13
əhmlərə bilinməzlik məhdud məsuliyyət xasdı.Əlavə olaraq əhmlər
bölünə və birləşə
bilərlər
Səhmlərdən əldə olunan gəlirə divident deyilir. Divident xalis gəlirin ümumi
məbləğinin bir hissəsidir.O səhmdarların arasında səhmlərinin sayına uyğun olaraq
bölüşdürülür. Səhm üzrə dividentlər ayrı-ayrı üsullarla ödənilə bilər.Məsələn nağd
pulla, müəssənin istehsal etdiyi məhsullarla, əlavə səhmlər şəkilində də ödənilə bilər.
Bu ödəmələr kvartal üzrə, yarım ildən bir və ya ildə bir dəfə ödənilə bilər.
Səhmlər adi və imtiyazlı olmaqla iki hissəyə bölünü.Belə izah edə bilərik ki səhm
sahibi səhmdarların yığıncağında iştirak edir, bu yığıncaqda səs vermək hüququna
malikdir.Həmçinin idarəetmə orqanına seçə və seçilə bilər. İmtiyazlı səhmlər fərqli
olaraq bu hüquqa malik deyillər, lakin onların üstünlüyü var və bu odur ki, bu
səhmlər üzrə dividentlərin ödənilməsi kompaniyanın fəaliyyətindən asılı deyil.
İmtiyazlı səhmlərin çatışmazlığı da mövcuddur.Məsələn müəssisə fəaliyyətini uğurla
aparırsa, onda dividentlər adi səhlər üzrə artır, imtiyazlı səhmlər üzrəisə dəyişməz
qalır.
Sxem 1. Səhmlər
Səhmlər qiymətli kağızlar kimi müəyyənləşdirilmiş formaya uyğun və məcburi
rekvizitləri üzərində əks etdirməklə tərtib olunur. Ümumi olaraq səhmlərdə belə
rekvizitlər qeyd olunur.Məsələn Qiymətli kağızın adı Emitentin tam hüquqi adi və
hüquqi ünvanı səhmin buraxıldiği yer tarix səhmin seriyasi və sira nomrəsi səhm
blankini istehsal edən müəssisənin adı səhmin nominal dəyəri səhmin kateqoriyası
emitent səhmlərin sayı səhm sahibinə verilən hüquqlarin siyahısı və s.
Səssiz
Adi
Səhmlər
İmtiazlı
Tək səsli
Adlı
Plural
Təqdim edənə
14
Yuxarıda qeyd etdik ki səhmlər adi və imtiyazlı olmaqla iki hissəyə bölünür.Adi
səhmlər də öz növbəsində adlı və adsız səhmlərə və nominal dəyərli və nominal
dəyərsiz səhmlərə bölünür.Adlı səhmdə səhmdarların şəxsiyyətini təsdiqləyən
məlumatlar qeyd olunur.Bu səhmdə onun sahibinin razılğını təsdiqləyən imza olarsa
səhm başqasina ötürülə bilər.Adsız səhmdə isə onlarin bazarda transfer edilməsi üçün
başqalarına verilməsi kifayətdir.Nominal dəyərli səhmdə isə onun üzərində nominal
dəyəri göstərilir.Göstərilmədikdə isə o nominal dəyərsiz səhm hesab olunur.Bizim
respublikamızda nominal dəyərsiz səhmlərin buraxılışı qanunvericilikdə nəzərdə
tutulmamışdır.
1.İstiqrazlar.Qiymətli kağızların bir növüdə istiqrazlardır.İndiki dövrdə səhm ən geniş
yayılmış fond qiymətli kağızı olsa da, vəsait cəlb olunması yolu kimi kreditin də rolu
böyükdür. Kredit alətlərindən isə istiqrazın əhəmiyyəti çox böyükdür. İstiqraz borc
sənədidir və onun sahibi ilə onu buraxan şəxs arasındakı borc münasibətlərini
təsdiqləyən qiymətli kağızdır.O səhmdar cəmiyyətin buraxdığı uzunmüddətli borc
sənədidir.
Azərbaycan Respublikasının ―Qiymətli kağızlar haqqında‖ qanununa əsasən
―İstiqraz, öz sahibinin emitenindən istiqraz vərəqəsində.nəzərdə tutulan müddətdə
onun nominal dəyərini və bu dəyərdən müəyyən edilmiş faizi və ya başqa əmlak
ekvivalentini almaq hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.‖[11]
İstiqraz vəsait cəlb olunmasında hökümət, müxtəlif dövlət qurumları və
bələdiyyələrin əsas alətidir. Əlavə maliyyə vəsaitlərinə tələbat yarandıqda istiqraz
borclarının təşkili və yerləşdirilməsinə səhmdar cəmiyyətləri də üz tutur. Səhmdar
cəmiyyətləri öz fəaliyyətlərini təkcə səhm deyil, həm də istiqraz buraxmaq yolu ilə də
maliyyələşdirə bilərlər.
İstiqrazların başlıca keyfiyyətləri mövcuddur ki bunlara İnvestorla emitent
arasındakı borc münasibətlərini əks etdirilməsi Son tədavül tarixinin mövcudluğu
daxildir. Tədavül müddəti başa çatan kimi istiqraz ödənilir, yəni emitent tərəfindən
nominal dəyəri üzrə geri alınır.Həmçinin gəlirlərin əldə edilməsində istiqrazlar
səhmlərlə müqayisədə üstünlüyə malikdir. Belə ki, istiqraz faizlərinin ödənilməsi səhm
15
dividentlərinin ödənilməsindən əvvəl baş verir.Həmçinin müəsissə ləğv olunduqda
iddiaların təmin edilməsində istiqraz sahiblərinin səhmdarlardan fərqli birinciliyə malik
olması.
Qeyd etməliyəm ki istiqrazlar emitent müəsissənin gəlirlərindən asılı olmayaraq qəti
müəyyən olunmuş gəlir gətirmək qabiliyyətinə malikdir.
İstiqrazlar ayrı-ayrı bölmələr üzrə təsnif olunur.Bunlara daxildir:
a)indeksli istiqrazlar-Bu istiqrazlarda ödəniş müəyyən indeksə görə aparılır.İndeks
kimi inflyasiya dərəcəsi qızılın və ya hər hansı əmtəənin qiyməti əsas götürülür.
b)adlı və təqdim edilən istiqrazlar
c)Təminatlı və təminatsız istiqrazlar
d)Uduşlu və mənfəətdən pay alan istiqrazlar
e)riskli istiqrazlar
f)dövriyyə müddətinə görə istiqrazlar
Nəzərə çatdırım ki istiqraz nominal qiyməti və bazar qiyməti olmaqla iki hissəyə
ayrılır. Nominal qiymət istiqrazın üz tərəfində çap edilir və borca götürülən məbləgi əks
etdirir. Nominal qiymət istiqraz gəlirliliyinin hesablanmasında əsas kəmiyyət hesab
olunur. İstiqraz üzrə faiz nominala görə müəyyən olunur. Bilməliyik ki istiqraz yüksək
nominalla buraxılır. Onlar əsasən imkanlı investorlar üçün nəzərdə tutulmuşdur. İstiqraz
emisiyya olunan gündən tam ödənilənədək bazarda müəyyən qiymətlə alınıb-satılır. Bu
istiqrazın bazar qiyməti adlanır.
İstiqrazın bazar qiymətinə istiqrazın ödənilmə müddətinin yaxınlığı.istiqrazın verdiyi
gəlirə görə.istiqrazın bazar qiyməti həmçinin risk səviyyəsindən, emitent şirkətin
maliyyə vəziyyətindən, istiqrazın təminatlılığından və s. digər amillər təsir göstərir.
Dövriyyə müddətinə görədə istiqrazlar müəyyən növlərə bölünür.Bunlara
qisamüddətli ortamüddətli və uzunmüddətli növlər daxildir.
İstiqrazların bazar qiymətini müqayisə etmək üçün göstəricidən istifadə edilir ki
bu ―istiqrazların kursu‖ göstəricisidir.İstiqrazın kursu onun bazar qiymətinin nominal
qiymətinə olan nisbətidir:
K
i
= (K
b
/ N) x 100