"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa
diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün
əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası"nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının təsviri və spesifikasiyasının təsdiq edilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının təsviri" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının spesifikasiyası" təsdiq edilsin (2 nömrəli əlavə).
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, viza blankının təsvirinə
və spesifikasiyasına uyğun istehsalına başlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş
qaydada müvafiq tədbirlərin görülməsini təmin etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 dekabr 2003-cü il
№ 153
i
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il “22 “iyun” tarixli “100” nömrəli qərarı ilə
təsdiq edilmiş redaksiyada
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının
TƏSVİRİ
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının təsviri İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303
nömrəli sənədinin ikinci hissəsində nəzərdə tutulmuş maşınla oxunan viza (MRV-A)
formatına uyğun çap olunur.
Vizada aşağıdakı məlumatlar göstərilir:
Azərbaycan və ingilis dillərində Azərbaycan Respublikasının adı və Dövlət gerbi,
habelə “VİZA” sözü, viza blankının iki latın hərfindən ibarət olan seriyası və yeddirəqəmli
nömrəsi;
viza sahibinin adı, soyadı, onun pasportunun nömrəsi, cinsi, anadan olduğu tarix,
vətəndaşlığı və gedənlərin ümumi sayı;
vizanın verildiyi yer (şəhər), vizanın etibarlılıq müddətinin başlandığı və bitdiyi tarix,
vizanın növü (giriş, qayıdış, tranzit, çıxış və s.), girişin sayı (birdəfəlik, çoxdəfəlik və s.),
kateqoriyası (adi, xidməti, diplomatik və s.) və məqsədi (turist, biznes, tranzit və s.), ölkədə
qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanın verildiyi tarix;
vizanı verən səlahiyyətli şəxsin imzası və müvafiq dövlət orqanının möhürü;
viza sahibinin şəkli.
Viza blankının aşağı hissəsində maşınla oxunan zona (MRZ) yerləşir və vizaya daxil
edilən məlumatların maşınla oxunan formada təqdimatını təmin edir.
Qeyd. Vizada nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır. Viza
doldurularkən qeyd olunan məlumatlar ingilis dilində verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il “22” “iyun” tarixli “100” nömrəli qərarı ilə
təsdiq edilmiş redaksiyada
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının
SPESİFİKASİYASI
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən viza blankının spesifikasiyası İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının)
9303 nömrəli sənədinin ikinci hissəsində nəzərdə tutulmuş maşınla oxunan viza (MRV-A)
formatının spesifikasiyasına uyğundur.
Viza blankı 80x120 mm ölçülü, üfüqi şəkildə küncləri yarımdairəvi formada olan bir
səhifədən və kötükdən ibarətdir və arxa hissəsi yapışqanlıdır. Kağızın tərkibi 100%
sellülozdan olan viza blankı ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur.
Kağız, istifadə olunmuş boya və yapışqan viza blankının lazer printerində çap olunması
üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
Viza blankının üzərində görünən və görünməyən formada Azərbaycan
Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada Azərbaycan
Respublikasının Dövlət gerbi göstərilir. Viza blankının maşınla oxuna bilən hissəsi
ikizolaqlıdır.
Viza blankının səthi hamardır. Viza blankının kağızının tərkibində görünən və
flüoresent liflər vardır. Viza blankının istehsalı üçün istifadə olunan kağız optik cəhətdən
ultrabənövşəyi şüaları əks etdirmir. İstehsalında giyoş, mikro çap və qabarıq çap
üsullarından istifadə olunur.
Viza blankının şəxsi məlumatlara aid hissəsi “göy qurşağı” çap üsulu ilə təsvir olunur.
“VİZA” sözünün yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Viza blankının
seriyası və nömrəsi maqnetik mürəkkəblə çap edilir. Viza blankındakı bir sıra elementlər
infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər viza blankının üzərində
proporsional şəkildə yerləşdirilir.
Viza blankının üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş kiçik
ölçüdə holloqram və ya kineqram vardır.
Viza blankı üçün istifadə olunmuş kağız, boya və yapışqan ən azı on il keyfiyyətini və
xüsusiyyətini saxlamalıdır.
Viza blankının üzərində, onu pasportdan qoparmağa çalışarkən vizanın bir neçə
hissəyə bölünməsinə gətirib çıxaran kəsiklər vardır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 oktyabr 2005-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 985)
2.
22 iyun 2007-ci il tarixli 100
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 704)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
i
22 iyun 2007-ci il tarixli 100
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 704) ilə 1 və 2
nömrəli əlavələr yeni redaksiyada təsdiq edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 1 dekabr tarixli
153 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən
viza blankının
TƏSVİRİ
Viza blankının üzərində Azərbaycan Respublikasının adı Azərbaycan və İngilis dillərində
göstərilmiş, iki hərfdən ibarət seriya və altırəqəmli nömrə üçün yer qoyulmuşdur. Viza blankının
üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi
hissəsində dərin çapla böyüdülmüş formada Azərbaycan Respublikasının gerbi, aşağı hissəsində
İKAO-nun tələblərinə cavab verən, maşınla oxuna bilən ikizolaqlı optik nəzarət oxusu hissəsi vardır.
Viza blankının səthi hamardır. Viza blankının üzərində Azərbaycan və İngilis dillərində "VİZA"
sözü yazılmış, etibarlılıq müddətinin göstərilməsi üçün yer qoyulmuşdur. Viza blankında fotoşəkil
üçün yer ayrılmışdır.
Viza blankının sol tərəfinə Azərbaycan və İngilis dillərində alt-alta "giriş sayı, verildiyi yer,
verilmə tarixi, vizanın növü və qeydlər" sözləri yazılmışdır.
Viza blankının sağ tərəfində şəxsi məlumatlar hissəsində Azərbaycan və İngilis dillərində alt-alta
"qalma müddəti, məqsəd, adı, soyadı, pasport nömrəsi" sözləri yazılmışdır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 1 dekabr tarixli
153 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik
nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən
viza blankının
SPESİFİKASİYASI
Viza blankı 105x74 mm ölçülü, üfqi şəkildə küncləri yarımdairəvi formada olan bir səhifədən və
kötükdən ibarətdir və arxa hissəsi yapışqanlıdır. Kağızın tərkibi 100% sellülozdan olan viza blankı
ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur və kimyəvi maddələrin təsirinə
davamlıdır.
Kağızın tərkibində flüoresent nöqtələr, görünən və flüoresent liflər vardır.
Viza blankının istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları
buraxmır. İkiölçülü ştrix koda malik və istehsalında kompüterləşdirilmiş giyoş, mikro çap və qabarıq
çap üsullarından istifadə olunmuş viza blanklarının maşınla oxunan hissəsində optik dəyişən
elementlərdən istifadə olunur.
Viza blankının şəxsi məlumatlara aid hissəsi ultrabənövşəyi fon çapı ilə (və yaxud da göy qurşağı
çap üsulu ilə) təsir olunur. "VİZA" sözünün yazılışında optik mürəkkəbdən istifadə edilir. Viza
blankının üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. Viza blankındakı bir sıra
elementlər infraqırmızı mürəkkəblə təsir olunur, qoruyucu əlamətlər viza blankının üzərində
proporsional şəkildə yerləşdirilir.
Viza blankının yuxarı sol hissəsində kiçik ölçüdə holloqram və ya kineqram üzərində həkk
olunmuş Azərbaycan Respublikasının Dövlət gerbi vardır.
Viza blankının üzərində onu pasportdan qoparmağa çalışarkən vizanın bir neçə hissəyə bölünməsinə
gətirib çıxaran kəsiklər vardır.
Dostları ilə paylaş: |