NƏTİCƏ
XIX əsrin sonu – XX əsrin birinci yarısında yaşayıb-yaradan aşıq Nəsib aşıq sənətimizin korifeylərindən biri, Azərbaycan və Anadolu aşıq sənətinin ən qabaqcıl ənənələrini dərindən mənimsəyən və yaradıcılıqla inkişaf etdirən istedadlı sənətkardır. Onun dövrü, mühiti, həyatı və yaradıcılığı milli folklorşünaslığımızda ilk dəfə olaraq monoqrafik planda elmi tədqiqata cəlb edilir. Tədqiqatda bir sıra özünəməxsus, səciyyəvi xüsusiyyətləri ilə fərqlənən Ağbaba-Çıldır aşıq mühitinə nəzər salınır, bu mühitə xas olan bir sıra cəhətlər, orijinal saz havaları, bölgənin tarixi-coğrafi, mədəni və etnoqrafik özəllikləri barədə məlumat verilir. Aşığın dövrü, mühiti, həyatı və müasiri olan sənətkarların yaradıcılığının ideya-estetik keyfiyyətləri, əxlaqi-etik xüsusiyyətləri müqayisəli şəkildə araşdırılır, Aşıq Nəsibin bioqrafiyası ilk dəfə olaraq elmi şəkildə işlənir, doğum və ölüm tarixləri dəqiqləşdirilir, onun özünəməxsus yaradıcılıq yolu və sənətkarlıq xüsusiyyətləri təhlil edilir. Bütün bunlar Aşıq Nəsibin həm şəxsiyyətinin, həm də sənətinin təsdiqi üçün vacibdir.
Aşıq Nəsibin yaşadığı dövrü və mühiti nəzərə almaqla yaradıcılığını tezislər halında aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:
Aşıq Nəsib çox mürəkkəb bir dövrdə yaşamışdır. XX əsrin əvvəllərində regionda cərəyan edən təlatümlü hadisələr, I Dünya müharibəsinin gətirdiyi maddi və mənəvi sıxıntılar, Ağbaba bölgəsinin yerli əhalisinə qarşı 1920-ci ilədək daşnaklar tərəfindən açıq şəkildə aparılan soyqırım siyasəti, sovet hakimiyyəti qurulduqdan sonra isə gizli şəkildə davam edən milli zülm və ayrı-seçkilik, 1937-ci ildə sovet-türk sərhədinin birdəfəlik bağlanması, Ağbaba-Çıldır aşıq mühitinin süni şəkildə parçalanması, Ağbabanın 8 kəndinin bolşevik siyasətinə etiraz əlaməti olaraq Türkiyəyə köç etməsi Aşıq Nəsibin yaradıcılığına dərindən təsir göstərmişdir.
Aşıq Nəsib sovet quruluşunu qəbul etməmiş, ona qarşı açıq müxalifətdə olmuş, Leninə, Stalinə, bolşeviklər partiyasına, bircə misra da olsa, şeir həsr etməmiş, “Sən Leninə bircə bənd şeir yaz, qalanı ilə işin olmasın” deyən yerli muzdurların təbliğatına uymamış, əksinə, şura hökumətini, onun milli siyasətini kəskin tənqid atəşinə tutmuşdur. Buna görə də aşığın əsərləri uzun müddət qadağan edilmiş, vaxtında toplanmadığı üçün böyük əksəriyyəti itib-batmışdır. Aşıq uzun müddət ev dustağı edilmiş, göz həbsində saxlanmış, şikəstliyi və el-oba içində böyük hörmət və nüfuz sahibi olması onu Sibirə və ya Qazaxıstana sürülməkdən xilas etmişdir.
Aşıq Nəsib bütün şüurlu həyatı boyu ermənilərin məkrli, işğalçı, xəyanətkar siyasətini şəxsən görmüş, müsəlmanlara qarşı törətdikləri qırğın və talanların şahidi olmuş, “hay”ların iç üzünü, əsl simasını ifşa edən çoxlu şeir qələmə almışdır. Görkəmli sənətkar müxtəlif məclislərdə qarşılaşdığı erməni aşıqları ilə deyişmələrdə ermənilərin mənfur xarakterini cəsarətlə açıb göstərmişdir.
Aşıq Nəsib özünün ictimai-siyasi səciyyə daşıyan vətənpərvərlik şeirlərində müsəlmanlara qarşı həm çarizm, həm də sovet dövründəki rus-erməni əməkdaşlığını pisləmiş, bu siyasətin insanlığa zidd mahiyyətini poetik tənqid atəşinə tutmuşdur. Bu mənada, onu ilk dissident aşıqlardan biri hesab etmək olar.
Aşıq Nəsib bir-birindən gözəl lirik əsərlər müəllifidir. Onun böyük ilhamla yaratdığı axıcı, zərif, kövrək duyğulu bayatı, qoşma, gəraylı, təcnis, müxəmməs, divani janrlarındakı şeirləri Azərbaycan aşıq poeziyasının və məhəbbət lirikasının qızıl fonduna daxil olmuşdur.
Aşıq Nəsibin qələmə aldığı təbiət təsvirləri, Ağbabanın füsunkar təbiətini ilhamla tərənnüm edən şeirləri onun ana vətənə, doğma yurda bəslədiyi sonsuz məhəbbətin təzahürü kimi diqqətəlayiqdir.
Aşıq Nəsibin həyatı ilə bağlı olan aşıq rəvayətləri öz ideya-siyasi məzmununa, milli və xəlqi mahiyyətinə görə seçilir. Bu əsərlərdə aşıq öz sazı və sözü ilə ən çətin anlarda daima doğma xalqının yanında olduğunu, onun arzu və istəklərini, hiss və həyəcanlarını paylaşdığını göstərmişdir. Bu rəvayətlərdə xalqın öz sənətkar övladına böyük məhəbbəti, aşığın isə öz yurduna, elinə, obasına, dilinə, dininə sevgisi əks olunur.
Aşıq Nəsib öz ustadları Göləli İbrahimdən və Aşıq Şenlikdən öyrəndiyi 40-a yaxın orijinal Ağbaba-Çıldır saz havasını xüsusi mühafizəkarlıqla qorumuş, onları öz şəyirdləri vasitəsilə bugünkü nəsillərə çatdırmaqla xələf-sələf əlaqələrinin davam etdirmiş, özü də bir neçə orijinal saz havası yaratmışdır.
Aşıq Nəsibin şeirləri məzmunca rəngarəng olduğu kimi, formaca əlvandır, əsərlərinin dili milli və xəlqi, rəvan, səlis və obrazlıdır, onda xalqın ruhu əks olunur. Aşığın işlətdiyi bədii təsvir və ifadə vasitələri, yəni pоеtik fiqurlаr son dərəcə gözəl və məzmunludur. Burada məcаzlаr, təşbеhlər, еpitеtlər, mеtаfоrаlаr, mеtоnimiyа, аnаfоrа, mübаliğə (hipеrbоlа), litоtа, təzаd (аntitеzа), аllitеrаsiyа, аssоnаns, kinаyə, sаrkаzm, еləcə də аrхаizm və diаlеktizmlər, hətta vulqаrizm və varvarizmlər (siyasi şeirlərində erməni və rus dillərindən alınmış söz və ifadələr) çox canlı, orijinal və maraqlıdır.
Aşıq Nəsib ustad sənətkar kimi bir neçə layiqli şəyird yetişdirmiş, Ağbaba-Çıldır aşıq mühitinin Ağbaba qolunun sənət ənənələrinin yaşamasını təmin etmişdir.
Müasir siyasi sərhədlərimizdən kənarda yaranmış milli mədəniyyət nümunələri Azərbaycan etno-mədəni sisteminin tərkib hissələridir. Təəssüf ki, sovet dövründə bunun üstündən sükutla keçilirdi. Müstəqillik dövründə Aşıq Nəsibin, eləcə də həmin dövrün böyük sənətkarları olan Aşıq Şenliyin, Çorlu Məhəmmədin, Aşıq Balakişinin və Ağbaba-Çıldır aşıq mühitinin inkişafında müstəsna rol oynamış, saz-söz sənətinin tərəqqisi üçün yorulmadan çalışmış digər aşıqların sənətinin tədqiqi həm folklorumuzun, həm də konkret olaraq aşıq ədəbiyyatının gerçək elmi mənzərəsini yaratmaq baxımından vacibdir. Bu monoqrafiya həmin məqsədlə qələmə alınmışdır. Çünki aşıq mühitlərinin və məktəblərinin küll halında, ayrı-ayrı sənətkarların yaradıcılığının isə fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan etno-mədəni sisteminin mükəmməl öyrənilməsi üçün birinci dərəcəli əhəmiyyətə malikdir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Azərbaycan dilində:
-
Abbasov İ. Azərbaycan ədəbiyyatı inciləri // Dastanlar. − Bakı: Yazıçı, 1987. − S. 5-20.
-
Abdulla B. Kitabi-Dədə Qorqudun poetikası. − Bakı: Elm, 1999. − 223 s.
-
Abdullayev C. Lirika və zaman. − Bakı: Yazıçı, 1982. − 180 s.
-
Abdullayev K. Gizli “Dədə Qorqud”. − Bakı: Yazıçı, 1991. − 152 s.
-
Axundov Ə. Aşıq Ələsgərin həyatı və yaradıcılığı. − Bakı: NDA, 1946. − 157 s.
-
Ağbaba A. Aşıq Nəsibin sənət dünyası. − Bakı: Elm, 2008. − 96 s.
-
Allahmanlı M. Türk dastan yaradıcılığı. − Bakı: Ağrıdağ, 1998. − 142 s.
-
Allahmanlı M. Ozan, aşiq və aşıq. − Bakı: Ağrıdağ, 1997. − 158 s.
-
Araslı H. Aşıq yaradıcılığı. − Bakı: Birləşmiş nəşriyyat, 1960. − 121 s.
-
Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. − Bakı: Qartal, 1998. − 280 s.
-
Aşıq Alı. Əsərləri. − Bakı: Avrasya press, 2006. − 192 s.
-
Aşıq İskəndər Ağbabalı. Ayırdılar Ağbabadan. − Bakı: Ozan, 1998. − 184 s.
-
Aşıq Nəsib / Toplayıb tərtib edənlər: H.Ismayılov, T.Səmimi. − Bakı: Səda, 2004. − 200 s.
-
Aşıq rəvayətləri / Toplayanı və tərtib edəni R.Rüstəmzadə. − Bakı: Gənclik, 1988. − 156 s.
-
Aşıqlar və el şairləri / Toplayanı və tərtib edəni S.Qəniyev. − Bakı: ADPU, 1993. − 112 s.
-
Azərbaycan aşıq şeirindən seçmələr. I cild / Tərtib edəni Ə Axundov və b. − Bakı: Şərq-Qərb, 2005. − 375 s.
-
Azərbaycan aşıq şeirindən seçmələr. II cild / Tərtib edəni Ə Axundov və b. − Bakı: Şərq-Qərb, 2005. − 421 s.
-
Azərbaycan aşıqları. − Bakı: Çaşıoğlu, 2004. − 399 s.
-
Azərbaycan dastanları. IV cild / Tərtib edəni M.H.Təhmasib. − Bakı: Çıraq, 2005. − 544 s.
-
Azərbaycan folkloru antologiyası. VIII kitab. Ağbaba folkloru / Toplayıb tərtib edənlər: H.Ismayılov, T.Səmimi. − Bakı: Səda, 2003. − 476 s.
-
Azərbaycan folkloru antologiyası. Ağbaba folkloru / Toplayıb tərtib edəni S.Ağbabalı. − Bakı: Azərnəşr, 1997. − 256 s.
-
Azərbaycan ədəbiyyatı taixi. I cild. − Bakı: Elm, 2004. − 757 s.
-
Babayev İ., Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. − Bakı: Maarif, 1970. − 268 s.
-
Bülbül. Seçilmiş məqalə və məruzələri. − Bakı: EA nəşriyyatı, 1968. − 227 s.
-
Bünyadov T. Əsrlərdən gələn səslər. − Bakı: Gənclik, 1993. − 264 s.
-
Çorlu Məhəmməd. Ərş əlaya bir yolum var / Toplayıb tərtib edəni: T.Səmimi. − Bakı: Adiloğlu, 2003. − 100 s.
-
Dünya konfransının Sədr cənablarına // Azərbaycan SSR EA Tarix, Fəlsəfə, Hüquq Institutunun Xəbərləri. – 1989. −№4. − S. 111-115.
-
Eldarova Ə. Azərbaycan aşıq sənəti. − Bakı: Elm, 1996. − 281 s.
-
Ədəbiyyatşünaslıq terminləri lüğəti / Tərtib edəni Ə.Mirəhmədov. − Bakı: Maarif, 1978. − 200 s.
-
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. − Bakı: Maarif, 1981. − 403 s.
-
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. − Bakı: Maarif, 1992. − 480 s.
-
Əfəndiyev O. Aşıq poeziyasının estetik problemləri. − Bakı: Azərnəşr, 1983. − 116 s.
-
Ələkbərli Ə. Qədim Türk – Oğuz yurdu “Ermənistan”. − Bakı: Sabah, 1994. − 203 s.
-
Ələsgər İ. Ələsgər ocağı ilə bağlı yaradılmış dastan -rəvayətlər haqqında. − Bakı: Nurlan, 2007. − 188 s.
-
Əsgərov B. Ağbabada qalan izlər. − Bakı: Nurlan, 2001. − 204 s.
-
Əskər R. Qutadğu bilig. − Bakı: Elm, 2003. − 320 s.
-
Hacıbəyov Ü. Seçilmiş əsərləri. − Bakı: Yazıçı, 1985. − 653 s.
-
Hacılı A. Qəribəm bu vətəndə. − Bakı: Gənclik, 1992. − 216. s.
-
Hacıyeva M. Türk aşıqları. − Bakı: Elm, 2004. − 207 s.
-
Həkimov M. Aşıq sənətinin poetikası. − Bakı: Səda, 2004. − 606 s.
-
Həkimov M. Aşıq şeirinin növləri. − Bakı: APİ, 1987. − 80 s.
-
Həkimov M. Azərbaycan klassik aşıq yaradıcılığı. − Bakı: API, 1982. − 87 s.
-
Həkimov M. Azərbaycan aşıq ədəbiyyatı. − Bakı: Yazıçı, 1983. − 279 s.
-
Həkimov M. Azərbaycan aşıq şeir şəkilləri və qaynaqları. − Bakı: Maarif, 1999. − 376 s.
-
Həkimov M. − Bayatılar. Bakı: ADPU, 1991. − 78 s.
-
İbrahimov M. Aşıq poeziyasında realizm. − Bakı: EA nəşriyyatı, 1966. − 121 s.
-
İsmayılov H. Aşıq sənətində “Dədə” epitetinin sufi mahiyyətinə dair //”Filologiya məsələləri”. – 2003. − №2. − S. 18-20.
-
İsmayılov H. Aşıq sənətinin ata, baba, dədə mərhələləri //Azərbaycan şifahi xalq ədəbiyyatına dair tiədqiqlər. XII kitab. – Bakı, 2002. − S. 156-164.
-
İsmayılov H. Aşıq sənətinin inkişaf mərhələləri // “Dədə Qorqud”. – 2002. − №1. − S. 50-100.
-
İsmayılov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. − Bakı: Elm, 2002. − 311 s.
-
İsmayılov H. Aşıq yaradıcılığının iki konteksti: təriqət və sənət // “Dədə Qorqud”. – 2003. − №1. − S. 58-64.
-
İsmayılov H. Dədə Ələsgər poeziyasının sufi mahiyyətinə dair // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XI kitab. – Bakı, 2002. − S. 24-49.
-
İsmayılov H. Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf mərhələləri. Bakı: Elm, 2002, 404 s.
-
İsmayılov H. Göyçə aşıqları və el şairləri, I cild. − Bakı: Səda. − 492 s.
-
İsmayılov H. Göyçə dastanları: türk epik sistemində dastan informasiyasının fasiləsizliyi // Göyçə dastanları və aşıq rəvayətləri. Toplayanı, tərtib edəni, ön sözün, qeyd və izahların müəllifi H.Ismayılov. − Bakı: Səda, 2001. − S 3-82.
-
İsmayılov H. Göyçə dastanlarının sufi konteksti // “Filologiya məsələləri”. – 2003. − №1. − S. 252-259.
-
Qasımlı M. Aşıq sənəti. − Bakı: Ozan, 1996. − 258 s.
-
Qasımlı M. Ozan-aşıq sənəti. − Bakı: Uğur, 2003. − 308 s.
-
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. − Bakı: Maarif, 1956. – 487 s.
-
Qəniyev S. Aşıq şerinin poetikası. − Bakı: ADPU, 1999. − 64 s.
-
Qurbanov Tacir. Ağbaba aşıq mühiti. − Bakı: 2011. − 175 s.
-
Kaşğari M. Divanü-lüğat-it-türk I cild / Tərcümə edən və nəşrə hazırlayan R. Əskər. − Bakı: Ozan, 2006. − 512 s.
-
Məmmədli E. Təcnis sənətkarlığı. −Bakı: Nafta press, 1998. − 161 s.
-
Məmmədova N. Aşıq poeziyasında mövzu və janr əhatəsi (Aşıq Hüseyn Şəmkirlinin poetikası əsasında). − Bakı: ADPU, 1999. − 135 s.
-
Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. − Bakı: Maarif, 1972. − 280 s.
-
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. − Bakı: Azərbaycan Ensiklopediyası NPM, 1998. − 240 s.
-
Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz. − Bakı: ADPU, 1997. − 291 s.
-
Miskin Abdal / Toplayanı, tərtib edəni, ön söz, qeyd və izahların müəllifı H.İsmayılov. − Bakı: Səda, 2001. − 287 s.
-
Mustafayev C. Sənətin milli kökləri // O.Əfəndiyev. Aşıq poeziyasının estetik problemləri. − Bakı: Azərnəşr, 1983. − S. 3-9.
-
Müsahibə 1. Şəxsı arxiv
-
Müsahibə 2. Şəxsi arxiv
-
Müsahibə 3. Şəxsi arxiv
-
Müsahibə 4. Şəxsi arxiv
-
Müsahibə 5. Şəxsi arxiv
-
Müsahibə 6. Şəxsı arxiv
-
Namazov Q. Aşığın sazı və sözü. − Bakı: Yazıçı, 1980. − 156 s.
-
Namazov Q. Azərbaycan aşıq sənəti. − Bakı: Yazıçı, 1984. − 193 s.
-
Nəbiyev A. Azərbaycan aşıq məktəbləri. − Bakı: Nurlan, 2004. − 310 s.
-
Nəbiyev A. Azərbaycan folklorunun janrları. − Bakı: ADU, 1983. − 87 s.
-
Nəbiyev A. Qəhrəmanlıq səhifələri. − Bakı: Gənclik, 1975. − 98 s.
-
Oğuz elindən – ozan dilindən / Toplayıb tərtib edəni A.Bayramov. − Bakı: Elm, 2000. − 250 s.
-
Paşayev S. Azərbaycan folkloru və aşıq yaradıcılığı. – Bakı, 1989. − 87 s.
-
Paşayev S. XIX əsr aşıq yaradıcılığı. − Bakı: 1990, Azərnəşr. − 131 s.
-
Saraclı Aşıq Hüseyn. Şeirlər, söyləmələr. Bakı: Yazıçı, 1992, 206 s.
-
Sarıvəlli O. Aşıq poeziyası // “Ədəbiyyat və incəsənət”. – 1971, 20 oktyabr.
-
Seyidov M. Varsaq sözü haqqında // Azərbaycan SSR EA-nın Elmi Əsərləri. VII kitab. – Bakı, 1954. − S. 180.
-
Səmimi T. Duman dağı bürüdü. − Bakı: Nurlan, 2000. − 84 s.
-
Səmimi T. Qədim oğuz yurdunun Düzkənd kəndi. − Bakı: Nurlan, 2005. − 336 s.
-
Təhmasib M.H. Azərbaycan xalq dastanları. − Bakı: Elm, 1972. − 399 s.
-
Təhmasib M.H. “Dədə Qorqud” boyları haqqında// Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. − Bakı: Azərbaycan SSR EA-nın Nəşriyyatı, 1961. − S. 4-51
-
Vəkilov Q. XIX əsr aşıq lirikası. − Bakı: Maarif, 1993. − 144 s.
-
Vəliyev Q. Aşıq Nəsib // “Azərbaycan” jurnalı. – 1988. − №6. − S. 139-140.
-
Vəliyev Q. Aşıq Şenliyin həyatı, mühiti və poetik yaradıcılığı. – Bakı: NDA, 1991. − 169 s.
-
Vəliyev V. Azərbaycan folkloru. − Bakı: Maarif, 1985. − 414 s.
-
Vəliyev V. Qaynar söz çeşməsi. − Bakı: Yazıçı, 1981. − 151 s.
Türk dilində:
-
Aslan E. Çıldırlı Aşık Şenlik. Hayatı, Şiirleri ve Hikayeleri (Metin-İnceleme-Sözlük). – Erzurum, 1973. − 455 s.
-
Aslan F. Kars Yöresi Aşıklık Geleneğinin Usta-Çırak Geleneği Bakımından Değerlendirilmesi // Türk Dili ve Edebiyatı Dergisi. – 2007. − №XXXVI. − S. 41-78.
-
Başlangıçtan Günümüze Kadar Büyük Türk Klasikleri. Tarih-Antoloji-Ansiklopedi. 9. Cilt. − İstanbul: Ötüken-Söğüt, 1989. − 431 s.
-
Caferoğlu A. Azerbaycan Edebiyatı // Türk Dünyası Edebiyatı. TDAV. – 1991. − №1.
-
Caferoğlu A. Terekeme Ağzıle Hüdut Boyu Saz Şairlerinden Kurbani ve Şiirleri // TDED, III. – 1948. − №112.
-
Caferoğlu A. Türk Dili Tarihi. I-II. – İstanbul, 2000. − 246 s.
-
Caferoğlu A. XVI. Asır Azeri Saz Şairlerinden Tufarkanlı Abbas // Azerbaycan Yurt Bilgisi. −1932. − №1.
-
Cenub Garb-i Kafkasya Türkleri // Yeni Gün gazetesi. − 3.12.1919. − № 257; − 9.12.1919. − № 263.
-
Çelik F. Kars İli Tarihi. − Kars, 1943. − 50 s.
-
Çıldırlı Aşık Şenlik. “Ermeni canfidalarbaşına” // Çınaraltı Dergisi. – 1941, 20 Aralık. − №20.
-
Düzgün D. Aşık Şenligin Latıf Şah Hikayesi Üzerine Bir Deneme // Milli Folklor Dergisi. – 1990. − №5. − S. 12-14.
-
Erim N. Devletlerarası Hukuk ve Siyasi Tarih Metinleri, c. I. – Ankara, 1953. − 708 s.
-
Gökdemir A.E. Cenub-i Garbi Kafkas Hükümeti. – Ankara, 1998. − 289 s.
-
Kafkasyalı A. Farklı Bir Aşık Tipi Olarak Aşık Şen-lik // Türk Yurdu Dergisi. − 1999. – 138. − S. 49-57
-
“Kars kurtuluş destanı” // Kars Gazetesi. – 1949, 8 Ocak.
-
Kars Milli İslam Şurası ve Cenub Garb-i Kafkas Hukumet-i Muvakkat-ı Milliyesi / Hazırlayan: C.E. Abbasoğlu). – İstanbul, 1986. − 533 s.
-
Kavaklı A. Türk edebiyatı. II. − İstanbul: Türk Edebiyatı Vakfı yayınları, 2002. − 891 s.
-
Kaya D. Edebiyatımızda Aşık Kolları ve Şenlik Kolu // Aşık Şenlik Sempozyumu Bildirileri. 22-23 Mayıs 1997. – Ankara, 2000. − S. 143-154.
-
Kırzıoğlu F. Edebiyatımızda Kars. – İstanbul, 1958. − 184 s.
-
Kırzıoğlu F. Kars Ili ve Çevresinde Ermeni Mezalimi (1918-1920). – Ankara, 1999. − 136 s.
-
Kırzıoğlu F. Kars Tarihi. – İstanbul, 1953. − 517 s.
-
Köprülü M.F. Edebiyat araştırmaları. – Ankara, 1999. − 472 s.
-
Köprülü M.F. Azeri Edebiyatının Menşei // İslam Ansiklopedisi. – 1942. cilt 1.
-
Köprülü M.F. Türk Edebiyatında Aşıq Tarzmın Menşe ve Tekamülü // Milli Tetebbular Mecmuası. – 1331. − № l.
-
Köprülü M.F. Türk Edebiyalmda İlk Mutasavvıflar. − Ankara: Türk Tarih Kurumu Yayınları, 1993. − 430 s.
-
Köprülü M.F. Türk Saz Şairleri. – Ankara, 1992. − 728 s.
-
Kurat A.N. Üç Sancak: Kars, Batum, Ardahan. − Ankara: 1970.
-
Onk N. Göyçeli Aşık Elesker. − Adapazarı: Işık Basımevi, 1964. − 219 s.
-
Soysal İ. Türkiyenin Siyasal Andlaşmaları. (1920-1945). cilt I. − Ankara: Türk Tarih Kurumu Yayınları, 1983. − 696 s.
-
Tanrıdağ Dergisi. – 1942. − №13, 31 Temmuz.
-
Tansel S. MMC, III. – Ankara, 1973. − 271 s.
-
Türk Ansiklopedisi-İnönü Ansiklopedisi. Cilt IV. − Ankara: Milli Eğitim yayınevi, 1950. − 450 s.
-
Unay G. Türkiyede Aşık Tarzı Şiir Geleneği ve Rüya Motivi. − Ankara: Akçağ, 1992. − 252 s.
-
Yerasimos S. Türk-Sovyet Ilişkileri Ekim Devriminden Milli Mücadeleye. − İstanbul: Gözlem, 1979. − 660 s.
-
Yunus Emre Divanı. − Ankara: Akçağ yayınları, 1991. − 273 s.
Rus dilində:
-
Аббаслы И. Ареал распространения и влияния азербайджанских дастанов. − Баку: Сада, 2001. − 171 с.
-
Абдуллаев Б. Азербайджанский обрядовый фольклор и его поэтика. − Баку: Элм, 1990. − 216 с.
-
Азербайджанская ашугская поэзия. Алескер. − Баку: Язычы, 1984. − 137 с.
-
Акимов М. Азербайджанская средневековая ашугская литература. Автореф. дисс. докт. филол. наук. – Баку, 1977. − 49 с.
-
Алиев М. Формы и виды азербайджанской народной поэзии. Автореф. дисс. докт. филол. наук. − Баку: 1976. − 51 с.
-
Бартольд В.В. Турецкий эпос и Кавказ / Книга моего Деда Коркута. − Баку: ЙНЭ “XXI аср”, 1999. − С. 118-126.
-
Гаджиев В. Специфические особенности Азербайджанского фольклора (на материалах тюркоязычного фольклора Грузии). Автореф. дисс. докт. филол. наук. – Баку, 1993. − 47 с.
-
Жирмунский В.М. Огузский героический эпос и “Книга Коркута” / Книга моего Деда Коркута. − Баку: ЙНЭ “XXI аср”, 1999. − С. 136-255.
-
Короглы Х., Набиев А. Азербайджанский героический эпос. − Баку: Язычы, 1996. − 305 с.
-
Кяримли А. Таузская школа ашыгов Азербайджана. Автореф. дисс. канд. искусств. – Баку, 1995. − 25 с.
-
Намазов Г.М. Из истории развития Aзербайджанской ашугской поэзии (советский период). Автореф. дисс. канд. филол. наук. – Баку, 1968. − 21 с.
-
“Песни ашуга” // Газ. “Вышка”. – 1978. − 14. 02.
-
Рустамзаде Р. Азербайджанские историко-героические дастаны. Автореф. дисс. докт. филол. наук. – Баку, 1988. − 48 с.
-
Фархадов Ф. Закавказская версия эпоса “Кероглы”. Автореф. дисс. докт. филол. наук. – Баку, 1968. − 49 с.
-
Эфендиев П. “Кер-оглы” героический эпос Aзербайджанского народа. Автореф. дисс. канд. филол. наук. – Баку, 1954. − 12 с.
-
Якубова С. Азербайджанское народное сказание “Ашиг Гариб”. − Баку: Элм, 1968. − 198 с.
SUMMARY
CREATIVE WAYS OF ASHUG NASIB
The monography has been devoted to the life and creative activity of the prominent representative of the Aghbaba-Childir Ashugs` school Ashug Nasib.
The monography work consists of an introduction, three chapters, conclusion and the list of used literature.
The first chapter of the dissertation work (The time and environment of Ashug Nasib) is divided into three subdivisions which are called “The period of Ashug Nasib”, “The activity environment of Ashug Nasib”, “The life of Ashug Nasib” where the different issues like the new history of the region, sanguinary events of the World War I, massacre of 1918-1920 years, instigation of international discrimination, establishment of the Soviet Union, closing of the soviet turkish borders, foundation of collective – farm and many others are analyzed in details as well as Ashug Nasib himself , who was the eyewitness of these events, history and condition of “Aghbaba Childir Ashug school”, the life and creativity of the prominent representative of that school, finally, the life of Ashug Nasib against the background of all above mentioned.
The second chapter (“The Creativity of Ashug Nasib”) consists of four subdivisions. The patriotic poems are analyzed in the first subdivision, the lyrics of love are analyzed in the second subdivision, and the poems of Ashug devoted to the native nature are analyzed in the third subdivision of the second chapter. The special genre is analyzed in the fourth subdivision which is of paramount importance in the Ashug’s creativity.
In the third chapter (“The poetic peculiarities of the poems of Ashug Nasib”), the expressive means and devices, poetical figures, assonance, alliteration, simile, metaphor, anaphora, hyperbole, archaism, vulgar words and etc. are analyzed in details.
The results of the analysis discussed in the monography are found in the generalized conclusion of the investigation.
РЕЗЮМЕ
ТВОРЧЕСКИЙ ПУТЬ АШУГА НАСИБА
Монография посвящена жизни и творчеству выдающегося представителя Акбабино-Чылдырской ашугской школы Ашуга Насиба.
Монография состоит из введения, трех глав, заключения и списка использованной литературы.
Первая глава (“Время и среда Ашуга Насиба”) состоит из трех разделов, которые называются “Время Ашуга Насиба”, “Среда Ашуга Насиба” и “Жизнь Ашуга Насиба”, где подробно описиваются новейшая история региона, крововые события первой мировой войны, трагедии 1918-1920 гг., разжигание межнациональной розни, установление советской власти, закрытие советско-турецкой границы, колхозное строительство и др., очевидцем которых являлся сам Ашуг Насиб; описивается история и положение Акбабино-Чылдырской ашугской школы, жизнь и творчество выдающихся представителей этой школы, наконец, на фоне всего этого жизнь самого Ашуга Насиба.
Вторая глава (“Творчество Ашуга Насиба”) состоит из четырех разделов. В первом разделе анализируются патриотические стихи, во втором разделе любовная лирика, в третьем стихи ашуга, посвяшенные родной природе. В четвертом разделе говорится о своеобразном жанре – ашугских преданиях, которые, по сути своей, являются интересными, порою шутливо-комическими страницами из жизни ашуга.
В третьей главе (“Поэтические особенности стихов Ашуга Насиба”) анализируются литературные жанры и средства худо-жественного выражения, поэтические фигуры, т.е. эпитеты, метафоры, анафоры, гиперболы, литоты, ассонансы, аллитерации, сарказмы, архаизмы, диалектизмы, вульгаризмы, варваризмы и т. д.
В заключении даются краткие выводы и обобщения.
İÇİNDƏKİLƏR
GİRİŞ..... 3
I FƏSİL. AŞIQ NƏSİBİN DÖVRÜ VƏ MÜHİTİ 7
-
Aşıq Nəsibin dövrü 7
-
Aşıq Nəsibin mühiti 14
-
Aşıq Nəsibin həyatı 26
II FƏSİL. AŞIQ NƏSİBİN YARADICILIĞI 48
2.1. Vətənpərvərlik şeirləri 50
2.2. Məhəbbət lirikası 65
2.3. Təbiət lirikası 77
2.4. Aşıq rəvayətləri 84
III FƏSİL. AŞIQ NƏSİBİN ŞEİRLƏRİNİN
POETİK XÜSUSİYYƏTLƏRİ 124
3.1. Şeirlərin janr xüsusiyyətləri 126
3.2. Şeirlərdə bədii ifadə və təsvir vasitələri 137
NƏTİCƏ 148
ƏDƏBİYYAT 152
SUMMARY 161
РЕЗЮМЕ 162
Nailə Əskər.
Aşıq Nəsibin yaradıcılıq yolu.
Bakı, “Elm və təhsil“ nəşriyyatı, 2016.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:
Ruhəngiz Əlihüseynova
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 60/84 1/32
Mətbəə kağızı: №1
Həcmi: 164 səh.
Tirajı: 300
Kitab АМЕА Folklor İnstitutunun
Kompyuter mərkəzində yığılıb səhifələnmiş,
“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən
ofset üsulu ilə nəşr edilmişdir..
Dostları ilə paylaş: |