“Kitabxana.az”.-2009.-№5 (08).-S.29-34.
AZƏRBAYCANDA SORAQ-MƏLUMAT NƏŞRLƏRİ
SiSTEMİNİN FORMALAŞMASI PROSESİ (1970-Cİ İLLƏR)
Sevda QULİYEVA,
Fəlsəfə doktoru
Bu mərhələ Azərbaycanda elmin, təhsilin və mədəniyyətin yüksəlişi ilə səciyyələnən dövr kimi diqqəti cəlb
edir. Elmin, texnikanın və sənayenin inkişafı, bu sahələrdə baş verən inteqrasiya və differensasiya prosesini xeyli
sürətləndirmiş, elmi-texniki məlumatın həcminin artmasına və bu müxtəlif növlü məlumatın insan fəaliyyətinin
müxtəlif sahələrində tətbiqinə və istifadə edilməsinə tələbatı xeyli dərəcədə artırmışdır. Bununla əlaqədar olaraq
oxucuların daha geniş mənada insanların maraq dairəsi, ixtisas və peşələri müxtəlif növlü və tipli soraq-məlumat
nəşrlərinin də inkişafım və istifadə olunmasını zərurətə çevirmişdir. Bu şərait tərtib etdiyimiz illərdə müxtəlif növlü
soraq - məlumat nəşrləri sistemində mühüm yer tutan ümumi və sahəvi ensiklopediyaların, ensiklopedik lüğətlərin,
mövzu-soraq kitablarının, izahlı, terminoloji, frazeoloji lüğətlərin və s. inkişafını, nəşr edilib yığılmasını tələb
etmişdir. Göründüyü kimi soraq məlumat nəşrləri müxtəlif quruluşlu çox sayda məlumat kitablarını əhatə edir.
Onların hamısı ümumi bir məqsədə - oxucuların işgüzar biliklərə olan, yaranan və artan tələbatlarını ödəməyə
xidmət edir. Mövzular, terminlər və s. ətrafında bilgilərin sistemli şəkildə düzümü və təqdimi istənilən
informasiyanı qısa müddətdə əldə olunmasına imkan verir. Digər tərəfdən soraq - məlumat kitablarının müxtəlifliyi
və çoxluğu nəşrlər sistemini yaradır. 70-ci illərdə Azərbaycanda nəşr edilən soraq - məlumat kitablarının
müxtəlifliyi və nəşrinin genişlənməsi, bu məlumat mənbələrinin sistemə çevrilməsinə gətirib çıxarmışdır. Bu
dövrdə ölkəmizdə meydana gələn soraq - məlumat nəşrlərinin öyrənilməsi göstərir ki, artıq sistemin formalaşması
prosesi gedir və nəticələr təqdir olunmağa layiqdir. Bunu 70-ci illərdə respublikamızda nəşr edilən və ölkəmizin iri
dövlət kitabxanalarına (xarici ölkələrdən müxtəlif yollarla) daxil olan soraq - məlumat nəşrləri təsdiq edir.
Burada ancaq respublikamızda öyrəndiyimiz dövrdə soraq - məlumat nəşrlərinin formalaşması prosesinin
mahiyyəti, sistemə daxil olan və yeni nəşr edilən məlumat kitabların inkişaf dinamikası əhatə edilir.
Soraq - məlumat nəşrləri sistemində xüsusi yer tutan universal xarakterli ensiklopediyanın yaradılması və
nəşr edilib yayılması hər bir xalqın həyatında çox böyük hadisə hesab edilir. Bu mənada Azərbaycan Sovet
ensiklopediyasının ilk cildinin 70-ci illərdə buraxılması diqqətə layiqdir.
Çünki elmi və mənəvi inkişafımızın misilsiz mənzərəsi ensiklopedik nəşrlərimizdə öz əksini tapır, beləliklə
də bu universal bilgilər mənbəyində indiki və gələcək nəşrlər üçün ən dolğun, ən dəqiq şəkildə təsvir və təsbit
olunur. Ensiklopediyalarda təbiət və cəmiyyət haqqında baxışlar, nöqteyi-nəzərlər cəmləşdirilir. Onlar dövrün elm
və mədəniyyətinin səviyyəsini əks etdirir.[l] Sovet hakimiyyəti illərində ölkəmizdə ensiklopediyalar nəşr etməyə
dəfələrlə (1934, 1938, 1958, 1965-ci illərdə) təşəbbüs göstərilmiş və hər dəfə bu təşəbbüs nəticəsiz qalmışdır.
1965-ci ilin sonlarında Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası yaradılsa da, onun işi 1975-ci ilədək
uğurlu nəticə vermədi. Azərbaycan KP MK 1975-ci il oktyabrın 24-də «Azərbaycan Sovet Ensiklopediyası Baş
Redaksiyasının işində ciddi nöqsanlar haqqında» və 1976-cı il fevralın 10-da «Azərbaycan Sovet Ensiklopediyası
Baş Redaksiyasının və Elmi Redaksiya Şurasının yeni tərkibi haqqında» qərar qəbul etdi[2].
Dövrün xüsusilə siyasi şəraitin çətinliyinə baxmayaraq Azərbaycan Sovet Ensiklopediyasının birinci cildi
1976-cı ildə nəşr edildi. Əlbəttə bu birinci cildin nəşri respublikamızın mədəni həyatında böyük hadisə idi.
Azərbaycanda iqtisadiyyat, elm, texnika və mədəniyyətin hərtərəfli inkişafı və xüsusilə yüksəlişi bu universal
ensiklopediyanın meydana gəlməsinə imkan vermişdir. İndi xalqımız özünün universal ensiklopediyası olan xalqlar
sırasındadır. Bu böyük kitab respublikamızın bütün ziyalılarının, alim və nasirlərinin gərgin zəhməti, əməli
fəaliyyəti nəticəsində yaranmışdır[3].
Yeri gəlmişkən qeyd etməliyik ki, bəşəriyyətin bilik dairəsi hədsiz-hüdudsuzdur və ağlasığmaz bir sürətlə
genişlənir və artır. İnformasiya artır, insanın və psixikanın möhkəmlik ehtiyatı isə yenə də əvvəlki kimi qalır. Çap
edilən əsərlərin sayı insanm onları qavramaq qabiliyyətindən qat-qat sürətləsə da, onun işi 1975-ci ilədək uğurlu
nəticə vermədi. Azərbaycan KP MK 1975-ci il oktyabrın 24-də «Azərbaycan Sovet Ensiklopediyası Baş
Redaksiyasının işində ciddi nöqsanlar haqqında» və 1976-cı il fevralın 10-da «Azərbaycan Sovet Ensiklopediyası
Baş Redaksiyasının və Elmi Redaksiya Şurasının yeni tərkibi haqqında» qərar qəbul etdi.
Dövrün xüsusilə siyasi şəraitin çətinliyinə baxmayaraq Azərbaycan Sovet Ensiklopediyasının birinci cildi
1976-cı ildə nəşr edildi. Əlbəttə ,bu birinci cildin nəşri respublikamızın mədəni həyatında böyük hadisə idi.
Azərbaycanda iqtisadiyyat, elm, texnika və mədəniyyətin hərtərəfli inkişafı və xüsusilə yüksəlişi bu universal
ensiklopediyanın meydana gəlməsinə imkan vermişdir. İndi xalqımız özünün universal ensiklopediyası olan xalqlar
sırasındadır. Bu böyük kitab respublikamızın bütün ziyalılarının, alim və nasirlərinin gərgin zəhməti, əməli
fəaliyyəti nəticəsində yaranmışdır.
Yeri gəlmişkən qeyd etməliyik ki, bəşəriyyətin bilik dairəsi hədsiz-hüdudsuzdur və ağlasığmaz bir sürətlə
genişlənir və artır. İnformasiya artır, insanm və psixikanın möhkəmlik ehtiyatı isə yenə də əvvəlki kimi qalır. Çap
edilən əsərlərin sayı insanın onları qavramaq qabiliyyətindən qat-qat sürətlə artır. Elə qəribə vəziyyət yaranmışdır
ki, ingilis alimi Con Bernalın yazdığına görə, yeni fakt kəşf etmək və yeni nəzəriyyə yaratmaq bunların hələ kəşf
edilmədiyini, yaxud yaradılmadığını yoxlayıb yəqin etməkdən asandır. Bu şəraitdə ensiklopediyalarla yanaşı, digər
soraq-məlumat ədəbiyyatının müxtəlif növlərinin əhəmiyyəti ölçüyəgəlməz dərəcədə artır[4].
Bu müxtəlif soraq - məlumat nəşrləri bütöv bir sistemdir. Bu sistemin tərkibində müəyyən yer tutan hər bir
yarım sistem və onun nəşrləri zəngin və müxtəlif səpgili informasiyaları əks etdirir. Əslində insanla informasiya
arasında mürəkkəb, çətin və geniş, əhatəli aspektlərdə mübarizə gedir. Əlbəttə, insanla informasiyanın bu qarşılıqlı
münasibətini tənzimləyən, ona əlverişli istiqamət verən ən mühüm vasitələrdən biri soraq - məlumat nəşrləridir.
Kitabın soraq-məlumat tipindəki nəşrləri insanların müxtəlif növlü və tipli informasiyalara konkret, yığcam və
dəqiq məlumata olan sorğu və tələbatlarmı ödəməyə xidmət edir. Bu da artıq həyatda təsdiq olunmaqdadır ki, güclü
informasiya axını təsadüfi proses deyildir, qanunauyğun və obyektiv prosesdir, onun axırı görünmür, lakin
insanların soraq - məlumat nəşrləri kimi əhəmiyyətli köməkçiləri vardır. Belə bir şəraitdə zərurət olaraq bütün
dünyada, o cümlədən Azərbaycanda soraq-məlumat nəşrlərinin sürətlə artması prosesi gedir və nəşrlərin sistemə
çevrilməsi baş verir. Çünki sürtələ dəyişən, inkişaf və tərəqqi edən dünyada soraq-məlumat nəşrləri təkcə orientir
deyil, həm də fəal tərbiyəçi və informasiya xəzinəsidir.
Yaşadığımız iyirminci yüz il elm və texnika, informasiya sahəsində elə böyük addımlar atmışdır ki,
adamların daha boş vaxtından söhbət gedə bilməz. Əslində insanların məşğulluqları və qayğıları çoxaldığından
asudəliyi rahatlığı əllərindən çıxmışdır. İnformasiya sıxlığı və məşğuliyyət çoxluğu insanlarda hər cür
soraq-məlumat kitablarına ehtiyacı artırmışdır[5]. İndi ixtisasından və peşəsindən asılı olmayaraq adamları çox şey
maraqlandırır. Maraq və mütaliə dairəsinin genişlənməsi, ixtisas və peşələrin artması, boş vaxtın azlığı soraq -
məlumat nəşrlərinin hər növ və tipinin inkişafına və istifadəsinə tələbatı artırır. Bunu Azərbaycanda 70-ci illərdə
çapdan buraxılmış soraq - məlumat nəşrlərinin nümunələrində aydın görmək olar.
Bu dövrdə ASE-nin ilk cildinin nəşri ilə bərabər, çox maraqlı və əhəmiyyətli soraq - məlumat nəşrləri
buraxılmışdır. 70-ci illərdə ildən-ilə bu cür ədəbiyyata tələbat artırdı. Onların mövzuları genişlənir və tirajı isə
yüksəlirdi. Soraq - məlumat nəşrləri üçün mövzu genişliyi xarakterikdir[6]. Həqiqətən öyrəndiyimiz illərdə ayrı-ayrı
elm sahələrinin mütəxəssisləri, ümumiyyətlə müxtəlif və geniş oxucu auditoriyası üçün çox maraqlı və əhəmiyyətli
sahə, soraq kitabları və lüğətləri nəşr edilmişdir.
Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutun hazırladığı üç cildlik «Rusca - azərbaycanca lüğət»in
(düzəldilmiş və artırılmış üçüncü nəşri) 1971-1978-ci illərdə «Elm» nəşriyyatı tərəfindən çap edilməsi ilə ölkəmizin
soraq - məlumat nəşri xüsusilə zənginləşmişdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Ə.Orucovn
redaktəsi ilə buraxılmış bu lüğətin birinci cildində lüğətin quruluşu və oxucu təyinatı haqqında yığcam məlumat
vermişdir. Geniş oxucu kütləsini nəzərdə tutan bu lüğət öz qarşısına rus dilini öyrənənlərə, habelə rus dilindən
Azərbaycan dilinə tərcümə işi ilə məşğul olanlara kömək etmək məqsədini qoymuşdur. Lüğətin beşinci səhifəsində
yazılmışdır: «lüğətin sözlüyü rus dilinin ən yeni lüğətlərinə... «Rus dilinin lüğəti»nin (1957-1961) sözlüyünə əsasən
bir çox yeni söz və ifadələrlə təkmilləşdirilmişdir.
Lüğətin terminoloji leksika hissəsi Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin yanında
Terminologiya Komitəsi tərəfindən təsdiq olunub buraxılmış terminologiya lüğətlərinə əsasən verilmişdir. Lüğətin
bu nəşrində rus dilində işlənən ideomatik ifadələrə, frazeoloji tərkiblərə əvvəlki nəşrlərə nisbətən çox yer
verilmişdir. Bu sözlərin azərbaycanca müvafiq qarşılığı, bu kimi qarşılıq olmadıqda isə izah şəklində tərcüməsi
verilmişdir»[7]. Bu lüğət əsasən tərcümə lüğətidir. Lakin yeni zamanda onda izahlı lüğət elementləri də
saxlanılmışdır. Bu başlıca olaraq siyasi, elmi, fəlsəfi, tarixi və s. terminlərə aiddir.
Bu üç cildliyin birinci cildində 29.099 baş söz və 3.057 ifadə - cəmi 32.156 lüğət vahidi, ikinci cildində
33.700 söz və 1.829 ifadə - cəmi 35.529 lüğət vahidi, üçüncü cilddə isə 26.741 söz və 3.203 ifadə, bütün lüğətdə
cəmi - 89.540 söz və 8.089 ifadə vardır.
Qeyd etdiyimiz kimi, öyrəndiyimiz dövrdə soraq - məlumat kitablarının müəyyən hissəsini ayrı-ayrı elm
sahələrinə dair terminlər lüğəti təşkil edir. Belə lüğətlərdən biri «Coğrafiya terminləri lüğəti» hesab edilir.
Bu bir həqiqətdir ki, müasir Coğrafiya elmi daim inkişaf edib zənginləşir. İnkişaf tələblərin uyğun olaraq
ondan yeni-yeni müstəqil elm sahələri yaranır. Son zamanlar respublikamızda Coğrafiya elminin ayrı-ayrı
sahələrində (Geomorfologiya, iqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, hidrologiya və s.) böyük tərəqqi
müşahidə olunur, Bununla əlaqədar olaraq müxtəlif təbii-coğrafi proses və hadisələri ifadə edən bir sıra yeni coğrafi
terminlər yaranmışdır. Ona görə də «Elm» nəşriyyatının Azərbaycan Elmlər Akademiyasının (indi Milli Elmlər
Akademiyası adlanır) Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış yeni «Coğrafiya Terminləri
lüğəti»ni nəşr edib geniş oxucu kütləsinə çatdırması təqdirəlayiqdir. Bu, respublikamızda tərtib olunan üçüncü
Coğrafiya Terminləri lüğətidir. İlk belə lüğət hələ 1923-cü ildə məşhur Azərbaycan coğrafiyaşünası Qafur Rəşad
Mirzəzadə tərəfindən hazırlanmışdır. Bu kitabda cəmi 250-dək coğrafiya termini verilmişdir. İkinci dəfə coğrafiya
terminlərinin lüğəti 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun müəlliflər kollektivi
tərəfindən tərtib edilmişdir. Birincidən fərqli olaraq bu lüğətdə 650 söz verilmişdir. Həmin lüğətin nəşrindən sonra
keçək 15-16 il müddətində coğrafiya elmində yaranmış bir sıra yeni terminlərin tədqiqinə ehtiyac artmışdır. Məhz
buna görə Coğrafiya İnstitutunun əməkdaşları geniş, əhatəli, dolğun yeni coğrafiya terminləri lüğətini tərtib
etmişlər. Lüğətdə 4.000-ə yaxın termin verilmişdir. Yeni lüğətin qiymətli cəhətlərindən başlıcası budur ki, burada
yalnız sırf coğrafiya terminləri deyil, bir sıra digər elmlərə - geologiyaya, astronomiyaya, torpaqşünaslığa və
nəbatata aid «müştərək» terminlər də toplanmışdır.
Lüğətə bir sıra Azərbaycan Xalq Coğrafiya terminlərinin («Çınqıl», «Güney», «Qüzey», «Ağ yol» və s)
daxil edilməsi müsbət cəhətdir. «Coğrafiya terminləri lüğəti»nin müsbət cəhətləri ilə yanaşı, bir sıra nöqsan və
çatışmayan cəhətləri də vardır. Bəzi terminlərin ruscadan tərcüməsi düzgün verilməmişdir.
Lüğət bir sıra Azərbaycan Xalq Coğrafiya terminlərinin verilməsi, coğrafiyaşünaslarla nəşriyyat işçiləri
arasında anlaşılmamazlığa və mübahisəyə səbəb olar. İzahlı coğrafiya terminləri lüğətinə ehtiyac vardır. 1975-ci
ildə çap edilmiş», 1976-ci ildə nəşr olunmuş «Azərbaycanca-rusca frazeologiya lüğəti» də mühüm soraq-məlumat
nəşrləridir.
«Azərbaycan dilinin orfoqrafiya lüğəti»n (1975) artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri kimi oxuculara
təqdim olunan bu lüğət özündən əvvəlki «Orfoqrafiya lüğəti»nin
Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçiləri, filologiya elmləri namizədləri B. T. Abdullayev və
N.Rəhimzadə tərəfindən dəqiqləşdirilmiş və daha da təkmilləşdirilmişdir. Lüğətin bu nəşrində sözlərin sayı daha
artırılaraq 58 minə çatdırılmışdır[9].
Əvvəlki lüğətlərdən fərqli olaraq bu lüğətdə bəzi dəyişikliklər edilmişdir. Məsələn, həmin lüğətlərdə bəzən
sözlərin iki cür yazılışına yol verildiyi halda (məs.: qulan//qulun; gizlənqaç// gizlənpaç; motosiklçi// motosikletçi və
s.) bu lüğətdə həmin variantlardan biri - ən çox işlənən forması saxlanılmışdır. Lüğətə əsasən müasir Azərbaycan
ədəbi dilinin leksikası daxil edilmişdir. Lakin o, mahiyyət etibarı ilə orfoqrafiya (sözlərin yazılış qaydaları)
haqqında bir məlumat vəsaiti olduğundan (ümumi ədəbi dildə geniş miqyasda işlənsə də), keçmiş dövrlərə aid bəzi
ədəbiyyatda təsadüf edilən və yazılış cəhətdən normaya salınması tələb olunan bir çox sözlərə də (məs.: klassik
ədəbiyyatda yenilənən sözlər, elmi və texniki terminlər və məhəlli sözlər və s.) lüğətə daxil edilmişdir
10
. Oxucuların
lüğətlə yanaşı istifadə etmələri üçün «Azərbaycan dilinin orfoqrafiya qaydaları» da həmin lüğətdə verilmişdir.
Lüğətin redaktoru Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Ə.Orucovdur.
Professor Ə. Ə. Orucov tərəfindən tərtib edilmiş «Azərbaycanca-rusca frazeologiya lüğəti»nin əhəmiyyətini
xüsusilə qeyd etmək lazımdır. Gərgin əməyin məhsulu olan bu lüğət məzmununa, lekiskoqrafik tərtibini görə
əvvəlki lüğətlərdən fərqli yeni tipli ikidilli lüğətdir. Belə bir lüğət tək Azərbaycan dilçiliyi üçün deyil, həm də
türkologiya üçün xüsusi əhəmiyyətə malikdir.
Bu lüğət tək ikidilli olması nöqteyi-nəzərindən deyil, həm də Azərbaycan danışıq frazeoloji ifadələrinin
sistemli şəkildə, bütün spesifik cəhətləri ilə oxucularımıza çatdırılması, dilimizin zənginliyini, məna rəngarəngliyini
əhatə etməsi cəhətdən də diqqəti cəlb edir. Müəllif uzun illərdən bəri dilimizin bu qiymətli incilərini tək yazılı
ədəbiyyatdan deyil, həmçinin canlı danışıq dilindən toplanmış, onları əlifba sırası ilə lüğət şəklində sistemə
salınmış, yazılı şəkildə daha da ədəbiləşdirmişdir.
Oxucuda frazeologiya haqqında təsəvvür yaratmaq üçün müəllif kitabın «Giriş» hissəsində frazeoloji
ifadənin nə demək olduğundan, dilimizin lüğət tərkibindəki mövqeyindən, frazeoloji vahidləri adi birləşmələrdən
fərqləndirən səciyyəvi cəhətlərdən, ümumiyyətlə lüğətin elmi nəzəri əsaslardan bəhs edir.
11
«Lüğətin quruluşu
haqqında» olan hissədə onun tərtibi prinsiplərindən, bu lüğəti başqa tipli lüğətlərdən fərqləndirən əsas
xüsusiyyətlərindən konkret şəkildə danışılır. Lüğətdən səmərəli istifadə etmək, onun mahiyyətini, xüsusiyyətlərini
dərk etmək və oxucunu düzgün istiqamətləndirmək üçün bu hissənin olduqca böyük əhəmiyyəti vardır
12
. Lüğətdə
ideomaideomatik ifadələrin ya tam adekvatı, ya məzmunca yaxın olanları, ya da izah yolu ilə rusca qarşılığı
verilmişdir. Lüğətin qiymətli cəhətlərindən biri də burada frazeoloji ifadələrin dildə işlənən müxtəlif deyiliş
formalarının, variantlarının verilməsidir. Əgər ifadə qrammatik və leksik variant fərqi varsa, bunlar bütöv şəkildə
nöqtəli vergüllə ayrılır: - ağa ağ, qaraya qara demək; ağa ağ demək, qaraya qara; dilinin bəlasına düşmək; dilinin
bəlasını çəkmək; dodaqları yeri süpürür; dodaqları yerlə gedir; səsini içəri salmaq; səsini udmaq və s. Yalnız leksik
variant mötərizədə verilir: ağzının dadını (ləzzətini, tamını bilmək, canını azar (dərd) alıb, şitini (şitini-şorunu)
çıxarmaq, belini bükmək (qırmaq, sındırmaq), vedrə bağlamaq (qoşmaq) qaşqabağını sallamaq (turşutmaq) və
sair).Lüğətin müşahidə edilən, nəzərə çarpan cüzi qüsurlarını qeyd edən filologiya elmləri doktoru Rəhilə
Məhərrəmova «Elm» nəşriyyatı tərəfindən buraxılmış bu kitabın xalqın zəngin dil materialını sistemə salıb
oxucularımıza çatdırmaqla yanaşı, şifahi xalq nümunələrinin yazılımənbə kimi gələcək nəsillərə çatdırılması işində
də əvəzsiz xidməti olduğunu göstərmişdir. Professor Ə.Ə.Orucovun ciddi elmi-akademik xarakter daşıyan,
dilimizin spesifik ifadələrini təmsil edən bu lüğəti filoloqlar, tərcüməçilər, ümumiyyətlə ziyalılarımız üçün böyük
əhəmiyyət kəsb edir.[13]
Bu dövrdə çap edilən əhəmiyyətli soraq-məlumat kitablarından biri də Azərbaycan Elmlər Akademiyasının
akademiki A. Ə. Əfəndizadənin ümumi redaktəsi ilə nəşr olunmuş «Avtomatik ifadəetmə üzrə terminologiya lüğəti:
rusca-ingiliscə-azərbaycanca-qırğızca-türkməncə-özbəkcə»(1977,642s.) hesab edilir. Azərbaycan, özbək türkmən və
qırğız dillərində avtomatik idarəetmə üzrə milli terminologiya yaradılması, onun təkmilləşdirilməsi və qaydaya
salınması baxımından bu lüğət xüsusi əhəmiyyətə malikdir. Lüğət həm quruluşuna, həm də məzmununa görə başqa
terminologiya lüğətlərindən fərqlənir. Lüğətdə əvvəlcə avtomatik idarəetmə üzrə rus və ingilis dillərində işlənən
terminlər verilmiş, sonra isə həmin terminlərin Azərbaycan, özbək, türkmən və qırğız dillərindəki konkret qarşılığı
verilmişdir.
Lüğət avtomatik idarəetmə terminləri ilə yanaşı, texniki kibernetikaya, elektronikaya, elektrotexnikaya və
fizikaya aid bəzi zəruri terminlər də daxil edilmişdir. Burada terminlərin sabitləşdirilməsi məsələsinə xüsusi diqqət
yetirilmişdir. Belə ki, əvvəllər mətbuatda, elmi əsərlərdə, dərsliklərdə müxtəlif variantlarda işlənən texniki
terminlərin konkret variantları müəyyənləşdirilmişdir. Artıq köhnəlmiş, müasir anlayışları dəqiq ifadə etməyən
terminlər isə yeni terminlərlə əvəz olunmuşdur.[14]
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, lüğət dilimizi yeni texniki terminlərlə zənginləşdirmişdir.
Lüğətdən bir daha aydın olur ki, Azərbaycan dilində texniki terminologiyanın inkişafı üçün geniş imkan vardır; bu
dildə yalnız morfoloji və sintaktik üsullarla deyil, semantik üsulla da terminlərin yaradılması mümkündür.
Mütəxəssislər belə hesab edir ki, «Çoxdilli terminologiya lüğəti gələcəkdə elektronika, texnika kibernetika,
hesablama texnikası və elektrotexnika üzrə mükəmməl terminoloji lüğətlərin yaradılması üçün də bünövrə
olacaqdır». [15]
Öyrəndiyiniz illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti, keçmiş SSRİ Elmlər Akademiyasının
müxbir üzvü H. B. Abdullayev, SSRİ Elmlər Akademiyasının akademiki A. İ. Berq və həmin Akademiyanın müxbir
üzvü M.A.Qavrilov tərəfindən qeyd etdiyimiz lüğət üçün yazılmış müqəddimədə «Avtomatik idarəetmə üzrə
terminologiya lüğəti»nin böyük elmi və təcrübi əhəmiyyətə malik olduğu göstərilmişdir.
Əlbəttə bəhs etdiyimiz lüğətdə müəyyən nöqsanlar da vardır. Məsələn, burada bəzi terminlər ümumişlək
sözlərlə qarışdırılmışdır, bəzi terminlərin yazılışında Azərbaycan dilinin orfoqrafiya qaydalarına düzgün əməl
olunmamışdır. Bu dövrdə ayrı-ayrı elm sahələri üzrə xeyli miqdarda terminoloji lüğətlər buraxılmışdır.
M. Abdullayev «Histologiya terminləri lüğəti» (1970), «Klinik terminlər lüğəti (rusca-latınca-azərbaycanca)»
(1970), A. Abbaszadə və Z. Qaralov «Məktəblinin fizika lüğəti», Ə. Mirəhmədov «Ədəbiyyatşünaslıq terminləri
lüğəti» (1978), Ə. M. Şəfai və F. Zülfüqarova «Farsca-azərbaycanca müxtəsər idioatik ifadələr lüğəti» (1978) və s.
soraq-məlumat nəşrləri soraq-məlumat kitabının formalaşması prosesini daha da genişləndirdi.
Ə. Əfəndizadə və Ə. Abbasov «Məktəblinin orfoqrafiya lüğəti» (beşinci nəşri - 1978).
ƏDƏBİYYAT
1. Quliyev C. Xalqın milli beynəlmiləl sərvəti // Kommunist.- 1982.- 18 sentyabr.
2. Yenə orada.
3. Xalqın böyük kitabı; Azərbaycan Ensiklopediyasının baş redaktoru İsmayıl Vəliyevlə müsahibə //
Kommunist. 1991.- 19 iyun.
4. Quliyev C. Xalqın milli beynəlmiləl sərvəti // Kommunist. -1982. -18 sentyabr.
5. Vəliyev İ.Ö. İnsan; Həyatda və səmtdə. - Bakı.: Günəş, 1998. -s.195.
6. редактирование отдельных видов литературы: Под. Ред. Н.М.Скорского. – М.: Высшая школа,
1973.- с. 127.
7. Rusca-azərbaycanca lüğət. - C.l. -A. K. Bakr. Elm, 1971. -s.5.
8. Mikayılov A., Haqverdiyev A. Coğrafiya Terminləri lüğəti //Bakı.-1972. -31 may.
9. Azərbaycan dilinin orfoqrafiya lüğəti. – Bakı Elm, -1975. -s.3
10 Yenə orada, s.4.
11. Məhərrəmova R. Azərbaycanca - rusca frazeologiya lüğəti// Kommunist. -1977. -27 fevral.
12. Yenə orada.
13. Yenə orada.
14.Qasımov M. Çoxdilli terminologiya lüğəti // Kommunist.- 1978.- 18 fevral.
15. Yenə orada.
Dostları ilə paylaş: |