“Hәrbi bilik”. - 2009. - №2. S. 78-90.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ
XƏZƏRDƏ HƏRBİ DƏNİZÇİLİK ƏMƏLİYYATLARI
1918-ci ilin baharı Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində böyük əhəmiyyəti olan siyasi
hadisələrlə yadda qalmışdır. Mayın 28-də Azərbaycan Respublikasının müstəqilliyi elan olunmuşdur. Bu,
bütövlükdə müsəlman Şərqində ilk parlamentli respublika idi. Milli Şuranın "Azərbaycanın müstəqilliyi
haqqında aktı"nda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası "beynəlxalq ictimaiyyətin bütün üzvləri,
xüsusilə yaxın xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır; daxili siyasət
sahəsində "öz sərhədləri hüdudunda yaşayan bütün vətəndaşlara onların milliyyətindən, dini baxışlarından,
sosial vəziyyətindən və cinsindən asılı olmayaraq hamıya vətəndaşlıq və siyasi hüquqlar verməyi vəd edir". [1.
86] Bununla da Azərbaycan Respublikası milli dövlətçiliyini bərpa edərək Qərbi Avropa ölkələrinin
siyasi-hüquqi sahədə qazandıqları zəngin təcrübəyə və şəxsiyyət hüquqlarına, xalqın öz müqəddəratını təyin
etmək hüququna əsaslanaraq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı
ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus
mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918-1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini
dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin
hərbi-strateji inkişafına bunların əsaslı təsirgöstərmə hallarını bu məqalədə açıqlamaq istəyirik.
1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm
olmuşdur. Bu, Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə
gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə
bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin - Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta
Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət
almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar
rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddә üç, dünya neftinin 15 faizini
verirdi. [2. 79]
Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət
altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla neftayırma zavodu və digər böyük sənaye
müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların - dəmir yolunun, şose
və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər hərbi donanmasının Bakıda yerləşdirilməsi üçün
mühüm hərbi-strateji amil hesab edilirdi. Bu bölgənin işğal olunması nəinki Qafqazın, hətta Rusiyanın cənubunun
bütün təsərrüfatı, iqtisadi həyatı üçün çox ciddi təhlükə yaradırdı.
"Bakı elә bir gözәldir ki, hәr bir xarici sәrgüzәşt axtaran onu öz doğma evimizdәn oğurlamaq
istәyir" - həmin dövrdə keçmiş RSFSR-in xarici işlər üzrə xalq komissarı Q.V. Çiçerin belə bir ifadə ilə neft
şəhərinin beynəlxalq əhəmiyyətini obrazlı xarakterizə etmişdir. [3.3] Onun siyasi əleyhdarı general A.İ. Denikin
xüsusilə qeyd etmişdir ki, "Bakı nefti daha çox Avropa və Asiya siyasətçilərinin ağıl və diqqətlərini möhkəm cəlb
etmişdir. Yazdan etibarən (1918-ci il - müəllif) çox kəskin yarışlar başlamış və "müharibə sahəsində qovhaqov
düşmüş" və son məqsəd naminə Bakını tutmaq üçün ingilislәr Ənzәlidәn, Nuru paşa Azәrbaycandan vә
almanlar isә Gürcüstandan yürüş etmişlәr". [4. 139] Buna ən çox 1918-ci ilin yazında yaranmış hərbi-siyasi
şərait imkan vermişdir. Bu fonda Cənubi Qafqazda Rusiyanın mövqeyi əsaslı şəkildə zəifləmişdir. Nəticədə Rusiya
özünün keçmiş ordu hissələrini Qafqaz cəbhəsindən çıxarmış, 3 mart 1918-ci ildə Brest-Litovskda alman-sovet
müqaviləsi bağlandıqdan sonra bölgədə milli azadlıq hərəkatı daha da güclənmişdir. Bir tərəfdə Almaniya və
Türkiyə, digər tərəfdə isə İngiltərə və başqaları bir-birinə qarşı mübarizə aparırdılar. Onlardan hər biri Bakıda və
Xəzər hövzəsində möhkəmlənmək uğrunda qızğın mübarizə aparır və uzaq geosiyasi məqsədlərini güdürdülər.
Belə bir faktı qeyd etmək lazımdır ki, hәtta bir hәrbi bloka daxil olan Almaniya vә Türkiyәnin
mәnafelәri bu bölgәdә eyni deyildi və onların qarşılıqlı əlaqələrində açıq rəqabət elementləri müşahidə olunurdu.
[5. 35-59]
Türkiyənin hərbi komandanlığı tərəfindən Xəzər dənizi sahillərinə çıxmaq üçün Vladiqafqazı və Bakını
tutmaq planlaşdırılırdı ki, bu da Qafqazın bütün müsəlman xalqlarını və Türküstanı birləşdirməyə geniş imkan
verirdi. Bu dövrdə şəraitin özünəməxsus müxtəlifliyi ondan ibarət idi ki, müttəfiqlərdən Almaniya öz növbəsində
Türkiyənin Xəzər dənizinə çıxmaq və onun qərb sahillərini, Bakını tutmaq planına çox qısqanclıqla yanaşırdı. Bu
onunla əlaqədar idi ki, Bakını tutmaq Almaniya ordusu komandanlığının strateji planlarına daxil edilmiş və baş
qərargah rəisi E. Lüdendorfun şahidliyinə görə bu məqsədlə 1918-ci ilin yayında "Bakıya hücum hazırlığı üçün
süvari briqadası və bir neçə tabor göndərilmişdi".[5. 220] Almanların bu bölgədə planı bununla məhdudlaşmırdı,
çünki onlar Bakını tutduqdan sonra öz qüvvələrini İranın şimalında ingilislər tərəfindən nəzarət edilən Ənzəli
limanına göndərməyi, sonra İraqa və Bəsrə rayonuna soxulmaqla İran körfəzinə çıxarmağı nəzərdə tuturdular. Bu da
Orta Şərqdə İngiltərənin mövqelərinə güclü zərbə endirmək demək idi. [6. 59]
1918-ci il may ayının sonlarında Gürcüstanda möhkəmlənmək almanlara müyəssər olmuşdu, lakin
qüvvələrin çatışmazlığı ucbatından Qafqazda və Qərb cəbhələrində vəziyyətin kəskinləşməsi almanlara öz
planlarını həyata keçirmək imkanı verməmişdi. Belə ki, onlar bu dövrdə öz qüvvələrini Güney Qafqaza gətirməyə
(iki diviziya vә bir neçә alay) və Bakıya hücum əməliyyatında iştirak etməyə çatdıra bilmədilər. Biz ordunun
gətirilməsini başa çatdırana qədər "Nuru Bakını tutdu, — deyə Lüdendorf təəssüflənirdi, — Bolqarıstanda davam
edən sonrakı hadisələr bu hərbi hissələri Rumıniyaya göndərməyə məcbur etdi". [7. 130]
Sözügedən mərhələdə Almaniya və Türkiyənin əsas rəqibi kimi bölgədə İngiltərə çıxış edirdi. Qara
dənizdən Xəzər dənizinədək olan "Batum-Bakı dəmiryol xətti üzərində "türk-alman" hökmranlığının yaranması,
beləliklə də "Xəzər dənizi sahillərində həddindən artıq qiymətli Bakı neft mədənlərinin, Qafqaz sıra dağlarının təbii
sərvətlərinin, külli miqdarda taxıl ehtiyatının və pambığın müttəfiqlərin əlinə keçirilməsi" imkanları haqqında
fikirlər Britaniya hökumətini qorxuya salmışdı. [8. 26] Qeyd etmək lazımdır ki, Birinci Dünya müharibәsi
illәrindә Bakı neft sәnayesinә qoyulmuş kapital yığımının 60 faizi İngiltәrәnin payına düşürdü. [9. 5]
İngiltərə XVIII əsrdə Xəzər dənizi hövzəsində möhkəmlənməyə cəhd etmişdi. Bu barədə Londonun
"Tayms" qəzeti xatırlatmışdır: "Xəzər elə bir qovuşuqdur ki, bütün ən mühüm ticarət yollan buradan keçir. Əgər
biz bu mühüm dənizə indi birbaşa diqqət yetirməyə başlamışıqsa, bu о demək deyil ki, onun ticarət və siyasi
əhəmiyyəti haqqında əvvəllər biz heç nə bilmirdik. Bu barədə biz çoxdan bilirdik. Xəzər ən qədimdən etibarən
Britaniyanın maraq dairəsində olmuşdur". [10]
İngiltərənin əvvəlki planlarının Xəzər bölgəsində həyata keçirilməsi üçün Rusiyada baş verən hadisələr,
vətəndaş müharibəsinin törədilməsi və Qafqazda milli hərəkatın geniş vüsət alması real imkanlar yaratmışdı. Belə
ki, 23 dekabr 1917-ci ildә Parisdә İngiltәrә vә Fransa arasında bağlanmış müqavilәnin gizli şәrtlәrinә görә
Rusiya "hәrәkәt zona"larına bölünmüşdür. İngiltərənin payına Don, Qafqaz, Türküstan düşmüşdür. [11. 38]
İngiltərə kabineti Bakıya və Xəzər bölgəsinə "böyük hərbi, siyasi və iqtisadi əhəmiyyətə" malik olduğuna görə
xüsusi diqqət yetirirdi. Artıq 1917-ci ilin dekabrında İngiltərə kabineti Bakıya və Güney Qafqaza müdaxiləçi ordu
göndərmək barədə qərar qəbul etmişdi. [12. 50]
Öz növbəsində Britaniyanın Hindistandakı və Orta Asiyadakı ordusunun ali komandanlığı Bakının
hərbi-strateji, siyasi və iqtisadi cəhətdən əhəmiyyətini xüsusi qeyd edərək onu Mərkəzi Asiyaya və Yaxın Şərqə
açılan qapıların açarı kimi qiymətləndirmişdir. Habelə hər vəchlə səy göstərmişdir ki, Almaniya və Türkiyə orduları
Bakı neftinə və ümumiyyətlə, Xəzərin qərb sahillərinə yaxın buraxılmasın. Şimali İranda yerləşən Britaniya
ordusunun keçmiş komandanı general-mayor Layonel Denstervil öz xatirələrində yazmışdır: "Bizim planımız
Xəzər dənizi üzərində üstünlüyə nail olmaq idi, ancaq biz bu məqsədə yalnız Bakını işğal etməklə çata bilərdik,
deməli, şəhəri başqalarının işğalından müdafiə etmək vacib sayılırdı (Türkiyә ordusu nәzәrdә tutulurdu -
müәllif). Bakının əhəmiyyəti çox böyükdür və onu ələ keçirmək üçün göstərilən hər bir cəhd özünü doğruldar". [13.
123]
1918-ci ilin əvvəllərində ingilislər tərəfindən Bağdadda sözügedən planın həyata keçirilməsi üçün xüsusi
məxfi şəraitdə çox da böyük olmayan, ancaq seçmə dəstələr, 41 ədəd "Ford" markalı minik və yarımyük
avtomobilinə mindirilmiş hərbi ekspedisiya hazırlanmışdı. Bu dəstə əvvəllər Hindistanda birinci piyada
briqadasının komandiri vəzifəsində xidmət etmiş rəhbərin adı ilə "Denstervil Forsez" adlandırılmışdı.
İngilislər 1918-ci ilin yayında Şimali İranın Ənzəli limanını tutaraq güclü şəkildə hazırlaşırdılar. Əgər
Bakıda bolşeviklərin əleyhdarı olan sağ eser-menşevik-daşnak bloku çevriliş edə bilsəydi, (Denstervil onlarla
daim әlaqә saxlayırdı), onda öz qoşunlarını buraya çıxarmalı idilər. Sonralar ingilis generalı yazırdı: "Bakı ilə
mənim əlaqəm, demək olar ki, hər gün kuryer vasitəsilə qaydaya salınmışdı. Bizim dostumuz olan
sosialist-inqilabçılar, mənə elə gəlir ki, yaxın vaxt ərzində dövlət çevrilişi etmək, yəni bolşevik hakimiyyətini
devirmək, Bakıda yeni idarə forması yaratmaq və ingilisləri köməyə çağırmaq imkanına malikdirlər". [13. 159]
İngilis generalı ilə eyni zamanda erməni milli şurasının nümayəndələri də əlaqə yaratmışdılar. Onlar 1918-ci ilin
yayında həm Bakıya hücum edən türk-azərbaycanlı Qafqaz İslam Ordusu, həm də alman ordusunun komandanlığı
ilə danışıqlar aparmaq üçün vəziyyəti yoxlayırdılar. [14. 123]
1918-ci ilin yaz və yayında Bakıda fəaliyyət sahəsini daha da genişləndirmiş Britaniya kəşfiyyatçıları -
konsul A. Mak-Donell, R. Tiq-Cons, Stoks, Klaterbak, Roulinqson və başqaları Bakı Soveti Xalq
Komissarlığında müxalif siyasi qüvvələrlə əlaqə saxlayırdılar. [15. 37; 35. 216-234] 1918-ci il iyun ayının
ortalarında Bakıda Xəzər hərbi donanmasının iştirakı ilə çevriliş etmək cəhdini ingilis konsulu Mak-Donell gizli
müdafiə etmişdi. Lakin dənizçilər sui-qəsdçilərə kömək etməmiş və çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğramışdı.
[16. 41]
1918-ci ilin yayında ingilislər Xəzər dənizi üzərində öz nəzarətini ya ratmaq üçün fəaliyyətlərini
gücləndirirdilər ki, bu da Xəzər bölgəsində onların hərbi-strateji planlarında xüsusi yer tuturdu. Britaniyanın hәrbi
naziri A. Milner 1918-ci ilin iyununda Mesopotamiyadakı ingilis ordusunun komandanlığına məlumat vermişdi ki,
"Əlahəzrətin hökuməti Xəzər üzərində daimi nəzarətin saxlanmasına mühüm əhəmiyyət verir". [17. 83] Həm də
ingilislər belə hesab edirdi ki, "dəniz üzərində nəzarət kimə məxsusdursa, о da Bakıya sahib olmalıdır". [13. 126] L.
Denstervil və U. Mallesonun hərbi ekspedisiyasının qarşısında qoyulan əsas tapşırıq da bununla əlaqədardır. Odur
ki, onlar Xəzər dənizinin ən böyük limanlarını - Ənzəli, Bakı və Krasnovodsku (indiki Türkmənbaşını) işğal etməli
və bütövlükdə Xəzər donanmasını ələ keçirməli idilər. [18. 114-115] Birincisi, bu imkan verərdi ki, onların
barışmaz rəqibi olan Almaniya və Türkiyənin Yaxın və Orta Şərqdə mövqeyi əsaslı şəkildə zəifləsin, türk-alman
ordusunun İranın qərbindən keçməsinin və Xəzər vilayətləri vasitəsilə Xorasana və Hindistana yürüşlər etməsinin
qarşısı alınsın. İkincisi, Şərqdəki müstəmləkələrinə So vet Rusiyasından gözlənilən real inqilabi bolşevik
təhlükəsinin qarşısı alınardı. Və nəhayət, üçüncüsü, Xəzər dənizi üzərində nəzarətin yaradılması ingilislərə imkan
verərdi ki, öz qoşunlarının cinahlarını Güney Qafqazda və Türküstanda təmin etsin və beləliklə də Şimali Qafqazda
ağqvardiyaçı general Denikinin və Uralda admiral Kolçakın ordusu ilə əlaqə yaratsın, onların Volqa çayının
mənsəbində birləşməsini təmin etsin və bu yolla Rusiyanın bütün cənub tərəfinin mərkəzi rayonlarla əlaqəsini
kəssin. [2. 84]
Sovet Rusiyası Bakıya və bütövlükdə Xəzər dənizi bölgəsinə çox mühüm əhəmiyyət verirdi. Sovet
hökumәtinin başçısı V. İ. Lenin 1918-ci il mart ayının ikinci yarısında Kremldə Amerikanın Qırmızı Xaç
Cəmiyyətinin Rusiyadakı hərbi missiya rəhbəri polkovnik R. Robinski ilə söhbətində qeyd etmişdir: "Rusiya Sovet
Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir ? Bu, neft, işıq və enerjidir". [19]
Bu dövrdə Azərbaycanın Xəzəryanı qəzalarına nəzarət edən və Bakı quberniyasını RSFSR-in tərkib hissəsi
elan edən Bakı Soveti Xalq Komissarlığına hərtərəfli, о cümlədən hərbi yardım göstərilməsi yolu ilə bolşevik
hökuməti gələcəkdə Güney Qafqazı bütövlükdə öz təsiri altına almaq üçün Bakını əməliyyat meydanına çevirməyi
planlaşdırmışdır. Sovet hökuməti bu bölgəyə böyük əhəmiyyət verərək Xəzər dənizində öz hərbi donanmasının
təhlükəsizliyini gücləndirmək və təmin etmək məqsədilə bir sıra təcili tədbirlər görmüşdür. V. Lenin Xalq
Komissarlığına göndərdiyi teleqramda qeyd etmişdir ki, "Cənub və Xəzər uğrunda mübarizə gedir". O, təkidlə tələb
edirdi ki, Xəzər dənizinə sualtı qayıqlar və minadaşıyanlar göndərsinlər. [20. 41]
Bu dövrdə Həştərxanda yerləşən sovet donanması yalnız Xəzər dənizinin şimal akvatoriyasına nəzarət
edirdi. Bolşeviklərlə eserlər arasında gedən siyasi mübarizə Həştərxan və Xəzər donanmasının hesabına hərbi-dəniz
qüvvələrini gücləndirməyə imkan vermirdi. Həm də hərbi-siyasi vəziyyətin mürəkkəbləşməsi Cənub və Şərq
cəbhələrində ağqvardiyaçıların fəallaşması və Qızıl Ordunun müvəffəqiyyətsizliyi ilə əlaqədar idi. Bu da həmin
dövrdə Sovet hökumətinin Güney Qafqazda yeganə müttəfiqi olan Bakı Kommunasına 1918-ci ilin yayında kifayət
qədər səmərəli yardım göstərməyə imkan verməmişdi.
F. Xoyskinin rəhbərlik etdiyi milli hökumətin əsas səyi ölkənin bütün ərazisində, xüsusilə onun paytaxtı
olan Bakıda suverenliyin qurulmasına yönəldilmişdi. Burada Azərbaycan Respublikasının və Türkiyənin maraqları
tamamilə üst-üstə düşürdü ki, bu da 4 iyun 1918-ci ildə Batumi şəhərində bağlanmış sülh və dostluq müqaviləsində
öz əksini tapmışdı. Müqaviləyə görə Türkiyə yeni yaranmış respublikaya hərtərəfli kömək göstərməyi, hətta həmin
müqavilənin 4 maddəsinə əsasən lazım gəldikdə hərbi yardım etməyi də öz öhdəsinə götürmüşdü. [21. 39] Bu
tapşırığın yerinə yetirilməsi yalnız 1918-ci ilin iyun ayında general-leytenant Nuru paşanın komandanlığı altında
Gəncə şəhərində birləşmiş türk-azərbaycanlı Qafqaz İslam Ordusu yaradıldıqdan sonra mümkün olmuşdur. Bakını
ələ keçirdikdən sonra türk ordusunun komandanlığı gələcəkdə Xəzər dənizinin qərb sahili boyunca Şimali Qafqaza
doğru hərəkət etməyi planlaşdırmışdı. [22. 79]
Bu dövrdə türklərin müttəfiqi olan almanlar belə bir plan təklif etmişdilər ki, öz hərbi hissələrinin köməyi
ilə 1918-ci ilin iyun-iyul aylarında Bakıya hücum edən türk birləşmələrinin arxa cəbhəsini təmin etsinlər. Əgər bu
plan həyata keçirilərsə, onda almanlar Zaqafqaziyada mühüm strateji əhəmiyyəti olan dəmiryol üzərində öz
nəzarətini yaratmağı nəzərdə tutmuşdular. Lakin türklər öz müttəfiqlərinin planını duymuş və rədd cavabı vermişlər.
Belə bir məlumatı onların nəzərinə çatdırmışlar ki, Bakını ələ keçirmək üçün türklərin kifayət qədər ordusu vardır.
[7. 125]
Almanlara Bakı ətrafında türklərin uğursuzluğa uğrayacağına gizli ümid etməkdən başqa heç nə
qalmamışdı. Tiflisdəki baş konsul qraf F. Fon Şulenburq Berlinə göndərdiyi 1918-ci il 4 iyul tarixli məlumatında
qeyd edir di ki, türklərin, ümumiyyətlə, Bakını ala bilməsi "təəccüb doğurur, ehtimal ki, bu arzu olaraq qalacaq,
onlar orada qəti məğlubiyyətə uğrayacaqlar". Alman diplomatı belə hesab edirdi ki, "əgər biz bolşeviklərlə sevimli
bir üsul vasitəsilə razılaşa bilsək, onda Bakının neft mənbələri və oradakı bütün ehtiyatlar tamamilə bizim əlimizə
keçə bilərdi. Əgər bolşeviklər gözlədiyimizin əksinə olaraq şəhəri tərk etməyə məcbur olsalar, elə həmin vaxt
bütövlükdə şəhəri yandıracaqlar ki, nə türklər, nə də biz neft ehtiyatından istifadə edə bilək". [7. 126] Sonrakı
hadisələr göstərdi ki, alman diplomatının ehtiyat etməsi əsassız imiş. Çünki Bakı bolşevikləri sonuncu qəti tədbirə
əl atmadılar.
Həmin vaxt 1918-ci ilin iyun-iyul ayları ərzində Kürdəmir, Qaraməryəm, Müsüslü və Göyçay ətrafında
Qafqaz İslam Ordusu ilə Tiflis istiqamətində hərəkət edən şəxsi heyətin 70 faizi erməni millətindin olan Qaf qaz
Qızıl Ordusu arasında çox güclü döyüşlər aparılmışdı. Bu döyüşlərdə Qafqaz İslam Ordusunun böyük
müvəffəqiyyəti nəticəsində Qafqaz Qızıl Ordusu Bakıya geri oturdulmuşdu.
Qafqaz Qızıl Ordusunun cəbhələrdə düçar olduğu müvəffəqiyyətsizliklər Bakıda hakimiyyət dəyişikliyinə
gətirib çıxarmışdı və beləliklə avqustun 1-də hakimiyyət sağ eser, menşevik və daşnaklardan formalaşmış koalisiya
hökumətinin - "Sentrokaspi diktaturası, Fəhlə və Əsgər Deputatları Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin
Rəyasət Heyətinin əlinə keçmişdi". Koalisiya hökuməti şəhəri mühasirəyə almış Qafqaz İslam Ordusundan müdafiə
etmək məqsədilə əvvəlcə olan rəsmi danışıqlara görə ingilisləri dəvət etmişdi.
Artıq avqustun 4-də ingilis ordusunun Ənzəlidən gələn 150 nəfərlik ilk dəstəsi şəhərə çıxarılmış, avqustun
6-da isə buraya yeni 130 nəfər əsgər və zabit, həmçinin 2 zirehli maşın gətirilmişdi. Avqustun 17-də isə "Prezident
Krüger" paroxodunda general Denstervil öz qərargahı ilə birgə Bakıya gəlmişdir. Bütövlükdə Bakıya ingilis
dəstələrinin tərkibində Gent və Şimali Stafford alayları, Varvik vә Uoçer taborları, digər hərbi hissələr, о
cümlədən cəmi mindən bir az çox süngü, 16 top və bir neçə zirehli maşın gətirilmişdi. Habelə kommodor D. T.
Norris 180 nəfər matros və bir neçə 4 düyümlü topla Denstervilə köməyə gəlmişdi. [2. 88] Böyük Britaniya
Krallığının hərbi-dəniz qüvvələrinin Xəzər dənizində təyin olunmuş kommodoru Norris Bakıya gələn kimi bəyan
etmişdi ki, ingilis dəniz komandanlığı "Həştərxanda toplanmış "qırmızı" qüvvələrə qarşı aparılan əməliyyatların
məsuliyyətini və Ural cəbhəsinin dənizlə düzgün təmin olunmasını öz üzərinə götürür". [23. 139]
Eyni zamanda Aşqabad eser hökumәtinin başçısı Funtikovun dәvәti ilә başqa bir ingilis hərbi dəstəsi
general U. Mallesonun komandanlığı altında 1918-ci ilin avqustunda Xəzəryanı vilayəti işğal etmişdi.
19 avqust 1918-ci ildə yerli eser hökumətinin razılığı ilə imzalanmış sazişə görə, Krasnovodsk limanı üzərində tam
nəzarət və burada olan bütün gəmilər ingilislərin əlinə keçməli idi. [24. 334]
Bununla belə Qafqaz islam Ordusu tərəfindən 1918-ci il iyulun 30-dan sentyabrın ortalarına qədər Bakının
mühasirəsi davam etmişdi. Həm də Xəzər hərbi donanması gəmilərinin dənizdən türk ordularına atəş açmaq imkanı
türk komandanlığını çox həyəcanlandırırdı. [5. 103] İngilislərin şəhəri müdafiə etmək cəhdləri heç bir nəticə
verməmişdi. "Sentrokaspi diktaturası"nın daşnak nəzarəti altında olan erməni millətinin nümayəndələrindən təşkil
edilmiş ordu hissələri heç də güclü hərbi potensiala malik deyildi. Buna baxmayaraq ermәni hәrbi hissәlәri dinc
azәrbaycanlı әhali arasında azğınlıq edir, terror vә qarәtlә mәşğul olurdular. Dinc azәrbaycanlı әhali isә öz
növbәsindә xilasedicini - Qafqaz İslam Ordusunu gözlәyirdi.
İngilislərin Port-Petrovskda yerləşmiş müttəfiqi, kazak qoşun çavuşu L. Biçeraxov Denstervilə kömək üçün
yalnız 10 top və 500 nəfər terek kazakı göndərmişdir. [22. 147] Yalnız yüksək hərbi təlimə və dözüm hesabına
ingilis ordusunun döyüşən hissələri bir ay ərzində şəhərin müdafiəsini saxlaya bilmişdi.
Belə bir faktı da qeyd etmək kifayətdir ki, ordu komandanlığının verdiyi məlumata görə, şəhərin
girəcəyində gedən döyüşlərdə ingilis hərbi hissələrinin tərkibindən 180 nəfər həlak olmuş, yaralanmış və itkin
düşmüşdür. Bu, şəxsi heyətin 20 faizini təşkil edirdi. [13. 276]
Lakin aydın idi ki, bu qüvvə şəhəri müdafiə etmək qüdrətində deyildi. Bunu hətta ingilis ordusunun ali
komandanlığı da yaxşı bilirdi. Belə ki, Denstervilin adına Hərbi Nazirliyin göndərdiyi 6 iyul 1918-ci il tarixli
teleqrama əsasən tapşırıq verilmişdi ki, əgər türklərin Bakını tutmaq təhlükəsi yaranarsa, onda neft kəməri, neft
anbarları və neft vuran avadanlıqlar dağıdılsın, ancaq neft buruqlarına dəyilməsin. Çünki burada ingilis neft
şirkətlərinin uzunmüddətli marağı qalmaqdaydı. [17. 82] İngilislər belə bir mühüm amili də nəzərə alırdılar ki,
dünya müharibəsində Türkiyə tez bir vaxtda məğlub olacaq və daha yerlilərin, hətta etibarsız "müttəfiqləri"nin də
qanının tökülməsini istəmirdilər. "Sentrokaspi diktaturası"nın mane olmasına, Denstervili qəfil və təhlükəli hücum
etməkdə günahlandırmasına, ingilislərin şəhəri tərk etməsi təqdirində Xəzər hərbi donanmasının gəmilərindən atəş
açmaqla hədələməsinə baxmayaraq, ingilis generalı öz ordu sunu Bakıdan geriyə - Ənzəliyə aparmaq üçün
hazırlaşmağa başlamışdı [13. 248-254]
Sentyabrın əvvəllərində Bakının həndəvərində yaranmış vəziyyət şəhər müdafiəçilərinin xeyrinə deyildi.
Qafqaz İslam Ordusu uzunsürən və qanlı döyüşlər nəticəsində ingilisləri şəhər ətrafından sıxışdıraraq (həlledici
hücuma hazırlaşmaq üçün burada 40 topla 10 min nəfərlik natamam 5-ci və 15-ci türk diviziyalarının hissələri
cəmləşdirilmişdi) sentyabrın 14-də səhər tezdən ilkin artilleriya atəşindən sonra şəhərə hücuma başlamışdı. [25.
254-255; 26. 351-352] Bir gün ərzində türk ordusu tərəfindən "Qurd qapısı" deyilən yer alınmış və şəhərə yol
açılmışdı. Sentyabrın 14-də axşam saat 11:30 radələrində ingilislər dörd nəqliyyat gəmisində dənizlə Bakıdan
Ənzəliyə tələsik təxliyə olunmuşdular. Onların dalınca "Sentrokaspi diktaturası"nın hökuməti öz ordusunun
qalıqları ilə birgə qaçmışdı. Yeri gəlmişkən, ingilis polkovniki Roudlinson nəqliyyat gəmisində Bakı artilleriya
parkının ən yaxşı toplarını da aparmışdı. [27. 100]
Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu şəhərə daxil olmuşdu. Sentyabrın 17-də isə Azərbaycan milli
hökuməti Gəncədən buraya köçmüşdü. Hәrbi nazir Ənvәr paşanın komandan Хәlil paşaya göndәrdiyi tәbrik
teleqramında Xəzər dənizi sahillərində yerləşmiş "Böyük Turan İmperiyası"nın ən mühüm şəhərinin - Bakının ələ
keçirilməsi münasibətilə öz böyük sevincini qeyd etmişdir. [28. 127]
Türkiyə ordusu Bakını tutduqdan sonra hücumlarmı Xəzər dənizinin sahili boyunca davam etdirərək
Dağıstana çatmışdı. 1918-ci il oktyabr ayının 6-da S. İzzәt paşanın komandanlığı altında 15-ci türk diviziyası
Dərbəndi ələ keçirmiş və bu əməliyyat zamanı türk ordusu tərəfindən A. Biçeraxovun ordusuna yardım göstərməyə
cəhd edən Xəzər hərbi donanmasının iki hərbi gəmisi atəşə tutulmuş və sahildən uzaqlaşdırılmışdı. Noyabrın 8-də
Türkiyə ordusu Port-Petrovskdan L. Biçeraxovun ordusunu sıxışdırıb çıxarmış və onun ordusu dənizlə İranın
şimalında yerləşən ingilislərin yanına qaçmışdı [5, 144-155].
Lakin Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyə 30 oktyabr 1918-ci il tarixli Mudros
müqaviləsinin şərtlərinə görə öz ordusunu tezliklə Qafqaz-Xəzər bölgəsindən, həmçinin Azərbaycandan da
çıxarmalı idi. Başda Şimali İrandakı ingilis ordularının komandanı general-mayor V. M. Tomson olmaqla
noyabrın 17-də səhər saat 10-da yenidən Bakıya üç silahlı hərbi gəminin müşayiəti ilə Ənzəlidən 17 nəqliyyat
gəmisində 39 piyada briqadasının hissələri (ümumilikdә 1000 nәfәr ingilis, 800 nәfәr hind әsgәri vә zabiti)
gəlmişdi.
İngilis generalı Bakıya yola düşməzdən əvvəl bu dövrdə müttəfiq dövlətlərin Azərbaycan Respublikasına
münasibətini açıqlayaraq bəyanatla çıxış etmişdir. Həmin bəyanatda xüsusilə qeyd olunmuşdur ki, "Bakı neft
sənayesi ilə birgə işğal olunacaq, ancaq ölkənin qalan bütün ərazisi Azərbaycan hökumətinin və onun ordusunun
nəzarəti altında qalacaq" və "Azərbaycan Paris sülh konfransının millətlərin öz müqəddəratını təyin etmək
prinsipləri üzrə müzakirəsindən çıxarılmayacaqdır". Bəyanatda həmçinin qeyd olunmuşdur ki, Bakıya ingilis
orduları ilə birlikdə L. Biçeraxovun hissələri də daxil olacaq, silahlı ermənilər isə buraya buraxılmayacaq. [28. 33]
Britaniyanın Azərbaycanı işğal etməsinə müttəfiqlik ekspedisiyası donu geydirilmişdi. Belə bir faktı qeyd
etmək kifayətdir ki, "Prezident Krüger" flaqman gəmisində dörd dövlətin - Britaniya, Rusiya, Fransa və ABŞ-ın
bayraqları dalğalanırdı. Doğrudur, burada ABŞ və Fransa orduları yox idi, ilk birinci iki dövlətin yalnız
nümayəndələri vardı. [29. 72]
Artıq görünürdü ki, V. M. Tomson ilk bəyanatlarında birmənalı qeyd etmişdi ki, müttəfiq orduları "Rusiya
torpaqlarında"dır və Qafqaza gəlmişlər ki, "Rusiyanın Qara dənizlə Xəzər dənizi arasında yerləşən bu
torpaqlarından ümumi təhlükəni uzaqlaşdırsınlar". [3. 19 noyabr 1918]
İngilis generalının müraciətində qeyd olunurdu: "Bu ərazi ilə əlaqədar olan bütün məsələlərin həlli
barəsində qəti qərar qarşıda gələn sülh konfransında qəbul ediləcəkdir". [3. 24 noyabr 1918]
İngilislər öz ordularının Xəzər dənizi bölgəsində gücləndirilməsinə xüsusi diqqət yönəltmişdilər. Təsadüfi
deyil ki, U. Çerçillin hərbi nazir kimi ilk imza etdiyi sәnәdlәrdәn biri 14 fevral 1919-cu ildә imperiya
qәrargahının rәisi Henri Vilsona göndәrdiyi qeyddәn ibarәt idi. Həmin qeyddə hərbi nazir məlumat verməyi
tələb edirdi ki, "hazırda Bakı-Batumi dəmir yol xəttini əldə saxlayan ingilis silahlı qüvvələrinin həqiqi rolu və
həmçinin Xəzər dənizi sahillərinə nəzarət edən ingilis hərbi-dəniz qüvvələrinin vəziyyəti necədir? Onlar özlərinin
iştirakı ilə general Denikinin ordularına hansı səviyyədə yardım göstərirlər?" Artıq sonrakı gün - fevralın 15-də
hərbi nazir Baş Qərargahdan öz sorğusuna 25 səhifəlik "Hərbi nöqteyi-nəzərdən müttəfiqlərin Rusiyada siyasəti
haqqında qeydləri" şəklində cavab almışdır. [12. 87] 1919-cu ilin yazında yalnız Bakıda ingilis hərbi kontingentinin
tərkibində 3,5 minə yaxın ingilis əsgər və zabiti olduğu halda, həmin ilin yayında ingilis ordusunun şəxsi heyətinin
ümumi sayı 5 minə çatdırılmışdı. [30. 128]
Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft
məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya
neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər
görməyə başlamışdı. Lakin onlar ilk mərhələdə böyük çətinliklərlə üzləşməli oldular. İş onda idi ki, bir sıra
gəmilərin, xüsusilə "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm
ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb
sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gәmilәrdәn
"Ərdәhan" vә "Qars" pis vәziyyәtdәdir". Artıq iş о yerə çatdırılmışdı ki, 1918-ci ilin əvvəllərində bu gəmilərin
matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət
etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". [16. 93 - 349] "Qara dəniz
ordusu"nun baş komandanı general ser C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun
Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin
yanvarında İngiltərə hökumətinin "London qəzet"inin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri
heyəti (iki kanoner - "Ərdәhan" vә Qars" gәmilәri, hәmçinin bir neçә yardımçı gәmi) "bolşevizmə meyil
etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. [29. 72 - 73]
Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər
zərərsizləşdirmişlər. Nargin adası rayonundan "Qars" gəmisinə atəş açılsa da torpeda gəmidən yan keçmişdir.
İngilislər tərəfindən bir çox matros həbs edilmiş, gəmilərin heyəti isə buraxılmışdı. [31. 138] Bu faktı nəzərə alaraq,
Xəzər dənizində layiqli hərbi-dəniz qüvvələri yaratmaq üçün ingilislər 1919-cu ilin əvvəllərində Qara dənizdən
Xəzər dənizinə dəmir yolu vasitəsilə torpeda aparatları ilə silahlanmış, həmçinin gəmilərin sahildəki atəş mövqeyini
gücləndirən toplarla təmin olunmuş 13 qırıcı kater göndərmişdir. [16. 6] 1919-cu il yanvarın
13-də Port-Petrovsk şəhərini tutduqdan sonra ingilislər Çeçen adasında (Dağıstan sahillərində) öz hərbi-dəniz
aviasiya bazasını təşkil etmişdi. [32. 78-79]
Artıq 1919-cu ilin yazında ingilislər sovet kəşfiyyatının məlumatına görə, Xəzər dənizində 100-120 mm
çaplı 45 ədəd topla silahlanmış 18 böyük hərbi-dəniz vahidinə (5 yardımçı kreyser vә 4 kanoner qayığı daxil
olmaqla) malik idilər. [32 156]
İngilislər Bakı-Krasnovodsk-Ənzəli üçbucağı üzərində nəzarət yaradaraq Xəzər akvatoriyasında özlərinin
bütün hərbi strateji üstünlükləri ilə bərabər tam hökmranlığını təmin etməyə ümid bəsləyirdilər.
İngilis donanmasının əsas tapşırığı onun komandanı kommodor D. T. Norris tərəfindən müəyyən edilmişdi.
О yazırdı: "Biz Xəzər dənizinin şimal hissəsində yerləşən bolşevik qüvvələrinin, yerli bolşevizm təzahürlərinin və
dənizdən bolşeviklərin çıxmasının qarşısını alırıq". [33. 161]
İngilislər 1919-cu ilin birinci yarısında dəniz vasitəsilə Denikin və Kolçakın ağqvardiyaçı ordularını güclü
şəkildə silahlandırır, neft məhsulları ilə təmin edirdi. Bundan başqa general Milnin məlumatına görə "Britaniya
ordusunun iştirakı həm də faydalı bir məqsədə - könüllü ordu ilə Qafqaz respublikalarının orduları arasında hərbi
əməliyyatların qarşısının alınmasına xidmət göstərirdi". [29. 73]
1918-ci ilin axırlarında ingilislərin Azərbaycan Respublikasına münasibətində böyük siyasi dəyişikliklərin
olması özünü göstərmişdi. 1918-ci il dekabrın 7-də bütün siyasi partiya və təşkilatların, milli azlıqda qalan xalqların
nümayəndələrinin təmsil olunduğu Azərbaycan Parlamentinin açılışından və dekabrın 26-da F. Xoyskinin başçılığı
ilə yeni Nazirlər Kabineti yaradıldıqdan sonra, dekabrın 28-də general Tomson yeni bəyanatla çıxış edərək
Azərbaycanın koalisyon hökumətini tam müdafiə etdiyini, "Azərbaycan hüdudlarında yeganə qanuni yerli
hakimiyyətin olduğu"nu bildirmişdi. [34. 29 dekabr 1918] 22 yanvar 1919-cu ildə müttəfiqlərin Cənubi Qafqazdakı
birləşmiş ordusunun baş komandanı general Milnin Azərbaycan hökumətini tanımağını bir daha təsdiq etmiş və
bununla əlaqədar qeyd etmişdir ki, "Zaqafqaziya dövlәtlәrinin daxili işlәrinә heç bir müdaxilә olmayacaqdır".
[34. 24 yanvar 1919] Fevralın axırlarında "Qafqaz-Kaspi hökuməti"nin, L. Biçeraxovun orduları Bakıdan
çıxarılmış, erməni ordularının qalıqları ləğv edilmiş, 5 aprel 1919-cu ildə isə Azərbaycan ordusu Bakıya
buraxmışdı.
Beləliklə, 1919-cu ilin əvvəllərində Xəzər bölgəsinə nəzarət etmək uğrunda İngiltərə, Almaniya, Türkiyə və
Rusiya arasında gedən kəskin geosiyasi rəqabət bölgədə İngiltərənin mövqeyinin güclənməsi ilə nəticələnmişdi. Bu
amillər Azərbaycan Respublikası üçün müsbət nəticə doğurmuşdu. Həmçinin onu ağ - qırmızı Rusiya təcavüzündən
müdafiə edərək, ölkənin müdafiə qabiliyyətini artırmaq, о cümlədən hərbi-dəniz qüvvələrini möhkəmlətmək üçün
bir sıra tədbirlərin hazırlanıb həyata keçirilməsinə geniş imkanlar verirdi.
ƏDƏBİYYAT
1. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: Azərnəşr, 1993
2. Дарабади П. Г., Алиев Н. А. Геополитическое соперничество в Каспийском регионе и
Азербайджан / С древнейших времен до конца XX века/. Баку: АВВМУ, 2001
3. "Заря Востока" (Тифлис). 3 март 1925 (газета)
4. Деникин А. И. Очерки русской смуты. Москва, 1991
5. Людендорф Э. Мои воспоминания о войне 1914-1918 г. Москва, 1924, т. 2
6. Yüceer N. Birinci dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı. Ankara, 1996
7. Пипия Г. В. Германский империализм в Закавказье в 1910-1918 г. Москва: Наука, 1978
8.
Юсифзаде
С.
З.
Первая
Азербайджанская
Республика: история, события, факты
англо-азербайджанских отношений.Баку: Маариф, 1998
9. Suny R.G. The Baku Commune. 1917-1918, Prinston, 1972
10. The Times. 29 September 1918 (newspaper)
11. Гражданская война и военная интервенция в СССР // Энциклопедия. Москва: Воениздат, 1983
12. Волков Ф. Д. Тайны Уайтхолла и Даунинг-стрит. М.: Наука, 1980
13. Генерал-майор Денстервиль. Британский империализм в Баку и Персии. 1917-1918 г. Тифлис:
"Советский Кавказ", 1925
14. Дарабади П. Г. Военно-политическая борьба за Баку и Каспий в 1918-1920 г. // Возрождение -
XXI век. 1999, №21-22
15. Михайлов Я. Л. К вопросу о подготовке английской интервенции в Азербайджане в 1918 году //
Известия АН Азерб.ССР /Серия истории, философии и права/. 1979, №2
16. Военные моряки в борьбе за власть Советов в Азербайджане и Прикаспии. 1918 - 1920 г.
//Сборник документов. Баку: Элм, 1971
17. Лавров С. В. Политика Англии на Кавказе и Средней Азии в 1917-1921 г. // Вопросы истории.
1979, № 5
18. Мирошников Л. И. Английская экспансия в Иране. 1914-1920 г. Москва, 1961
19. "Правда". 21 апрел 1989 (газета)
20. Ленин В. И. Военная переписка (1917-1920 гг.). Москва, 1943
21. Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990
22. Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье. Москва:Воениздат, 1960
23. Багров В. Н., Морозов Ю. В., Семин Г. И. Приказываю самым срочным порядком. Москва, 1991
24. Иностранная военная интервенция и гражданская война в Средней Азии и Казахстане. Алма-Ата,
1963, т. I
25. Дудшувейт Е. Ф.Турция в годы первой мировой войны. 1914-1918 гг. Москва: МГУ, 1966
26. Süleymanov М. Qafqaz islam Ordusu və Azərbaycan. Bakı: Hərbi nəşriyyat, 1999
27. Озаровский Н. Ю. Энзелийская операция 18 мая 1920 г. // Морской Сборник. 1941, №2
28. Раевский А. Английская интервенция и мусаватское правительство. Баку, 1927
29. "Dialoq" (Moskva). 1993. №2 (jurnal)
30. "Возрождение" - XXI век. 1999, №21, 22 (журнал)
31. Дарабади П. Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку:
Элм, 1991
32. Директивы Главного командования Красной Армии (1917 - 1920 г.) // Сборник документов.
Москва: Воениздат, 1969
33. Селяничев А.К. В.И. Ленин и становление Советского Военно-Морского Флота. Москва:
Воениздат, 1979
34. "Azərbaycan" (qəzet)
35. Mac Donell A.R. And Nothing Long. London, 1979
XARİCİ ORDULARDA
"BULL" ZİREHLİ MAŞINI
Amerikanın "Seredayn" vә "Aydiel innoveyşns" şirkәtlәri mina vә әldәqayırma partladıcı
qurğulara, kumulyativ döyüş sursatına qarşı yüksәk müdafiә qabiliyyәtinә malik olan "Bull" zirehli
maşınını hazırlamışlar. Avtomobildәn daha tәhlükәli yerlәrdә vә şәhәr şәraitindә aparılan döyüş
әmәliyyatlarında şәxsi heyәtin, hәmçinin yük, yanacaq vә sair materialların daşınması üçün istifadә etmәk
mümkündür.
ABŞ Müdafiә Nazirliyindәn vә bir sıra idarәlәrdәn yeni zirehli maşını almaq imkanları öyrәnilir.
"ZARUBEJNOYE VOYENNOE OBOZRENİYE" JURNALI, №5, 2008-ci il
Dostları ilə paylaş: |