X fəsil
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ
81.1. İnzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya
qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə
bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati-iqtisadi
kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.
11
81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb
olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət
vermək hüququna malikdirlər.
81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati
məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə
nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və
məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq
olunur.
12
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və
hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə
tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci
maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini)
və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 83. Şikayətin mümkünlüyü
83.1. Şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və
müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə
bilər.
13
83.2. Məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı
şikayətə yol verilmir.
83.3. Aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə
bilməz:
83.3.1. məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə
qərardadlarının (sərəncamlarının);
83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə
iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə
qərardadlarının;
83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd
edilməsi haqqında məhkəmə qərardadlarının;
83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi
və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə
qərardadlarının;
83.3.5. hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə
qərardadlarının;
83.3.6. bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda.
83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən
qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
Maddə 84. Şikayət üzrə məhkəmə icraatının iştirakçıları
Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər
şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 85. Şikayətin verilməsinə dair tələblər
85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün,
məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi
məhkəmə vasitəsilə verilir.
85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar
göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından)
verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən
30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası
məhkəməsinə verilməlidir.
85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət
üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 86. Şikayət daxil olduqdan sonra birinci instansiya məhkəməsinin
hərəkətləri
86.1. Şikayət daxil olduqdan sonra inzibati-iqtisadi məhkəmə şikayətlə bağlı
aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını
yoxlayır:
86.1.1. şikayətin apellyasiya şikayəti verən şəxs və onun səlahiyyətli nümayəndəsi
tərəfindən imzalanmasını;
86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və
ünvanının göstərilməsini;
86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və
nömrəsi barədə məlumatların göstərilməsini;
86.1.4. dövlət rüsumunun ödənilməsini;
86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini;
86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını.
86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə
bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən
şəxsə yardım etməlidir.
86.3. İnzibati-iqtisadi məhkəmə şikayətin daxil olduğu vaxtdan beş gün
müddətində həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə müvafiq
apellyasiya instansiyası məhkəməsinə göndərir.
14
86.4. Apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayətin geri
götürüldüyü hallarda birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata xitam
verilməsi barədə qərardad qəbul edir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat
87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər
proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz
mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan
digər müvafiq tədbirləri görür.
87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını
yoxlayır.
87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi
şikayəti qəbul etməkdən imtina edir.
87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır.
Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl
proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi
məhkəmə baxışı qaydasında qəbul edilir.
87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını
dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya
tələbi həddində dəyişdirilə bilər.
87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə
mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri
olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində
şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə
göndərə bilər:
15
87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual
pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması
tələb olunduqda;
87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul
edilmədikdə.
87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını
dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin
hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin
dəlillərinə münasibət bildirilməlidir.
Dostları ilə paylaş: |