AZƏ
RBAYCAN RESPUBLİ
KASI TƏ
HSİ
L
NAZİ
RLİ
Yİ
AZƏ
RBAYCAN DÖVLƏ
T
İQTİSAD UNİVERSİTETİ
MAGİ
STRATURA MƏ
RKƏ
Zİ
Əlyazması hüququnda
Qocayev Xəyal Lətif oğlu
(MAGİSTRANTIN A.S.A)
“ Səhm bazarının təşəkkülü və müasir inkişaf meylləri ” mövzusunda
MAGİ
STR Dİ
SSERTASİ
YASI
İxtisasın şifri va adı
060403 “Maliyyə”
İxtisaslaşma
Maliyyə bazarı
Elmi rə
hbə
r:
Magistr proqramının rə
hbə
ri:
İ.f.d. Alidə Hüseynova
İ.e.n.prof. Rzayev R.M.
Kafedra müdiri
İ.e.d.prof. Məmmədov Z.F.
BAKI - 2016
2
MAGİSTR DİSSERTASİYASININ İŞ PLANI
Magistr dissertasiyasının adı “Səhm bazarının təşəkkülü və müasir inkişaf
meylləri”
Giriş..............................................................................................................................3
FƏSİL 1. Səhm bazarının yaranması və təkamülü
1.1. Səhm bazarının iqtisadi mahiyyəti.........................................................................6
1.2. Səhm bazarı və onun inkişaf mərhələləri.............................................................19
1.3. Qiymətli kağızlar bazarında səhm bazarının yeri və rolu.....................................25
FƏSİL 2. Azərbaycanda səhm bazarı və onun təhlili
2.1. Azərbaycanda səhm bazarının yaranması və quruluşu.........................................31
2.2. Azərbaycanda səhm bazarındakı mövcud vəziyyət..............................................36
FƏSİL 3. Azərbaycanda səhm bazarının təkmilləşdirilməsi
3.1. Azərbaycanda səhm bazarındakı problemlər........................................................53
3.2. Azərbaycanda səhm bazarının inkişaf perspektivləri və iqtisadiyyata müsbət
təsiri.............................................................................................................................68
Nəticə və təkliflər.......................................................................................................84
Ədəbiyyat siyahısı......................................................................................................88
Summary..…………………………………………………………………………..90
Резюме................……………………………………………………………………91
Magistrant Qocayev Xəyal Lətif oğlu
(A.S.A)
Elmi rəhbər İ.f.d. Alidə Hüseynova
(A.S.A., elmi dərəcə və elmi ad)
3
GİRİŞ
Mövzunun aktuallığı. Maliyyə bazarının yaradılması ölkə iqtisadiyyatının
inkişafında mühüm rola malik olmaqla, iqtisadi fəaliyyətin subyektləri arasında
kapital resurslarının effektiv şəkildə yenidən bölüşdürülməsini təmin edir. Maliyyə
bazarının əsasını təşkil edən səhm bazarı hal-hazırda Azərbaycanda inkişaf
mərhələsindədir. Səhm bazarının inkişafı, səhm bazarının təkmilləşdirilməsi, ölkə
iqtisadiyyatında davamlı iqtisadi artımın təmin olunmasında mühüm rol oynayır.
Səhm bazarı ölkə iqtisadiyyatının inkişafında həm dolayı, həm də birbaşa olaraq çox
güclü təsirə malikdir. Bu cəhətdən tədqiqatın mövzusu müasir tələblərə uyğun
araşdırılması, hal-hazırda aktual məsələlərdəndir. Mövzunun aktuallığı həm də səhm
bazarının sürətli inkişafı, dövlət tərəfindən proqramların qəbul olunması və həyata
keçirilməsi, həmçinin iqtisadiyyatın real sektorunun maliyyə tələbatının ödənilməsi
problemləri, Azərbaycanda kapitala yüksək tələbat bu sahənin aktuallığını daha da
artırır. Beləki, bazar iqtisadiyyatı və ona keçid şəraitində olan ölkələrdə həmçinin
Azərbaycanda səhm bazarının inkişaf etdirilməsi qarşıda duran vəzifələrdən biridir.
Müasir dövrdə bütün dünyada səhm bazarındakı problemlərin həll edilməsinin
mümkün yolları barədə dövlət dairələrində və müəssisə miqyasında müvafiq tədbirlər
görülür.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatdakı əsas məqsəd və vəzifə səhm
bazarının inkişafına nail olmağın yollarını, bu sahədəki nöqsanların araşdırılması,
beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etmiş və ölkə reallığına uyğun
sistemin formalaşdırılması üçün təkliflər irəli sürməkdir. Aparılan tədqiqatlar
nəticəsində bazar
münasibətləri şəraitində Azərbaycanda səhm bazarının
təkmilləşdirilməsi üçün təklif və tövsiyyələr işlənib hazırlanmış və elmi
əsaslandırılmış nəticələr alınmışdır. Müəyyən edilmiş təklif və tövsiyyələrin həyata
keçırilməsi Azərbaycanda səhm bazarının inkişafını, bu inkişafın isə ümumilikdə
iqtisadiyyata müsbət təsirini təmin edəcəkdir.
Tədqiqatın predmet və obyekti. Dissertasiya işinin tədqiqat obyekti səhm bazarını,
predmetini isə səhm bazarının təşəkkülü və müasir inkişaf meyllərinin araşdırılması,