AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT
REYESTRİ
Aktın növü
AZƏRBAYCAN
RESPUBLİKASI
MƏRKƏZİ
BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI
Qəbul edildiyi tarix
29.12.2015
Qeydiyyat nömrəsi
44/1
Adı
“Mübadilə
şöbələrinin
təşkili
və
mübadilə
əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq
edilməsi barədə
Rəsmi dərc edildiyi
mənbə
Qüvvəyə minmə tarixi
06.01.2016
Azərbaycan
Respublikasının Vahid
hüquqi təsnifatı üzrə
indeks kodu
090.060.010
Hüquqi Aktların Dövlət
Reyestrinin
qeydiyyat
nömrəsi
23201512290441
Hüquqi aktın Hüquqi
Aktların
Dövlət
Reyestrinə daxil edildiyi
tarix
05.01.2016
Nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin
sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin
azaldılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyəti “Valyuta tənzimi haqqında” Azərbaycan
Respublikası Qanununun 3-cü və 13-cü maddələrinə, “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə və
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun 22.0.4-cü maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının
aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının
aparılması Qaydaları”
qüvvəyə
mindiyi tarixdən Azərbaycan
Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli
qərarı ilə (17 nömrəli protokol) təsdiq olunmuş (07 iyul 2006-cı il tarixli
3229 nömrəli şəhadətnamə) “Mübadilə şöbələrinin təşkili və mübadilə
əməliyyatlarının aparılması Qaydaları” ləğv olunsun.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3
gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə təqdim olunmasını təmin etsin.
Sədr Elman
Rüstəmov
“Təsdiq edilmişdir”
Azərbaycan
Respublikasının
Mərkəzi Bankı
Qərar № 44/1
29 dekabr 2015-ci il
Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan
Respublikası Qanununun 3-cü və 13-cü maddələrinə, “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə,
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun 22.0.4-cü maddəsinə əsasən hazırlanmış və
Azərbaycan Respublikası ərazisində banklar tərəfindən mübadilə
şöbələrinin açılmasına icazələrin verilməsi və icazələrin ləğv edilməsi,
həmçinin
onların
fəaliyyətinin
təşkili
və
valyuta
mübadilə
əməliyyatlarının aparılması qaydalarını müəyyən edir.
1.2. Mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının
qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi
vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır.
1.3. Bu Qaydalar mübadilə şöbələrinin təşkili, fəaliyyəti, texniki
təchizatı və təhlükəsizliyi ilə bağlı minimum tələbləri müəyyən edir.
1.4. Mübadilə şöbəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı
(bundan sonra – Mərkəzi Bank) tərəfindən verilən icazə əsasında
fəaliyyət göstərir.
1.5. Bu Qaydaların əməliyyatların aparılması və uçotuna,
məzənnənin
müəyyən
edilməsinə,
əməliyyat
gününün
başa
çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici
bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində
aparılan mübadilə əməliyyatlarına da şamil edilir.
2. Anlayışlar
2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları
ifadə edir:
2.0.1. mübadilə şöbəsi – mübadilə əməliyyatlarını aparan bankın
şöbəsi;
2.0.2. mübadilə əməliyyatı – nağd xarici valyutanın və xarici
valyutada yol çeklərinin alınması, satılması və dəyişdirilməsi üzrə
əməliyyat;
2.0.3. nağd xarici valyuta – müvafiq xarici dövlətdə, yaxud dövlətlər
qrupunda qanuni ödəniş vasitəsi olan kağız və metal pul formasında pul
nişanı;
2.0.4. əməliyyat günü – mübadilə şöbəsində müştərilərə xidmət
göstərilən iş vaxtı;
2.0.5. əməliyyatların uçotu (uçot məlumatları) – milli və xarici
valyutanın, xarici valyutada yol çeklərinin bankla mübadilə şöbəsi
arasında hərəkətinin və gün ərzində aparılan mübadilə əməliyyatlarının
və xidmətlərin müvafiq qaydada rəsmiləşdirilməsi;
2.0.6. günün sənədləri – əməliyyat günü ərzində mübadilə
şöbəsində rəsmiləşdirilmiş sənədlər.
3. İcazənin alınması üçün müraciət
3.1. Bank mübadilə şöbəsini bu Qaydaların tələblərinə uyğun təşkil
etdikdən sonra icazə almaq üçün Mərkəzi Banka müraciət edir.
3.2. Mübadilə şöbəsinin açılmasına icazə almaq üçün aşağıdakı
sənədlər təqdim edilir:
3.2.1. mübadilə şöbəsinin açılması üçün icazə alınmasına dair ərizə
(Əlavə 1);
3.2.2. mübadilə şöbəsinin yaradılması və əsasnaməsinin təsdiq
edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarı və ya
iclas protokolundan çıxarış (Əlavə 2);
3.2.3. mübadilə şöbəsinin əsasnaməsi. Əsasnamədə şöbənin ünvanı,
nömrəsi, aparılan mübadilə əməliyyatları və xidmətlər, qiymətlilərin
inkassasiya rejimi, inzibatçının səlahiyyətləri, onun vəzifəyə təyin
edilməsi qaydası, əməliyyatların bankın mühasibat kitabında əks
olunması rejimi və bank tərəfindən nəzarətin həyata keçirilməsi
qaydaları göstərilir;
3.2.4. mübadilə şöbəsinin hüquqi ünvanını təsdiq edən sənəd (icarə
müqaviləsi, bankın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən
sənəd);
3.2.5. mübadilə şöbəsinin fəaliyyət göstərəcəyi yerin texniki-təchizat
və təhlükəsizlik tələblərinə cavab verməsi barədə arayış. Arayışda
şöbənin bankın avtomatlaşdırılmış əməliyyat sisteminə qoşulması,
yerləşdiyi yerin ölçüləri, o cümlədən konstruksiyasının möhkəmliyi,
texniki avadanlıqlar və təhlükəsizlik qurğuları ilə təchiz edilməsi barədə
məlumatlar əks olunur;
3.2.6. mübadilə şöbəsinin mühafizə olunmasına dair müqavilənin və
mühafizə siqnalizasiya vasitələri ilə təchiz edilməsi barədə qəbul aktının
əsli və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmiş surəti;
3.2.7. mübadilə şöbəsinə təyin edilməsi təklif edilən inzibatçının
peşə ixtisası və təcrübəsi (təhsil və əmək fəaliyyəti) haqqında məlumatın
göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, onun
barəsində məlumatları əks etdirən anket (Əlavə 3), tərəfindən
imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə (Əlavə 4), milli və xarici valyutaların
həqiqiliyini müəyyən etməsi bacarığını, ödəniş sənədləri ilə işin
xüsusiyyətini və bu Qaydaların tələblərini bilməsini təsdiqləyən arayış.
3.3. Bu Qaydalara əsasən Mərkəzi Banka təqdim edilən sənədlər
(notariat qaydasında və digər səlahiyyətli şəxslər tərəfindən təsdiq
edilmiş sənədlərin əsli istisna olmaqla) bankın İdarə Heyətinin sədri və
ya onun imza hüququ olan müavininin imzası və bankın möhürü ilə
təsdiq edilir. Sənədlər bir səhifədən artıq olduqda tikilir və nömrələnir.
4. Müraciətə baxılması
4.1. Mərkəzi Bank müraciət daxil olduqdan sonra 30 təqvim
günündən gec olmayaraq təqdim edilmiş sənədlərə icazənin verilməsi
və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə
ərizəçiyə məlumat verir.
4.2. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar
edildikdə Mərkəzi Bank ərizənin qeydiyyata alındığı tarixdən 5 iş
günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması
üçün ərizəçiyə məlumat verir. Bütün çatışmazlıqlar eyni zamanda
ərizəçiyə bildirilməlidir. Bank həmin çatışmazlıqları məlumatı aldığı
vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman
icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və
dayandırılmış müddət bu Qaydaların 4.1-ci bəndində göstərilən
icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan
qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı
bərpa olunur.
5. İcazə verilməsindən imtina
5.1. Mərkəzi Bank aşağıdakı hallarda mübadilə şöbəsinin açılmasına
icazə verilməsindən imtina edir:
5.1.1. bankın prudensial hesabatlarına əsasən maliyyə vəziyyəti
qeyri-qənaətbəxş olduqda və ya bank prudensial və etibarlı idarə
olunmadıqda;
5.1.2. banka qarşı tətbiq olunan təshih tədbirləri çərçivəsində
mübadilə şöbələrinin açılmasına və ya mübadilə əməliyyatlarının
aparılmasına məhdudiyyət qoyulduqda, yaxud bu əməliyyatlar
dayandırıldıqda;
5.1.3. bank mübadilə şöbələrinin fəaliyyəti üzərində nəzarətlə bağlı
daxili qaydalara malik olmadıqda;
5.1.4. mübadilə şöbəsinin açılmasına icazə almaq üçün təqdim
edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun olmadıqda;
5.1.5. mübadilə şöbəsi bu Qaydalarda nəzərdə tutulmuş texniki-
təchizat və təhlükəsizlik tələblərinə cavab vermədikdə;
5.1.6. mübadilə şöbəsinin inzibatçısı məqbul və lazımı keyfiyyətlərə,
eləcədə ali və ya orta ixtisas təhsilinə, bank fəaliyyəti sahəsində 6 aylıq iş
stajına malik olmadıqda.
5.2. Banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən
imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi
Bankın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada
məhkəməyə şikayət verə bilər.
6. İcazənin ləğvi
6.1. Mübadilə şöbəsinə verilmiş icazə Mərkəzi Bank tərəfindən
aşağıdakı əsaslardan biri olduqda ləğv edilir:
6.1.1. mübadilə şöbəsinin ləğv edilməsi barədə bankın müraciəti
olduqda (Əlavə 5);
6.1.2. mübadilə şöbəsinin açılmasına icazə almaq üçün təqdim
edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;
6.1.3. bank lisenziyası ləğv edildikdə və ya banka qarşı tətbiq
olunmuş təshih tədbirləri çərçivəsində fəaliyyətdə olan mübadilə
şöbəsinin fəaliyyətinə xitam verilməsi barədə sərəncam verildikdə;
6.1.4. mübadilə şöbəsi açılmasına icazə verildikdən sonra on iki ay
ərzində fəaliyyətə başlamadıqda, yaxud şöbənin altı aydan çox müddət
ərzində fəaliyyətinin dayandırıldığı müəyyən edildikdə;
6.1.5. mübadilə şöbəsinin əsasnaməsində nəzərdə tutulmayan
əməliyyatlar və xidmətlər həyata keçirildikdə;
6.1.6. mübadilə şöbəsinin fəaliyyətində bu Qaydaların tələbləri
təqvim ili ərzində iki dəfədən artıq pozulduqda.
6.2. Mərkəzi Bank icazənin ləğv edilməsi barədə qərarı banka
göndərir. Bank qərarın daxil olan günün növbəti iş günündən gec
olmayaraq şöbənin fəaliyyətini dayandırır və bu barədə Mərkəzi Banka
3 iş günündən gec olmayaraq məlumat verir.
7. Texniki-təchizat və təhlükəsizlik tələbləri
7.1. Mübadilə şöbəsi ayrıca binada və ya binanın küçəyə çıxışı olan
əlahiddə hissəsində yerləşdirilə bilər. Binanın daxilinə çıxışı olan
mübadilə şöbələri yalnız qapalı tipli iri ticarət və əyləncə mərkəzlərində,
yarmarkalarda, mehmanxanalarda, vağzallarda, limanlarda, poçt
idarələrində açılır.
7.2. Mübadilə şöbəsi nəzərdə tutulmuş əməliyyatların aparılması
üçün sahəyə, o cümlədən xəzinədar otağı və onun qarşısında
müştərilərin əməliyyat aparması üçün yerə malik olmalıdır. Binanın
daxilinə çıxışı olan mübadilə şöbəsinin qarşısında müştərilərin
əməliyyat aparması üçün şərait olmalıdır.
7.3. Mübadilə şöbəsinin konstruksiyası möhkəm olmalı, xəzinədarın
təhlükəsizliyi və qiymətlilərin mühafizəsi təmin edilməlidir. Xəzinədar
otağının divarları, döşəməsi və damı dəmir-beton, daş qatdan və ya
digər möhkəm materiallardan hazırlanmalıdır. Döşəmə 200 kq/kv.m,
dam isə 75 kq/kv.m yükə davamlı olmalıdır.
7.4. Xəzinədar otağının ön divarından vizual müşahidə təmin
olmalı, müşahidə pəncərəsi gülləkeçirməz şüşə ilə əhatə edilməlidir.
7.5. Mübadilə şöbəsində təhlükəsizlik və yanğından mühafizə-
xəbərdarlıq qurğuları və telefon rabitə vasitələri quraşdırılmalı, şöbənin
elektron mühafizə sistemləri bankın mühafizə pultuna və ya
mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır.
7.6. Mübadilə şöbəsi hesablama, pulsayan, pulların həqiqiliyini
yoxlayan avadanlıqlarla və yanmayan seyflə təmin edilməlidir.
7.7. Mübadilə şöbəsi bankın avtomatlaşdırılmış əməliyyat sisteminə
qoşulması və hər bir əməliyyatın bankın baş mühasibat kitabında uçota
alınması üçün texnoloji vasitələr, proqram təminatı və kommunikasiya
vasitələri ilə təmin edilməlidir.
7.8. Mübadilə şöbəsində müştərilərin görə biləcəyi yerdə aşağıdakı
məlumatlar əks olunmalıdır:
7.8.1. xüsusi elektron lövhədə (lövhənin üzərində bankın adı nəzərə
çarpan hərflərlə yazılmalıdır) nağd xarici valyutaların manata nisbətən
alış və satış məzənnəsi;
7.8.2. mübadilə şöbəsinin iş vaxtı;
7.8.3. aparılan mübadilə əməliyyatlarının siyahısı;
7.8.4. tətbiq olunduqda göstərilən xidmətlər (aparılan hər bir
əməliyyat) üzrə müəyyən edilmiş komisyon haqları;
7.8.5. Mərkəzi Bank tərəfindən mübadilə şöbəsinə verilmiş icazənin
surəti.
7.9. Mübadilə şöbəsində aşağıdakı sənədlər saxlanılmalıdır:
7.9.1. işçilərin işə qəbul edilməsi barədə sənəd (əmək müqaviləsi,
əmrdən çıxarış);
7.9.2.
mübadilə
şöbəsinin
əsasnaməsi
və
iş
rejiminin
müəyyənləşdirilməsi barədə əmrdən çıxarış.
7.10. Mübadilə şöbəsinin işçisində şəxsiyyətini təsdiq edən sənəd və
ya bankın vəsiqəsi olmalıdır. İşçi tərəfindən öz səlahiyyətlərinin başqa
şəxsə verilməsinə və xəzinədar otağına kənar şəxslərin daxil olmasına
yol verilməməlidir.
8. Əməliyyatların aparılması
8.1. Mübadilə şöbələrində aşağıdakı əməliyyatlar həyata keçirilir:
8.1.1. nağd xarici valyutanın nağd manatla alınması və satılması;
8.1.2. xarici valyutada yol çeklərinin nağd manatla və nağd xarici
valyuta ilə alınması və satılması;
8.1.3. bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin
nağd valyutası ilə alınması və satılması;
8.1.4. xarici dövlətin pul nişanlarının həmin xarici dövlətin başqa
pul nişanlarına dəyişdirilməsi;
8.1.5. pos-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi;
8.1.6. nağd xarici valyutanın həqiqiliyin yoxlanılması üçün
ekspertizaya qəbul edilməsi.
8.2. Mübadilə şöbəsinin iş rejimi bank üzrə əmrlə müəyyən edilir. İş
rejimi bank əməliyyatlarını bankın baş mühasibat kitabında əks etdirən
avtomatlaşdırılmış əməliyyat sisteminin iş rejimi ilə eyni olmalıdır.
8.3. Bankın əmri ilə mübadilə şöbələrinə milli və xarici valyutada
avansın məbləği üzrə limit təyin edilir. Avanslar bank tərəfindən
müəyyən edilmiş limit həcmində şöbəyə əməliyyat günü müddətinə
verilir.
8.4. Tədavülə yararlı olan valyutanın buraxılış ilinə, keyfiyyətinə və
fiziki xassələrinə görə fərqli komisyon haqlarının müəyyən edilməsinə
yol verilmir.
8.5. Mübadilə şöbəsində bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına
ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən
sənəd əsasında aparılır.
8.6. Əməliyyat günü ərzində xarici valyuta və ya manat vəsaitləri
qurtardığı hallar istisna olmaqla mübadilə şöbəsində yalnız alış və ya
yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
8.7. Mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və
ya digər xidmət şöbənin (bankın) əməliyyat sisteminə (kompüter
proqramına) daxil edilir və müştəriyə bank çıxarışı verilir.
8.8. Bank çıxarışında əməliyyata dair aşağıdakı məlumatlar əks
edilir:
8.8.1. bankın adı, mübadilə şöbəsinin nömrəsi, ünvanı;
8.8.2. əməliyyatın tarixi və vaxtı;
8.8.3. əməliyyatın/xidmətin növü;
8.8.4. xarici valyutanın məzənnəsi və ya xidmət haqqının məbləği;
8.8.5. qəbul olunan nağd pulun/xarici valyutada yol çekinin adı,
məbləği;
8.8.6. verilən nağd pulun/xarici valyutada yol çekinin adı, məbləği;
8.8.7. fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən
sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət
orqanının adı (500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğindən artıq
mübadilə əməliyyatı aparılarkən);
8.8.8. mübadilə şöbəsinin məsul şəxsinin imzası və ştampı (ştampın
üzərində bankın adı və mübadilə şöbəsinin nömrəsi olmalıdır).
8.9. Mübadilə şöbəsi bankın avtomatlaşdırılmış əməliyyat sisteminə
qoşulmalı, hər bir əməliyyat real vaxt rejimində və ya aparıldığı günün
sonunadək bankın daxili qaydalarına uyğun olaraq baş mühasibat
kitabında uçota alınmalıdır.
8.10. Müştəri tərəfindən mübadilə edilmək üçün və ya ekspertizaya
təqdim olunmuş nağd valyuta (milli və ya xarici) şübhə doğurduqda,
onun saxta olması əlamətləri aşkar edildikdə mübadilə şöbəsinin işçisi
həmin nağd valyutanı təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən
sənədin məlumatlarını (şəxsiyyəti təsdiq edən sənəd təqdim
olunmadıqda müştərinin soyadı, adı, atasının adı, yaşadığı ünvan və
əlaqə vasitəsi (telefon, e-mail və ya digər) qeyd edilir), nağd valyutanın
nömrəsini, seriyasını, emissiya ilini və nominalını xüsusi arayışda
(Əlavə 6) qeyd edərək bir nüsxəsini müştəriyə təqdim etməli, nağd
valyutanı şöbədə saxlamalıdır. Arayışın digər nüsxəsi və nağd valyuta
əməliyyat gününün sonunda banka təqdim olunmalıdır.
8.11. Bank tərəfindən ekspertizanın həyata keçirilməsi Mərkəzi
Bankın bank sistemində pulların ekspertizasının təşkili və aparılması
qaydalarını müəyyən edən normativ xarakterli aktı ilə tənzimlənir.
8.12. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun
maliyyələşdirilməsinə
qarşı
mübarizə
haqqında”
Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə riayət
edilməlidir.
9. Məzənnənin müəyyən edilməsi
9.1. Nağd xarici valyutanın alış və satış məzənnələri banklar
tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri
ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əmrdə şöbənin nömrəsi,
ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı
əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə,
buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr
təyin edilə bilməz.
9.2. Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə
bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır.
Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla)
şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış
lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd
mübadilə şöbəsində günün sənədlərinə tikilir.
9.3. Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış
məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə
məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır.
10. Əməliyyat gününün başa çatması və qiymətlilərin inkassasiyası
10.1. Mübadilə şöbəsində əməliyyat günü başa çatdıqdan sonra
əməliyyatların uçotuna dair məlumatlar kassanın faktiki qalığı ilə hər bir
valyuta növü üzrə yoxlanılır.
10.2. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq
aşkar edildikdə mübadilə şöbəsinin inzibatçısı kənarlaşmanı müvafiq
aktla rəsmiləşdirir.
10.3. Mübadilə şöbəsində əməliyyat günü başa çatdıqdan sonra
günün sənədləri, nağd vəsaitlərin yekun qalığı, aparılmış əməliyyatların
hər bir valyuta üzrə ümumiləşdirilmiş hesabat və aşkar edilmiş
kənarlaşma barədə müvafiq akt banka təhvil verilir.
10.4. Bank mübadilə şöbəsinə verilən avans vəsaitlərinin və
əməliyyat gününün yekun qalığının gündəlik inkassasiyasını təmin
etməlidir. İnkassasiya bankın daxili qaydalarına uyğun olaraq müvafiq
nəqliyyat və mühafizə ilə təmin olunmaq şərtilə icra edilməlidir.
11. Mübadilə şöbələrinin fəaliyyətinə nəzarət
11.1.
Banklar
mübadilə
şöbələrinin
fəaliyyətinin
təşkili,
əməliyyatların aparılması və uçotu, məzənnənin müəyyənləşdirilməsi,
əməliyyat gününün yekunlaşdırılması, hesabatlığın təmin edilməsi,
inkassasiya xidmətinin göstərilməsi, təhlükəsizlik tədbirləri və nəzarətin
həyata keçirilməsini tənzimləyən daxili qaydalara malik olmalıdır.
11.2. Bankın daxili audit xidməti mübadilə şöbələrinin fəaliyyətini
yüksək risk kateqoriyalı fəaliyyət sahəsinə aid etməli və ildə bir dəfədən
az olmayaraq mübadilə şöbəsində yoxlama həyata keçirməlidir.
“Mübadilə şöbələrinin təşkili və
mübadilə əməliyyatlarının aparılması
Qaydaları”na
Əlavə 1
Azərbaycan Respublikasının Mərkəzi
Bankına
_______________________
“__” ________ 20___ -ci il
№ _____
Ə R İ Z Ə
________________________________________
_______________________________ iclasının
(bankın adı)
________________________________________________________________
________________
(bankın idarəetmə orqanının adı)
“____” ___________ 20___-ci il tarixli ___№-li qərarına uyğun olaraq
________________________________________________________________
________________
(mübadilə şöbəsinin ünvanı və nömrəsi)
mübadilə şöbəsinin açılmasına icazə verilməsini xahiş edir.
Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə
üzrə vərəqlərin sayı).
Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə edilən bütün
sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin
edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin
məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan
Respublikası Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə
götürürəm.
Bankın İdarə Heyətinin sədrinin soyadı, adı, atasının adı və imzası
______________________________
___________________________
___
Mübadilə şöbələrinin təşkili və
mübadilə əməliyyatlarının aparılması
Qaydaları”na
Əlavə 2
___________________________________________________________
(bankın adı)
_____________________________________________________________
(bankın idarəetmə orqanının adı)
P R O T O K O L N________
( ___ N-li PROTOKOLUNDAN ÇIXARIŞ*)
Bakı şəhəri “____”_____________il
İştirak etdilər: (səlahiyyətli idarəetmə orqanının üzvlərinin tam adları)
Dəvət olunanlar: (tam adları və vəzifəsi)
Gündəlik məsələ.
1.______________________________________________________________
_________________
Eşidildi: (məsələnin adı, məruzəçinin və çıxış edənlərin adları və
soyadları).
1.______________________________________________________________
_________________
Çıxış etdilər: (məruzənin və çıxışların qısa mətni)
2.______________________________________________________________
_________________
Qərara alındı: (qəbul edilmiş qərar tam yazılmış şəkildə)
3.______________________________________________________________
________________
Lehinə:_____ Əleyhinə:_____
Sədr: (imzası, adı və soyadı)________________________
Katib: (imzası, adı və soyadı)________________________
*
Protokoldan çıxarış iclasın sədri və katibinin soyadları, adları və
atalarının adları “əsli ilə düzdür” qeydi və qeydin tarixi göstərilməklə
onların imzaları ilə təsdiq olunur.
“Mübadilə şöbələrinin təşkili
və mübadilə əməliyyatlarının
aparılması Qaydaları”na
Əlavə 3
Şəkil üçün
yer
Mübadilə şöbəsinin inzibatçısının
ANKETİ∗
1.
Adı ____________________________________________________________
_________
(soyadı, adı, atasının adı)
2.
Ünvanı
________________________________________________________________
______
3.
Doğulduğu
tarix
______________________________________________________________
(gün, ay, il)
4. Doğulduğu
yer_____________________________________________________________
__
(ölkə, şəhər/rayon)
5.
Vətəndaşlığı (ölkə)_______________________________________________
_________
6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, verilmə tarixi,
təqdim
edən
dövlət
orqanının
adı_____________________________________________________________
_______
7.
Əlaqə
telefonu
(ları)________________________________________________ (iş,
ev,
mobil)
8.
Faks
nömrəsi
(ləri)
(əgər
varsa)
__________________________________________________
9.
Elektron
poçt
ünvanı(ları)
(əgər
varsa)
___________________________________________
10. Ailə vəziyyəti
Yaxın qohumları (əri/arvadı, valideyni, qardaşı və bacısı, övladı, o
cümlədən övladlığa götürülən):
Soyadı, adı
Təvəllüdü
Qohumluğu
11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar
Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya
dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin
(nigahdan əvvəlki soyadınızı, əvvəlki nigahlardakı soyadınızı, qanuni
olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı, və s.).
Soyadı, adı
İstifadə dövrü
İstifadənin /
dəyişdirilmənin
səbəbləri
12. Yaşayış yerləri barədə məlumatlar
Son beş ildə bütün yaşayış yerlərinizi xronoloji qaydada göstərin
(sonuncudan başlamaqla).
Ölkə
Şəhər /
rayon
Küçə
Poçt
indeksi
Yaşadığınız müddət
ay/il
ay/il
-dən
-dək
13. Təhsili və peşə təcrübəsi barədə məlumatlar
a) Təhsil barədə məlumatları göstərin
b) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz
hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq
seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə
iştirak) təqdim edin.
________________________________________________________________
________________
14. İş yeri barədə məlumatlar
a) İş yeriniz və ya müstəqil məşğuliyyətiniz barədə aşağıdakı
Təhsil
müəssisəsinin
adı
Təhsil müddəti
Aldığı ixtisası
Diplom
və ya
təhsil
haqqında
digər
sənədin
nömr
məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən
başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini
göstərin.
Təşkilatın
adı:
________________________________________________________________
___
Ünvanı:_________________________________________________________
________________
(Ölkə, şəhər/ rayon, küçə, poçt indeksi)
İşəgötürənin
soyadı,
adı
__________________________________________________________
İşəgötürənin
vəzifəsi
_____________________________________________________________
Telefon
nömrəsi
________________________________________________________________
_
Tutduğunuz
vəzifə___________________________________________________________
____
İşləmə dövrü: _________ -dən ____________ - dək
İşdən çıxmanın səbəbləri
_________________________________________________________
(sizin işdən azad edilməyiniz və ya hər hansı işdən öz xahişinizlə çıxıb
getməyin təklif edilməsi hallarının olub-olmadığını göstərin)
Müstəqil
fəaliyyət
növü
__________________________________________________________
15. Müxtəlif məlumatlar
Hər hansı maliyyə təşkilatından şəxsi məqsədlər üçün aldığınız kredit,
təmsil olunduğunuz və ya işlədiyiniz təşkilatın krediti və ya tapşırıq
verən kimi çıxış etdiyiniz kredit üzrə ödəniş, girov təminatı, gecikdirmə
və ya kreditlə əlaqədar digər öhdəliklərin pozulmasına nə vaxtsa yol
vermisinizmi? Belə faktlar olmuşsa, bu barədə ətraflı məlumat göstərin.
________________________________________________________________
________________
________________________________________________________________
________________
Mən, aşağıda imza edən, Anketdə olan məlumatların düzgünlüyünü
təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər
barədə Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verməyi
öhdəmə götürürəm.
İmza:
Tarix:
“Mübadilə şöbələrinin təşkili
və mübadilə əməliyyatlarının
aparılması Qaydaları”na
Əlavə 4
Vətəndaş qüsursuzluğuna dair
Ə R İ Z Ə
________________________________________________________________
_________
(soyadı, adı, atasının adı)
Aşağıdakı faktların olmadığını təsdiq edirəm:
- məhkumluq;
- mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır
cinayətlərə görə keçmişdə cinayət məsuliyyətinə cəlb olunma;
- məhkəmə qərarı ilə müəyyən vəzifənin tutulmasının və ya peşə
fəaliyyətinin həyata keçirilməsinin qadağan olunması;
- məhkəmə qaydasında müflis elan edilməsi.
______________________ _____________________
(imza) (tarix)
“Mübadilə şöbələrinin təşkili və mübadilə
əməliyyatlarının aparılması Qaydaları”na Əlavə 5
Azərbaycan Respublikasının Mərkəzi Bankına
___________________________
“___” ___________ 20___-ci il
№ _________
Mübadilə şöbəsinin ləğv edilməsinə dair
Ə R İ Z Ə
________________________________ ________________________________________________
(bankın adı) (bankın idarəetmə orqanının adı)
“_____” ______________20_____ -ci il tarixli _____№-li qərarına uyğun olaraq
_________________________________________________________________________________
_________________________________________________________________________________
(ləğvin səbəbləri)
_________________________________________________________________________________
(mübadilə şöbəsinin ünvanı və nömrəsi)
mübadilə şöbəsinin ləğv edilməsini xahiş edir.
Bankın İdarə Heyəti sədrinin soyadı, adı, atasının adı və imzası
_____________________________
_____________________________
“Mübadilə şöbələrinin təşkili
və mübadilə əməliyyatlarının
aparılması Qaydaları”na
Əlavə 6
Həqiqiliyi şübhə doğurmuş nağd valyutanın ekspertizaya qəbul
edilməsi barədə
Arayış
“___”__________20_
__ il
Vətəndaş________________________________________________________
________________
(soyadı, adı, atasının adı)
________________________________________________________________
________________
(şəxsiyyəti təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verilmə tarixi,
verildiyi orqan)
Ekspertiza üçün
________________________________________________________________
_
(adı, nominalı, seriyası, nömrəsi, emissiya ili, emitent
bankın adı)
___________________________________________________ şübhəli pul
nişanı götürülmüşdür
Həmin pul nişanı müvafiq qaydada ekspertiza ediləcəkdir.
Mübadilə şöbəsinin rəhbəri
________________________________________________
(soyadı, adı və imzası)
Ştamp
Arayış iki nüsxədə tərtib edilir:
1-ci nüsxə müştəriyə verilir, 2-ci nüsxə günün sənədlərinə tikilir
Dostları ilə paylaş: |