Layihə
Azərbaycan Respublikasında nanotexnologiyanın
inkişaf proqramı
Bakı 2007-cı il
2
Mündəricat...................................................................................2
Azərbaycan Respublikasında nanotexnologiyanın inkişaf
proqramının pasportu
.
3
1.
Giriş
6
2.
Nanotexnologiya sahəsində mövcud olan işlərin analizi
7
2.1.
Nanotexnologiyanın inkişafına təsir edən amillər
7
2.2
Xaricdə və ölkəmizdə nanotexnologiyanın müasir vəziyyəti
8
3
Proqramın məqsədi və qarşıya qoyduğu məsələlər
10
4
Nanotexnologiya sahəsində aparılan işlərin inkişafının qarşıya
qoyduğu məsələlərin həlli yolları...................................................
11
5
Nanotexnologiyanın inkişafının prioritet istiqamətləri
12
6
Proqramın əsas təyinatı, funksiyaları və prinsipləri
14
7
Proqram çərçivəsində müəssisələrarası əsas istiqamətlərin
kordinasiyası.......................................................................................
15
8
Proqramın maliyyələşdirilməsi
16
9
Proqramı həyata keçirmək üçün struktur və funksiyaları
17
10.
Nanotexnologiyanın iqtisadiyyatda tətbiqinin perspektivləri
18
11
Proqramın yerinə yetirilməsində idarə etmə sistemi
19
12.
Proqramın idarə olunması və yerinə yetirilməsi prinsipləri
20
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
3
Pasport
Azərbaycan Respublikasında nanotexnologiyanın inkişaf proqramının
pasportu
.
Proqramın adı
Azərbaycan Respublikasında
nanotexnologiyanın inkişaf
proqramı
Proqramın
hazırlanmasının əsasları
Nanotexnologiyanın dünya elminin prioritet
istiqamətlərindən biri olduğunu, Azərbaycanda onun
inkişaf etdirilməsini və bu sahədə artıq bir sıra
dövlətlərdə (54-dən çox) milli proqramların qəbul
olunduğunu nəzərə alaraq proqramın tərtib olunması
məqsədəuyğun hesab edilir.
Proqramı hazırlayanlar Azərbaycan Respublikası Təhsil Nazirliyi (Bakı
Dövlət Universiteti)
Azərbaycan Milli Elmlər Akademiyası
Icraçılar Azərbaycan Respublikası Təhsil Nazirliyi;
Azərbaycan Milli Elmlər Akademiyası;
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
Azərbaycan Respublikası Hərbi Sənaye Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərenerji
Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Neft
Şirkəti, Fövqəladə Hallar Nazirliyi
Proqramın məqsədi və
qarşıya qoyduğu
məsələlər
Proqramın əsas məqsədi nanomaterialların və
nanotexnologiyanın Azərbaycan Respublikasında
elmi, təhsil və texnoloji bazasının əsaslarını
hazırlamaqdır. Proqram Azərbaycan
Respublikasında nanotexnologiyanın dünyanın
inkişaf etmiş ölkələri ilə inteqrasiyasını və inkişafını
təmin etməlidir.
Proqramın əsas məqsədi aşağıdakılardır:
•
•
Nanotexnologiya sahəsində kadr potensialının
hazırlanması.
Nanoelm və nanotexnologiya sahəsində elmi-
tədqiqat işlərini dünya standartları səviyyəsinə
qaldırmaq üçün bu sahədə dünya elmi
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
4
səviyyəsində elmi-tədqiqat işlərinin təşkili və
aparılması.
•
•
•
•
•
•
•
Dünya bazarında nanotexnologiya sahəsində
rəqabətə davamlı məhsullar istehsal bölməsini
yaratmaq və inkişaf etdirmək.
Nanotexnologiya sahəsində hərbi əhəmiyyətli
məsələləri həll etməklə hərbi və xüsusi
texnikanın təchizatının təkmilləşdirilməsi.
Nanomaterialların tibbdə tətbiqinə əsaslanaraq
müxtəlif xəstəliklərin profilaktikası, diaqnostikası
və müalicəsinin əsaslarının işlənməsi, yeni
dərman maddələrinin hazırlanması və diaqnostika
üsullarının yaradılması.
ətraf mühitin təhlükəsizliyi və ekoloji
problemlərin həllində nanotexnologiyanın
tətbiqlərinin elmi əsaslarının işlənməsi.
Neft texnologiyasında nanomaterialların
tətbiqinin elmi əsaslarının işlənməsi.
Nanoquruluşlar əsasında diskret yarımkeçirici
cihazların və inteqral sxemlərin hazırlanması.
Terror
əməliyyatlarına qarşı
tədbirlər
problemlərinin həllində nanotexnologiya əsaslı
məhsulların tətbiqi.
Alternativ enerji mənbələri üçün yeni
nanoquruluşların alınması və tədqiqi
Proqramın yerinə
yetirilmə müddəti və
mərhələləri
І mərhələ - 2010-cu ilə qədərki dövr
ІІ mərhələ - 2010 - 2012-ci illər
ІІІ mərhələ - 2012 - 2015-ci illər
Proqramın yerinə
yetirilməsinin əsas
prinsipləri
•
•
•
•
Nnanotexnologiyanın elm və sənaye sahələrində
inkişafına nail olmaq üçün yüksək ixtisaslı
kadrların hazırlanması;
Nanotexnologiyanın prioritet istiqamətlərini
inkişaf etdirmək məqsədi ilə dövlət büdcəsindən
ayrılan vəsaitlərin birləşdirilməsi və məqsədyönlü
istifadəsi.
Nanosənayenin qarşıya qoyduğu məsələlərin
sistemli həlli üçün proqram və layihələrin icra
orqanları tərəfindən kordinasiyasının təmin
edilməsi;
Nananotexnologiya sahəsində işlərin inkişafı
üçün elmi tədqiqat, innovasiya
infrastrukturlarının yaradılması
və
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
5
təkmilləşdirilməsi;
•
•
Nananotexnologiya sahəsində tətbiq işlərini
kommersiyalaşdırmaq məqsədi ilə fundamental
elmi tədqiqat işlərini inkişaf etdirmək;
Nananotexnologiya sahəsində beynəlxalq
əlaqələrin qarşılıqlı faydalılıq əsasında inkişafına
və əlaqələndirilməsinə nail olmaq.
Proqramın yerinə
yetirilməsinin maliyyə
mənbələri
Dövlət büdcəsi, büdcədən kənar maliyyə mənbələri
və birgə beynəlxalq qrant layihələri.
Proqramın yerinə
yetirilməsindən
gözlənilən nəticələr
Nanotexnologiyan inkişafına nail olmaq üçün
Azərbaycanın elmi potensialının beynəlxalq
səviyyədə aparılan elmi tədqiqat işlərinə
inteqrasiyasını təmin etmək.
Nanosənaye sahəsində dünya və yerli bazar üçün
məhsulların istehsal texnologiyasının hazırlanması
və istehsalını yaratmaq.
Nanotexnologiya materiallarının məişət, texnika,
tibb, kənd təsərrufatı və sənayenin müxtəlif
sahələrində tətbiqini təmin etmək.
Ətraf mühitin qorunması və yaxşılaşdırılması və
istehsal texnologiyasının hazırlanması.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
6
1. Giriş.
Yaşadığımız XXI əsrdə elm və texnikanın sürətli inkişafı bəşəriyyət
qarşısında həlli dünənə qədər mümkün olmayan problemlərin həlli olunması
üçün geniş imkanlar açır. Ona görə bəşəriyyət bu yüzillikdə hansı qlobal
problemlərin həll oluna biləcəyi haqqında çox düşünür və həlli dünənə qədər
mümkün omayan suallara cavab tapmağa çalışır. Son illər dünya elminin əsas
istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Bu
sahənin sürətli inkişafı qarşıya fundamental tədqiqat işləri aparmaq problemi
qoymaqla yanaşı universal biliyə malik ixtisaslı kadrların hazırlanmasını da ən
vacib problem kimi ön plana çəkir. Hal-hazırda nanotexnologiyanın inkişafını
informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər
və onun üçün inkişaf etmiş ölkələrdə bu sahələrə böyük maliyə vəsaitləri ayrılır.
Nanotexnologiya 0,1-100 nm ölçülu hissəcikləri və bu quruluşlarda baş verən
fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Bu elmi-texniki istiqamətin əsasını
yeni nanoquruluşlu materialların alınması, tədqiqi və tətbiqi təşkil edir.
Nanotexnologiya yeni qeyri-adi xassələrə malik materiallar alınmasına
imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində-
biotexnologiyada, hərbi işlərdə, tibbdə, ətraf mühitin mühafizəsində və s.
istifadə etmək mümkündür.
Nanotexnologiya, həm də geniş ixtisaslararası elmi istiqamətlərin də
formalaşmasına kömək edir. Ona görə də bu istiqaməti seçən hər bir mütəxəssis
riyaziyyat, fizika, kimya, biologiya, materialşunaslıq, tibb, kompüter
texnikasından minimal biliklərə malik olmalıdır. Nanotexnologiyanın həll etdiyi
problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün, burada elmi və
mühəndis biliklərin sintezi mühüm şərtdir.
Eyni
maddənin xassələri ölçüsü 0,1-100 nm olan hissəciklərdə və
makrohissəciklərdə bir-birindən kəskin fərqlənir. Fiziki və kimyəvi xassələrin
nanoölçülü sistemlərdə kəskin olaraq dəyişməsi bu cür materialların texnikanın
müxtəlif sahələrində tətbiqinə imkan yaradır. Məsələn, yüksək möhkəmliyə
malik nanokristallik və amorf materiallar mikroelektronika və optoelektronika
üçün nazik təbəqələrin və heteroquruluşların, kimya və neft kimyası üçün
materialların alınmasında, müxtəlif təyinatlı çeviricilər üçün yeni
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
7
nanokompozisiya materialların yaradılmasında, transplantasiya üçün biouyğun
toxumaların, dərman maddələrinin hazırlanmasında və s.istifadə olunur.
Qeyri-adi xassələrə malik nanoquruluşların formalaşması yeni üsulların və
vasitələrin istifadəsi tələblərini qarşıya qoyur. Alınan quruluşun nanoquruluş
olmasını müəyyən etmək üçün, elektron və atom qüvvət mikroskoplarından
istifadə edilməsi ən vacib məsələlərdəndir. Nanomaterialların öyrənilməsi,
tədqiqi və elmin bir çox sahələrində onun tətbiqi, dünya əhəmiyyətli istiqamətin
inkişafına nail olmaq üçün, elmi-tədqiqat işləri ilə yanaşı təhsilin də düzgün
təşkil olunmasını aktual edir.
2. Nanotexnologiya sahəsində mövcud olan işlərin analizi
2.1. Nanotexnologiyanın inkişafına təsir edən amillər
Nanotexnologtyanın inkişafını stimullaşdıran əsas amillərdən biri bu
texnologiyaya əsaslanaraq yaradılmış yarımkeçirici nanoquruluşlar və onların
bazasında gen mühəndisliyi, materialşünaslıq (səthi möhkəmlətmə, füllerenlər,
katalizatorlar, membranlar) və kompüter çipləri informasiyanın saxlanılması,
ötürülməsi kimi işləri yerinə yetirə bilən prinsip etibari ilə yeni elektron
qurğuların yaradılması olmuşdur.
Keçən əsrin 80-ci illərində tunnel mikroskopunun yaradılması
nanotexnologiyanın inkişafına təkan verən ən vacib amillərdən biri olmuşdur.
Son illər nanoölçülü sistem və quruluşlar fizikasında əldə edilən
nailiyyətlər (Xollun tam ədədli və kəsr ədədli kvant effektləri, parçalanmış yükə
malik kvazihissəciklər və s.) kimi istiqamətdə aparılan fundamental işlər
maddənin təbiəti haqqında yeni fikirlərin formalaşmasına səbəb olacaq nəticəyə
gəlməyə imkan verir. Bu isə yaxın gələcəkdə kvant qurğularının yaradılması
deməkdir.
2.2. Xaricdə və ölkəmizdə nanotexnologiyanın müasir vəziyyəti
Nanotexnologiyanın inkişafı ixtisaslararası tədqiqat işləri ilə xarakterizə
olunaraq, onların qarşılıqlı ideya, material, üsul və prosesləri üzərində qurulur.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
8
Qeyri-üzvi, üzvi və bioloji obyektlərin konvergensiyası nəticəsində yeni
prinsipial materiallar, mikromexanizmlər, biokompüterlər, intellektual
materiallar, yeni növ tibbi texnologiyalar yaradılır.
Ekspertlərin rəylərinə görə dünya bazarında nanotexnologiyanın sənaye
tətbiqi üçün çəkilən xərclər 2015-ci ildə 1-2 trilyon ABŞ dolları həcmində
olacaq. Bu zaman nanotexnologiyanın nailiyyətlərdən istifadə edilməsi 3
mərhələdə baş verəcək:
- І mərhələdə maşınqayırma, yüngül sənaye, kosmetika və əzcaçılıq
sənayelərində əldə edilmiş yüksək texnoloji məhsullar üstünlük təşkil edəcək;
- ІІ mərhələdə nanotexnologiyadan mikroprosessor texnikasında,
nanosensor və nanoötürücülərin istehsalında, elektronika və yaddaş qurğularında
istifadə olunacaq;
- ІІІ mərhələdə isə nanotexnologiyalardan səhiyyə ön planda olmaqla
istehsalın sahələrində, əlbəttə ki, geniş istifadə olunacaqdır.
Hərbi ekspertlərin fikrincə, nanotexnologiya müasir hərbi əməliyyatların
xarakterini də dəyişdirəcəkdir. Bu özünü silahlanmada, rabitədə, hərbçilərin
müdafiə keyfiyyətli geyimində, hərbi-sahə tibbində və s. biruzə verəcəkdir.
Xaricdə nanotexnologiya sahəsində tədqiqatlar 2004-cü ildə 2003-cü illə
müqayisədə 2 dəfə çox maliyyələşdirilərək 10 milyard dollar olmuşdur. Bunun
4.6 milyard dollar ABŞ dövləti tərəfindən maliyyələşdirilir. 2004-cü ildən
nanotexnologiya üzrə Milli proqram dünyanın 54 ölkəsində fəaliyyət göstərir.
Dünyada nanotexnologiya üzrə alınan patentlərin sayı və kapital
qoyuluşlarının miqdarı ekspertlərin gəldiyi nəticələrə görə eksponensial qanunla
artır.
ABŞ 2000-ci ildən başlayaraq nanotexnologiyanın inkişafını reallaşdıran
«Milli Nanotexnologiya Təşəbbüsü» dövlət proqramı həyata keçirilir və ona
xərclənən maliyyə xərcləri ilbəil artır.
Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində
apardığı elmi-tədqiqat işləri elmi səviyyəsinə görə aparıcı ölkələrin işlərinə
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
9
yaxındır. Respublikamızda bu işlər yüksək nəzəri və təchizatı zəif eksperimental
bazaya söykəndiyi üçün, yaxın zamanlarda bu istiqamətdə dövlət səviyyəsində
köklü dəyişiliklər baş verməsə, bu tədqiqatlar yüksək texnologiyaya və
diaqnostik tədqiqatlar sisteminə söykənməsə, ölkəmizdə həm tədqiqat işlərinin
həm də nanosənayenin inkişafı dünya səviyyəsindən çox geridə qalacaqdır.
Azərbaycanda nanotexnologiya sahəsində aparılan elmi işlər dövlət
büdcəsində çalışan və zəif təchizatlı laboratoriyalarda, elmi tədqiqat
institutlarında və universitetlərdə həyata keçirilir.
Bütün inkişaf etmiş ölkələrdə nanotexnologiyanın inkişafı ilə əlaqədar
Dövlət Proqramları qəbul olunmuş və uğurla həyata keçirilir. Ona görə də
Azərbaycan Respublikasında bu istiqamətdə müəyyən elmi tədqiqat işləri ilə
bərabər maariflənmə və kadr hazırlığı həyata keçirilməlidir. Azərbaycan Milli
Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Tibb
Universitetlində, Azərbaycan Dövlət Neft Akademiyasında nanotexnologiyanın
ayrı-ayrı sahələri ilə əlaqədar pərakəndə şəkildə elmi tədqiqat işləri,
laboratoriyalar səviyyəsində tətbiqi işlər aparılır ki, bu da təbii ki, dünya elminin
bu mühüm istiqaməti üçün əsla yetərli deyildir. Yalnız bir faktı qeyd etmək olar
ki, Avropa Birliyi ölkələri nanotexnologiya sahəsində elmi-tədqiqat işləri
aparmaq üçün büdcədən 4,865 milyard avro ayırmışdır. Bu isə onun elmə
ayırdığı büdcənin təqribən 9-10
%-ni dtəşkil edir. Analoji konkret rəqəmləri
ABŞ, Rusiya və Yaponiya üçün də qeyd etmək olar. Azərbaycanda bu sahəyə
demək olar ki, çox cüzi pul vəsaiti xərclənir. Azərbaycan Respublikasında hal-
hazırda nanotexnologiya sahəsində məşğul olmaq üçün elmi potensialın
səviyyəsi az olduğunu nəzərə alıb, bu istiqamətdə kadr hazırlanmasını təşkil
etmək lazımdır. Yaxın gələcəkdə nanotexnologiya məhsullarının Azərbaycana
daxil olması proqnozlaşdırılr və bu istiqamətdə maariflənmə prosesinə başlamaq
zərurəti günün tələbinə çevrilmişdir. Respublikamızda yalnız Bakı Dövlət
Universitetində nanotexnologiya üzrə üçün kadr hazırlanmasına başlanmıdır.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
10
3. Proqramın məqsədi və qarşıya qoyduğu məsələlər
Nanotexnologiya sahəsində işlərin əsaslı təşkili və sürətləndirilməsi
Azərbaycan Respublikasının Milli strateji maraqlarına, respublikamızın spesifik
iqtisadi xüsusiyyətlərinə, elm və texnikanın inkişafı üçün dövlət siyasətində
nəzərdə tutulmuş müddəalara uyğundur. Bu prinsiplərə aşağıdakılar aiddir:
* əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə yüksək
texnologiyanın tətbiqi;
* yüksək texnologiyaya əsaslanan iqtisadi artıma nail olunması;
* fundamental elmlərin, təhsil və mədəniyyətin inkişaf etdirilməsi;
* ölkənin Milli və iqtisadi təhlükəsizliyinin təmini;
* əhalinin sağlamlığı və həyat səviyyəsinin qorunması;
Bu problemin həlli üçün nanotexnologiya sahəsində dövlətin əsas məqsədi
elmi, texniki və texnoloji bazanın yaradılması, inkişaf etdirilməsi, bununla da,
elm və texnikanın bəzi vacib sahələrində aparıcı dövlətlərlə sıx əlaqə saxlamaq,
ekoloji təmiz müasir sənaye istehsalını yaratmaq, nanotexnologiyanın neft
sənayesinə tətbiqinin elmi və texnoloji əsasını qurmaq və inkişaf etdirmək,
dövlətin müdafiə qabiliyyəti səviyyəsini artırmaqla onun təhlükəsizliyinin
təminini ön plana çəkməkdir. Bu halda nanosənayenin formalaşması əsas strateji
istiqamət olmalıdır.
Proqramın qarşıya qoyduğu məqsədi йериня йетирмяк цчцн ашаьыдакы
стратежи мясялялярин щялли ваъибдир:
•
Nanomaterialların geniş tətbiqi bazasında iqtisadiyyatın yüksək texnoloji
sektorunun inkişaf etdirilməsi və bununla da Azərbaycanı dünya bazarında
elmi nailiyyətlərə əsaslanan yüksəktexnoloji məhsul istehsalçısı etmək;
•
Nanotexnologiya sahəsində əldə edilən nailiyyətlərin nəticəsində hərbi
texnikanın təkmilləşdirilməsi və yeni texnologiyaya əsaslanan silah-sursat
istesalının təşkili.
•
Nanotexnologiyaya əsaslanan yeni nəsil tibbi avadanlıqların istehsalı, yeni
dərman preparatlarının yaradılması və bununla da, əhalinin xəstəliklərə
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
11
qarşı müqavimətinin gücləndirilməsi ilə yanaşı tez bir zamanda xəstəliyin
diaqnozu və müalicəsində keyfiyyətin artırılması;
•
Ekoloji təhlükəsizliyi təmin etmək məqsədi ilə ətraf mühitin monitorinqini
keçirmək məqsədi ilə nanosistem texnikasından istifadə edilməsi.
•
Neft sektorunun inkişafı üçün nanotexnologiyanın nailiyyətlərindən istifadə
edərək bu istiqamətdə Azərbaycanı inkişaf etmiş ölkələrin səviyyəsinə
qaldırılmaq.
4.
Nanotexnologiya sahəsində aparılan işlərin inkişafının qarşıya qoyduğu
məsələlərin həlli yolları
Nanotexnologiya üzrə işlərin müasir səviyyədə qurulması aşağıdakı kimi
xarakterizə olunur:
1)
AMEA-nın ayrı-ayrı elmi tədqiqat institutlarında, Azərbaycan
Respublikasının Təhsil müəssisələrində bir-biri ilə əlaqəsi olmayan
pərakəndə şəkildə elmi-tədqiqat işlərinin koordinasiyalı şəkildə təşkili və
laboratoriya səviyyələrində tətbiqi işlərinin sənaye səviyyəsinə qaldırılması,
2)
Dövlət büdcəsi ilə əlaqəsi olmayan tədqiqatların hesabına (beynəlxalq qrant
layihələri) elmi işlərin aparılması,
3)
Əldə edilən elmi nəticələrin dövlətin iqtisadi və hərbi inkişafında istifadə
edilməsi,
4)
İnfrastrukturun, onun bəzi elementlərinin lazımi səviyyədə olmaması
hallarının aradan qaldırılması.
Nanotexnologiya üzrə işlərin müasir səviyyədə qurulmasında mövcud
cətinliklər.
1)
Müxtəlif müəssisə və nazirliklər daxilində aparılan tədqiqatların
nəticələrinin digərlərinə ötürülmə çətinliyinin olması,
2)
Müxtəlif müəssisə və nazirliklər tərəfindən aparılan tədqiqat proqramlarının
bir-biri ilə əlaqəsiz olması,
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
12
3)
Dövlət səviyyəli vacib məsələlər üzərində işlərin qurulmasındakı
pərakəndəlik
4)
Tədqiqatçıların yeni məsələlərə uyğunlaşma çətinliyi ilə qarşılaşması.
Təqdim olunan Proqramm Azərbaycan Respublikasında nanotexnologiya
sahəsində kompleks şəkildə yerinə yetiriləcək qayda və üsullar toplusu olub,
bütün müəssisələrarası əlaqə yaratmaqla Azərbaycanın iqtisadiyyatına və hərbi
tələbata uyğun nanosənayenin formalaşma və inkişafına təkan verəcək.
Nanotexnologiya sahəsində yerinə yetiriləcək işlərin spesifikliyi
aşağıdakılardan ibarətdir:
1. həllolunan məsələlərin çoxşaxəliliyi,
2. sahələrin müxtəlif istiqamətliliyi,
3. yeni bazarların yaradılması,
4. müxtəlif təyinatlı (mülki, hərbi) tədqiqatların aparılması;
5. nanotexnologiya üzrə işlərin büdcədən maliyyələşdirilməsində müxtəlif
vasitələrdən istifadə edilməsi.
5. Nanotexnologiyanın inkişafının prioritet istiqamətləri
Azərbaycan Respublikasında nanotexnologiya sahəsində yerinə yetiriləcək
işlərin təhlili yaxın gələcəkdə (3-10 il ərzində) perspektiv olan aşağıdakı
istiqamətlərin mümkünlüyü haqqında fikir söyləməyə imkan verir:
- alternativ enerji mənbələrinin alınmasında nanotexnologiyanın tətbiqi;
- aktiv xassələrə malik nanohissəcikləri üzvi polimer matrisalara daxil
etməklə polimerin və nanohissəciklərin unikal xassələrini özündə saxlayan
polimer nanokompozisiyaların texnologiyasının işlənməsi.
- neft texnologiyasında istifadə etmək üçün katalitik xassələrə malik metal --
-nanohissəciklərin alınmasının texnologiyasının işlənməsi.
- antiseptik xassələrə malik metal nanohissəciklərin sintezi.
-nanogellərin alınması və nanosənayenin müxtəlif sahələrində tətbiqi.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
13
- nanomateriallar: nanoborular, füllerenlər və nanotozların alınması və
tədqiqi.
- maşınqayırma, tibb, inşaat, hərb və s. üçün istifadə edilən qoruyucu və
funksional örtüklərin (laklar, rənglər, davamlı geyimlər və.s.) alınması və
tədqiqi,
- nanodoldurucu kompozit materiallar: yüksək plastik polimerlər;
həddindən artıq dərəcədə möhkəm keramikalar; dəqiq formalı polimerlər; optik,
maqnit, keçirici materialların alınması və tədqiqi;
- nanoquruluşlu materiallar, o cümlədən qeyri-adi fiziki xassələrə (yüksək
keçiriciliyə, radiouduculuğa, radiasiyaya davamlı, optiki, maqnit, yarımkeçirici
və s.) malik materialların alınması və tədqiqi;
- maye və qazları təmizləmək üçün nanomembranlar, nanofüllerenlər,
katalizatorlar, nanoötürücü və nanosensorların (bura bio- və kimyəvi ötürücülər
də daxildir) alınması və tədqiqi;
- fotoelektrik çeviricilərində istifadə olunan nanomaterialların alınması və
tədqiqi;
- dərman nanopreparatlarının alınması;
- qiymətli kağızları, şəxsiyyət vəsiqələrini, qiymətli daşları və s. qorumaq
üçün istifadə edilən nanomaterialların alınması və tədqiqi;
- hərbi texnika və qoruyucu geyim üçün lazım olan nanomaterial və
nanoquruluşların alınması və tədqiqi.
Dövlət sirrinin qorunmasına nanotexnologiyanın tətbiqi.
Qısamüddətli perspektivdə (orta hesabla təqribən 10-20 ildən sonra) praktik
istifadə ediləcək materiallar:
- xarici amillərin təsiri altında dəyişə bilən xüsusi xassələrə malik
nanomateriallar;
- enerjini çevirən və saxlayan nanomateriallar (yanacaq elementləri,
hidrogen toplayıcısı);
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
14
- nanoelektronika materialları (informasiyanı saxlayan yüksəksıxlıqlı
qurğular);
- nanobiotexnologiyanın məhsulları;
-dərmanları məqsədyönlü şəkildə daşıyan nanoquruluşlar
Uzunmüddətli perspektivdə (20 ildən sonra) praktik istifadəsi nəzərdə
tutulan materiallar:
- atom və molekullardan yığılmış məqsədyönlü xassələrə malik
nanomateriallar;
- üzvi – qeyri-üzvi hibrid texnologiya əsasında yaradılmış prinsipial yeni
qurğu və bioüzvi sistemlər;
- molekulyar elektroniki əşyalar;
- kvant superkompüterləri;
- nanorobot texnikası.
6. PROQRAMIN ƏSAS TƏYİNATI, FUNKSİYALARI VƏ
PRİNSİPLƏRİ
Proqramın əsas təyinatı:
- Azərbaycanda yaxın zamanlarda nanosənayenin mühüm istiqamətlərini
formalaşdırmaq üçün bütün imkanlardan istifadə edilməsi;
- nanotexnologiyanın iqtisadiyyatda tətbiqi və yayılması üçün dövlətin və
özəl təşkilatların maliyyə imkanlarının birləşdirilməsi;
- Azərbaycanın beynəlxalq elmi-texniki kooperasiyada mövqeyinin
aktivləşdirilməsi;
- nanotexnologiya sahəsində nəticələrin mübadiləsi ilə sinergetik effektin
əldə edilməsi;
- ölkənin elmi-texniki və texnoloji kompleksində nanosənayenin əsaslarının
formalaşması üçün balanslaşdırılmış və çevik infrastrukturun qurulması;
- nanotexnologiya sahəsində büdcə xərclərinin istifadəsinin və
effektivliliyinin artırılması.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
15
Proqramın əsas funksiyaları:
- prioritet istiqamətlərin müəyyən edilməsi, onların lazımi vəsaitlə təmin
olunması,
- nanotexnologiya sahəsində sərf olunacaq büdcə vəsaitlərinin
planlaşdırılması, qeydiyyata alınması;
- nanosənayenin infrastrukturunun formalaşması üçün müəssisələrin
qüvvələrinin planlaşdırılması və əlaqəli şəkildə istifadəsi, nanotexnologiyanın
iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və tələbatın stimullaşdırılması;
- özəl və dövlət əməkdaşlığının effektivliyinin təmin edilməsi;
- nanotexnologiya sahəsində təhsilin təşkili, müəllim və elmi kadrların
hazırlanması;
- nanosənayenin formalaşmasının perspektiv və potensial imkanları
haqqında cəmiyyətin məlumatlandırılması;
Proqramın əsas prinsipləri:
- mövcud büdcə maliyyəsindən istifadə edilməsi;
- yaranacaq Azərbaycan nanosənayesinin mövcud büdcə proyektlərininə,
daxil edilməsi;
- nanotexnologiyanın inkişafı üçün ümumi prinsiplərin müəyyənləşdirilərək
koordinasiya edilməsi;
- proqramın qəbul olunmuş reallaşma qaydalarını həll etmək üçün
müəssisələrarası və müstəqil ekspertizalardan geniş şəkildə istifadə edilməsi.
7. PROQRAM ÇƏRÇİVƏSİNDƏ MÜƏSSİSƏLƏRARASI ƏSAS
İSTİQAMƏTLƏRİN KOORDİNASİYASI
Nanotexnologiya sahəsində fəaliyyət göstərən bütün qüvvələrin
birləşdirilməsi.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
16
Proqramın iştirakçılarının sahələrə cavabdehliyinin razılaşdırılması və
müvafiq icra rəhbərlərinin müəyyənləşdirilməsi.
Elmi-texniki istiqamətlər beynəlxalq üzrə
əməkdaşlığın
müəyyənləşdirilməsi və «kontakt nöqtələrin» müəyyən edilməsi.
Elmi-tədqiqat və təcrübi konstruktor işlərinin Proqramının mövzusunun
razılaşdırılması.
Nanotexnologiya sahəsində ikili təyinatlı tədqiqatlar aparmaq üçün birgə
sifariş müsabiqələrinin və dövlət kontraktlarının formalaşdırılması.
Proqram
icraçılarının siyahısının müəyyənləşdirilməsi onların
nanotexnologiya sahəsində bilik və təcrübələrinin artırilması.
Hökumət tərəfindən nanotexnologiya proqramına rəhbərlik edəcək baş
müəssisənin və dövlət koordinatorunun müəyyən edilməsi.
Elmi-istehsal konsorsiumların, innovasiya klasterlərinin formalaşdırılması.
Nanotexnologiya sahəsində şəxsi-dövlət əməkdaşlığının mexanizmlərinin
müəyyən edilməsi.
İnfrastrukturun inkişafı üçün qüvvələrin bölünməsi və koordinasiyası.
Nanotexnologiya sahəsində məlumat bazasının formalaşdırılması.
Alınan nəticələrin istehsala tətbiqinin təşkil edilməsi.
Nanotexnologiya sahəsində nəticələrin monitorinqinin təşkili.
8. PROQRAMIN MALİYYƏLƏŞDİRİLMƏSİ
Proqrammı reallaşdıran mənbələr:
- Dövlət büdcəsi,
- qanunvericilikdə qadağan olunmayan digər mənbələr (xarici ölkələrdən
də ola bilər).
Proqramın maliyyələşdirilməsinin 2 istiqamətdə baş verəcəyi qəbul edilir:
1.
Tədqiqatlar əsasən aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- dövlət müdafiə sifarişinə əsasən
- smeta maliyyələşdirilməsi əsasında tədqiqatları;
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
17
- xüsusi fondlar tərəfindən maliyyələşdirilən tədqiqatlar (ölkə daxili
tələbata uyğun olaraq özəl və dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi
sifarışlər).
Maliyyələşdirilmə büdcə vəsaitləri və büdcədən kənar vəsaitlərdən ibarət
olmaqla illik məsrəf 20-25 milyon manat həcmində müəyyənləşdirilsin.
2.
İnfrastrukturun formalaşmasına əsasən:
- yüksək təchizatlı laboratoriyaların yaradılması;
- baş müəssisələrin müəyyənləşdirilməsi;
- elmi mərkəzlərin müasir avadanlıqla təmin edilməsi;
- birgə istifadə ediləcək mərkəzlərin yaradılması;
- texnoparkın yaradılması;
- Maliyyələşdirmə həcmi il ərzində 10-15 milyon manat olması vacibdir.
Dövlət büdcə və büdcədən kənar mənbələrinə görə nanosənayenin
formalaşmasına sərf olunacaq ümumi məbləğ il ərzində 30-40 milyon manat
təşkil etməlidir.
9. Proqramı həyata keçirmək üçün strukturlar və onların
funksiyaları
1. Milli laboratoriya:
- texnoloji bazanın qurulması üçün yerinə yetiriləcək tədqiqat işlərinin
koordinasiya mərkəzi;
- nanotexnologiya sahəsində fundamental və tətbiqi tədqiqat işləri arasında
əlaqənin yaradılması;
- beynəlxalq elmi-texniki proyektlərin koordinasiya mərkəzi;
-iqtisadiyyatın yeni sahəsinin inkişafını təmin edən yeni texnologiyanın
yaradılması;
2. Proqramı həyata keçirən strukturların funksiyaları:
- iqtisadiyyatın texnoloji istiqamətlərinin inkişafını təmin etmək, dünya
bazarında bu məhsullarının yerini və tələbatını öyrənmək;
- kommersiya texnologiyalarının dünya bazarında rəqabətinin yaradılması;
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
18
- elmtutumlu texnologiyalardan istifadə edilməsi;
- birgə beynəlxalq elmi-texniki proyektlərin reallaşması;
- xüsusi və dövlət partnyorluğu proyektlərinin təşkili;
- elm və təhsilin inteqrasiyası;
- istiqamətlər üzrə mütəxəssis kadrlarının hazırlanması.
3. Kollektiv istifadə mərkəzləri.
- Texnologiyaların istehsal sahələrinə transfer mərkəzləri.
- Nanosənaye sahəsində yeni texnologiyaların yaradılması.
- Xüsusi tədris mərkəzləri: nanosənaye sahəsində mütəxəssislərin
hazırlanması.
- Proqramın iştirakçılarının məlumatlandırılması üçün nəticələrin
kompüter şəbəkəsinin yaradılması.
- proqramın iştirakçılarının məlumat mübadilə yolları;
- proqrammın realizə olunmasını təmin edən ekspert və idarəetmə yolları;
- nanotexnologiya kommersiya prosesinə dayaq olan yollar;
- nanotexnologiya sahəsində beynəlxalq elmi-texniki mübadilə yolları;
- nanotexnologiya sahəsində elmi-kütləvi informasiyaların yayılması yolları.
10. Nanotexnologiyanın iqtisadiyyatda tətbiqinin perspektivləri
Azərbaycanda nanotexnologiyanın tətbiqi aşağıdakı nazirliklər və
komitələr tərəfindən həyata keçirilməlidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Reaspublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası
Müdafiə Sənayesi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA,
Azərenerji Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
19
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi, Azərbaycan Dövlət Neft
Şirkəti.
Azərbaycan Respublikası Təhsil Nazirliyi- kadr hazırlığı və elmi
tədqiqat işləri.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi-informasiya texnologiyaları
Azərbaycan Respublikası Hərbi Sənaye Nazirliyi- hərbi əhəmiyyətli
nanomateriallar və nanosensorlar
Ekologiya və Təbii Sərvətlər Nazirliyi- ətraf mühitin mühafizəsi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-tibb və sağlamlıq
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi – kənd təsərrüfatı
və yeyinti sənayesi.
Azərenerji Səhmdar Cəmiyyəti- alternativ enerji mənbələri.
AMEA- nanomaterialların və nanotexnologiya məhsullarının alınması və
tədqiqi
Azərbaycan Dövlət Neft Şirkəti- neftçıxarma sistemlərinə
nanotexnologiyanın tətbiqləri
İqtisadi İnkişaf Nazirliyi – nanotexnologiyanın inkişafının tətbiqinin
proqnozlaşdırılması problemləri
Fövqalədə Hallar Nazirliyi-təhlükəsizlik riskinin monitorinqi.
Dövlət və qeyri dövlət sifarişləri, dövlət sifarişi
11. Proqramın yerinə yetirilməsi üçün idarə etmə sistemi
Müəssisələr Infrastrukturun
obyekti
Maliyyələşdirmə
yolları
Azərbaycan Respub-
likası Təhsil Nazirliyi
Nanotexnologiya üzrə milli
laboratoriya
Smeta, dövlət və
qeyri-dövlət sifarişləri
Azərbaycan Respub-
likasının Rabitə və
İnformasiya Texno-
logiyaları Nazirliyi
Kompüter mübadilə şəbəkələri
və mərkəzləri
Smeta, dövlət büdcə-
sinin qeyri-proqram
hissəsi, qeyri-büdcə
mənbələri
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
20
Azərbaycan Respub-
likası Müdafiə
Sənaye Nazirliyi
Hərbi sənaye kompleksləri Dövlət Hərbi sifarişi
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi
Ekoloji problemlərin həlli ilə
məşğul olan mərkəzlər
Dövlət və qeyri dövlət
sifarışləri
Azərbaycan Respub-
likası Səhiyyə Nazir-
liyi
Dərman maddələrinin istehsalı
ilə məşğul olan mərkəzlər və
klinikalar
Dövlət və qeyri dövlət
sifarişləri
Azərenerji Səhmdar
Cəmiyyəti
Alternativ enerji problemləri
mərkəzləri
Dövlət və qeyri dövlət
sifarişləri
Azərbaycan Dövlət
Neft Şirkəti
Neftçıxarma sistemləri üçün
materiallar və avadanlıqlar
alınması problemləri
mərkəzləri
Dövlət sifarişləri
AMEA Nanostrukturların alınması və
tədqiqi elmi tədqiqat
institutları
Dövlət və qeyri dövlət
sifarişləri
İqtisadi inkişaf
nazirliyi
Nanotexnologiyanın inkişafının
proqnozlaşdırılması mərkəzi
Dövlət və qeyri dövlət
sifarişləri
Fövqəladə Hallar
Nazirliyi
Baş verə biləcək təhlükələrə
qarşı mübarizə qurumları
Dövlət və qeyri dövlət
sifarişləri
12. Proqramın idarə olunması və yerinə yetirilməsi prinsipləri.
Proqramın kollegial kordinasiya orqanı funksiyasını nanomateriallar və
nanotexnologiya problemləri üzrə müəssisələrarası elmi texniki şura yerinə
yetirir.
Şuranın funksiyaları:
- Proqram çərçivəsində prioritet istiqamətləri müəyyən edir, onun
strukturunu formalaşdırır;
-proqram çərçivəsində qarşıya qoyulan problemlərin reallaşması üçün
dövlət və qeyri dövlət orqanlarının işini kordinasiya edir.
-proqramın strateji planının yerinə yetirilməsini təmin etmək üçün
icraedici və qanunverici orqan qarşısında, həm də biznes strukturlarını
məlumatlandırır.
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
21
- nanotexnologiyanın inkişaf problemlərinin yeni sahələrini mənimsəmək
üçün müxtəlif maraqlı tərəflərin qarşısında müvafiq problemlər qoyur.
- proqramın yerinə yetirilməsinin büdcə və büdcədən kənar sahələrini
aydınlaşdırır və təkliflər planlarını hazırlayır
Koordinasiya edici orqanlar.
Texniki kordinator –AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Elmi kordinator – Milli laboratoriya.
Kontakt nöqtəsi – Milli laboratoriyada koordinasiya mərkəzi.
Dövlət nəzarət orqanı – Azərbaycan Respublikası Hərbi sənaye nazirliyi
tabeliyində fəaliyyət göstərən müəssisələri.
Funksiyaları:
- Azərbaycan Respublikası hökuməti tərəfindən proqramın yerinə
yetirilməsinə nəzarətin təşkili;
- Hökumətin proqramının yerinə yetirlməsinə nəzarətin kordinasiyası
üçün analitik məlumat materiallarının hazırlanması;
- dövlət icra orqanlarının nanotexnologiyanın inkişafı ilə əlaqədar
kollegial orqanların kordianasiyası;
- proqram çərçivəsində maliyyə üçün təkliflərin hazırlanması.
Proqram layihəsi akademik Abel Məmmədəli oğlu Məhərrəmovun rəhbərliyi
ilə Bakı Dövlət Universitetinin nanotexnologiya sahəsi üzrə mütəxəssisləri
hazırlamışdır
Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı
Dostları ilə paylaş: |