18
12. TKB və LTB-yə onların rəhbərləri başçılıq edir. TKB və LTB rəhbəri ali
məktəbin təqdimatına əsasən təsisçi nazirlik (idarə) tərəfindən təyin və azad edilir.
13. TKB və LTB-nin rəhbəri respublika qanunvericiliyinin normativ hüquqi
aktların icra olunmasını və intizamın qorunmasını təmin edir. TKB və LTB
adından bütün təsərrüfat və maliyyə əməliyyatlarını həyata keçirir, təcrübə-
konstruktor işlərinin yerinə yetirilməsi üçün müqavilələr bağlayır, bölmələrin iş
planlarını təsdiq edir, onların əsasında iş həcmini və ehtiyatları bölür, TKB və LTB
üzrə əmrlər verir, əmək qanunvericiliyinə müvafiq işçiləri işə qəbul və işdən azad
edir, işçilərin əmək şəraitinin və məişətinin yaxşılaşdırılması və onların
mükafatlandırılması məqsədilə TKB və LTB-nin iqtisadi həvəsləndirmə fondundan
istifadə edir.
14. TKB və LTB-nin əsas məsələlərinin müzakirəsi üçün onun elmi-texniki
şurası yaradılır. Şuranın tərkibi mövcud qaydada TKB və LTB əməkdaşlarından,
qismən də ali məktəbin müvafiq kafedralarının üzvlərindən təşkil olunur və rektor
tərəfindən təsdiq edilir. Elmi-texniki şuraya TKB və LTB-nin rəhbəri sədrlik edir.
Şuranın Əsasnaməsi TKB və LTB-nin rəhbərinin təqdimatı əsasında ali məktəbin
rektoru tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 6 noyabr tarixli
242 nömrəli qərarı ilə təsdiq edilmişdir
6 №-li Əlavə
Ali məktəbin nəzdindəki elmi-tədqiqat institutu və
elmi-tədqiqat mərkəzi haqqında
Ə S A S N A M Ə
1. Ali məktəbin nəzdindəki Elmi-tədqiqat institutu (ETİ) və Elmi-tədqiqat
mərkəzi (ETM) elmi təşkilat olmaqla, müstəqil balansa və hüquqi şəxs statusuna
malikdir.
2. ETİ respublikada sənayenin, iqtisadiyyatın və digər təsərrüfat sahələrinin
mühüm elmi-texniki problemlərinin həlli məqsədilə yaradılır. Onun təşkili,
yenidən təşkili və ləğvi Dövlət Elm və Texniki Komitəsi ilə razılaşdırılmaqla ali
məktəbin tabe olduğu nazirliyin vəsatəti əsasında Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən aparılır.
3. ETİ-nin və ETM-in fəaliyyəti nəzdində olduğu ali məktəbin, təkimlləşdirmə
institutularının elmi və tədris fəaliyyəti ilə sıx bağlı olub, Təhsil Nazirliyinin
Dövlət Elm və Texnika Komitəsinin və tabeliyində ali məktəb olan nazirliklərin
müvafiq qərar, əmr və sərəncamları ilə tənzimlənir.
19
4. ETİ-nin və ETM-nin fəaliyyətini gücləndirmək və elmi-tədqiqat işlərinin
keyfiyyətini yüksəltmək məqsədilə ali məktəbin rəhbərliyi qiymətli, nadir tapılan
zəruri avadanlıq və cihazları ETİ-nin, ETM-in bazasında yerləşdirilməlidir.
5. ETİ-nin və ETM-in direktoru, laboratoriya və kafedra müdirləri, eləcə də
ayrı-ayrı mövzular üzrə elmi rəhbərlər, aparılan elmi-tədqiqat işlərinin keyfiyyəti
və səviyyəsi üçün birbaşa məsuliyyət daşıyırlar.
6. Ali məktəbin ETİ-nin və ETM-in əsas vəzifələri:
- təsdiq olunmuş elmi istiqamətlər üzrə fundamental və tətbiqi elmi
tədqiqatların yerinə yetirilməsi;
- öz göstəricilərinə görə elm və texnikanın ən yüksək nailiyyətlərinə uyğun
gələn yeni maşın, avadanlıq, materiallar və digər sənaye məmulatlarının, texnoloji
proseslərin, diaqnostika və müalicə metodlarının yaradılması məqsədilə, ayrı-ayrı
problemlər üzrə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-texnoloji işlərin
nəticələrinin istehsalata tətbiq edilməsinə qədər işlənməsi;
- tədqiqat və işlənmələrin nəticələrinin istehsalata, iqtisadiyyata və tədris
prosesinə tətbiqi;
- ali məktəbin elmi-pedaqoji kadrlarının elmi və ixtisas səviyyəsinin
artırılması;
- tələbə, aspirant və doktorantların elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin yerinə yetirilməsinə cəlb edilməsi.
7. Ali məktəbin ETİ-də və ETM-də elmi-tədqiqat, layihə-konstruktor və
təcrübə-texnoloji işlər ali məktəbin təsdiq edilmiş elmi istiqamətlərinə uyğun tərtib
olunmuş mövzu planına əsasən yerinə yetirilir. Bu planlar ali məktəbin müvafiq
planlarına müstəqil bölmə kimi daxil edilir.
8. Ali məktəbin ETİ və ETM Azərbaycan Elmlər Akademiyasının elmi
təşkilatları, başqa ali məktəblər, sahə nazirliklərinin müəssisə, təşkilat və idarələri
ilə müxtəlif təşkilati formalarda, o cümlədən sahələrarası komplekslər, müvəqqəti-
yaradıcı kollektivlər, tədrs, elm-istehsalat komplekslərində uzunmüddətli
müqavilələr əsasında birgə tədqiqatlar aparır.
9. Ali məktəbin elmi-tədqiqat institutunun maliyyə mənbələrinin ali məktəbin
tabe olduğu nazirlik tərəfindən eilmi-tədqiqat işləri üçün dövlət büdcəsindən
ayrılan vəsait və təsərrüfat müqavilələri əsasında yerinə yetirilən elmi-tədqiqat,
layihə-konstruktor və təcrübə-texnoloji işlərin yerinə yetirilməsi nəticəsində daxil
olan vəsait təşkil edir. Dövlət büdcəsindən maliyyələşdirilən işlərin mövzuları
DETK tərəfindən təsdiq edilir.
10. Ali məktəbin elmi-tədqiqat institutlarında elmi-tədqiqatlar aşağıdakılar
tərəfindən yerinə yetirilir:
- ştatda olan rəhbər, elmi, mühəndis-texniki işçilər, konstruktorlar, texnoloqlar
və digər mütəxəssis, fəhlə və qulluqçular;
- ştat əvəzçiliyi şərti ilə əvəz edilən vəzifənin 0,5 ştat vahidi həcmində əmək
haqqı ödənilməklə əsas iş vaxtı daxilində ali məktəbin professor-müəllim və tədris
üzrə köməkçi heyəti;
- elmi-tədqiqat institutunun elmi axtarışlarına uyğun mövzuda dissertasiya
üzərində işləyən aspirantlar və ordinatorlar, elmi-tədqiqat, kurs, diplom işləri və
layihələri yerinə yetirilən zaman ali məktəblərin tələbələri, həm əlavə haqq
20
ödənilmədən, həm də təhsildən azad vaxtda ETİ-də tutulan vəzifənin 0,5 ştat vahidi
həcmində əmək haqqı ödənilməklə.
11. Ali məktəbdə ETİ və ETM bu Əsasnaməyə uyğun tərtib edilmiş və rektor
tərəfindən təsdiq olunmuş Nizamnamə əsasında fəaliyyət göstərir.
Nizamnamədə aşağıdakılar göstərilməlidir:
- institut və bilavasitə onun tabe olduğu ali məktəbin adı, yerləşdiyi ünvan və
onun banklarda olan hesablarının rerkvizitləri;
- instituta tapşırılmış əsas məsələlər və onun fəaliyyətinin istiqamətləri;
ETİ-nin fəaliyyətinin indiki Əsasnaməyə müvafiq aparılması və hüquqi şəxs
statusuna malik olması.
Nizamnaməyə
ali
məktəbin
elmi-tədqiqşat
institutunun
səciyyəvi
xüsusiyyətlərinə aid olan digər qaydalar da daxil edilə bilər.
12. ETİ və ETM ona tapşırılmış vəzifələrə müvafiq olaraq aşağıdakı
funksiyaları həyata keçirir.
Elmi-tədqiqatların planlaşdırılması və təşkili sahəsində:
- elmi-tədqiqat, layihə-konstruktor, təcrübə-texnoloji və müalicə-profilaktika
işəlrinin planlarının layihəsini tərtib edir;
- təsdiq edilmiş texniki təpşırıq və proqramlara müvafiq olaraq, elmi-tədqiqat
işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsini, onların səmərəliliyini təmin
edir;
- tədqiqat və işlənmələrin dövlət qeydiyyatını həyata keçirir;
- elmi-tədqiqat işlərinin nəticələrinin xalq təsərrüfatında tətbiqi sahəsində işlər
aparır.
Elmi-tədqiqatların təminatı sahəsində:
- dövlət elmi-texniki informasiya orqanları vasitəsi ilə elmi işlərin informasiya
xidmətini təşkil edir;
- elmi-tədqiqatların və işlənmələrin texniki-iqtisadi qiymətləndirilməsini,
patent təmizliyi və yüksək elmi-texniki səviyyəsini təmin etmək məqsədi ilə patent
tədqiqatlarını aparır, ixtiralar (kəşflər) üzrə təqdimatlar tərtib edir;
- tabeliyində olduğu nazirliyə ETİ-nin cihazlarla, avadanlıqlarla, material və
reaktivlərlə təchiz olunması haqqında, qiymətli və nadir avadanlıq, hesablama
texnikası vasitələrinin səmərəli istifadəsi üzrə təkliflər hazırlayır;
- istifadə edilən ölçmə vasitələri və metodlarının, buraxılan elmi-texniki,
konstruktor və texnoloji sənədlərin qüvvədə olan dövlət standartları, texniki şərtlər
və başqa normativlərə uyğunluğunu təmin edir, ölçmə vasitələrini dövlət
yoxlamasına təqdim edir.
Elmi-tədqiqatların tədris prosesi ilə əlaqəsi sahəsində:
- ali təhsilin elmi problemlərinin həllində və təkmilləşdirilməsində iştirak edir;
- elmi işçiləri tələbə və aspirantların elmi işlərinə rəhbərliyə cəlb edir;
- ETİ-nin və ETM-nin ştatında olan elmi əməkdaşları işdən kənar vaxtda
əvəzçilik və əmək haqqının saat hesabı ödənilməsi şərti ilə mühazirələr oxumağa
və digər tədris işlərinə cəlb edir;
- öz laboratoriya bazasını tələbələr, aspirantlar, klinik ordinatorlar və
doktorantlara tədqiqatlar aparmaq üçün, o cümlədən kurs və diplom layihələrinin
21
(işlərinin), tədris-tədqiqat işləri və istehsalat təcrübəsinin keçirilməsinə təqdim
edir;
- ali məktəbin mövcud tədris laboratoriyalarının təkmilləşdirilməsi və
yenisinin təşkilində iştirak edir, tədris prosesində elmi tədqiqatların nəticələrinin
istifadə edilməsinə köməklik göstərir.
Əməyin təşkili, tədqiqatların və əmək haqqının maliyyələşdirilməsi sahəsində:
- ayrılmış vəsait dairəsində ştat sayının, stimullaşdırıcı xarakter daşıyan
ödəmələrin məbləğini müəyyən edir, eləcə də gəlir və xərclər smetasını və ayrılmış
ştat sayı daxilində ştat cədvəlini təsdiq edir;
- bank kreditindən istifadə edir və onun məqsədyönlü istifadəsi və vaxtında
qaytarılmasını təmin edir;
- ETİ-nin və ETM-in elmi işçilərin, konstruktorların, texnoloqların və digər
mütəxəssislərin, attestasiyasını keçirir, daha mürəkkəb və məsuliyyətli işləri yerinə
yetirən əməkdaşlara əlavə əmək haqqı müəyyən edir.
13. ETİ-nin və ETM-nin strukturu onun direktoru tərəfindən hazırlanır və
rektor tərəfindən təsdiq edilir.
ETİ-nin və ETM-nin direktoru tutduğu vəzifəyə görə ali məktəbin elmi
şurasının tərkibinə daxil edilir.
ETİ-nin və ETM-in əsas hissələri - elmi şöbələr, laboratoriyalar və
bölmələrdir. ETİ-nin və ETM-nin tərkibində konstruktor büroları, klinik şöbələr,
hesablama mərkəzləri, təcrübə istehsalat sahələri, sınaq stansiyaları, sahə elmi-
tədqiqat laboratoriyaları, digər elmi bölmələr, tədqiqatların yerinə yetirilməsini
təmin edən funksional və inzibati təsərrüfat bölmələri, eləcə də tələbələrin elmi və
konstruktor bölmələri yaradıla bilər. Lazım gəldikdə ali məktəb ETİ-nin və ETM-
nin strukturunda müəyyən edilmiş qaydada filiallar yarada bilər. Bölmələr
haqqında qaydalar, rəhbər işçilər və qulluçuların vəzifə təminatları direktor
tərəfindən təsdiq edilir.
14. ETİ-nə və ETM-ə ali məktəbin tabe olduğu nazirlik tərəfindən təyin edilən
direktor, bir qayda olaraq, elmlər doktoru başçılıq edir.
Direktorun təqdimatına əsasən, rektor tərəfindən elmi bölmələrin və yerinə
yetirilən mövzuların rəhbərləri ETİ-nin və ETM-in ştatında olan işçilərdən, eləcə
də ali məktəbin elmi dərəcəsi və elmi adları olan müəllimlərindən təyin edilir.
15. ETİ-nin və ETM-nin direktoru onun işinə rəhbərliyi, qanunvericiliyə və
intizam qaydalarına riayət edilməsini, dövlət sirrlərinin qorunmasını təmin edir,
təsərrüfat və maliyyə əməliyyatlarını həyata keçirir, elmi tədqiqat, layihə-
konstruktor, təcrübə-texnoloji və müalicə-profilaktika işlərinin aparılması
məqsədilə müqavilələr bağlayır, bölmələrin iş planlarını təsdiq edir, onların
arasında tədqiqatların həcmini maliyyə və maddi-texniki vasitələri bölüşdürür, ştat
cədvəlnini təsdiq edir, institut üzrə əmrlər verir, əmək qanunvericiliyinə müvafiq
olaraq işçiləri işə qəbul və işdən azad edir, institutun iqtisadi həvəsləndirmə
fondlarını maddi-texniki bazanın inkişafına, işçilərin əmək və məişət şəraitinin
yaxşılaşdırılmasına istifadə edir.
16. Ali məktəbin rektoru ETİ-nin və ETM-in qarşısında duran vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədar ali məktəbin səlahiyyəti daxilində ona əlavə
hüquqlar verilə bilər.
22
17. Elmi və elmi-təşkilati məsələlərə baxılması məqsədilə ETİ-nin və ETM-in
elmi şurası yaradılır və ona direktor rəhbərlik edir. Elmi şuranın tərkibi və onun
əsasnaməsi direktorun təqdimatı əsasında ali məktəbin rektoru tərəfindən təsdiq
edilir.
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
11oktyabr 1994-cü il tarixli
595 nömrəli əmrinə
Əlavə № 1
ALİ MƏKTƏBLƏRİN “ELMİ-TƏDQİQAT ŞÖBƏSİ” HAQQINDA
MÜVƏQQƏTİ ƏSASNAMƏ
1.
Elmi-pedaqoji
kadrların
hazırlanması,
elmi-tədqiqat
işlərinin
planlaşdırılması, yerinə yetirilməsi və onlara nəzarət, həmçinin elmi-tədqiqatların
nəticələrinin xalq təsərrüfatına və tədris prosesinə tətbiq edilməsi məqsədilə ali
məktəblərdə elmi-tədqiqat şöbəsi (ETŞ) yaradılır. Elmi-tədqiqat şöbəsi ali
məktəbin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində mövcud olan
strukturları əhatə edən və özündə birləşdirən tərkib hissəsi olub, müstəqil balansa
və hüquqi şəxs statusuna malik deyildir. Elmi-tədqiqat şöbəsi ali məktəbdə mövcud
olan bütün elmi müəssisə və bölmələrin (patent-lisenziya və metrologiya şöbələri,
elmi-tədqiqat və sahə laboratoriyaları, elmi-tədqiqat institutları və mərkəzləri,
təcrübə və layihə-konstruktor büroları və s.) bazasında yaranır.
Ali məktəbin elmi-tədqiqat şöbəsinin işçiləri rəhbər və elmi işçilər
kateqoriyasına aid edilir. Onların vəzifə maaşları, məzuniyyət normaları və
güzəştlərə dair digər qaydalar ali məktəblərdəki professor-müəllim və yardımçı
heyət üçün tətbiq olunan prinsiplərə müvafiq müəyyənləşdirilir.
Elmi-tədqiqat şöbəsinin strukturu rektor tərəfindən təsdiq olunur.
2. Elmi-tədqiqat şöbəsinin qarşısında qoyulan əsas məsələlər aşağıdakılardır:
- fundamental və axtarış tədqiqatların, prinsipcə yeni texnika, texnologiya və
materialların işlənib hazırlanması sahələrinin üstün istiqamətlərinin inkişafı;
- xalq təsərrüfatının inkişafının əsas problemlərini həll etmək məqsədilə ali
məktəbin elmi potensialının səmərəli istifadə edilməsi;
23
- elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilməsi;
- yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, yenidən
hazırlanması və xalq təsərrüfatı mütəxəssislərinin ixtisasartırılmasının təmin
edilməsi;
- elmi nəticələrin istehsalatda istifadə edilməsinin genişləndirilməsi məqsədi
ilə xalq təsərrüfatının müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv
formalarının inkişaf etdirilməsi;
- ali məktəbin xarici ölkələrlə elmi-texniki əməkdaşlığının inkişaf
etdirilməsi.
3. ETŞ öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin təhsil və elm sahəsindəki fərmanlarını, Ali
Sovetin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini,
Respublika Dövlət Elm və Texnika Komitəsinin, ali məktəbin tabe olduğu
nazirliyin qərar, əmr və sərəncamlarını, ali məktəbdə elmi-tədqiqatların aparılması
və elmi-pedaqoji kadrların hazırlanması sahələrində olan əsasnamələri rəhbər tutur.
4. ETŞ Respublika Elmlər Akademiyasının, sahə nazirlik və idarələrinin
elmi təşkilatları, müəssisələri ilə birgə elmi-tədqiqat planları və proqramları
əsasında elmi-tədqiqatların aparılmasını təşkil edir. Bunun üçün ali məktəb
bazasında elmi, elmi-texniki və elm-tədris mərkəzlərinin, iki tabeli elmi-tədqiat
institutlarının,
müvəqqəti
yaradıcı
kollektivlərinin,
tədris
elmi-istehsalat
birliklərinin, sahələrarası elmi-texniki komplekslərin və onların filiallarının
yaradılması haqqında tabe olduğu nazirliyə təkliflər hazırlayır.
5. Ali məktəb ETŞ-sinin idarəetmə və elmi-köməkçi xidmət işçilərinin əmək
haqqı dövlət büdcəsi hesabına ödənilir.
6. ETŞ-yə elmlər doktoru və ya elmlər namizədi alimlik dərəcəsi olan alim
rəhbərlik edir və bilavasitə elmi işlər üzrə prorektora tabedir. ETŞ-nin rəhbəri elmi
işçilərin, konstruktor, texnoloq, mühəndis-texniki və digər mütəxəssislərinin
attestasiyalarını təşkil edir, daha mürəkkəb və məsul işlər yerinə yetirən
əməkdaşlara əlavə əmək haqqının verilməsi haqda rektorluq qarşısında məsələ
qaldırır.
24
7. Ali məktəbdə aparılan elmi-tədqiqat işlərinin həcmindən asılı olaraq
ehtiyac olduqda dekanların və kafedra müdirlərinin elmi işlər üzrə müavinləri təyin
olunur. Onların vəzifələri fakültə Elmi şurasının qərarı ilə ştat cədvəlində və ya
tədris yükünün hesablanmasında nəzərə alınır.
Dostları ilə paylaş: |