühacirlərin Türkiyədən çıxarılması, onların siyasi, nəşri
fəaliyyətinin dayandırılması ilə bağlı Sovet Rusiyasının inadkar, israrlı tələblə-
rin
dən sonra meydana çıxan çox sayda problemlərə, mühacirət həyatının üzün-
tülərinə, maddi sıxıntılara, eləcə də mənbələrin məhdudluğuna, informasiya
kanallarının kasadlığına baxmayaraq, XIX əsrin sonu, XX əsrin əvvəlləri
Rusiya müsəlmanlarının lideri İsmayıl Qaspiralının həyatı, fəaliyyəti, parlaq
ideyaları daim mühacirlərin müraciət etdiyi mövzu olmuşdur. Yeri gəlmişkən
qeyd edək ki, 1934-cü ildə Krımlı Cəfər Seyidəhmədin «Qaspiralı İsmayıl
bəy» adlı sanballı əsəri İstanbulda nəşr olunmuşdur.
«Azərbaycan yurd bilgisi» böyük xalq xadimi İ.Qaspiralının nəşr etdiyi
«Tərcüman» qəzetinin 50 yaşı münasibəti ilə xeyli material dərc etmişdir. «Dil
guşəsi» adlı redaksiya məqaləsində (№ 15, mart 1933) oxuyuruq: «Hələ
İsmayıl bəy Qaspiralının 1881-ci ildən etibarən «türk dili birliyi» sahəsindəki
müanidanə (inadcıl – T.A.) çalışması və yazması rusları tamamilə çaşdırmışdı.
Mahut missioner və müstəşrik (şərqşünas – T.A.) İlminskinin proqramına
uyğun təsis edilmək istənilən ibtidai türk-rus məktəblərinə qarşı İsmayıl bəyin
türkçü planı rus missionerləri arasında təlaşı artırmışdır. Nəticədə 1919-cu ildə
199
«Kazan rus missione
rləri qurultayı» İsmayıl bəyin həqiqi bir rus düşməni və
rus əleyhdarı olduğunu rəsmən elan etmişdir».
Prof.dr. Fuad Köprülüzadənin, Cəfər Seyidəhməd Krımlının, Xəlil
Xasməmmədlinin, prof.dr. Əhməd Cəfəroğlunun, Həsən Abdullaoğlunun
«Azərbaycan yurd bilgisi» jurnalının 1933-cü il aprel tarixli 16-cı nömrəsində
dərc olunmuş məqalələri qaspiralışünaslığın dəyərli materiallarındandır.
Tanınmış türkoloq Fuad Köprülüzadə “İsmayıl bəy Qaspiralı” adlı
məqaləsində yazır: «1267-ci ildə Krımın «Avcı» kəndində doğulan və atasının
«Qaspra» kəndində dünyaya gəldiyi üçün «Qaspiralı» ləqəbi ilə şöhrət qaza-
nan İsmayıl bəy nə böyük bir alim, nə bir şair, nə də bir filosofdur. Akçuraoğ-
lu
nun çox doğru bir tərifini qəbul edərək deyə bilərik ki, o, hər şeydən əvvəl
və hər şeyin fövqündə bir xalq xadimidir». F.Köprülüzadəyə görə, son 40 il
ərzində çar Rusiyası daxilində yaşayan milyonlarla türkün milli və mədəni
intibahında ən böyük vəzifələri İ.Qaspiralı yerinə yetirmiş, bütün həyatını bu
işə həsr edərək minlərcə maneəyə baxmayaraq, müvəffəqiyyətlə irəliləmişdir.
Türklərin son 50 illik milli intibah tarixini yazacaq salnaməçi öz əsərində ona
böyük yer ayırmaq məcburiyyətindədir.
İ.Qaspiralının həyat və yaradıcılığı ilə oxucunu tanış edən F.Köprülüza-
də onun bir çox maddi və mənəvi müşkilatı dəf edərək, 1883-cü ilin aprelindən
bu
raxdığı «Tərcüman» qəzetinin yalnız Krımda deyil, Kazan, Qafqaz, Türkis-
tan, Çin Türkistanı, Serbiyada, Rumıniyada, Bolqarıstanda, Osmanlı impera-
tor
luğunda, bir sözlə, bütün türk məmləkətlərində böyük əks-səda doğurduğu-
nu yazır, eyni zamanda İ.Qaspiralının yeni üsullu məktəb açmaq, qadın hüqu-
qu
nu qorumaq, qadınların təhsilə cəlb olunmasını təmin etmək istiqamətindəki
xid
mətlərini vurğulayır və məqaləsini belə bitirir: «Bütün həyatını türklüyün
yük
səlməsinə sərf edən bu böyük adam Türk xalqının əbədi şükranlarına la-
yiqdir».
ƏDƏBİYYAT
1.
İsmayıl Qaspiralı. Seçilmiş əsərləri. I, II, III cildlər. İstanbul, “Ötüken” nəşriyyat A.Ş, 2003,
2004, 2008-
ci illər, 500 s.
2.
”Azərbaycan yurd bigisi” jurnalı // 1932, №1 -12; 1933, № 13-24; 1934, № 25-36; 1954,
№37, 35-40 s.
3.
Krımlı Cəfər Seyidəhməd . Qaspıralı İsmayıl bəy. İstanbul, 1934, 250 s.
4.
Tahirli Abid. Bütün türklərin tərcümanı. Bakı: Ozan, 2001, 200 s.
“
AZƏRBAYCAN YURD BİLGİSİ” ЖУРНАЛ О ИСМАИЛ ГАСПИРАЛИ
А.X.ТАХИРЛИ
РЕЗЮМЕ
В статье впервые исследуются, анализируются и оцениваются материалы о
Исмаиле Гаспринском, опубликованные в эмиграционном журнале “Азербайджан юрд
бирлийи”. Исмаил Гаспринский (1861-1914) один из ярких представителей тюркско-ис-
ламского мира. Он являлся издателем, редактором, писателем-публицистом, основопо-
200
ложником журналистской школы нового направления, поборником культуры, неутоми-
мым борцом за единство тюркских народов и языков.
Статья ценна и с точки зрения углубленного изучения эмиграционной печати.
Ключевые слова: тюркский, исламский, народ, писатель, цель, прогресс
ISMAYIL GASPIRADI IN “
AZƏRBAYCAN YURD BILGİSİ”
A.H.TAHIRLI
SUMMARY
The article is the first to study, analyze and assess materials about Ismayil Gaspirali,
published in the emigrant magazine «
Azərbaycan Yurd Bilgisi». I.Caspirali (1861-1914) is
one of the prominent representatives of Turkish-Islamic world.
The article is precious from the point of deep study of the emigrant print.
Key words: Turkish, Islamic, motherland, nation, writer, aim, process
Document Outline
Dostları ilə paylaş: |