35
sonra təxirə salmadan ilk uşağa sahib olmaq istəyinin göstəricisidir. Digər nəzərə çarpan
məqam isə ilk üç uşağı qız uşağı olan qadınlar əsas etibarilə müasir kontraseptiv üsullardan
daha az istifadə edir, lakin ən azı bir oğlu olan qadınların müasir kontraseptiv üsullardan
istifadəsi iki dəfə daha artıqdır. Bu tapıntı oğlan uşaqlarına üstünlük verilməsinin göstəricisi
kimi şərh edilə bilər. Üçüncü əsas tapıntı isə dörd və daha çox uşağı olan qadınlar arasında
kontraseptiv üsullardan istifadənin aşağı səviyyədə olmasıdır ki, bu da ona dəlalət edir ki,
Azərbaycanda ailə planlaşdırılmasının üsulları o qədər də müyəssər deyil.
4.4. Hamiləliyin süni şəkildə pozulması (abort)
Digər keçmiş Sovet ölkələrində olduğu kimi, Azərbaycanda da uzun illər süni abort doğuşların
tənzimlənməsi üzrə başlıca üsul olmuşdur. 1955-ci ildən etibarən bütün Sovet İttifaqı
ölkələrində qeyri-tibbi səbəblə aparılan süni abort əməliyyatları qanuniləşdirilmişdi. Müasir
kontraseptiv vasitələrin idxal qiyməti, habelə yerli istehsal edilmiş kontraseptiv vasitələrin
keyfiyyəti onların geniş şəkildə yayılmasının və istifadəsinin qarşısını almışdır. Lakin
hökumətin təmin etdiyi səhiyyə obyektləri vasitəsilə süni abort əməliyyatınının müyəssərliyi
abortlardan istifadəni asanlaşdırmışdır (Westoff, 2005). Sovet İttifaqı dağıldıqdan sonra
hamiləliyin dayandırılması (süni abort) təcrübəsi Qafqaz ölkələrində davam etmişdir.
Gürcüstan, Azərbaycan və Ermənistan üçün ümumi süni abort əmsalları (hər qadına düşən
süni abortların orta hesabla sayı) müvafiq olaraq 3.7, 3.2 və 1.8-dir (Serbanescu et al, 2007;
SSC, 2008; NSS Ermənistan, 2006). Azərbaycanda süni abortüçün hüquqi təminatlar bütün
dünya üzrə ən liberal şərtlər sırasındadır (BMT, 2013). Bu hüquqi təminatlar qadınlara
ümumilikdə hamiləliyin on ikinci həftəsinə qədər və sosial səbəblərə görə isə hamiləliyin
22-ci həftəsinə qədər müraciət əsasında süni abort xidməti əldə etmək imkanı verir. Tibbi
göstərişlər olduğu təqdirdə, süni abort hamiləlik müddətindən asılı olmayaraq həyata
keçirilə bilər.
Məlumdur ki, süni abortla müasir kontraseptiv üsulların istifadəsi arasında tərs mütənasib
əlaqə vardır, belə ki, müasir kontraseptiv üsulların geniş istifadəsi süni abortların sayını
əhəmiyyətli dərəcədə azalda bilər. Lakin, ənənəvi kontraseptiv üsulların əksər hallarda
qoruyucu vasitə kimi uğursuz olduğu üçün süni abortların sayı ilə ənənəvi kontraseptiv
üsulların yüksək səviyyədə istifadəsi arasında müsbət qarşılıqlı əlaqə var (Westoff, 2005).
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda ənənəvi kontraseptiv üsulların istifadəsi (41%)
müasir kontraseptiv üsulların istifadəsi (14%) ilə müqayisədə daha yüksəkdir.
Azərbaycanda hamiləliklərin təxminən yarısı (52.7%) diri doğuşla, qalan böyük əksəriyyəti
isə süni abortla dayandırılır (hamiləliklərin 40.9%-i). Süni abortla dayandırılan hamiləliklərin
sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası
qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi süni abortla nəticələnir. Süni abort
əmsalları aşağı olan ABŞ kimi ölkələrdə baş verən süni abortların əksəriyyəti subay qadınların
ilk hamiləliyi ilə bağlıdlr (Westoff, 2005). Lakin Azərbaycanda süni abortlar əsas etibarilə
ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə
istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha
sonrakı hamiləliklərdə bu faiz 80.4%-ə qalxır (Qrafik 9).
Kəmiyyət əsaslı məlumatların təhlili
36
80,4
70
51,2
17,9
1,9
85,7
73,4
44,3
21,4
8,7
Beşinci və daha çox
Dördüncü
Üçüncü
İkinci
Birinci
HAMİLƏLİYİN SIRA NÖMRƏSİ
45-49
35-44
25-34
20-24
< 20
ABORT VAXTI QADININ YAŞI
Qrafik 9. Sorğudan üç il əvvəlki dövr ərzində süni abortla dayandırılan hamiləliklərin
yayılma səviyyəsi (faizlə), AzDSS-2011
Mənbə: AzDSS-2011
Qrafik 10-da hazırda ailəli qadınların həyatı boyu süni abort təcrübələri göstərilir. Ümumiyyətlə,
hazırda ailəli qadınların yarıdan çoxu (54.8%) ən azı bir süni abort əməliyyatı keçirmişdir. Süni
abort əməliyyatı keçirmişlərin faizi yaş artdıqca çoxalır və 45-49 yaşdan başlayaraq qadınların
dörddə üçü (73.1 faiz) həyatlarında ən azı bir süni abort əməliyyatı keçirmişdir. Buna oxşar
olararq ümumilikdə hər qadına 1.4 süni abort olmaqla süni abortların orta hesabla sayı yaş həddi
artdıqca yüksəlir və 35-39 yaş arası qadınlar üçün bu rəqəm hər qadına 1.8 süni aborta qədərdir
(Qrafik 10).
Qadınların süni abort təcrübəsi şəhər və kənd ərazisi baxımından əhəmiyyətli dərəcədə
fərqlənmir. Regional fərqlər isə diqqətəlayiqdir: Cəmi abort əmsalları Quba-Xaçmaz və
Lənkəranda 50.4 faizlə Gəncə-Qazax və Yuxarı Qarabağdakı 60 və 61 faiz kimi yuxarı göstəricilərə
qədər dəyişir. Təhsil səviyyəsinə gəldikdə,ali təhsilli qadınlarda cəmi abort əmsalı ən aşağı
səviyyədədir. Qadınların maddi vəziyyətinə görə nəzərə çarpacaq fərq müşahidə olunmur.
Ailədə olan uşaqların sayı artdıqca hamiləliyin dayandırılması (süni abort) həyata keçirən
qadınların faizi də artır. Həyatda olan uşaqların cinsinə görə süni abortların təşkil etdiyi faizlərin
tədqiqi maraqlı nisbəti üzə çıxarır. İki və ya üç oğlan uşağı olan qadınlar arasında hamiləliyin
dayandırılması (süni abortlar) iki və ya üç qız uşağı olan qadınlara nisbətən üstünlük təşkil edir.
Məsələn, üç oğlan uşağı olan qadınlar orta hesabla 2.3 süni abort əməliyyatı keçirmiş, lakin
4-cü fəsil